850) Şüa terapiyası zamanı aşağıdakılardan hansı normal toxumaların müdafiəsi üçün müsbət effekt verə bilər?
A) Arterial hipertoniyanın olması
B) Portal hipertenziyanın olması
C) Şüa müalicəsinin bölünmüş kursu
D) Konvensional radioterapiya
E) Hipoxrom anemiyanın olması
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
851) Aşağıdakı hansı xəstəliyin radikal şüa müalicəsi zamanı CMD-10,8 Qr olması tövsiyyə olunur?
A) Hockin limfomalarında
B) Peyroni xəstəliyi zamanı
C) Pinealoblastomalarda
D) Vilms şişi (FH- variantında)
E) Qreyvs xəstəliyi zamanı
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
852) Şüalanmanın iki üsülu istifadə olunmaqla aparılan şüa müalicəsi necə adlanır?
A) İMRT
B) 3DCRT
C) Müştərək şüa müalicəsi
D) Kompleks müalicə
E) Kombinəolunmuş müalicə
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
853) Şişin tam reqressiyasının əldə olunması üçün aparılan şüa müalicəsi aşağıdakılardan hansıdır?
A) Boşluqdaxili şüa müalicəsi
B) Toxumadaxili şüa müalicəsi
C) Palliativ şüa müalicəsi
D) Radikal şüa müalicəsi
E) Simptomatik şüa müalicəsi
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
854) Aşağıda göstərilən hansı xəstəlikdə kraniospinal şüa müalicəsi aparıla bilər?
A) Kəskin limfoblast leykoz
B) Kraniofaringioma zamanı
C) Baş beyinin fibrilyar astrositoması
D) Hipofizin adenoması
E) Gicgah sümüyünün fibroz displaziyası
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
Dostları ilə paylaş: |