Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) Qida borusu xərçəngində qeyri və ya şərti radikal operasiyalardan sonra radioterapiya hansı dozada aparılır?



Yüklə 181,43 Kb.
səhifə52/295
tarix26.12.2016
ölçüsü181,43 Kb.
#3472
növüСправочник
1   ...   48   49   50   51   52   53   54   55   ...   295
120) Qida borusu xərçəngində qeyri və ya şərti radikal operasiyalardan sonra radioterapiya hansı dozada aparılır?
A) Qida borusu 20-25 Qr dozada şüalandırılır

B) Rezeksiya olunmuş şişin yatağı 40-45 Qr dozada şüalandırılır

C) Qida borusu 10-15 Qr dozada şüalandırılır

D) Rezeksiya olunmuş şişin yatağı 80-85 Qr dozada şüalandırılır

E) Şişin yatağı şüalandırılmır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 191
121) Qida borusu xərçəngində klassik rejimdə aparılan radikal şüa müalicəsindən sonra yaşama göstəriciləri?
A) 3 il 86.2% xəstə yaşamışdır

B) 3 il 6.2% xəstə yaşamışdır

C) 3 il 66.2% xəstə yaşamışdır

D) 3 il 56.2% xəstə yaşamışdır

E) 3 il 98% xəstə yaşamışdır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 198
122) Kiçik hüceyrəli ağciyər xərçənginin yerli yayılmamış formalarında şüa müalicəsi hansı məqsədlə aparılır?
A) Bütün xəstələrə əks göstərişdir

B) Ürək çalışmamazlığında

C) Dərman müalicəsindən sonra alınmış tam və ya hissəvi remissiyanın konsolidasiyası məqsədi ilə və ya baş onurğa beyninə metastaz olduqda

D) Aparılmır

E) Tənəffüsün bərpası üçün
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 221
123) Kiçikhüceyrəli ağciyər xərçəngində baş beynin profilaktik şüalandırması hansı dozada həyata keçirilir?
A) 10 Qr

B) 5 Qr


C) 65-70 Qr

D) 30 Qr


E) 50 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 222
124) Radikal şüa müalicəsi sərbəst metod kimi qeyri-kiçik hüceyrələri ağciyər xərçənginin I-III mərhələsində hansı xəstələrə təyin edilir?
A) İnkurabel və ya operasiyadan imtina edən xəstələrə

B) Hepatit olan xəstələrə

C) Bütün xəstələrə

D) Leykopeniya olduqda

E) Biricili şiş 3 sm-dən böyük olduqda
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 225
125) Kurabel və operabel ağciyər xərçəngində radioterapiyanın cərrahi müdaxilədən qabaq təyin edilməsi nə üçün məqsədəuyğundur?
A) Nəticədə Go fazasında olan hüceyrələr məhv olunar

B) Nəticədə operasiya zamanı qanaxma azalır və operasion yara tez sağalır

C) Nəticədə operasion yara tez sağalır

D) Nəticədə yüksək proliferativ aktivliyə malik şiş hüceyrələrinin məhvi, şişin ölçülərinin kiçilməsi operasiyanın aparılması üçün daha optimal ablastik şəraitin yaradılması

E) Nəticədə operasiya zamanı qanaxma azalır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 224
126) Ağciyərlərin periferik şişlərində birinci şişdən ağciyər kökünə gedən “yolun” şüalanma sahəsinə salınması (peribronxial və penrivaskulyaor şiş infeksiyası) vacibdirmi?
A) Şişin ölçüsündən asılıdır

B) Limfa düyünlərində metastaz olarsa

C) Mütləq deyil

D) Qəti olmaz

E) Mütləqdir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 224


Yüklə 181,43 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin