Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Mexaniki antiseptikaya hansı aiddir?



Yüklə 1,55 Mb.
səhifə19/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

780.Mexaniki antiseptikaya hansı aiddir?

A) Yaraya bakteriofaq vurmaq

B) Yaraların spirtlə dezinfeksiyası

C) Yaraların I-li cərrahi işlənməsi

D) Eyni qrupdan qan köçürmək

E) Yaraya sarğı qoyulması



Bütün təsadüfi yaralar bakteriyalarla çirkləndiyinə görə 12 saatdan gec olmayaraq I-li cərrahi işlənməlidir (üz, boyun və əldən başqa). İşlənmə əl və alətlərlə aparıldığına görə bu üsul mexaniki işlənmə adlanır.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 343
781.Uzunmüddətlisıxılma sindromu zamanı ilk yardıma aid olmayan əlamət hansıdır?

A) Zədələnmiş ətrafın immobilizasiyası

B) Ətrafların qızdırılması

C) Ağrısızlaşdırıcı maddələrin təyini

D) Sedativ maddələrin təyini

E) Turnanın qoyulması



Ətrafların qızdırılması uzun müddətli sıxılma sindromu zamanı aparılan ilk yardıma aid deyil. Ətrafların qızdırılması zamanı sıxılmış toxumalarda yığılmış toksinlər qana sorularaq intoksikasiya yaratdığı üçün qətiyyən ətrafı qızdırmaq olmaz.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 344
782.Yumşaq toxumaların zədələnməsində ilk yardım hansıdır?

A) Kompres qoymaq

B) Soyuq və aseptik sarğı qoymaq

C) Masaj etmək

D) İsti qoymaq

E) Kəsik aparmaq



Yumşaq toxumaların zədələnməsində hematomanın yaranmaması üçün həmin nahiyyəyə soyuq (buz qovuğu,soyuq kompres) və zədələnmiş dəri örtüyündən daxilə infeksiya keçməməsi üçün sarğı qoymaq lazımdır.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.366
783.Kəskin qarın simptomuna şübhə varsa tibb bacısı nə etməlidir?

A) İmalə etməli

B) Soyuq qoyub təcili yardım çağırmalı

C) İsitqac qoymalı

D) Ağrıkəsici yeritməli

E) Masaj etməli



Kəskin qarın simptomuna şübhə varsa tibb bacısı dərhal soyuq qoymalı və xəstəni stasionara göndərməlidir.

Ədəbiyyat:H.Sultanov. “Cərrahiyyə”. Səh.209
784.Körpücük sümüyü zədələnmələrində hansı sarğıdan istifadə olunur?

A) Dezo sarğısı

B) Tısbağavari sarğı

C) Səkkizvari sarğı

D) Sürünən sarğı

E) T-şəkilli sarğı



Körpücük sümüyü zədələnmələrində “Dezo” sarğısından istifadə olunur.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 298
785.Çanaq zədələnmələri zamanı xəstə hansı vəziyyətdə daşınmalıdır?

A) Yarım oturaq

B) Qurbağa vəziyyətində

C) Qarın üstə

D) Arxası üstə

E) Ayaq üstə



Çanaq zədələnmələrində xəstə arxası üstə ayaqları aralanmış, ayaqları arasına yumşaq döşəkcə qoyularaq (qurbağa vəziyyəti) daşınmalıdır.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 300.
786.Tısbağavari sarğı yuxarı ətraf zədələnmələrində hansı nahiyyəyə qoyulur?

A) Dirsək nahiyyəsinə

B) Bazu nahiyyəsinə

C) Ələ


D) Mil bilək oynağı nahiyyəsinə

E) Barmaqlara



Tısbağavari sarğı yuxarı ətrafın dirsək oynağı zədələnmələrində qoyulur.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 310
787.Gips sarğısı qoyulmuş xəstələrdə şiddətli ağrı olarsa tibb bacısı nə etməlidir?

A) Həkimə xəbər verməli

B) Narkotik maddə vurmalı

C) Novakain blokadası etməli

D) Ətrafın vəziyyətini dəyişməli

E) Gips sarğısını kəsməli



Gips sarğısı qoyulmuş xəstədə şiddətli ağrı olarsa tibb bacısı həkimə məlumat verməlidir.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 291
788.“Diterexs” şinası ilk yardım kimi hansı sınıqlarda qoyulur?

A) Aşağı ətraf sınıqlarında

B) Yuxarı ətraf sınıqlarında

C) Qabırğa sınıqlarında

D) Çanaq sınıqlarında

E) Onurğa sınıqlarında

Diterexs” şinası 3 hissədən ibarətdir: Birinci boyuna müvafiq qoltuq altı şuxura yerləşdirilərək tış tərəfdən, ikinci hissə qasıq nahiyyəsinə, üçüncü hissə isə ayaq nahiyyəsinə təsbit edilir. İlk yardım kimi aşağı ətraf sınıqlarında qoyulur.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
789. Sınıqlar zamanı şokun profilaktikası üçün həkimə qədər ilk yardım zamanı nə etmək olmaz?

A) Xəstəni hərəkət etdirmək

B) Xəstənin immoblizasiyası

C) Ağrıkəsicilərin tətbiqi

D) Qanaxmanı dayandırmaq

E) Soyuq qoymaq



Sınıqlar zamanı şokun profilaktikası üçün ilk yardımda xəstəni hərəkət etdirmək olmaz.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 289
790.Əməliyyat zamanı qanaxmanı müvəqqəti saxlamaq məqsədilə tibb bacısı hansı aləti verməlidir?

A) Koxer zondunu

B) Farabef qarmağını

C) Damar sıxıcısını

D) Cərrahi pinseti

E) Tutqac



Əməliyyat zamanı qanaxmanı müvəqqəti saxlamaq məqsədilə zədələnmiş damara sıxıcı qoymaq lazım gəldiyinə görə tibb bacısı “damar sıxıcısı”nı verməlidir.

Ədəbiyyat:H.Sultanov. “Cərrahiyyə” .Səh. 42
791.Gün ərzində əməliyyat otağı necə dəfə yığışdırılmalıdır?

A) Hər gərək olduqca

B) 1 dəfə

C) 4 dəfə

D) 2 dəfə

E) 3 dəfə



Əməliyyat otağı gün ərzində bir neçə dəfə, hər gərək olduqca yığışdırılmalıdır.

Ədəbiyyat:H.Sultanov. “Cərrahiyyə” .Səh. 41
792.Diz oynağının əzilməsində ilk yardım hansıdır?

A) Soyuq və sıxıcı sarğı qoymaq

B) Isti qoymaq

C) Masaj etmək

D) Maye içirmək

E) Hərəkət etdirmək



Diz oynağının əzilmələrində hematomanın əmələ gəlməsinin qarşısını almaq üçün ilk yardım kimi soyuq və sıxıcı sarğı qoymaq lazımdır.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 301
793. Aşağı ətrafların borulu sümüklərinin sınığı zamanı hadisə yeridə ilk yardım nədən ibarətdir?

A) Narkotik vurmaq

B) Sınıq nahiyyəsini ağrısızlaşdırmaq

C) Ətrafı nəqliyyat şinası ilə immobilizasiya etmək

D) Sınıq fraqmentlərinin repozisiyası

E) Xəstəyə qurbağa vəziyyəti vermək



Borulu sümüklərin sınığı varsa hadisə yerində ətrafı nəqliyyat şinası və əl altında olan vasitə ilə immoblizasiya etmək lazımdır.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 301
794.Hansı sarğı növü paltar və ayaqqabı üzərindən qoyulur?

A) Yapışqanlı sarğılar

B) Nəqliyyat şinası ilə sarğılar

C) Gips sarğıları

D) Bint sarğıları

E) Plastırlı sarğılar



Ayaqqabı və paltarı soyundurduqda sınmış sımük fraqmentlərinin yerini dəyişməməsi üçün nəqliyyat şinası ilə sarğılar ayyaqabı və paltar üzərindən qoyulur.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
795.Qanəvəzediciləri köçürülərkən hansı fəsadlar törənir?

A) Sadalananların hamısı

B) Allergik reaksiya

C) Yerli reaksiya

D) Pirogen reaksiya

E) Toksiki reaksiya



Qanəvəzediciləri köçürülərkən orqanizmdə allergik,pirogen toksiki reaksiyalar və inyeksiya nahiyyəsində müxtəlif yerli reaksiyalar yarana bilər.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 354
796.Bioloji antiseptikaya hansı aiddir?

A) Zərdabların vurulması

B) Sulfanilamidlərdən istifadə

C) Hidrogen-peroksiddən istifadə

D) Yaraların I-li cərrahi işlənməsi

E) Drenajların qoyulması



Zərdablar canlı orqanizmdən alındığına görə onlardan istifadə bioloji antiseptikaya aiddir.

Ədəbiyyat:H.Sultanov. “Cərrahiyyə”. Səh. 19
797.Fiziki antiseptikaya hansı aiddir?

A) Yaraların spirtlə işlənməsi

B) Zərdablardan vurulması

C) Yaraların drenajlanması

D) Antibiotiklərin vurulması

E) Furasillindən istifadə



Yaraların drenajlanması fiziki antiseptikaya aiddir. Drenajlar vasitəsilə yara möhtəviyyatı xaric edilir.

Ədəbiyyat:H.Sultanov. “Cərrahiyyə”. Səh. 19
798.Əl barmaqlarının zədələnmələri zamanı hansı sarğı növündən istifadə olunur?

A) Tısbağavari

B) Xaçvari

C) “Cəngavər əlcəyi”

D) İlanvari

E) Sünbülvari



Əl barmaqları zədələnərkən bütün barmaqları sarımaq üçün “Cəngavər əlcəyi” formasında sarğıdan istifadə olunur.

Ədəbiyyat:H.Sultanov. “Cərrahiyyə”. Səh. 97
799.Qan köçürən zaman xəstənin halı pisləşirsə tibb bacısı nə etməlidir?

A) Köçürməni dayandırıb, həkimi çağırmalı

B) Qanəvəzedici köçürməli

C) Termometr qoymalı

D) Buz qoymalı

E) Nəbzə diqqət etməli



Qan köçürən zaman xəstənin halı pisləşirsə tibb bacısı dərhal qan köçürməni dayandırıb əlavə qorxulu fəsadlar(transfuzion şok) əmələ gəlməsininin qarşısını almaq üçün həkimi çağırmalıdır.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
800.Diz oynağının zədələnməsi zamanı hansı sarğı qoyulur?

A) Tısbağavari sarğı

B) Səkkizvari sarğı

C) Spiralvari sarğı

D) T-şəkilli sarğı

E) Sürünən sarğı



Diz oynağının zədələnməsi zamanı tısbağavari sarğı qoyulur. Bu sarğının 2 forması mövcuddur: yaxınlaşan və uzaqlaşan.

Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 97
801.Əməliyyatdan sonrakı dövrdə tibb bacısının müstəqil hərəkəti nədən ibarətdir?

A) Drenajın dəyişdirilməsi

B) Antibiotiklərin inyeksiyası

C) Özünə qulluqda xəstəyə yardım etmək

D) Rasional pəhriz təyin etmək

E) Qanəvəzedici köçürmək



Əməliyyatdan sonrakı dövrdə tibb bacısının müstəqil hərəkəti özünə qulluqda xəstəyə yardım etməkdən ibarətdir.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287.
802.Təxirəsalınmaz əməliyyatdan əvvəl sanitar işlənmə harada aparılır?

A) Əməliyyatdan əvvəl sanitar otağında aparılır

B) Bir gün əvvəl aparılır

C) Əməliyyat stolunda aparılır

D) Əməliyyat önü dövrdə aparılır

E) Aparılmır



Təxirəsalınmaz əməliyyatda əməliyyat sahəsinin təmizlənməsi əməliyyat stolununda aparılır.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
803.Bint sarğısı qoymazdan əvvəl tibb bacısı nəyə nəzər yetirməlidir?

A) Bədənin hərarətinə

B) Tənəffüs hərəkətlərinin sayına

C) Patoloji prosesin xarakterinə

D) Nəbzin sayına

E) Arterial təzyiqə



Bint sarğısı qoymamışdan əvəl tibb bacısı patoloji prosesin xarakterinə fikir verməlidir.

Ədəbiyyat:H.Sultanov. “Cərrahiyyə”.1997 Səh. 97
804.İnhalyasion anesteziyada dərman maddələri hara yeridilir?

A)Dəri altına

B) Dil altına

C) Tənəffüs yollarına

D) Selikli qişalara

E) Əzələ daxilinə



İnhalyasion anesteziyada dərman maddələri tənəffüs yollarına narkoz aparatı vasitəsilə yeridilir.Bu zaman qaz və ya maye halında olan anestetik maddələrdən istifadə olunur. Ümumi anesteziyada dərman maddələri tənəffüs yolları ilə yeridilərək xəstənin mərkəzi sinir sistemini müvəqqəti tormozlayır.

Ədəbiyyat:Н.В.Барыкина «Травматология для медицинских колледжей», Феникс, 2007 стр-207
805.Anestezist tibb bacısının vəzifələrinə nə aid deyil?

A)Arterial təzyiq və nəbzə nəzarət etmək

B) İntubasiya vaxtı həkimə kömək etmək

C) Əməliyyat otağının temperaturuna nəzarət etmək

D) Narkoz aparatının göstəricilərinə nəzarət etmək

E ) Ağciyərin süni ventilyasiya aparatına nəzarət etmək



Əməliyyat otağının temperaturuna nəzarət etmək anestezist tibb bacısının səlahiyyətinə aid deyil.Bu əməliyyat blokunun böyük tibb bacısının vəzifəsidir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.242
806. Punksiya nədir?

A) Dərin yaraların və boşluqların antiseptik maddələrlə yuyulması

B) Boşluqlara,orqan və toxumalara rezin borunun yeridilməsi

C) Dərman maddələrinin periferik venalara yeridilməsi

D) Boşluqların, orqan və toxumaların yoğun iynə və ya troakarla deşilməsi

E) Boşluqlu orqanlara süni fistulanın qoyulması



Punksiya boşluqların,orqan və toxumaların yoğun iynə və ya troakarla deşilməsidir. Tibb bacısı xəstəni proseduraya hazırlayır, punksiya zamanı ona verilən vəziyyəti müəyyən edir,lazımı alətləri, dərman maddələrini hazırlayır, həkimə manipulyasiya zamanı kömək edir.

Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.101
807. Qastrostoma ətrafındakı dərini qorumaq məqsədi ilə nədən istifadə olunur?

A)Brilliyant yaşılı

B)Kamfora spirti

C) Lassar pastası

D)Yod

E)Vazelin yağı



Qastrostomadan xaric olan möhtəviyyatın qıcıqlandırıcı təsirini nəzərə alaraq hər dəfə sarğı zamanı stoma ətrafı dəri xüsusi pasta-lassar pastası ilə işənilir.Bu pasta iltihab əleyhinə təsirə malikdir.Prosedura zamanı stoma ətrafı dəri 0.1-0.5%-li kalium –permanqanat məhlulunda isladılmış kürəciklə işlənilir və sonra quru steril kürəciklə qurudulur.Steril şpatel vasitəsi ilə lassar pastası 0.5 sm. qalınlıqda dəriyə sürtülür.

Ədəbiyyat Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.403
808. Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb bacısı xəstəyə nəyi məsləhət görür?

A) Ədviyyatlı qidaların qəbulu

B) Süd məhsullarının qəbulu

C) Aktivləşmiş kömürün qəbulu

D) Hisə verilmiş qidaların qəbulu

E) Mineral suların qəbulu



Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb bacısı xəstəyə aktivləşmiş kömürü və ya çobanyastığı dəmləməsini qəbul etməyi məsləhət görür.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.373
809.Əməliyyat sahəsi nə ilə işlənilir?

A) 33%-li hidrogen peroksid

B) 96%-li spirt

C) 5%-li kalium permanqanat

D) 0.5%-li xlorheksidin biqlükonat

E) 1:5000 furasilin



Əməliyyat sahəsi cərrahın işlədiyi nahiyə olduğu üçün steril olmalıdır. .Əməliyyat sahəsi tükdən təmizləndikdən sonra antiseptik məhlullarla-xlorheksidin biqlükonat,yodonat və yodopironla işlənilir.Xlorheksidin biqlükonat 20%-li sulu məhlul şəklində buraxılır.Əməliyyat sahəsinin işlənməsi üçün preparat 1:40 nisbətində 70%-li spirtdə həll olunaraq 0.5%-li spirtli məhllu hazırlanır.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.97
810. İmmobilizasiya nədir?

A) Zədənənmiş nahiyədə sklet dartması həyata keçirmək

B) Zədələnmiş nahiyəyə dərman maddəsini yeritmək

C) Zədənənmiş nahiyədə əməliyyat aparmaq

D) Zədənənmiş nahiyəyə buz qoymaq

E) Bədənin zədələnmiş hissəsini hərəkətsizləşdirmək



İmmmobilizasiya-müxtəlif əşyaların köməyi ilə bədənin zədələnmiş hissəsini hərəkətsizləşdirməkdir.İmmobilizasiyadan sümük sınıqlarında,çıxıqlarda, oynaqların zədələnməsində, sinirlərin, damarların və yumşaq toxumaların geniş yaralanmalarında, ətraflarda gedən iltihabı prosseslərdə istifadə olunur.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.179
811. Nəqliyyat immobolizasiyasında hansı şınadan istifadə olunmur?

A) Kramer şinası

B) Ləçəkvari sarğı

C) Pnevmatik şina

D) Beler şinası

E) Diterixs şinası



İmmobilizasiya iki cür olur:nəqliyyat və müalicəvi.Nəqliyyat immobilizasiyası xəstənin daşınması zamanı bədənin zədələnmiş hissəsinə və ya zədələnmiş orqana müvəqqəti olaraq maksimum sakitlik vermək deməkdir.Nəqliyyat immobilizasiyası ləçəkvari sarğının, pnevmatik şinanın,Kramer şinası,Diterixs şinasının,bəzən isə əl altında olan vasitələrin-taxta,karton parçasının köməyi ilə həyata keçirilir.Beler şinasından isə nəqliyyat immobilizasiyasında yox,müalicəvi immobilizasiyada istifadə olunur.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.174
812. Sorulmayan sintetik tikiş materialı hansıdır?

A) Poliqlekapron

B) İpək

C) Ketqut



D) Tantal

E) Lavsan



Sorulmayan tikiş materialları təbii və sintetik mənşəli olur.Təbii mənşəli sorulmayan tikiş materiallarına ipək,pambıq saplar aiddir.Sintetik mənşəli tikiş materialına lavsan,neylon,dakron,poliester,poliamid aiddir.Bu tikiş materialları əməliyyatdan 5-8 gün sonra sökülür.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.118
813. Sorulan təbii tikiş materialı hansıdır?

A) İpək


B) Lavsan

C) Ketqut

D) Poliester

E) Neylon



Sorulan tikiş materialları təbii və sintetik mənşəli olur.Təbii mənşəli tikiş materialına sadə və xromlaşmış ketqut;sintetik mənşəli tikiş materialına poliqlekapron,polidiaksananon,turş poliqlikol aiddir.Bu tikiş materiallarını sökmək lazım deyil.Onlar orqanizmdə 40-90 gün müddətinə fermentativ təsirə məruz qalaraq sorulur.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.118
814. Hansı sorulan sintetik saplar oftalmologiyada istifadə olunur?

A) Dakron

B) Ketqut

C) İpək


D) Poliqlekapron

E) Neylon



Oftalmologiyada istifadə olunan sorulan sintetik saplara poliqlekapron,polidiaksanon,turş poliqlikol aiddir.Bu saplar sökülmür,toxumada 10-30 günə qədər saxlanılır; 40-90 gün müddətinə orqanizmdə fermentativ təsirə məruz qalaraq sorulur.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.118
815.Toxumanı kəsən alətlərə nə aiddir?

1. Skalpel

2. Pinset

3.Qayçı


4. Kornsanq

5. Mişar


6. Payer jomu

A) 1,3,5


B) 1,2,4

C) 2,3,6


D)3,4,5

E) 2,4,6


Toxumanı kəsən alətlərə skalpellər(qarıncıqlı və itiuclu),qayçılar(düz,əyri,iti və küt uclu),bıçaqlar(rezeksion və amputasion), mişarlar, kəlbətin, raspator, çəkic, yoğun iynələr, troakar, frezlər, osteotom aiddir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.119
816.Bütün cərrahi alətlər neçə qrupa bölünür?

A)Birləşdirici və qoruyucu

B) Qoruyucu və kəsici

C) Sıxıcı və kəsici

D) Ümumi və xüsusi

E) Sıxıcı və birləşdirici



Bütün cərrahi alətlər ümumi və xüsusi olmaqla iki qrupa bölünür.Ümumi alətlərdən bütün əməliyyatlarda istıfadə olunur.Xüsusi alətlərdən isə oftalmologiyada, otolarinqologiyada,neyrocərrahiyyədə, kardiologiya və pulmonologiyada, ginekologiya və urologiyada müxtəlif növ əməliyyatların gedişatında istifadə olunur.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.119
817.Yaranın cərrahi işlənməsində hidrogen peroksidin neçə faizli məhlulundan istifadə olunur?

A) 30%


B) 6%

C) 10%


D) 3%

E) 33%


Hidrogen peroksid kimyəvi antiseptik maddə olub oksidləşdiricilər qrupuna aiddir. Hidrogen peroksidin 3%-li məhlulundan irinli və çirklənmiş yaraların yuyulmasında, səthi qanaxmalarda istifadə olunur. 6%, 10%, 30%, 33% məhlullarından dezinfeksiyaedici kimi istifadə olunur.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.23
818.Bioloji antiseptikaya nə aiidir?

1. Antibiotiklər 2. Səthi-aktiv maddələr 3. Vaksinlər

4. İmmunoqlobulinlər 5. Oksidləşdiricilər 6. Turşular

A) 1,3,4


B) 1,2,6

C) 2,4,5


D) 1,3,6

E) 3,2,5


Hal-hazırda bioloji antiseptikada istifadə olunan maddələrə antibiotiklər, vaksinlər,immunoqlobulinlər və proteolitik fermentlər aiddir. Antibiotiklər cərrahi infeksiyalarda müalicəvi və profilaktik məqsədlə istifadə olunur. Passiv və aktiv immunizasiya məqsədilə immunoqlobulinlərdən və vaksinlərdən istifadə olunur

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.24

819.Kimyəvi antiseptikada nədən istifadə olunur?

1.Spirtlər

2.Vaksinlər

3.Səthi aktiv maddələr

4.Antibiotiklər

5.Oksidləşdiricilər

6.Proteolitik fermentlər

A)1,3,5


B)2,4,6

C)1,2,6


D)3,5,6

E)1,4,6


Kimyəvi antiseptikada istifadə olunan maddələr kimyəvi dezinfeksiyaedicilər,antiseptiklər və kimyəvi terapevtik maddələr olmaqla üç qrupa bölünür. Kimyəvi dezinfeksiyaedicilərdən alətlərin, döşəmələrin, divarların, tibbi əşyaların dezinfeksiyasında istifadə olunur. Antiseptiklərdən əllərin işlənməsində, yaraların yuyulmasında istifadə olunur. Kimyəvi terapevtik maddələr orqanizmində olan bakteriyalara bakteriostatik və bakteriosid təsir göstərir. Spirtlər, səthi aktiv maddələr antiseptikllərə aiddir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.22
820. Cərrahi metal alətlərin sterilizasiyasının daha mükəmməl üsulu hansıdır?

A) Formalin buxarı ilə sterilizasiya etmək

B) Avtoklavlaşdırma

C) Yandırmaq

D) Qaynatmaq

E) Quruducu şkafda sterilizasiya etmək



Cərrahi metal alətlərin daha mükəmməl sterilizasiya üsulu qaynar quru hava ilə xüsusi quruducu şkaflarda həyata keçirilir.Sterilizasiya 0,5-1 saat ərzində 180-220 C temperaturda quruducu şkaflarda aparılır.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.15
821.Əllərin C-4(pervomur) məhlulunda işlənməsinə nə qədər vaxt lazımdır?

A) 5 dəq


B)2-3 dəq

C) 3-4 dəq

D) 1 dəq

E)4-5 dəq



C-4 (pervomur) məhlulunun tərkibi qarışqa turşusu,hidrogen peroksid və suyun qarışığından ibarətdir.Bu qarışıq güclü antiseptik maddə olub dəri üzərində nazik təbəqə əmələ gətirir.2.4%-li məhlul tökülmüş xüsusi ləyənlərdə əllər 1 dəqiqə müddətində işləndikdən sonra steril dəsmalla qurudulur.

Ədəbiyyat Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.16
822. Əllərin xlorheksidin biqlükonatın spirtli məhlulu ilə işlənməsinə nə qədər vaxt lazımdır?

A) 5 dəq.

B)1-2 dəq.

C) 3 dəq.

D)1 dəq

E)3-4 dəq.



Əllərin işlənməsində xlorheksidin biqlükonatın 0.5%-li spirtli məhlulundan istifadə olunur.Əllər sabunla axar ilıq su altında yuyulduqdan sonra steril salfetlə silinir.Sonra xlorheksidin biqlükonat məhlulunda isladılmış steril salfetlə 3 dəq.ərzində işlənilir.

Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.16
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin