31. Masaj qaydalarına uyğun gəlməyən nədir?
A) Masaj otağının havası quru olmalıdır
B) Masaj otağı işıqlı olmalıdır
C) Masaj otağında 1 çarpayı üçün 8m2 sahə ayrılmalıdır
D) Masaj otağının hərarəti +35° + 37° olmalıdır
E) Masaj otağı ventilyasiyalı olmalıdır
Masaj hərarəti 20 dərəcədən az olmayan, işıqlı, yaxşı ventilyasiyası olan otaqda aparılmalıdır. +35° + 37° temperaturlarda masaj etmək masaj qaydalarına uyğun deyil.
Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.278 “Maarif” Bakı 2008
32. Masaj zamanı dərini qıcıqlandırmamaq üçün aşağıdakılardan hansını istifadə etmək olmaz?
A) Talk tozu
B) Su
C) Bitki yağı
D) Vazelin
E) Uşaq pudrası
Uzun müddətli masaj zamanı dərinin qıcıqlanmaması üçün talk, bitki yağı, vazelin və uşaq tozu(pudrası) istifadə edilir. Su massaj zamanı sürtünməni azaltdığı üçün istifadə edilmir.
Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.279 . “Maarif” bakı 2008
33. Yetkin şəxslərdə temperatur hansı dərəcəyə qalxdıqda xəstənin huşu pozula bilər (C0)?
A) 40,5 - 41,0
B) 37,0 - 38,0
C) 38,0 – 38,5
D) 38,3 – 38.5
E ) 36.6-37.0
Temperatur 40,0 C0 –ni keçdikdə orqanizmdə zülalların parçalanması baş verir. Bu zaman zülalların parçalanma məhsulları qanla baş beynə gedir və huşun dəyişməsinə, bəzən itməsinə, hətta sayıqlamalara, qarabasmalara(hallüsinasiyalara) səbəb olur. Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 125. “Maarif” 1974
34. Hipoqlikemik koma zamanı təxirəsalınmaz yardım vena daxilinə....... yeridilməsindən ibarətdir. Nöqtələrin yerinə uyğun gələn cavabı seçin.
A) İnsulin
B) Heparin
C) Dibazol
D) Qlükoza
E) Kofein
Hipoqlikemik koma zamanı qanda qlükozanın miqdarı azaldığından, vena daxilinə yeridilən qlükoza məhlulu xəstənin vəziyyətini stabilləşdirir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.162 “Çıraq” 2008
Dostları ilə paylaş: |