66. Xəstə civəli termometri sındırdıqda tibb bacısı nə etməlidir?
A) Qalıqları hermetik qaba yığmalı və sanitar- epidemioloji stansiyaya (SES-ə) xəbər verməli
B) Qaqlıqları yaş tamponla yığıb, zibil qutusuna atmalı
C) Qalıqları su ilə axıtmalı
D) Qalıqları tozsoran ilə yığmalı
E) Civə dağılan yeri furasilin məhlulu ilə silməli
Civə zəhərli maddə olduğu üçün onun ətrafa yayılması insanlar və ətraf mühit üçün çox təhlükəlidir. Ona görədə tibb bacısı sınmış termometrin qalıqlarını hermetik qaba yığıb SES-ə məlumat verməlidir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.96 “Azərnəşr” Bakı 1984
Dostları ilə paylaş: |