278. Sutkalıq diurezin 350 ml-ə qədər azalması necə adlanır?
A) Poliuriya
B) Nikturiya
C) Oliquriya
D) Anuriya
E) Pollakiuriya
Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, anuriya. Oliquriya sutkalıq sidiyin miqdarının 500 ml-dən az olmasına deyilir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil” Bakı 1998 279. Gecə diurezinin gündüz diurezindən çox olması necə adlanır?
A) Anuriya
B) Poliuriya
C) Nikturiya
D) Oliquriya
E) Pollakiuriya
Nikturiya sidiyin miqdarca pozğunluqlarına aiddir. Nikturiya sutkalıq sidiyin miqdarının yarısının və ya daha çox hissəsinin gecələr ifraz olunmasına deyilir.