324. Doğum evində qonoblenoreyanın profilaktikası nə vaxt aparılır?
A) Doğuşdan sonra ilk 1 saat ərzində
B) Doğuşdan 1 saat sonra
C) Doğuşdan 4 saat sonra
D) Doğuşdan 2 saat sonra
E) Doğuşdan 3 saat sonra
Qonoblenoreyanın profilaktikası bir dəfə, doğuşdan sonra ilk bir saat ərzində aparılır. Əsas məqsəd gələcəkdəə gözün qonokok infeksiyasından zədələnməsinin qarşısını almaqdır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. 2007, Səh 198.
“Sağlam yeni doğulmuşa qulluq üzrə klinik protokol”
325. Hamiləliyin antenatal risk faktoruna nə aid deyil?
A) Çox döllü hamiləlik
B) Vaxtı keçmiş hamiləlik
C) Geçikmiş toksikozlar
D) Doğuş vaxtı narkoz vermə
E) Hamiləlik vaxtı qanaxma
Uşaq orqanizminin əsas morfoloji və funksional xüsusiyyətləri , uşağın sağlam doğulması hamiləliyin düzgün gedişindən asılıdır. Narkoz isə doğuş vaxtı verildiyindən hamiləliyin antenatal risk qrupuna doğuş vaxtı narkoz vermə aid deyil.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2 007.səh.71
326. Yenidoğulmuşların asfiksiyası zamanı orta ağır asfiksiya neçə balla qiymətləndirilir?
A) 3- 4 bal
B) 4-5 bal
C) 1-2 bal
D) 6-7 bal
E) 8-10 bal
Asfiksiya xəstəlik deyil, müxtəlif səbəblər nəticəsində yaranan simptomlar kompleksidir.Asfiksiya zamanı ürək,qan-damar sistemi və həyat üçün vacib orqanların (beyin,ürək) qan təchizatı pozulur. Hər əlamət 2 balla qiymətləndirildikdə asfiksiyanın dərəcəsi Apqar şkalasına görə 5 əlamətlə qiymətləndirilir .Orta ağır asfiksiya Apqar şkalasına görə 4-5 balla qiymətləndirilir.8-10 yaxşı, 6-7 kafi, 4-5 bal orta ağır asfiksiya sayılır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 145.
327. Yenidoğulmuşların asfiksiyası zamanı ürək vurğularının sayını artırmaq üçün hansı preparat istifadə edilir?
A) Kokarboksilaza
B) Noşpa
C) Adrenalin
D) Vitamin C
E) ATF
Dölün asfiksiyası zamanı cift qan dövranı pozulur,dölün bədəninə oksigen az daxil olur və nisbi oksigen aclığı əmələ gəlir. Bu da boğulmaya səbəb olur, ürək döyüntülərinin sayı və ritmi dəyişir. Ürək vurğularının sayını artırmaq məqsədi ilə adrenalin preparatından istifadə edilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 146 .
Dostları ilə paylaş: |