429. Raxit xəstəliyi zamanı uşaqlarda hansı əlamət olur?
A) Artrit
B) Hemartroz
C) O şəkilli və X bənzər ayaqlar
D) Sınıqlar
E) Kifoz
Raxit xəstəliyinin kəskin dövründə uşaq fiziki və psixi inkişafdan geri qalır, tərlilik artır. Skletdə dəyişiliklər əmələ gəlir. Skletdə baş verən bu dəyişiliklər aşağı ətraflarda da biruzə verir. Ayaqlar əyilərək O və X-vari görkəm alır.
Ədəbiyyat: A.A.Əyyubova , “Uşaq xəstəlikləri”, Bakı 2008.səh 14 430. Furozalidon və metronidozolla uşaqlarda hansı xəstəliyin spesifik müalicəsi aparılır?
A) Enterobiozun
B) Trixosefalyozun
C) Askaridozun
D) Lyambliozun
E) Tenidozun
Lyamblioz 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxarı hissəsındə yaşayan parazit olub , çox vaxt uşaqlarda xolesistitə səbəb olur.Müalicəsində furozolidon və metranidozoldan istifadə olunur.