885.Gözün selikli qişasının iltihabı necə adlanır?
A) Blefarit
B) Qlaukoma
C) Konyuktivit
D) Katarakta
E) Traxoma
Konyuktivanın iltihabı konyuktivit adlanır.Konyuktiva-nazik selikli qişa olub göz qapağının arxa səthini və göz almasının ön səthini örtür.Normada konyuktiva parıltılı, hamar,açıq-çəhrayı rəngdədir.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 97 886.Gözün görmə sahəsinin müayinəsi nə adlanır?
A) Mikroskopiya
B) Tonometriya
C) Oftalmoskopiya
D) Perimetriya
E) Refraktometriya
Görmə sahəsinin müayinəsi perimetriya adlanır.Bu xüsusi cihazın-perimetrin köməyi ilə aparılır.Bu cihazın vaistəsilə xüsusi blanklarda görmə sahəsinin qrafik təsvirini almaq mümkündür.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 23