51) Uşaqlıq borusunun ən enli hissəsi hansıdır?
A) İstmik
B) Ara hissə
C) İnterstisial
D) İntramural
E) Ampulyar
Uşaqlıq boruları uşaqlığın yuxarı yan hissəsindən başlayır ,enli bağın üstü ilə yanlara doğru gedir, enli hissə və saçaqlarla qurtarır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
52) Həqiqi konyuqatanı necə hesablamaq lazımdır?
A) Diaqonal konyuqatanın üstünə 1,5 – 2 sm gəlmək
B) Diaqonal konyuqatadan 1,5-2 sm çıxmaq
C) Xarici konyuqatadan 1,5 – 2 sm çıxmaq
D) Xarici konyuqatanın üstünə 1,5 – 2 sm gəlmək
E) Diaqonal konyuqatadan 9 sm çıxmaq
Daxili müayinə zamanı simfizin alt kənarından oma qabarına qədər olan məsafədən diaqonal konyuqatadan 1,5-2 sm çıxılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
Dostları ilə paylaş: |