286) Uşaqlığın daxili səthi doğuşdan neçə gün sonra bərpa olunur? A) 5
B) 3
C) 10
D) 1
E) 2
Normada uşaqlığın daxili səthi, yəni endometrium(cift birləşən yerdən başqa) 10 günə tam bərpa olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 150
287) Uşaqlığın daxili səthi (cift bitişən yerlə birgə) doğuşdan neçə gün sonratam bərpa olunur? A) 10
B) 7
C) 5
D) 3
E) 20
Normada uşaqlığın daxili səthi, yəni endometrium cift bitişən yerlə birgə 20 günə tam bərpa olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; B.И. Бодяжина. Акушерство. «Медицина», Москвa. 1985 səh 150