381) Dölyanı mayenin azlığı olduqda döldə hansı patologiya ola bilər?
A) Onurğanın əyilməsi
B) Əyripəncəlik
C) Dölün bətn daxili ölümü
D) Sadalananların hamısı
E) Ətrafların amputasiyası
Dölyani mayenin patoloji hallarında döldə bir çox eybəcərliklərə rast gəlinir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76,280; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 207
382) Hansı hallarda hamiləliyi başa çatdırmaq mümkün deyil?
A) Vaxtı ötmüş hamiləlik
B) Preeklampsiya
C) İkincili doğum zəifliyi
D) Ağır ürək-damar xəstəliklərində
E) Dölün köndələn vəziyyəti
Ürək-damar xəstəlikləri hamiləlik, doğuş və zahılıq dövrünün çox ağır keçməsinə səbəb ola bilər. Həyati göstərişlə hamiləliyin pozulması təklif olunur. Doğuş zamanı isə kollaps baş verə bilər. Qadının ölümünə səbəb ola bilər.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 150-154; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 213
Dostları ilə paylaş: |