392) Mama döl doğulduqdan sonra yenidoğulmuşu dərhal hara qoymalıdır?
A) Uşaq çarpayısına
B) Bələk stoluna
C) Ananın qarnının üstünə
D) Küvezə
E) Doğuş stoluna
Normal yenidoğulmuş doğulan kimi ananın qarnının üstünə qoyulmalıdır.Bu zaman dəri təması ilə körpə ilə ana arasında əlaqə yaranır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 29
393) Aralıqda tikiş olduqda ana yenidoğulmuşu hansı vəziyyətdə əmizdirməlidir?
A) Əmizdirməməlidir.
B) Arxası üstə uzanmış
C) Oturmuş
D) Yarıoturmuş
E) Böyrü üstə uzanmış
Aralığa qoyulmuş tikişlərin vaxtından əvvəl açılmasının qarşısını almaq məqsədilə ana uşağı böyrü üstə əmizdirməlidir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120-242; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва 1985 səh 29
Dostları ilə paylaş: |