40) Bartolin vəzlər hansı sekresiya vəzisinə aiddir?
A) Qadının xarici cinsiyyət üzvlərinə
B) Qadının daxili cinsiyyət üzvlərinə
C) Qadının daxili sekresiya vəzisinə
D) Qadının xarici sekresiya vəzisinə
E) Kişinin daxili sekresiya vəzisinə
Bartolin vəzlər böyük cinsiyyət dodaqlarının dərinliyində yerləşir, axarı isə uşaqlıq yolu dəhlizinə açılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
41) Qadında uretranın uzunluğu neçə sm-dir?
A) 12 – 13 sm
B) 3 – 4 sm
C) 10 – 11 sm
D) 8 – 9 sm
E) 6 – 7 sm
Uretra qadınlarda qısa olur. 3 – 4 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
42) Uşaqlıq yolunun ən dərin tağı hansıdır?
A) Sağ yan
B) Arxa
C) Orta
D) Sol yan
E) Ön
Uşaqlıq boynu uşaqlıq yolunun yuxarı 1/3 hissəsinə birləşir və ətrafında 4 tağ əmələ gəlir. Arxada olan tağ əsas rol oynayır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
Dostları ilə paylaş: |