8
bu vasitələrin idarə olunması üsullarını və fəaliyyət prinsiplərini
öyrənən texniki elmdir.
Informatika termini mənşəcə latın sözləri olan «informatio»
və «automatique» sözlərinin birləşməsindən yaranmışdır və
«informasiyanın avtomatik emalı» mənasında başa düşülür.
Informatika elmi əsasən aşağıda sadalanan problemlərin
həlli ilə məşğul olur:
- informasiyanın yaradılması və toplanması;
- informasiyanın qəbul edilməsi və saxlanması;
- informasiyanın emal edilməsi;
- informasiya texnologiyalarının tətbiqi və onlardan səmərəli
istifadənin təşkili;
- informasiya
texnologiyaları
sahəsində
elmi-texniki
nailiyyətlərin öyrənilməsi və bu texnologiyaların digər
sahələrin inkişafında istifadə edilməsi;
- texnoloji proseslərin idarə edilməsi üçün proqram-texniki
vasitələrin yaradılması və tətbiq edilməsi.
Informatika həll etdiyi problemlərin xarakterindən və
predmetindən asılı olaraq fundamental elm kimi aşağıdakı
sahələrə bölünür:
- ümumi informatika;
- tətbiqi riyaziyyat;
- informasiya emalının proqram təminatı;
- tətbiqi proqram sistemlərinin yaradılması metodologiyası və
vasitələri;
- hesablama sistemlərinin və kompüterlərin texniki təminatı;
- kompüter şəbəkələri, Internet;
- məlumat bazaları və onların idarə edilməsi sistemləri;
- biliklər bazaları;
- süni intellekt.
Son
zamanlar
informatika
elmini
informasiya
texnologiyaları və ya kompüter texnologiyası kimi adlandırırlar.
Ingilis dilli ölkələrdə «information science» (informasiya elmi) və
9
«computer science» (kompüter elmi) kimi terminlər də istifadə
olunur.
Informasiya prosesləri zamanı müxtəlif texniki vəsaitlərin, o
cümlədən kompüter və rabitə texnikasının tətbiqi ilə istifadə edilən
üsul və vasitələr sistemi informasiya texnologiyaları adlanır.
Dostları ilə paylaş: