BĠRĠNCĠ FƏSĠL. Cənab Miriel



Yüklə 9.51 Mb.

səhifə14/146
tarix19.06.2017
ölçüsü9.51 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   146

Üzünün parlaq rəngi, zərif quruluĢlu baĢ, mavi gözlər, ağır göz qapaqları, zərif balaca ayaqları, 

qolların valehedici cizgiləri, incə, göy damarları bilinən ağ dəri, təravətli uĢaq yanaqları, ekin 

yunonalarının qüvvətli və zərif boynu, möhkəm peysər, sanki, Kustunun əli ilə yapılmıĢ nazik 

muslinin altından görünən Ģəhvətli çuxurlar, xəyalpərvərliklə qarıĢıq Ģənlik, sanki, heykəltəraĢ 

əlindən çıxmıĢ gözəl bədən təsəvvür edin – bu Fantinadır: parça və lentlər altında siz bir heykəl 

görər və bu heykəlin canlı ruha malik olduğunu hiss edərsiniz. 

Fantina gözəl idi, lakin özü bunu dərk etmirdi. Bəzi xəyalpərvərlər, gözəllik allahının gördükləri 

hər Ģeyi dinməz mükəmməlliklə müqayisə edən əsrarəngiz xadimləri gənc tikiĢçi qızda Paris 

incəliyi arxasında antik və müqəddəs bir ahəngdarlıq hiss edərdi. Əsil-nəsəbi məlum olmayan 

qızda nəcabət hiss edilirdi. Onda həm stil, həm də ritm gözəlliyi vardı. Stil – idealın forması, 

ritm – onun hərəkətidir. 

Yuxarıda demiĢdik ki, Fantina baĢdan-ayağa sevinc idi. O, eyni zamanda çox həyalı idi. 

Ona diqqət verən olsaydı, görərdi ki, gənclik, bahar və məhəbbət sərməstliyi arxasında bu qızda 

böyük bir təmkinlik və təvazökarlıq duyulur. O, həmiĢə bir qədər heyrətlənmiĢ kimi görünürdü. 

Psixoeyanı Veneradan fərqləndirən də həmin bu bakiranə heyrətdir. Fantinanın barmaqları 

müqəddəs odun külünü qızıl sancaqla qarıĢdıran vestalkanın barmaqları kimi uzun, ağ və nazik 

idi. Ġrəlidə aĢkar görəcəyimiz kimi, o Tolomesin heç bir xahiĢini rədd etməmiĢdisə də, sakitlik 

anlarında onun üzündə bir bəkarət ifadəsi olurdu: bəzən onda birdən-birə nə isə ciddi və demək 

olar ki, sərt bir ləyaqət görünürdü və bu üzdəki Ģənliyin sürətlə yox olaraq, sakit aydınlığın 

birdən dərin fikirlərlə əvəz olunduğuna heyrət və həyəcansız baxmaq olmurdu. 

Bəzən çox kəskin ifadə olunan bu gözlənməz ciddiyyət bir ilahənin təkəbbürünə bənzəyirdi. 

Fantinanın alnı, burnu və çənəsi ideal nisbətlərdən tamamilə fərqlənən və üzün cizgilərinin 

həmahəng olmasına səbəb olan ideal bir cizgidə idi: burunun qaidəsi ilə üst dodağı arasında isə 

gizli bir ismət niĢanəsi olan, güclə bilinən, valehedici bir çuxur vardı ki, Barbarossanın 

Ġkoniyada qazıntı zamanı tapılmıĢ Dianaya aĢiq olmasının da səbəbi bu çuxur idi. 

Sevmək – günahdır, qoy elə olsun! Fantina günah girdabından üzə çıxmıĢ günahsızlıq idi. 

 

 

DÖRDÜNCÜ FƏSĠL. 



Tolomes elə Ģəndir ki, ispan mahnısı oxuyur. 

 

Bu gün əvvəldən axıra qədər səhər günəĢinin Ģüalarından toxunmuĢdu. Sanki, bütün təbiəti tətilə 



buraxmıĢdılar və o Ģadyanalıq edirdi. Sen-Klunun çiçəklikləri ətir saçır, Sena çayının nəfəsi 

ağacların yarpaqlarını xıĢıldadır, yüngül meh budaqları tərpədir, arılar yasəmən koluna qonub 

onu qarət edirdi; bir dəstə kəpənək boymadərən, yonca və cır yulaf üstünə hücum etdi; Fransa 

kralının qoruq parkına bir dəstə hay-küyçü sərsəri doluĢdu – bunlar quĢlar idi. 



Dörd cüt Ģən gənc, günəĢə, tarlalara, çiçəklərə, meĢəyə qovuĢaraq, həyatın sevinci ilə nəĢələnirdi. 

Təbiətin behiĢti andıran bu bucağında gənc qızlar danıĢır, gülür, qaçıĢır, oynaĢır, kəpənək qovur, 

zərif çəhrayı corablarını hündür otlar arasında isladaraq sarmaĢıq qırırdılar, gənc, dəlisov, heç də 

tərs olmayan bu qızlar addımbaĢı kiĢilərdən öpüĢ alırdılar, yalnız öz Ģüursuz, dalğın və ürkək 

fikirlərinə qapanmıĢ Fantinadan, bu sevən qızdan baĢqa. Favurita ona deyərdi: ―Sən həmiĢə 

özünü dağ baĢına qoyursan‖. 

Həqiqi sevinclər belədir. XoĢbəxt cütlər həyata, təbiətə qüvvətli çağırıĢdır: onlar görünəndə 

bütün varlıq nəvaziĢ və iĢıq saçır. Bir zaman bir pəri varmıĢ ki, ancaq sevgililər üçün meĢə və 

çəmənlər yaratmıĢdır. Beləliklə, ölməz sevgililər məktəbi yaratmıĢdır. Nə qədər ki, meĢələr və 

məktəblilər vardır, bu məktəb də həmiĢə mövcud olacaqdır. Buna görə də bahar mütəfəkkirləri 

cəlb edir. Patrisi və bıçaq itiləyən, per mənsəbinə qaldırılmıĢ hersoq və xırda iĢçi, keçmiĢdə 

deyildiyi kimi, ―saray əhli və Ģəhərlilər‖ – hamı bu pəriyə tabedir. Hamı gülür, hamı bir-birini 

axtarır. Havada bir apofeoz parıltısı yayılmıĢdı – sevgi insanları gör necə dəyiĢdirir! Aciz bir 

notarius mirzəsi yarımallaha çevrilir. Bu yüngül sədalar, yaĢıl otlar arasında bir-birinin dalınca 

qaçan bu gənclər, qaçaraq qucaqlanan bu qız beli, musiqi kimi səslənən bu sözlər, bircə hecanın 

ahəngi ilə özünü ələ verən bu pərəstiĢ, dodaqların dodaqlardan qopardıqları bu kilonarlar – 

hamısı səmavi bir mənliklə yanımızdan ötərək par-par yanır. Gözəllər Ģəhvət və səxavətlə 

özlərini bəxĢ edirlər. Hamıya elə gəlir ki, bu hal davam edəcəkdir. Filosoflar, Ģairlər, rəssamlar 

bu vəcdləri seyr edir və gözləri qamaĢmıĢ halda bunları necə əks etdirəcəyini bilmirlər. ―Gəmi 

Kiferaya yola düĢür‖ – deyə Vatto səslənir; avamları əbədiləĢdirmiĢ rəssam Lankre göylərə uçan 

Ģəhərlilərini seyr edir; Didro bütün aĢiqlərə ağuĢunu açır, d’Yurfe isə onların arasında duridləri 

görür. 


Nahardan sonra dörd cüt gənc o zamankı kral çiçəkliyinə, bir az əvvəl Hindistandan gətirilən 

bitkiyə tamaĢa etməyə getdilər: o zaman bütün Parisi Sen-Kluya cəlb edən bu bitkinin adı indi 

yadımızda deyil; bu, hündür gövdəli qəribə və gözəl bir kol idi, onun saysız-hesabsız sap kimi 

nazik, saçaqlanmıĢ, yarpaqsız budaqları baĢdan-ayağa kimi xırdaca ağ güllərlə örtülmüĢdü, buna 

görə kol üzərinə çiçək səpilmiĢ bir baĢı xatırladırdı. Onun ətrafı daim tamaĢaçılarla dolu olurdu. 

Ağaca tamaĢa etdikdən sonra Tolomes: ―EĢĢəyə qonaq edirəm!‖ deyə çığırdı və sürücü ilə 

qiymət barəsində razılaĢıb, dəstə Vanv və Ġssidən keçərək geriyə yola düĢdü. Ġssidə bir hadisə üz 

verdi. Ġnqilab zamanı zəbt olunmuĢ və o zamana kimi ordu podratçısı Burkenin ixtiyarına keçmiĢ 

park təsadüfən açıq idi. Onlar parka girdilər, anaxoret oyuğu qoyulmuĢ mağaraya getdilər, 

məĢhur güzgülü otağın – milyoner olmuĢ Ģöhrətpərəst satirə və ya Priapa çevrilmiĢ Türkareyə 

layiq olan bu tələnin bütün əsrarəngiz təsirlərini hiss etdilər. Gənclər abbat de Berni tərəfindən 

mədh edilmiĢ iki Ģabalıd ağacının arasında asılan böyük torlu yelləncəyi lazımınca hərəkətə 

gətirdilər. Gözəl qızları növbə ilə yellədərək, gülüĢür və qalxarkən, Qrezin özünü belə heyran 

edə biləcək qırıĢlar əmələ gətirən tumanlar arasında Tuluza əhli və bir qədər də ispaniyalı olan 

Tolomes – axı Tuluza Tolozanın xalası qızıdır – kədərli reçitativlə qədim ispan mahnısını 

oxuyurdu, bu mahnı da, yəqin, iki ağac arasında kəndirdə yellənərək yuxarı qalxan bir gözəlin 

təsirindən yaranmıĢdı: 

 

Soy de Badajoz, 



Amor me llama 

Toda mi alma 

Ees en mis ojos, 

Porque ensenas 

A tus piernas1. 

 

Təkcə Fantina yellənmək istəmədi. Favurita xeyli kinayə ilə: 



– Adamlar bu cür əzilib-büzüləndə lap zəhləm gedir, – deyə mırıldandı. 

EĢĢəklərə minib bir qədər gəzəndən sonra onlar baĢqa bir əyləncə tapdılar: qayıqla Senadan 

keçdilər və Passidən Ulduz qarovulxanasına qədər piyada getdilər. Gənclərin səhər saat beĢdən 


ayaq üstündə olduqlarını unutmayın, lakin nə olsun ki! Favurita: ―Bazar günü yorulmazlar, bazar 

günü yorğunluq özü də istirahətdir‖- deyirdi. 

Saat üçə yaxın dörd cüt gənc bəxtiyarlıqdan sərməst olaraq, Bojon dağının təpəsindəki ―rus 

dağları‖ deyilən qəribə bir qurğudan aĢağıya yumbalandılar, bu dağların dolaĢıqdı cizgiləri 

Elisey yollarının ağacları üzərində görünürdü. 

Favurita ara-sıra: 

Bəs sürpriz hanı? Mən sürpriz tələb edirəm! – deyə səslənirdi. 

Tolomes – səbir edin, – deyirdi. 

 

BEġĠNCĠ FƏSĠL. 



Bombard meyxanasında. 

 

Gözəl rus dağlarında doyunca əyləndikdən sonra dostlar nahar barəsində düĢünməyə baĢladılar 



və nəhayət, bir qədər yorulmuĢ səkkiz yoldaĢ, Rivoli küçəsində Delorm passajı yanında restoran 

saxlayan məĢhur Bombardın Yelisey yollarındakı ―Bombard‖ meyxanasına girdi. 

Böyük, lakin çirkli bir otaq, otağın dərinliyində pərdə ilə örtülmüĢ bir çarpayı (meyxana bazar 

günü münasibətilə camaatla son dərəcə dolmuĢ olduğundan istər-istəməz bu otaqla 

kifayətlənməli oldular), ağacların yarpaqları arasından sahili və çayı seyr etməyə imkan verən iki 

pəncərə; pəncərələrdən içəri düĢən parlaq avqust günəĢinin Ģüaları, iki masa, birinin üzərində 

qadın və kiĢi Ģlyapaları ilə qarıĢıq bir yığın çiçək dəstəsi, o birinin arxasında isə Ģərab ĢüĢələri, 

stəkanlar qarĢısında oturmuĢ dörd cüt gənc. Masa üstündə hər Ģeydə bir qədər qarıĢıqlıq, masanın 

altında isə daha çox tör-töküntü. Molyer demiĢkən: 

 

Masa altda ayaqlar bir hay saldı ki, bir an. 



Sanki, çaxdı ildırım, lərzəyə düĢdü hər yan. 

 

Səhər saat beĢdə bu qədər Ģairanə baĢlanan bu əyləncə axĢam saat beĢin yarısında bu halda idi. 



GünəĢ batır, iĢtah getdikcə azalırdı. 

GünəĢ və camaatla dolmuĢ Yelisey yolları Ģəhərin iki tərkib hissəsi olan iĢıq və tozla dolu idi. 

Marlinin mərmər atları Ģaha qalxır və sanki, qızılı duman içində kiĢnəyirdilər. Ekipajlar oyan-

buyana Ģütüyürdü. Neli küçəsi ilə, baĢda Ģeypurçu, bir eskadron ehtiĢamlı leyb – qvardiyaçı 

keçirdi: Tüilri sarayının qübbəsi üzərində axĢam Ģəfəqinin Ģüalarından azacıq qızarmıĢ ağ bayraq 

yellənirdi. Ġndi yenə XV Lüdovik meydanı adlanan SaziĢ meydanı gəzməyə çıxmıĢ adamlarla 

qaynaĢırdı. Bir çoxlarının yaxasında ağ muar bantlar üzərində 1817-ci ildə hələ tamamilə yox 

olmamıĢ gümüĢ zanbaqlar görünürdü. AlqıĢlayan tamaĢaçıların dairəyə aldıqları dəstə ilə balaca 

qızlar o zaman məĢhur olan bir nəğmə oxuyurdular. Bu nəğmədə Burbonlar tərif edilir. Yüz gün 

isə biabır edilirdi. Nəğmənin nəqaratı belə idi. 

 

Gentdən bizim atamızı 



Özümüzə qaytarın. 

Paris ətrafının bayramsayağı geyinmiĢ, bəziləri isə burjualar kimi döĢünə zanbaq taxmıĢ əhalisi 

gurultulu dəstələrlə baĢ meydana və Marini meydanına yayılmıĢdı. 

Kimi oyun oynayır, kimi yelləncəkdə yellənir, kimi içirdi, mətbəə Ģagirdləri baĢlarına kağızdan 

papaq qoyub gəzirdilər, gurultulu qəhqəhə səsləri eĢidilirdi. ġənlik hər yanı bürümüĢdü. Bu dövr 

möhkəm sakitlik və royalistlər üçün tam təhlükəsizlik dövrü idi: məhz bu zamanlarda polis 

prefekti Anqlesin Parisin ətrafı haqqında krala verdiyi gizli və müfəssəl bəyanatlardan biri bu 

sözlərlə qurtarırdı: ―Əlahəzrət, sağlam mülahizəyə görə, bu adamlardan qorxmağa heç bir əsas 

yoxdur. Onlar piĢik kimi qayğısız və tənbəldirlər. Əyalət camaatı dinc durmur, amma Paris 

əhalisi belə deyil. Bunların hamısı balaca adamcığazlardır. Bu cırtdanların ən azı ikisindən 

əlahəzrətin bircə nəfər qrenadyoru çıxar. Xeyr, paytaxtda yaĢayan qara camaatdan heç bir qorxu 

ola bilməz. Maraqlı burasıdır ki, son əlli il ərzində bu adamların boyu daha da kiçilmiĢdir və indi 

Paris ətrafının əhalisi inqilabdan əvvəlkindən daha da cırdır. Onlar tamamilə təhlükəsizdir. 


Ümumiyyətlə, bunlar sadəlövh dələduzlardır‖. Polis prefektlərinin heç xəyalına belə gəlmir ki, 

piĢik bəzən dönüb aslan ola bilər; lakin bu mümkün bir Ģeydir və Paris camaatının ən gözəl 

xüsusiyyətidir. Ancaq qraf Anqlesin bu qədər həqarətlə baxdığı piĢik antik respublikalarda 

hörmət sahibi idi, azadlığın timsalı sayılırdı və Pireydə qanadsız Afinanın heykəli yüksəldiyi 

kimi, Korinfdə Ģəhər meydanında tuncdan qayrılmıĢ nəhəng bir piĢik heykəli dururdu. 

Restavrasiya dövrünün sadəlövh polis idarəsi Paris camaatını həddindən artıq ―dinc‖ zənn edirdi. 

Halbuki onlar bəzi adamların fikirləĢdiyi kimi o qədər də ―sadəlövh dələduzlar‖ deyildilər. 

Afinalı yunanlıdan necə fərqlənirdisə, parisli də fransızdan eləcə fərqlənir. Heç kəs onun kimi 

Ģirin yatmaz, heç kəsin yüngüllüyü və tənbəlliyi onunku kimi açıq-açığına deyil; sanki, heç kəs 

onun kimi tez unutmağı bacarmır, bununla belə bu xassələrə o qədər də bel bağlamaq olmaz. 

Parisli hər cür qayğısızlıq göstərə bilər, lakin onun gözlərinə Ģöhrət günəĢi göründüyü zaman o 

elə qızıĢır ki, siz heyrətdən donub qalırsınız. Siz ona nizə versəniz, 10 avqust gününü görərsiniz, 

silah versəniz, Austerlisi görərsiniz. Parisli Napoleonun istinadgahı və Dantonun köməkçisi 

deməkdir. Vətəni qorumaq lazım gələrsə, o, dərhal əsgər yazılır; azadlıq məsələsi doğarsa, o, 

küçənin daĢlarını sökərək barrikada qurmağa baĢlayır. Özünüzü gözləyin! Əfsanəvi qəhrəmanlar 

kimi onun saçları qəzəb suyu ilə yuyulmuĢdur. Onun pencəyi qədim yunanların rədasına 

bənzəyir. Ehtiyatlı olun! Parisli qarĢısına çıxan ilk küçəni, məsələn, Qrenet küçəsini Kavdin 

dərəsinə çevirə bilər. Vaxt gələr ki, Paris ətrafında yaĢayan bu Ģəhərli, bu balaca adamcığaz boy 

atar, baxıĢları qorxunc, nəfəsi fırtına kimi coĢqun olar, onun zəif, taqətsiz görünən sinəsindən elə 

bir qasırğa qopar ki, Alp dağlarının nəhəng zirvələri belə sarsılar. Ġnqilab məhz Paris ətrafının 

əhalisi sayəsində ordu ilə birləĢərək, bütün Avropanı fəth etmiĢdi.  

Parisli nəğmə oxuyur – onun sevinci nəğmədədir. Onun oxuduğu nəğməni onun təbiəti ilə 

müqayisə etsəniz, nələr ola biləcəyini görərsiniz! Hələlik onun oxuduğu ancaq Karmanyoladır, o 

təkcə XVI Lüdoviki taxtından düĢürür; qoyun o Marselyoza oxusun – o zaman o bütün dünyanı 

azad edər. 

Anqlesin təqdim etdiyi məlumat vərəqəsinin haĢiyələrində bu sözləri yazdıqdan sonra biz yenə 

dörd qızla dörd oğlana qayıdırıq. Söylədiyimiz kimi, nahar qurtarmaq üzrə idi. 

 

 



ALTINCI FƏSĠL. 

Onlar bir-birinə pərəstiĢ edir. 

 

Süfrə söhbətləri və sevgi söhbətləri! Hər ikisi eyni dərəcədə ələ keçirilməz bir Ģeydir, ―sevgi 



söhbətləri bir bulud, süfrə söhbətləri isə duman kimidir‖. 

Fameyllə Daliya nə isə oxuyurdular; Tolomes içirdi; Zefina gülürdü, Fantina gülümsəyirdi. 

Listolye Sen-Kluda aldığı ağac tütəyi çalırdı. Favurita mehriban bir nəzərlə BlaĢvelə baxaraq: 

– BlaĢvel, mən sənə pərəstiĢ edirəm, – deyə təkrar edirdi. 

Bu sözlərə BlaĢvel sualla cavab verdi: 

– Favurita, mən səni daha sevməsəm, sən nə edərdin? 

Favurita: 

– Mənmi nə edərdim? – dedi. Ah, sən bunu heç zarafatla da söyləmə! Mən sənin üstünə atılıb 

üzünü cırmaqlar, diĢlərdim, baĢına su tökərdim, səni tutdurub həbsə saldırardım. 

BlaĢvel mənliyi qıcıqlanmıĢ bər-bəzəkli və boĢ bir adam kimi özündən razı halda, çirkin bir əda 

ilə gülümsədi. 

Favurita sözünə davam edərək dedi: 

– Mən dərhal çığırardım ki: ―Tutun onu!‖. Mən sənin nazını çəkən deyiləm, yaramaz! 

BlaĢvel tam heyran olmuĢ halda stula söykəndi və təkəbbürlə gözlərini qıydı. 

Daliya, nə isə çeynəyə-çeynəyə, ümumi gurultu içində pıçıltı ilə Favuritadan soruĢdu: 

– Demək, sən öz BlaĢvelinə yaman vurulmusan, eləmi? 

Favurita yenə yeməyə baĢlayaraq, yavaĢca cavab verdi: 

– Mənmi? Mən ona nifrət edirəm. O çox xəsisdir. Mən otağımın qabağında yaĢayan oğlanı 

sevirəm. Çox sevimli cavan bir oğlandır. Sən onu tanımırsan? O saat görünür ki, o, aktyor 


olacaq. Mən aktyorları çox sevirəm. O, evə qayıdanda anası deyir: ―Aman ya rəbbi, rahatlığım 

qurtardı! O yenə çığırmağa baĢlayacaqdır. Əzizim, mənim baĢım çatlayır! Ona görə ki, oğlan 

bütün evi dolaĢır, siçovulla dolu olan çardağa çıxır, bütün qaranlıq bucaqlara soxulur, nəğmə 

oxumağa, Ģeir deməyə baĢlayır, özü də elə bərkdən deyir ki, aĢağıda eĢidilir. Bir vəkilin yanında 

iĢləyir və hələ indidən gündə 20 su pul qazanır, vəkil üçün cürbəcür fitnəkar kağızlar yazır. Atası 

Sen-Jak-Dü-O-Pa kilsəsində müğənni imiĢ. Ah, elə qəĢəng oğlandır! Mənə elə vurulub! Bir gün 

mən biĢi üçün xəmir yoğuranda əllərimi xəmirli görüb. – ―Madmazel, əlcəklərinizdən biĢi 

hazırlayın verin, yeyim‖ – dedi. Belə sözləri ancaq artistlər söyləyə bilir. Ah, elə sevimlidir! Az 

qalıram onun üstündə baĢımı itirəm. Ancaq bunun nə dəxli var? Mən BlaĢvelə deyirəm ki, ona 

pərəstiĢ edirəm. Amma nə yalan deyirəm! Nə yalan! 

Favurita bir qədər susdu, sonra yenə sözünə davam etdi. 

– Bilirsənmi? Daliya, adam yaman darıxır! Yay uzunu elə hey yağıĢ yağır, külək əsəblərimə 

toxunur, sakitləĢmək istəmir. BlaĢvel isə çox xəsisdir: bazarda heç nə yoxdur, təkcə göy noxud 

tapmaq olur. Adam bilmir nə etsin. Ġngilislər demiĢkən, məndə splin xəstəliyi var! Yağ elə 

bahadır ki! Həm də, bax gör nə iyrənc səhnədir – biz, çarpayı olan otaqda nahar edirik: bunu 

görəndə mən heç yaĢamaq istəmirəm. 

 

 

YEDDĠNCĠ FƏSĠL. 



Tolomesin hikməti. 

 

Bəziləri oxuyur, bəziləri bir-birinin səsini boğaraq söhbət edirdilər; səslər bir-birinə qarıĢıb 



pozuq bir gurultuya çevrilirdi. Nəhayət, Tolomes səsini ucaltdı: 

– Bəsdir boĢ-boĢ, özü də fasiləsiz danıĢdınız. Nitqin parlaq olmasını istəyirsinizsə, nə 

deyəcəyinizi yaxĢıca düĢünün. Çox hazırcavab olanın baĢı tez boĢalar. Ağzı açıq qalmıĢ pivə 

köpüklənməz. Tələsməyin, cənablar! Gəlin, bu içki məclisimizə bir əzəmət verək, qayda ilə 

yeyək, aramla ziyafət edək. Tələsmək lazım deyil. Ġlk bahardan nümunə götürün: çox tələsik 

addımlarla gedərsə, donar. Onun çox tələsməsi Ģaftalı və qaysı ağaclarını öldürür. Bizim də çox 

tələsməyimiz gözəl ziyafətlərin incəliyini və Ģənliyini öldürür. Cənablar, çox tələsməyin! Qrimo 

de la Renyer bu barədə Taleyranla tamamilə razılaĢır. 

Boğuq bir uğultu eĢidildi. Hamı etiraz edirdi. 

BlaĢvel: 

– Tolomes, bizi rahat burax, – dedi. 

Fameyl: 


– Rədd olsun müstəbid! – deyə bağırdı. 

– Listolye: 

– YaĢasın meyxana, meyxana Ģərabı, meyxana Ģənliyi! – deyə çığırdı. 

Fameyl sözünə davam edərək: Elə bazar günü də bunun üçündür, – dedi. Listolye isə: 

– Biz lap ayığıq, – deyə əlavə etdi. 

BlaĢvel dedi: 

– Tolomes, mənim kanaliya səbrimə qiymət ver! 

– Bəli, lap monkalm səbridir. 

Bu sözlərdəki zəif cinas gölə düĢən bir daĢ kimi təsir etdi. Markiz Monkalm o dövrün məĢhur 

royalisti idi. Dərhal qurbağaların səsi kəsildi. 

Tolomes yenə nüfuza minmiĢ bir adam kimi sözünə davam edərək: 

– Dostlar, baĢınızı itirməyin, – dedi. – Doğrusu, göydəndüĢmə olan bu lətifə sizin bu qədər pərt 

olmağınıza dəyməz. Göydən düĢən hər Ģey heyrətə və hörmətə layiq deyildir. Lətifə – 

yüksəklərdə qanad çalan bir zəkanın yerə buraxdığı zir-zibildir. Zarafat təsadüfi bir hədəfə dəyir, 

zəka isə növbəti bir sarsaqlıq elədikdən sonra, göylərə ucalır. Qayada yayılan ağımtıl bir ləkə 

qaraquĢun uçmasına mane olmur. Mən lətifəni pisləmək niyyətində deyiləm. Mən lətifəyə 

hörmət edirəm, ancaq ləyaqətinə görə, artıq yox. BəĢəriyyətdə, bəlkə də, bəĢəriyyət xaricində, ən 

ülvi, ən gözəl və ən cazibədar nə varsa, hamısı məcazi sözlərlə əylənmiĢdir. Ġsa müqəddəs Pyotr, 



Musa – Ġshaq, Esxil – Polinik, Kleopatra – Oktavi haqqında lətifə söyləmiĢlər. Unutmayın ki, 

Kleopatra öz lətifəsini Aksium vuruĢmasından əvvəl söyləmiĢdi və bu lətifə olmasaydı, yunanca 

mənası aĢpaz Ģagirdi olan Torin Ģəhərini kimsə xatırlamazdı. Bunu müəyyən etdikdən sonra, mən 

yenə öz çağırıĢıma qayıdıram. QardaĢlarım, yenə təkrar edirəm, tələsməyin, az səy edin və az 

vurnuxun, hər Ģeydə, hətta zarafatda, Ģənlikdə belə bir hədd lazımdır. Amfiarayın zəkasına və 

Sezarın daz baĢına malik olan bir Ģəxsin sözlərinə qulaq asın. Hər Ģeyin, hətta cinasların da, bir 

həddi olmalıdır. Est modus in rebus1. Gözəl yeməklərin belə həddi olmalıdır. Xanımlar, siz alma 

kökəsini sevirsiniz, amma ehtiyatlı olun, çox yeməyin. Alma kökəsi yemək üçün də bir az ağıl və 

zövq lazımdır. Çox yeməyi sevən adam həmiĢə öz ködənbolluğunun cəzasını çəkər – pula punit 

Gulax. Allah həzm pozğunluğunu mədələri tərbiyə etmək üçün yaratmıĢdır. Bunu yadınızda 

saxlayın: hər bir ehtirasımızın, hətta eĢqin belə öz mədəsi vardır ki, onu çox yükləmək lazım 

deyil. Hər zaman! Hər Ģeyin üzərində vaxtında ―bəsdir‖ sözünü yazmağı bacarmaq lazımdır. 

Lazım gəldikdə özünüzü ələ almalı, iĢtahanızı qıfıllamalı, xəyalatınızı həbs etməli və hətta 

özünüzü polis idarəsinə belə aparmalısınız. Ağıllı o adama deyərlər ki, vaxtında özünü dustaq 

edə bilsin. Mənə heç olmasa bir az etimadınız olsun. Mən necə olsa da, hüquq elmləri ilə məĢğul 

olmuĢam, bunu mənim verdiyim imtahanlar təsdiq edir, mən istintaqa verilməli iĢlə istintaqda 

olan iĢ arasındakı fərqi bilirəm; mən Romada Munasi Demens ata qətlinə dair iĢlər üzrə kvestor 

olduğu zaman tətbiq edilən edam üsulları haqqında latın dilində dissertasiya müdafiə etmiĢəm, 

mən, çox güman ki, hüquq doktoru olacağam; lakin bütün bunlardan mənim büsbütün axmaq 

olduğum haqqında elə də Ģəksiz nəticə çıxarmaq olmaz. Məsləhət görürəm, arzularınızda bir az 

mötədil olasınız. Adamın Feliks Tolomes olduğunu necə bilərəmsə, söylədiklərimin də doğru 

olduğunu elə bilirəm. XoĢbəxt o adamdır ki, qəhrəmanlıq tələb edən bir qərara vaxtında gələ bilir 

və Sulla, yaxud Oriken kimi hakimiyyətdən əl çəkir! 

Favurita böyük bir diqqətlə dinləyirdi. Burada Tolomesin sözünü kəsərək dedi: 

– Feliks! Nə gözəl sözdür! Bu ad mənim çox xoĢuma gəlir. O, latın adıdır. Bizcə o, Bəxtiyar 

deməkdir. 

Tolomes sözünə davam edərək: 

– Kviritlər, centlmenlər, kaballerlər, dostlarım! – dedi. – ġəhvətə qapılmamaq, eĢqsiz və 

izdivacsız yaĢamaq yollarını bilmək istəyirsinizmi? Bundan sadə bir Ģey yoxdur! Budur bunun 

resepti: limonad için, hərəkət edin, ağır iĢ görün, əldən düĢün, daĢ daĢıyın, yatmayın, gecələri 

oyaq keçirin, selitralı içkilər və ağ nilufər həlim için, xaĢxaĢ və istiot suyundan ləzzət alın, 

bunların hamısına əlavə olaraq pəhriz saxlayın, acınızdan ölün, üstəlik soyuq vannalar qəbul 

edin, quru otlardan kəmər bağlayın, boynunuza qurğuĢundan bir lövhə yapıĢdırın, Saturn cövhəri 

məhlulu, sirkəli və Ģəkərli sudan islatma qoymağı unutmayın. 

– Məncə, qadın bunlardan yaxĢıdır, – deyə Listolye səsləndi. 

– Qadın! – deyə Tolomes təkrar etdi. – Qadından özünüzü qoruyun! Vay o adamın halına ki, 

qadının dəyiĢkən qəlbinə inana! Qadın vəfasız və hiyləgərdir. Qadının ilandan ona görə zəhləsi 

gedir ki, ilana paxıllıq edir. Ġlan qadının rəqibidir. 

Tolomes, – deyə BlaĢvel bağırdı. – Sən sərxoĢsan! 

– Özü də kefin istəyən kimi, – deyə Tolomes təsdiq etdi. 

– Elə isə Ģən ol, Ģən, – deyə BlaĢvel sözünə davam etdi. 

– Razıyam. 

Tolomes stəkanını doldurdu və ayağa qalxaraq sözünə davam etdi: 

– EĢq olsun Ģəraba! Nunte, Bacche, canam1. Xanımlardan üzr istəyirəm, – bu ispancadır. 

Senyorlar, sübutmu istəyirsiniz, buyurun, qabın həcmi də xalqın təbiətinə görədir. Kastiliya 

arrobası on altı litr, Alikanta kantrosu – on iki litr. Kanar adalarının almudu – iyirmi beĢ, Balear 

adaları kuartini – iyirmi altı, çar Pyotrun boçkası – otuz litr tutur. YaĢasın nəhəng boylu olan bu 

padĢah, yaĢasın ondan da böyük olan boçkası! Xanımlar, sizə bir dost nəsihəti edəcəyəm: 

qonĢularınızı dolaĢıq salmaqdan çəkinməyin, səhv etmək – eĢqin xasiyyətidir. EĢq macərası daim 




1   ...   10   11   12   13   14   15   16   17   ...   146


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə