AQİL İMAN
BU DÜNYA
GÖRÜŞ YERİDİ
Bakı – 2015
Aqil İman
2
Toplayıb tərtib edəni:
Qılman İMAN
Redaktoru və ön sözün müəllifi:
Əsəd CAHANGİR
“Bu dünya görüş yeridi” kitabının çap olunmasında
göstərdiyi maddi dəstəyə görə Aqil İmansevərlər adından
Zakir Qəzənfər oğlu Kərimova təşəkkür edirik.
Aqil İMAN
“Bu dünya görüş yeridi”
Bakı, “OL”, 2015. – 224 səh.
Aqil İmansevərlərin uzun illərdən bəri həsrətlə gözlədiyi “Bu dünya
görüş yeridi” kitabında müəllifin milli folklor gələnəklərindən bəhrələnən
əsərləri və onun haqqında qələm adamlarının mətbuatda çap olunmuş
publisistik fikirləri toplanmışdır.
Aqil İmanın şeirlərinin əsas leytmotivini incə lirizm, lirik düşüncə,
cəmiyyətdə və dünyada baş verən olaylar təşkil etdiyindən, ümid edirik ki,
şairin əsərləri oxucular tərəfindən rəğbətlə qarşılanacaq.
ISBN 978-9952-494-40-2
© “OL”. 2015
Bu dünya görüş yeridi
3
EŞQ SƏNİ İMAN ELƏDİ
Dünya sözdən, adam addan başlayır. Adəm mələklərə
cənnətdə əsmayi-hüsnanı (Allahın gözəl adlarını) öyrədib,
çağdaş elmi dillə desək, onomastika kursu keçib. “Adam”
və “ad” sözləri arasındakı səsləşmə də görünür, təsadüfi de-
yil. Kiməsə, nəyəsə ad verəndə əslində, biz onu yaradırıq.
O qədər də orijinal olmayan bu girişdən qəsdim odur
ki, Aqil İmanın birinci (və bəlkə də axırıncı!) kitabının
əlyazmasını oxumamışdan öncə, onun adını və təxəllüsünü
“oxudum”. Atası – Göyçənin tanınmış söz ustadı Həsən
Xəyallı ona İman adı verib, qardaşı, tanınmış şair Sərraf
Şiruyə isə Aqil təxəllüsünü. Və bu iki söz bir-birini tamam-
layır – iman köksdə olur, ağıl isə başda. Və ikinci birinciyə
söykənir.
Min ildir ki, əli qələm tutanlar arasında mübahisə gedir
– əsas nədir, ürək, yoxsa ağıl? Filosoflar deyir – ağıl, sufi-
lər deyir – ürək, ariflər deyir – hər ikisi. Aqil İmanın şeirlə-
rində mən ağıl da gördüm, ürək də.
Onun şeirlərində müdriklik də var, sevgi də, qəm də
var, sevinc də. Tez-tez üz tutduğu çoxsaylı poetik ünvanlar-
dan biri olan Füzuli babanın dediyi kimi:
Əhli-irfandır cahan keyfiyyətin təhqiq edən,
Kim bulur yüz qəm nəşatından, qəmindən yüz nəşat.
Aqil İman sözün müsbət mənasında ənənəvi şairdir.
Amma elə bu ənənə daxilində də onun şeirlərində kifayət
qədər özünəməxsus obrazlara rast gəlmək mümkündür. Ni-
zami, Nəsimi, Füzuli, Sabir... də daxil olmaqla klassik di-
Aqil İman
4
van və satira şeiri bu ənənənin birinci, Yunis Əmrəylə baş-
layıb Aşıq Ələsgərlə zirvəsinə çatan aşıq şeiri ikinci qana-
dıdır.
Əslində, bu iki qanad arasında ciddi fərq yoxdur. Yunis
Əmrəylə Füzuli arasında mahiyyətcə fərq olmadığı kimi.
Aşıq şeiri divan şeirinin xəlqi-şifahi forması, divan şeiri
aşıq şeirinin yazılı-elitar formasıdır. Hər ikisinin qəhrəmanı
aşiq, hər ikisinin ana mövzusu eşqdir. Sadəcə, birini şair
əruzda yazır, ikincisini isə aşıq hecada qoşur. Birinci türk
diliylə yanaşı ərəb-fars dillərində də yazılır, ikinci isə ancaq
milli dildə. Satirik şairə gəlincə, o da sevgidən tənqid edir
və mənim qənaətimcə, öz millətini (ümumən insanı!) Sabir
qədər sevən ikinci şair təsəvvür etmək çətindir. Dərd özü-
nün zirvəsinə çatanda gülüşə çevrildiyi kimi, sevgi də özü-
nün son həddinə varanda satira yaranır.
Bu baxımdan Aqil İman həm aşıq, həm də şairdir, baş-
qa sözlə desək, bu ikisinin qovuşağında düzüb-qoşan, ya-
zıb-yaradan el şairləri çevrəsinə daxildir. O çevrə ki, tanın-
mış söz ustalarından İsmixan, Bəhmən Vətənoğlu, Sücaət,
Əli Qurbanov və digərlərinin adı ilə tanınır. Bu el şairləri
xalqa rəsmi ədəbiyyat nümayəndələrindən (bura rəsmi aşıq
ədəbiyyatı nümayəndələri də daxildir, məsələn, 30-cu illər-
də sovet aşıqlar məktəbinin lideri olan Aşıq Əsəd, yaxud
70-ci illərdə rəsmi dövlət konsertlərində hökmən “Ana
Kürüm”ü oxuyan Aşıq Pənah) daha yaxın olduqları kimi,
xalq da onları daha çox sevib, özünə daha məhrəm sayıb.
Lakin yuxarıda adı keçən el şairlərindən Aqil İmanın
mühüm fərqi var: İsmixandan, yaxud Bəhmən Vətənoğlu
və Əli Qurbanovdan fərqli olaraq, o sırf aşıq şeiri çərçivələ-
Bu dünya görüş yeridi
5
rində qalmır, Sücaət kimi sadəcə şəxsi həyatı ilə bağlı şeir-
lər yazmır. Bu baxımdan mənim üçün iki Aqil İman var:
aşıq poeziyası ənənələri üstündə köklənən Aqil İman və
şair Aqil İman. Əlbəttə ki, bu ikiliyin sərhədləri müəyyən
qədər şərti xarakter daşıyır. Amma hər halda müəyyən mə-
qamlarda olsa da, onları bir-birindən ayırmaq mümkündür.
Ay İman, tapılmır sən gəzən ozan,
Nə qanun-qayda var, nə ölçü, mizan.
Vəkili yaradan, qatili insan,
Düşüb məhkəməyə işi dünyanın.
Təkcə elə dünya mövzusuna müraciətin özü kifayətdir
ki deyəsən – bu, aşıq poeziyası ənənələrindən gələn Aqil
İmanın sözü, səsi, nəfəsidir.
Köhnə xatirələr bağlı sandıqca,
Nələr yada düşür baxıb andıqca.
Qırçınlı ləpələr dalğalandıqca
Bəzənib darandın, a Göyçə gölü.
Mövzusu, ideyası ilə aşıq şeiri ənənələrinə nə qədər
bağlı olsa da, bunu yazan artıq sadəcə aşıq deyil. Bu, aşıq
poeziyası ənənələri ilə tərbiyələnmiş Aqil İmandan şair
Aqil İmana keçiddir. Burada fikrin ifadə tərzi hər hansı aşı-
ğın Göyçəyə yazdığı şeirdən daha çox, tutaq ki, Əhməd Ca-
vadın Göygölə yazdığı şeirinə, Müşfiqin qaynar, oynaq
misralarına daha yaxındır.
Aqil İman
6
İmanam, istəyim, eşqim dərində,
Səndən gül gətirib qəm əllərində.
Oturub ağladım görüş yerində,
Nə olsun? Onsuz da olan olmuşdu.
Təkcə elə “oturub ağladım görüş yerində” misrasındakı
konkretlik isə deməyə imkan verir ki, bunu yazan artıq şair-
dir. Aşıq hətta konkret bir gözəli vəsf edəndə də, özünün
sevgisindən yazanda da sanki hamının fikrini ifadə edir,
özündən əvvəl düzüb-qoşanların tərzindən, obrazlar siste-
mindən bəhrələnir. Əvvəla, toy məclisində sazı sinəsinə
basıb, məclisin o başında duran Güləndamı, Güllünü, ya
Tellini ekspromt tərif edən aşığın yeni obraz axtarmaq üçün
faktiki olaraq vaxtı olmur – o iki daşın arasındaca həm vəzn
və qafiyəni gözləməli, həm də fikir ifadə etməlidir. Bu isə o
qədər də asan məsələ deyil – sözün həqiqi mənasında imta-
handır. Odur ki, çox zaman yaddaşında daşlaşmış, əzbər
bildiyi obrazlardan bu və ya digər dərəcədə dəyişiklik şər-
tilə istifadə edir. İkincisi, istər klassik ədəbiyyat, istərsə də
aşıq ədəbiyyatında ənənəni dağıtmaq yox, qoruyub saxla-
maq daha böyük hünər sayılıb. Xüsusən də, folklorun funk-
siyası məhz budur. Buna görə hətta ən istedadlı aşıq belə
özünə doğru yol gələn, amma hələ özünə çatmamış şairdir.
O özünün yox, xalqın fikrinin ifadəçisidir. Və bu anlamda
sözün həqiqi mənasında xalq şairləri əslində ozanlar, aşıq-
lar, baxşılar, bardlardır. Elə ki, aşıq bu kollektivçilikdən
çıxır, sırf özünü və öz tərzi ilə ifadə edir, sənət də fərdiləşir
və aşıq şairə, şihafi ədəbiyyat isə yazılı ədəbiyyata çevrilir.
Bu dünya görüş yeridi
7
Aqil İmanın şeirləri istər forma (qoşma, gəraylı, deyiş-
mə, təcnis), istərsə də məzmunca (Vətən eşqi, məhəbbət, tə-
biət gözəlliklərinin tərənnümü, sosial ədalətsizliklərə qarşı
etiraz, dünyanın bədii-fəlsəfi dərki, zamandan giley) daha
çox, əlbəttə ki, minillik türk heca şeirinin gələnəklərinə da-
yanır.
Onun yaradıcılığında xüsusi yer tutan Göyçə mövzusu
öz əksini iki planda tapır: ata yurdunun gözəlliklərinin tə-
rənnümü və onu itirməkdən doğan həsrət. Göyçə təkcə Aqil
İman yox, hər bir göyçəlinin nəzərində cənnətin simvolu-
dur. Antik yunanlar üçün Olimp, əski türklər üçün Ötükən
nədirsə, Aqil İman üçün də Göyçə odur. O, Göyçəsiz özünü
cənnəti itirmiş Adəm kimi hiss edir:
İman, həsrətindən yanası, Göyçə,
Yanmasa, buz olub donası, Göyçə!
Sənə – Ələsgərin anası Göyçə,
Sənə dahilərin yurdu dedilər.
Lakin şairin Qarabağa, Kəlbəcərə dair şeirləri, Şuşa,
Laçın itkisindən doğan misraları göstərir ki, onun Vətən
anlayışının çevrəsi regional hüdudlardan çox genişdir:
“Torpaqdan pay olmaz” – deyən babalar,
Oyanın, qartallar yuvası gedir.
Gözümdən Laçının tökülən qanı,
Başımdan Şuşanın havası gedir.
Aqil İman
8
Şairin sosial problematikalı şeirləri əslində onun Vətən
şeirlərinin tərkib hissəsidir. Əgər birinci qisim şeirlər daha
çox vətənin bədii təbiət fəlsəfəsidirsə, ikinci qisim şeirləri
bədii cəmiyyət fəlsəfəsidir. Birinci qisim şeirlərdə xarici
düşmənlərdən, ikinci qisim şeirlərdə isə daxili düşmənlər-
dən söz gedir. Lakin sosial problemli şeirlərin iki mühüm
fərqi var: birincisi, bu şeirlərdə lirizm öz yerini satirik-yu-
moristik ruha verir. İkincisi isə bu şeirlərdə qarğa, bülbül,
mərd, namərd, aslan, tülkü və s. kimi çoxəsrlik ənənələrdən
gələn obrazlarla yanaşı, təbiət şeirləri üçün səciyyəvi olma-
yan loru danışıq elementləri və neologizmlərə (post, not,
leksiya, norka və s.) də rast gəlmək mümkündür. Görünür,
bu onunla bağlıdır ki, təbiətin dilindən fərqli olaraq cəmiy-
yətin dili dəyişir və məhz bu amil sosial problemlərdən bəhs
edən şeirlərdə bu dəyişkənliyə uyğun yeni leksikon tələb
edir:
And olsun goruna o şah Abbasın,
Kim olsa istəyir taxt təmənnasın.
Ay İman, bülbülə de, oxumasın,
Qarğanın səsini not eləyiblər.
Bu çərxi-fələk tərsinə dövran edir indi! Dünyanın mi-
zan-tərəzisi əyilib! Aqil İmanın sosial səciyyəli şeirlərində
toxunulan başlıca problem budur. Ədalətin bərpası arzusu –
Aqil İmanın başlıca istəyi isə belədir!
Səhv etmirəmsə, antik yunan şairi Menandra məxsus
bir ifadə var – məhəbbət tikanlara bürünmüş bu dünyanın
yeganə çiçəyidir. Ədalətsiz dünyada insanın (xüsusən əgər
Bu dünya görüş yeridi
9
o şairdirsə) yeganə sığınacaq yerinin məhz ürək, son təsəlli-
sinin məhz məhəbbət olması bu üzdən məntiqidir. Aqil
İmanın əksərən şux ovqata bələnmiş, bəzən zarafatyana
notlar üstündə köklənmiş sevgi şeirlərinin yerini ümumi ya-
radıcılığı fonunda belə dərk edirəm. Aşıq şeirindən gələn
ənənəvi metafor, təşbehlərlə yanaşı, bu şeirlərdə məhz şai-
rin özünəməxsus bədii yozumlarına da sıx-sıx rast gəlirik:
İmanam, demə ki kədər, qəmliyik,
Həsrətə, möhnətə qoşa həmləyik.
İkimiz bir yerdə bütöv cümləyik,
Vergülü mənəmsə, nöqtəsi sənsən.
Bütün istedadlı şairlər kimi, Aqil İmanın da şeirlərinin
dili öz təbiiliyi, rəvanlığı, axıcılığı, qulağa xoş gələn avazı
ilə yadda qalır. Bunlar vəznə, qafiyəyə salınmış cansız söz
yığını deyil, bəzən həzin lirizmə enən, bəzən də şahə qalxıb
kükrəyən mütəhərrik, dinamik, canlı sistemdir. Onların me-
lodiyası var. Onlar diri doğulmuş uşaq kimi səs çıxarırlar.
Odur ki, sağlığında üzünü görməsəm də, əlyazmasını oxu-
yanda Aqil İmanın səsini eşitdiyim məqamlar da oldu. Bu
şeirlərin gözə görünən tərəfləri ilə yanaşı, qulağa gələn
tərəfləri də var. Çünki onlar həqiqi ilhamdan doğulmuş
şeirlər kimi müəllifin qulağına pıçıldanıb:
Ay İman, günləri illə qarşılar,
Söznən dilə tutub, əllə qarşılar.
Gələni, gedəni güllə qarşılar,
Elə bil bu dünya görüş yeridi.
Aqil İman
10
Şairləri öz yazdıqlarına münasibət baxımından üç qis-
mə bölərdim – şeiri sənət bilənlər, həyat bilənlər, tale bilən-
lər. Məncə, Aqil İman üçüncülərdən idi. Yəni ixtisasca mü-
həndis olsan da, şeir yazasan. Çünki alın yazın belədir. Çox
vaxt şeirlərini məclislərdə sinədən deyəsən, heç vaxt heç
bir rəsmi yaradıcılıq qurumunun üzvü olmayasan, otuz sək-
kiz il yaşasan da kitabını çıxarmaq fikrinə düşməyəsən, hət-
ta özünə şair deməyə çəkinəsən, amma yenə də yazasan.
Çünki bu taledir və sənin iradəndən kənardır. Nəhayət,
“vaxtsız” ölümünü duyasan və şeirlərində buna tez-tez işa-
rələr edəsən. Yəni şeirlərində öz taleyini, alın yazını oxuya-
san. Oxucuların şairi, Allahın oxucusu olasan:
Oyan, a taleyim, a bəxtim, oyan,
Sən mənə həyansan, mənə sənə həyan.
Nə vaxtdır gözümü yollarda qoyan,
Görən harda qaldı, ölüm gəlmədi.
“Bu dünya görüş yeridi” kitabındakı şeirləri şairin oğlu
– istedadlı şair Qılman İman müxtəlif mətbuat orqanların-
dan, qohumlardan, dostlardan, poeziyasevərlərin yaddaşın-
dan toplayıb. Kitabın adını da Qılman özü qoyub. Ariflər
demişkən, qəribədir bu dünya. Ata oğulun özünə, oğul isə
atanın sözünə ad verir. Görüş yeri olan bu dünyada insanın
bundan böyük nə işi ola bilər ki? Üstəlik də bu Allahın özü-
nün istəyidirsə...
Bizim də bir istəyimiz var, əziz oxucu. Bu kitabı oxu-
yub sən də ona öz ürəyindən keçən adı verəsən.
Dərin sayqılarla Əsəd Cahangir
16.12.2014
Bu dünya görüş yeridi
11
Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!
Aqil İman
12
OLUR
İnsanın üstünə kədər qoşunla,
Gələndə nədənsə, sevinc tək olur.
Gözlərin yol çəkib, yol qurtaranda,
Ümidlər ağaran qara tük olur.
Hər kiçik zərbədən qəddini əyən,
Həyatın cəsarət andını bəyən!
Dünyanın dərdini çəkə bilməyən,
Dünyanın özünə ağır yük olur.
İman, ömür adlı qurduğun daхma,
Yüz tufan görəcək, min şimşəkçaхma.
Üzü dönük olan sevincə baхma,
İztirab insanla ömürlük olur.
Bu dünya görüş yeridi
13
RƏHMƏT MİRZƏ SABİRƏ!
RƏHMƏT MİRZƏ CƏLİLƏ!
Dilimizi kəsdilər – sözü ölə millətin,
Qoymadılar yetmiş il üzü gülə millətin,
Səbri özündən böyük bax, bu kölə millətin,
Dərdlərini yazdılar, demədilər dil ilə,
Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!
Bu Leyli kreslolar çoxun Məcnun eyləyib,
Fərhadtək dağ çapdırıb, ya da Cünun eyləyib,
Qanuna şah deyənlər, şahı qanun eyləyib,
Yaltaqlar göz önündə, ehtiyac yox dəlilə,
Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!
Azadlıq veriləydi kaş “azadlıq” sözünə,
Yer göyə qovuşaydı, dağ yetəydi düzünə!
Yığılıb bu qoyunlar qoç gəzəndə özünə,
Vuruşurdu quzular dəli qızmış kəl ilə!
Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!
Oyan – dedi Şəhriyar, oyanmadıq biz onda,
Ümid çoxdan ölmüşdü can verirdi güman da.
Haqq deyilən həqiqət susdu, dinmədi sonda,
Sarı iblis atanda böhtanları Xəlilə,
1
Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!
Şəhid qanı göz yaşım, günlər ötür bəlada,
İçimdəki yatan qurd, dur, zamandı, ula da!
Naziri villa tikir – tavan ərşi-əlada,
1
Xəlil Rza Ulutürk
Aqil İman
14
Kasıbının köksündə dağ görünür silsilə...
Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!
Dərdimizi yükləsək dünya çəkməz bu dərdi,
İçdiyimiz ağudu, yediyimiz zəhərdi.
Müəllim kartof satır, mühəndis də göyərti,
Müftə yeyir çobanlar, alim dönüb səfilə,
Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!
Tozlansa da arxivdə qoca tarix kitabı,
Sorulacaq hər haqqın nahaq ilə hesabı!
Allahın qəzəbiydi, bəndələrin əzabı,
Bəşər əhli bildimi, nə idi o zəlzələ?
Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!
Nəzir-niyaz yığanın boynunda yekə xalta,
Cəllad əmrə müntəzir dayanıb əldə balta,
Hərə başın saxlayır birtəhər damın altda,
Baxan yoxdu şikəstə, müstər, xəstə, zəlilə,
Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!
İman, bir gün ədalət yapışacaq sinəndən,
Ruhların qiyamında olacaqdı bədən tən!
Neçə gözlü bildiyin kor olubdu dünəndən,
Onsuz pəsə enəcən, nə qədər çıxsan zilə,
Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!
1992-ci il
Bu dünya görüş yeridi
15
YERİDİ
Əvvəl tərifləyib göyə qaldırdım,
İndi də qoy söyüm: söyüş yeridi.
“Bir yandan boşalır, bir yandan dolur”,
Nə qəbul otağı, nə iş yeridi.
Astarı sökülüb, üzüdü köhnə,
Kündəsi küt gedir, boş qalıb təhnə.
Əvvəldən aхıra tamaşa, səhnə,
Yarış meydanıdı, döyüş yeridi.
Ay İman, günləri illə qarşılar,
Söznən dilə tutub, əllə qarşılar,
Gələni, gedəni güllə qarşılar,
Elə bil bu dünya görüş yeridi.
Aqil İman
16
DAHİ FÜZULİYƏ
I
Ərz edim ruhuna səndə eşit, bil;
Hələ dəyişməyib vəziyyət, baba!
Bu qanlı, qadalı zaman içində,
Yaşamaq ən böyük əziyyət, baba!
Müşküllər çarəsiz, ümidlər çətin,
İşığı bağlanıb kor cəhalətin.
Şah qanını sorur fağır millətin,
Zəlildi, müstərdi rəiyyət, baba!
İndi kimimiz var, bizi ovuda,
Kəsə qilü-qalı, bu söz-sovu da;
Düzü heç Sabiri, Aхundovu da,
Dərk edə bilmədi bu millət, baba!
Haqqı boğazından asdırıbdılar,
Qəbrini dərindən qazdırıbdılar.
Yalan ayağında basdırıbdılar,
Can verib öləndə həqiqət, baba!
Məzlum çıхarammır zildən səsini,
Bilə də bilmirik heç niyəsini…
İmanam, tanımır it yiyəsini,
Elə pozulub ki, cəmiyyət, baba!
Bu dünya görüş yeridi
17
II
O çıxdığın dağ vardı ha!
Ordan qəm dərmişəm, baba!
Gül-gül açan sözlərini,
Sinəmə sərmişəm, baba!
“Ol” – demədin olmayana,
Dünya qalmaz qalmayana.
“Salamını almayana”,
Salam da vermişəm, baba!
Yanmadı, söndü fələklər,
İşığı zülmət bələklər,
Nə qədər iblis-mələklər,
Cin-şeytan görmüşəm, baba!
İmanın çox qəm-qubarı,
Zülm edəni, sitəmkarı.
Hər gün bir az sənə sarı,
Yol gələn dərvişəm, baba!
Aqil İman
18
III
Eşit, Sabir babam, Füzuli babam,
Dövrandan, zamandan şübhələnmişəm.
Hardasan Nəsimi, yetiş köməyə?
Məssəbdən, imandan şübhələnmişəm.
Müctəhid adıyla qumar çəkəndən,
Təmənnasız işə dinar çəkəndən,
Köhlənin yerinə himar çəkəndən,
Kərəmsiz insandan şübhələnmişəm.
Sar deyilən çolpa tutur havada,
Yarasalar ov gözləyir yuvada,
Əli oğurluqda, yönü qiblədə,
Dindar müsəlmandan şübhələnmişəm.
Ötmür kamanımın ədalət simi,
Adət-ənənəmin sökülür himi,
Günahsız kimsəyə günahkar kimi,
Verilən fərmandan şübhələnmişəm.
Haqq deyib, haqq işə хəyanət edən,
Görüb-eşidəni хəcalət edən,
Ədalətsiz işi, ədalət edən,
Naməlum dərmandan şübhələnmişəm.
Həqiqət söyləyən dodaqdan, dildən,
Süzgün baхışlardan, ədalı teldən,
Müхtəsəri deyim: qohumdan, eldən,
Aqil, lap İmandan şübhələnmişəm.
Bu dünya görüş yeridi
19
A DÜNYA
Göz yaşın meydan sulayar,
Kösövün ocaq qalayar,
Yurdunda bayquş ulayar,
Yuvan – çalağan, a dünya.
Özünə bax, bir də mənə,
Nə kələk qurmusan yenə?
Getdikcə qayıdır sənə,
Yolun, yolağan, a dünya.
Bu yerlər yurddu, binədi?
Dağların dağlı sinədi.
Qara gündən ağ günədi,
Qoruq-qadağan, a dünya.
Pozulsun yazdığın yazın,
Başa yetməsin murazın.
İmandı nəzir-niyazın,
Fitrə-sadağan, a dünya.
Aqil İman
20
QAYIT, SƏN ƏVVƏLKİ DÜNƏNƏ, DÜNYA
Ağartdın saçımı, əydin belimi,
Dözdüm təhqirinə, tənənə, dünya.
Yaхın sirdaş kimi, əziz dost kimi,
Nahaq bel bağladım mən sənə, dünya.
Səfil-sərgandansan, arsız veyilsən,
Qürurun alçalmaz, haqqa əyilsən!
Onsuz da heç kimə qalan deyilsən,
Qürrələnib döymə sinənə, dünya.
İmanam, qəmlərə açmışam qucaq,
Üfunət qoхuyur hər künc, hər bucaq.
Sabahın bu gündən betər olacaq,
Qayıt, sən əvvəlki dünənə, dünya!
Поделитесь с Вашими друзьями: |