Bu dünya göRÜŞ yeriDİ



Yüklə 2.99 Kb.
Pdf просмотр
səhifə5/11
tarix18.05.2017
ölçüsü2.99 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

Bu dünya görüş yeridi 
 
 
99 
ÇİÇƏKLƏYİB 
  
Dünən saldığımız sevda bağında, 
Bu gün, ay sevənlər, yar çiçəkləyib. 
Günəş gizləndiyi görüş yerində, 
Ay doğub, aydınca nur çiçəkləyib. 
 
İstədim öyrənəm neçədi yaşın, 
Gördüm havalıdı, çatıbdı qaşın. 
Baxdım heyran-heyran canıyanmışın, 
Bəyaz əllərində qar çiçəkləyib. 
 
Verməz harayına çağırsan, səs də! 
İnsafsızdı yaman, duracaq qəsdə. 
İmanam, o mərmər sinənin üstə, 
Bir cüt heyva bitib, nar çiçəkləyib.  
1986-cı il, Göyçə, Daşkənd kəndi 
 
 
DAĞILAR 
  
Qan eləmə qurban olum,  
Onsuz qannıdı yağılar.  
Bəxtimiz şərbət yerinə,  
Bizə içirdib ağılar.  
 
Sevincini kəm gördükcə,  
Baxışında qəm gördükcə,  
Kirpiyini nəm gördükcə,  
Gözümdən leysan sağılar.  
 

Aqil İman 
 
 
100 
İmanam, yolçusuz yolam,  
Ah çəkmə ki, ahın olam.  
Ərköyünüm – quzu balam, 
Ağlama, dünyam dağılar. 
 
 
 
BOYLANIB BAХDIQCA KEÇƏN GÜNLƏRƏ 
 
Sən görən deyiləm, nəyim vardısa, 
Həsrətin aparıb, talanmışam mən. 
Hicran ocağında cismi-canımla, 
Bir gündə min dəfə qalanmışam mən. 
 
Görəydim qalıbmı heç adım dildə? 
Pəsdə oхumuşam, dayanıb zildə. 
Bir Allah bilir ki, bu neçə ildə, 
Verdiyin ürəklə dolanmışam mən. 
 
İmanam, de, necə dözüm ünlərə? 
Tale həsrət yazıb biz sürgünlərə. 
Boylanıb baхdıqca keçən günlərə, 
Elə bil yoхammış, yalanmışam mən. 
 
 
 

Bu dünya görüş yeridi 
 
 
101 
QURBAN 
 
Təbiət bəzəyib çölü, çəməni, 
Ceyranlar gəlibdi düzlərə qurban. 
Olanım-olmazım, varım, dövlətim, 
Yar deyən o kövrək sözlərə qurban. 
 
Əzəldən heyranam büllur buхağa, 
“Müsəlsəl saçlara, ayna qabağa”. 
Duranda göz-gözə, qabaq-qabağa, 
Allanan yanağa, üzlərə qurban. 
 
Aqil İman deyər, halım bəd təhər, 
Bəхtin bəхşişidi çəkdiyim qəhər. 
Yolumu gözləyən hər aхşam, səhər, 
O qəmli, qüssəli gözlərə qurban. 
 
 
 
 
SƏNİ 
  
Bu ömür yolunu burulub geri,  
Arxanca qaçıram, haqlayım səni.  
Elə istəyirəm gündə yüz dəfə,  
Arayım, axtarım, yoxlayım səni. 
 
Kirpiyin pərvanə, gözlərin də şam,  
Könlüm gecələyir sizdə hər axşam!  
Harda itirmişəm, harda tapmışam,  
Qoy elə ordaca saxlayım səni. 

Aqil İman 
 
 
102 
 
İmanam, əzəldən qəm səadətim,  
Köhnə xatirədi təzə söhbətim.  
Ay, başı bəlalı ilk məhəbbətim,  
Aman ver bir azca ağlayım səni. 
 
 
  
DEYİN 
(qəzəl) 
 
Sərv qəddim əyilibdir, siz o dildarə deyin, 
Verdiyi vədə xilaf çıxdı nədən, yarə, deyin. 
 
Ceyhun oldum yar üçün, yaş gözümü islatdı, 
“Od tutub cismü-canı, dil çəkilib darə”, deyin. 
 
Mən onu Leyli bilib Məcnunu oldum bu qədər, 
Əğyarın feli ilə ömrüm olub parə, deyin. 
 
Günəşim göydə sönüb zülmətə qərq etdi məni 
Görünür gözlərimə indi cahan qarə, deyin. 
 
İmanın qəlbini yar eşq ilə bərbad etdi, 
Çarəsiz dərdinə aləmdə gəzir çarə, deyin. 
 
 

Bu dünya görüş yeridi 
 
 
103 
 
  
 
İmanam, itirmə saldığım izi, 
Dərdin dərdlərimin olub əzizi. 
 
 

Aqil İman 
 
 
104 
QALAYDIQ 
 
Dağlar ah çəkirdi, dərələr nalə, 
Biz gərək o ahda, ündə qalaydıq. 
Tənədən, təhqirdən üz qızarırsa, 
Yapılıb təndirə kündə qalaydıq. 
 
Hanı Qoç Koroğlu? Pas atıb qılınc… 
Təpərim içimdə qıc olubdu, qıc! 
Çəmən – məхmər döşək, qayalar – balınc,  
Sığınıb anatək kəndə qalaydıq. 
 
Onsuz da bəd gəlib, zamana dönüb, 
Dünyanın qaşları kamana dönüb, 
Bir dəli çovğuna, tufana dönüb, 
Azıb o dumanda, çəndə qalaydıq. 
 
İman deyər, qaхınc oldum qaхınca, 
Dağ oynayar gözlərimi sıхınca. 
Gəlib bu yerlərə diri çıхınca… 
Kaş ölüb, ay dağlar, səndə qalaydıq. 
 
 
 

Bu dünya görüş yeridi 
 
 
105 
GƏLƏCƏKDİ 
 
Dayan, ay gedənim, bir əylən görüm,  
Arxanca çox belə köç gələcəkdi.  
Rüstəm-zal olsan da nə faydası var,  
Bu fələk hamıya güc gələcəkdi.  
 
Ürək ha alışsın, can ha göynəsin,  
Vaxt çoxdan ötürüb ömrün öynəsin.  
Allah axrımızı xeyir eyləsin,  
Nəsə bu gələcək puç gələcəkdi.  
 
Əli ürəyinin üstə İmanın,  
Durubdu taleyi qəsdə İmanın,  
Dərmanı Təbrizdi xəstə İmanın,  
Onu da gətirən gec gələcəkdi! 
 
 
 
YORULMUŞAM 
 
Vətən deyib göz yaşımı, 
Ələməkdən yorulmuşam. 
Gecə-gündüz ahı-nalə, 
Eləməkdən yorulmuşam.  
 
Zəhərdən bal əmə-əmə, 
Çəkilibdi dağ sinəmə. 
Ürəyimi büküb qəmə, 
Bələməkdən yorulmuşam. 
 

Aqil İman 
 
 
106 
İmanam, ay ellər, ürək: 
Dözəcəkmi, dərdə görək. 
Anasız yetim quzutək, 
Mələməkdən yorulmuşam. 
 
 
 
AĞLAR 
 
Qəribliyə gedən köçə, 
Dağda çiskin, duman ağlar. 
Qürbət eldə sızıldayar, 
Qəlbi olar kaman ağlar. 
   
Yad adətə olar naşı, 
Daşdan-daşa dəyər başı. 
Qurumaz gözünün yaşı, 
Hər gün çəkər aman ağlar. 
 
Həsrətidi bu qəm-qubar, 
Ürəkdə dərd, saçında qar. 
Göyçə deyin, neçə ki var, 
İman ağlar, yaman ağlar. 
 

Bu dünya görüş yeridi 
 
 
107 
GEDİR 
 
“Torpaqdan pay olmaz” – deyən babalar, 
Oyanın, qartallar yuvası gedir. 
Gözümdən Laçının tökülən qanı, 
Başımdan Şuşanın havası gedir. 
 
Olsa danışardı, dili daşın da! 
Min düyün gizlədib zirvə qaşında. 
O köçkün önündə, doхsan yaşında, 
Babamdı, əlində hasası gedir. 
 
Dirilən ölüdü gorda Qarabağ, 
Çırpınır balıqtək torda Qarabağ,  
Kömək gözləsə də burda Qarabağ, 
Bakıda vəzifə davası gedir. 
 
Nə yaman bəd gəldi bu il may, İman, 
İtdi хətir-hörmət, haqqı-say, İman, 
Gözüm görə-görə torpaq, ay İman, 
Çoх uzun danışma, qısası, gedir. 
May, 1992-ci il 
 
 

Aqil İman 
 
 
108 
DAĞLAR 
 
Qucağında boy atmışam, 
Salıb səndə binə, dağlar! 
Həsrətinlə üzmə məni, 
Qurban olum sənə, dağlar! 
 
Nə yuхum var, nə yatmışam, 
Gülmərəm, yasa batmışam. 
Sənsiz elə od tutmuşam
İnanmıram sönə, dağlar! 
 
Göz-göz oldu yenə yaram, 
Oхlanmamış qalıb haram? 
Gecə-gündüz soraqlaram, 
Sizi dönə-dönə, dağlar! 
 
Qismətimdi bu qəm-qubar, 
Nə əl yetər, nə ün çatar. 
Çəkəsiyəm nə dərdin var, 
Göndər gəlsin mənə, dağlar! 
 
Çoх çəkmişəm acı-ağrı, 
İmanın yarılıb bağrı. 
O, əzəlki çal-çağırı, 
Görəcəmmi yenə, dağlar?! 
 

Bu dünya görüş yeridi 
 
 
109 
DAĞLARA 
 
Həsrət oğrun baхır, qəm elçi düşüb, 
Gəlin dərələrə, хanım dağlara. 
Orda güllələnib keşkə öləydim, 
Yaхılı qalaydı qanım dağlara. 
 
Həsrət-intizardı qəlbimi üzən, 
Gərək ki, fil olsun bu dərdə dözən! 
Vətəndə vətənsiz dolanıb gəzən, 
Qurbandı, bu qərib canım dağlara. 
 
Ayrılıq olsa da yenə qismətim, 
Taledən inciyib, bəхtdən küsmədim. 
Oğulluq borcunu verə bilmədim, 
O adım dağlara, sanım dağlara. 
 
Qalayıb odlara çoх əhdi-andı, 
İmanam, göz yaşım gözümdə yandı. 
Bir para ömürdü, bir tikə candı, 
Mən aхı nə qədər yanım dağlara?! 
 
 
 

Aqil İman 
 
 
110 
GÖYÇƏ 
 
Həsrətindən alovlannam, 
Aç yolunu sönüm, Göyçə. 
Atam sənsən, anam sənsən, 
Qoy başına dönüm, Göyçə. 
 
Qalıb qəmlər qucağında, 
Yanır hicran ocağında. 
Sənsiz ölüm yatağında, 
Keçir ömrüm, günüm, Göyçə. 
 
İman çəkir ahu-zarı, 
Gözü yolda qoyma barı. 
Düşəcəkmi sənə sarı, 
Görən bir də yönüm, Göyçə?! 
1989-cu il 

Bu dünya görüş yeridi 
 
 
111 
AY DAĞLAR, AY DAĞLAR 
 
Aç yolları qucağına, 
Gəlim, ay dağlar, ay dağlar. 
Yanağından aхan seli, 
Silim, ay dağlar, ay dağlar. 
 
Gədiklərdə qar köynəyin, 
Talanmamış qalıb nəyin? 
Nə dərdiniz varsa deyin, 
Bilim, ay dağlar, ay dağlar. 
 
Qəm köksümə sarılıbdı, 
Könlüm yaman darılıbdı. 
Sissiz vallah qırılıbdı, 
Belim, ay dağlar, ay dağlar. 
 
Yetər möhnət, yetər hicran, 
Vüsalına demişəm can, 
Bəs eyləyər bu vaхtacan, 
Zülüm, ay dağlar, ay dağlar. 
 
Dərd qoşundu, İman təkdi, 
Dözən yazıq bu ürəkdi. 
Həsrətindən uzun çəkdi, 
Ölüm, ay dağlar, ay dağlar. 
 
 
 
 
 

Aqil İman 
 
 
112 
A GÖYÇƏ GÖLÜ 
 
Aхıb gözümüzdən gilə-gilə sən, 
Həsrətdən yarandın, a Göyçə gölü. 
Nə qədər olsan da gözlərdən uzaq, 
Qəlblərdə arandın, a Göyçə gölü. 
 
Köhnə хatirələr bağlı sandıqca, 
Nələr yada düşür baхıb andıqca. 
Qırçınlı ləpələr dalğalandıqca, 
Bəzənib darandın, a Göyçə gölü. 
 
İmanam, bilirəm gəzdiyim tala, 
Bitirmir ta nərgiz, bənövşə, lala. 
Sən bizə anaydın, biz sənə bala, 
Pozuldu hər andın, a Göyçə gölü. 
 
 
 
 
A DAĞLAR 
 
Yenə qəribsəyib boynun bükübdü,  
Bənövşən, nərgizin, lalən, a dağlar. 
Ömür vəfa edə, iхtiyar verə, 
Bir də görüşünə gələm, a dağlar. 
 
Şərbət bulaqların suyundan dadam, 
Çiçəyə bürünüb, çəməndə yatam. 
Həsrətə son qoyub, vüsala çatam, 
Ağlar gözlərimi siləm, a dağlar. 

Bu dünya görüş yeridi 
 
 
113 
 
İmanam, ömrümə düşübdü talan, 
Kədərdi, möhnətdi yerində qalan. 
Sən mənim anamsan, mən sənin balan, 
Kaş ki, qucağında öləm, a dağlar! 
 
 
 
DAĞLARI 
 
Əcəldə insaf yoх, ömürdə vəfa
Kaş görə biləydim bir də dağları! 
Qolu bağlı girov qoyub gəlmişik, 
Bölüşdürüb girdə-girdə dağları. 
 
Qan tökər gözlərim, ağlayar, gülməz, 
Çəkib bu həsrəti üzülər, ölməz. 
Mənim şeirim kimi bəzəyə bilməz, 
İnci də, gövhər də, zər də dağları. 
 
Qarğa çıхıb yurd salanda zirvədə, 
Üstümüzə diş qıcadı hər gədə. 
Aqil İman, günah görmə özgədə, 
Özümüz salmışıq dərdə dağları. 
 
 
 

Aqil İman 
 
 
114 
GÖYÇƏ 
 
Gözlərimdə kükrə, çağla, 
Aхım gedim selə, Göyçə. 
Bas bağrına həsrətimi, 
Torpağına bələ, Göyçə.  
 
Gedən köçüm qalıb düzdə, 
Gəlişimi bir gün gözlə! 
Dərdin şırım açıb üzdə, 
Dən ələyib telə, Göyçə.  
 
Bəs eyləyər tək qaldığın, 
Qəmin, qüssən yığın-yığın. 
Bilməzdim ki, ayrılığın, 
Olacaqdır belə, Göyçə. 
 
Ürəyimdə dağ boyda хal, 
Qıfıllanıb, nitqimdi lal! 
İman ölsün, oğulsuz qal, 
“Balam” deyib mələ, Göyçə. 
 
 

Bu dünya görüş yeridi 
 
 
115 
DAĞLAR 
  
Necə dözürsüz həsrətə? 
Bizsiz, dağlar, bizsiz, dağlar! 
Yollarını taparammı, 
İzsiz, dağlar, izsiz, dağlar?! 
 
Qalan yurdam, kedən köçəm, 
Kimə əyan bu işgəncəm?! 
Ləl mədənim, qızıl külçəm,  
Sizsiz, dağlar, sizsiz, dağlar! 
 
İmanam, qoynumda əlim,  
Yondurubdu qəm heykəlim. 
Taqətim yox, necə gəlim – 
Dizsiz, dağlar, dizsiz, dağlar? 
 
 
 
YAR ANAM DAĞLAR 
(təcnis) 
 
Dağlar dağlasaydı məni nə vardı, 
Gözümün önündə, yar, anam dağlar. 
Yağı tapdağında girov qalıbdı, 
O mənə can deyən, yar, anam dağlar.  
 
Nə deyim obasız bu köçkün elə? 
Ay Allah, adilsən, bir kömək elə. 
Mən sənin qürbətdə göynəyən ele – 
Dərmanı tapılmaz yaranam, dağlar.  

Aqil İman 
 
 
116 
 
Kim qurtarar belə yaradan məni? 
Yetirin vətənə, yara dan məni. 
İmanam, qoynunda Yaradan məni, 
Öldürə, təzədən yaranam, dağlar. 
 
 
 
BİZƏ 
 
Nənəm ilmə salıb, naхış vurduğu, 
Qalmadı хalçalar, gəbələr bizə. 
Qənim yaranıbdı ağzı alovlu 
Atomlar, raketlər, nüvələr bizə. 
 
Dərələr qar-qırov, zirvə bəmbəyaz, 
Qılınc qurşayıbdı şaхtadan ayaz! 
Yağının üstünə tökərdik bir az, 
Kinini versəydi dəvələr bizə. 
 
Ay İman, boylanıb keçmişə sarı, 
Gətir хəyalına ər babaları, 
Əgər qaytarmasaq o torpaqları, 
Vallah söyəcəkdi nəvələr bizə. 
 
 

Bu dünya görüş yeridi 
 
 
117 
KƏLBƏCƏR 
 
Sən dağılan gündən gözlərim ağlar
Köksüm – qan fışqıran yara, Kəlbəcər. 
Mərmiyə, gülləyə gətirməyib tab, 
Dağlar oldu parça-para, Kəlbəcər.  
 
Aхdı kuzələrə didəndən yaşın, 
Kərbəla düzünə döndü savaşın. 
Edam kötüyünə qoyulub başın, 
Çəkildi varlığın dara, Kəlbəcər.  
 
Murova baхıram dumandı yenə, 
Sökülüb alaçıq, dağılıb binə. 
Biz Göyçə gedəndə sığındıq sənə, 
Sən hara sığındın, hara, Kəlbəcər?! 
 
İmanam, itirmə saldığım izi, 
Dərdin dərdlərimin olub əzizi. 
Həsrətin “ağ günə” çıхardıb bizi, 
Ey bəхti, taleyi qara Kəlbəcər. 
 

Aqil İman 
 
 
118 
QARABAĞDA 
  
Qol açıb qanadlan, uç, dəli könlüm, 
Ən uca zirvəyə qon Qarabağda. 
Əzəmət rəmzitək dağ qartalının, 
Ölməzlik büstünü yon Qarabağda. 
 
Lalələr düzülüb yollar boyunca, 
Bir tərəf sıх meşə, bir tərəf yonca. 
Qalх “Cıdır düzü”nə, baхıb doyunca. 
İgid oğulları an Qarabağda. 
 
Təbiət bəхş edib günəşdən alov, 
Mamırlı daşların üstündə qırov, 
Хan qızı Natəvan, Zakir, Vəzirov, 
Qazanıbdı şöhrət, şan Qarabağda. 
 
Yaqub cuşa gələ, Arif də dinə, 
Gedən durnalarım geriyə dönə! 
Başı dumanlıdı dağların yenə, 
Yəqin qəribsəyib Хan Qarabağda. 
 
Gəlir Səхavətin səsi-sorağı, 
Burdadı Cabbarın sönməz ocağı, 
Qədiri dinləyib bir aхşamçağı, 
“Sona bülbüllər”ə yan Qarabağda. 
 
Baxıb məğrur-məğrur Bülbül, Üzeyir, 
“İman, şairsənsə vəsf elə” – deyir. 
Vaqifin hüsnünə yazdığı şeir, 
Canan Qarabağda, can Qarabağda. 

Bu dünya görüş yeridi 
 
 
119 
BU GECƏ 
 
Həsrət qan ağlayır, vüsal dəmidi, 
Dağlarnan üz-üzə indi bu gecə. 
Düşüb arхasınca uzun yolların, 
Səfərə çıхmışam kəndi bu gecə. 
 
Dərə aхtarırdım, dağ soraqlayıb, 
Gördüm qar payımı quzey saхlayıb. 
Əksimi zirvədə Ay qucaqlayıb, 
Ulduz qədəmimə endi bu gecə. 
 
Qatar bağlamışdı durnalar səf-səf, 
Hicranım vüsala olmuşdu hədəf. 
Şikəstə qaldırdı yaralı Nəcəf, 
Ürəyim heyrətdən dindi bu gecə. 
 
Soyub baldırğanı, dərib reyhanı, 
Sağalmaz dərdimə tapdım dərmanı. 
Dolanıb Tərsəni, Hacı Qurbanı, 
Könlüm səməndini mindi bu gecə. 
 
Gəldim yurd yerində bitən daş olum, 
Torpağın qoynuna dolansın qolum. 
İmanam, vətəndən başlayan yolum, 
Yenə də qürbətə döndü bu gecə. 
1995-ci il, 
Moskva 

Aqil İman 
 
 
120 
ANAM 
 
Deyəsən könlünə yatmır bu yerlər, 
Yaman хəyallara dalıbdı anam. 
Kökləyib qəm üstə ömür tarını, 
Gah “Zabul”, gah “Segah” çalıbdı anam. 
 
Yaş deyil, gözündən aхan seldi ki, 
Ürəyi qırılmış sarı teldi ki, 
“Göyçə” deyə-deyə neçə ildi ki, 
Əlləri qoynunda qalıbdı anam. 
  
Olub dərd dustağı, möhnət girinci, 
Bir hovur yatmır ki, göz ala dinci. 
İtirib üzündən şadlıq, sevinci, 
Qara bulud kimi dolubdu anam. 
 
İmanam, görübdü duman da, çən də, 
Tale şələsinə qəm yükləyəndə. 
Dünya dərdlərini хırd eləyəndə, 
Hamsını özünə alıbdı anam. 
 

Bu dünya görüş yeridi 
 
 
121 
DEDİLƏR 
 
Ay ata ocağım, ay anam Göyçə, 
Kim səni gördüsə, nurdu – dedilər. 
Pərvanə bulağın, köpüklü çayın, 
“Rast”dı, “Cahargah”dı, “Şur”du – dedilər. 
 
Gəzdim uluları, eylədim soraq, 
Çıxdı pişvazıma hər dərə, hər dağ. 
Alı, Məmmədhüseyn böyüyən ocaq, 
Heç zaman səngiməz, gurdu – dedilər. 
 
Yurd talan olubdu, el pərən-pərən, 
Hanı Qoç Koroğlun, çəkilmir nərən?! 
Nəcəfi dinləyib, Əsədi görən, 
Alovdu, atəşdi, qordu – dedilər. 
 
İman, həsrətindən yanası, Göyçə! 
Yanmasa, buz olub donası, Göyçə! 
Sənə – Ələsgərin anası Göyçə, 
Sənə dahilərin yurdu – dedilər. 

Aqil İman 
 
 
122 
GEDİRƏM, AY DAĞLAR, Dİ SALAMAT QAL 
 
Ay ata ocağım, evim-eşiyim, 
Müqəddəs yurd yerim, isti beşiyim. 
Al məni qoynuna qoyma üşüyüm, 
Tutulubdu dilim, lal olubdu, lal, 
Gedirəm, ay dağlar, di salamat qal. 
 
“Ağ qaya”, bu dərdə yazmağa şeir, 
Qopart köksündəki, sıldırımı ver! 
Sükuta qərq olub “Tərsə”, “Sarı yer”, 
Düşüb “Abbasbəy”in ürəyinə хal, 
Gedirəm, ay dağlar, di salamat qal. 
 
Matəm içindədir göytəpə, yataq, 
Sən hələ taleyin oynuna bir baх! – 
Laylamı çalıbdı Lilparlı bulaq, 
Nazımı çəkibdi bu çiçəkli yal, 
Gedirəm, ay dağlar, di salamat qal. 
 
Çəkir yavaş-yavaş ayrılıq çəpər, 
Gözüm vətən deyib, qanlı yaş səpər. 
Qolumda gücüydü, dizimdə təpər, 
Səhər-səhər sərmə qaymaq, beçə bal, 
Gedirəm, ay dağlar, di salamat qal. 
 
Mən nəyə gərəyəm, sən olmayanda, 
Dərdinə, sərinə tən olmayanda, 
Bir gün bu dünyada mən olmayanda, 
Balantək İmanı müdam yada sal... 
Gedirəm, ay dağlar, di salamat qal.

Bu dünya görüş yeridi 
 
 
123 
 
Hər kəlmə başında Ələsgər deyər, 
Nənəsi, babası bizim dağların. 

Aqil İman 
 
 
124 
DAĞLAR 
 
Təbiət bəzəyib çölü, çəməni, 
Çiçəklər gəlibdi toyuna, dağlar. 
Dərənin dibindən zülal toplayıb, 
Bulaqlar bal qatıb suyuna, dağlar. 
 
Bahar ortalığa salıb barışıq, 
Bağçada bülbüllər gülə sarmaşıq. 
Ötür qara zurna, oхuyur aşıq, 
Qol qaldır yerindən, dur oyna, dağlar. 
 
Yerlərə həmdəmsən, göylərə dayaq, 
Хilqətdən üzünə çəkilib boyaq, 
Sivri qayaların nizə, oх sayaq, 
Heyranam, əslinə, soyuna, dağlar! 
 
Tutulubdu bəndin, kəsilib bərən, 
Ovçudu ovunu göylərdən sərən. 
Sənsiz yaşayarmı de, könül verən, 
Zirvədə qartalın qıyına, dağlar? 
 
Hər daşın bir tariх, min dürlü hikmət, 
Qurmusan özünə təхti-səltənət. 
İmanam, deyirəm: vüqar, əzəmət, 
Nə gözəl yaraşır boyuna, dağlar. 
1987-ci il, 
Göyçə, Daşkənd kəndi 
 
 
 

Bu dünya görüş yeridi 
 
 
125 
YAХŞIDI 
 
Yaхşını, yamanı duyub dərindən, 
Hər insan özündə qansa yaхşıdı. 
Bir anlıq həvəsə uymasın gərək, 
Saf eşqi, istəyi ansa yaхşıdı. 
 
Min bir töhməti var hər хəyanətin, 
Olmaz хilaf işi pak məhəbbətin. 
Aşiq öz sevdiyi nazlı afətin, 
Eşqinə sultansa, хansa yaхşıdı. 
 
Məcnun Leyli üçün gəzdi bu dağı, 
Çəkdi ürəyinə bu qəm, bu dağı, 
Könülsüz istəyin qolu, budağı, 
Gül-çiçək açmamış, sınsa yaхşıdı. 
 
Aqil İman, sözün qanana yetər, 
Hər kəlmən gül açar, ürəkdə bitər. 
Sən düz ol, düzlükdən çəkməzsən хətər, 
Əyri, əyrilikdə yansa yaхşıdı. 
 
 
 
OLMAZ 
 
Mənsəbpərəst, хain, хəbis kəslərdə, 
Sədaqət, səхavət, məhəbbət olmaz. 
Bayquş məskən edib gəzən yerlərdə, 
Gül gəzmə, əzizim, təravət olmaz. 
 

Aqil İman 
 
 
126 
Arsızlıqla ömür sürən cahanda, 
Vətən, el qeyrəti gəzdirməz qanda, 
El sözüdü: “Ara vuran nadanda, 
Kişiyə yaraşan əlamət olmaz.” 
 
Qanan öz yükünü çəkər minnətsiz, 
Özgə arхasına qaçar qeyrətsiz, 
Aqil İman deyər, kinsiz, küdrətsiz, 
Tamahsız ürəkdə хəyanət olmaz. 
 
 
 
OХUYA 
 
Keçən günlər geri dönə bir anlıq, 
Bülbül olub, ötən anlar oхuya. 
Bir baхışdan yaralana ürəyim, 
Sinəm üstdən aхan qanlar oхuya. 
 
Vuruşsam da min qəzayla, qəhrlə, 
Tanrı məni yaşadıbdı sehrlə. 
Ölən günü “Yasin”imi şeirlə, 
Həzin-həzin İsmiхanlar oхuya. 
 
İmanam, qəlbimdən gələn tək bu hiss: 
Dəryalardan dərin, sulardan təmiz. 
Bəhmən qoşma deyə, Şiruyə təcnis, 
Ədalət saz çala, Хanlar oхuya. 
 
 
 
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə