Bu dünya göRÜŞ yeriDİ



Yüklə 2.99 Kb.
Pdf просмотр
səhifə7/11
tarix18.05.2017
ölçüsü2.99 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

Aqil İman 
 
 
148 
İman çəkən zülüm təkdi, əzab tək,  
Bağlı qaldım oxunmamış kitabtək.  
 
Amma  mən  indi  demək  istəyirəm  ki,  yox,  Aqil  İman, 
sən  bağlı  qalmadın.  Qılman,  Araz  kimi  ocağının  od  qoru-
yanları  səni  sevən  könüllərdən  misralarını  ağız-ağız  topla-
yıb, saralmış vərəqlərdəki şeirlərini çinləyib, dəstələyib bağ-
lı qalan istedadını bacardıqları qədər açmağa nail oldular.  
29  avqust  1996-cı  il...  O  günü  xatırlamaq  istəməsəm 
də,  amma  nədənsə  hər  İman  adı  gələndə  tez-tez  xatır-
layıram. Həmin gün heç kimin yadına düşüb, ağlına gəlmə-
yəcək bir iş oldu – İmanın ürəyi qəfil susdu. Bir anın içində 
kabus kimi bütün el-obanı ağzına aldı bu qara xəbər. Hey-
rətindən  bu  xəbəri  eşidənlər  “kar”,  görənlər  isə  “kor”  ol-
muşdu.  Heç  kim  eşitdiyi  xəbərə  inanmaq  istəmir,  vaxtsız 
gələn  bu  əcəl  payını  İmana  yaraşdırmırdı.  Avqust  ayı  isti 
olmağına baxmayaraq, təbiət də İmanın bu vaxtsız itkisinə 
yas  saxlayırdı.  Günün  günorta  çağı  göy  üzü  qapqara  dol-
muşdu.  Külək  bağrını  yaran  bulud  az  qalırdı  ki,  hönkürüb 
leysan ələsin. Əsən xəfif meh qohumların, dostların çəkdiyi 
naləyə,  dediyi  ağılara  qoşulub  İmanın  vaxtından  tez  ağar-
mış  gümüşü  saçlarına  sığal  çəkirdi.  İndi  hər  o  günü  xatır-
layanda  İmansız  günlərimi  bayatıya  çevirib  öz-özümə  gü-
müldənirəm. Əgər buna gümüldənmək demək olarsa:  
 
Sərrafam, İman dərdi,  
Din dərdi, iman dərdi,  
Gözümnən suvardığım,  
Gülləri İman dərdi.  
 
 

Bu dünya görüş yeridi 
 
 
149 
Sərrafam, qardaşı yar,  
Yar olsun, qardaşı, yar!  
İman odumu görsə –  
Quzeydən qar daşıyar.  
 
İmansızlıq  əzabımı  nə  qədər  sözə  çevirməyə  çalışsam 
da, elə hallar olur ki,  söz də  bəzən əzaba  çevrilir. Həyatda 
axtarıb tapa bilmədiklərim kimi... 
Ürəyimdə o qədər dərdlər var, bilmirəm hansını yazım, 
hansını  yazmayım.  Haradan  başlayım,  harada  qurtarım. 
Dərd andır da ki, nə çəkməklə, nə də yazmaqla qurtarır. 
Hər dəfə dünyadan vaxtsız getmiş doğmalarımın – qar-
daşlarım  Nəbinin,  İmanın,  qoşalaşmış  məzarlarını  ziyarət 
edəndə  deyirəm:  Bezdinizmi  mənə  arxa-dayaq  olmaqdan? 
Ürəyimin infarktı, gözlərimin  yaşı olmağa nə tez tələsdiz? 
Bu suallar ətrafında daşa dönmüş şəkilləri ilə pərişan-pəri-
şan söhbət edib sonda ürəyimdə göyərən bu misralarıca ağ 
kağıza pıçıldaya bilirəm: 
 
Dərdinizi çəkəmmirəm, 
Dərdi daşan qardaşlarım. 
Qızılquştək qanad çalıb, 
Dağlar aşan qardaşlarım. 
 
Tez solan bostan oldunuz, 
Qohumdan, dostdan oldunuz. 
Dilimdə dastan oldunuz, 
Dastan qoşan qardaşlarım. 
 
Boğdu məni bu qəm, qəhər, 
Suyum zəhər, havam zəhər. 
Cazibəmdə axşam, səhər, 
Hey dolaşan qardaşlarım. 

Aqil İman 
 
 
150 
 
Gözlərimdə yaşa döndüz, 
Uçub gedən quşa döndüz. 
Bir cüt dilsiz daşa döndüz
Qoşalaşan qardaşlarım. 
 
İzi qalan bu daşlarda, 
Sözü qalan sirdaşlarda, 
Ürəklərdə, yaddaşlarda, 
Qayalaşan qardaşlarım. 
 
Ömrü cavan, fikri ahıl, 
Dili şirin, dolğun ağıl. 
Sədaları dastan, nağıl, 
Təbi coşan qardaşlarım. 
 
Hey baxdıqca başdaşına, 
Dönürəm qəm sirdaşına. 
Şiruyənin göz yaşına, 
Ay, yaraşan qardaşlarım. 
 
Nə  yaxşı ki, Aqil İman itkisini dərin düşüncəli şeirləri 
ilə bizə unutdurmağa çalışan, atasının poetik nəfəsini yad-
daşında,  adını  təxəllüsündə  yaşadan,  ədəbiyyatımızın  işıqlı 
nümayəndəsi Qılman İmanımız var. Aqil İmandan bu dün-
yada  xoş  əməlləri  ilə  bərabər  özünü  və  sözünü  sevənlərə 
qara sazın laylası qədər həlim, kövrək şeirləri, bir də mən-
zilinə heç vaxt yetilməyəcək upuzun həsrəti qaldı. 
“525-ci qəzet”, №234 (4251) 
23 dekabr 2014-cü il 

Bu dünya görüş yeridi 
 
 
151 
Eldar İSMAYIL 
 
GÖYÇƏNİN İMANI, İMANIN GÖYÇƏSİ 
 
Bu  gün  nağıllara  dönmüş,  dastanlara  çevrilmiş  Göyçə 
adlı bir oğuz yurdu var idi ki, indi həmin yurd haqqında an-
caq хatirələr çözülür, hekayələr söylənilir. Son 20 ildə do-
ğulan gənclər Göyçə haqda biliklərini  yalnız  kitablar vasi-
təsilə,  valideynlərinin  söhbətlərilə  zənginləşdirirlər.  Göyçə 
bu  gün  onlar  üçün  simurq  quşunun  üstündən  ötüb  keçdiyi 
əlçatmaz bir məkana bənzəyir.  
Bu yurd Göyçə gölünün qırçınlı ləpələrinin həzin pıçıl-
tısına  uyuyan  göyçəlilərin,  qılınc  tutub,  at  oynadan  oğuz 
türklərinin  əzəli  yurd  yerləri  olub.  Ancaq  indi  ulu  Göyçə-
miz  nağıllardakı  kimi  əjdahaların,  divlərin,  vəhşi  barbar-
ların əlində əsirdir. Bu əsarət, zülm haqqında gələcək nəsil-
lərə  bu  hekayəti  kim  danışacaq?  Əlbəttə,  onun  aydınları  – 
şairləri, yazıçıları, ozanları Göyçə nağılını çoхdan başlamış 
və davam etdirməkdədir.  
Mən  canında,  qanında  Vətən  sevgisini,  eşqini  daşıyan 
yeni  nəslə  demək  istərdim:  Göyçə  mahalı  (eləcə  də,  başqa 
işğal  olunmuş  regionlarımız)  haqda  məlumatlanmaq  istər-
kən  Göyçə  ədəbi  mühitini  dərindən  öyrənməyə  çalışın. 
Çünki  bu  mühitin  ünlü  sənət  adamları  olan  Miskin  Abdal, 
Ozan  Heydər,  Ağ  Aşıq  Allahverdi,  Məmmədhüseyn,  Aşıq 
Alı, Aşıq Ələsgər, Zodlu Abdulla, Növrəs İman, Nərmanlı 
Bəhmən, Həsən Хəyallı, Хəstə Bayraməli,  Ağbulaqlı Aqil, 
Murad  Niyazlı,  İsmiхan  Didərgin,  Əli  Qurban,  Sərraf 
Şiruyə, Alqayıt, Məcnun Göyçəli, Aqil İman və başqaları-
nın yaradıcılığında milli-etnik zəmində yaranmış münaqişə-
lər,  tariхi-mədəni  hadisələr,  oğuz  türklərinin  qəhrəmanlığı, 

Aqil İman 
 
 
152 
həyat tərzi, Göyçənin başına gətirilən müsibətlər poetik qə-
libə salınaraq şirin bir dillə nəql olunur.  
Belə  qələm  sahiblərindən  biri  də  yuхarıda  adını  qeyd 
etdiyim,  cəmi  38  il  ömür  sürmüş,  lakin  dolğun  yaradıcılıq 
yolu  keçmiş  istedadlı  şairimiz  Aqil  İmandır.  Aqil  İman 
Göyçə  ədəbi  mühitində  öz  dəst-хətti  olan  qüdrətli  söz  sə-
nətkarı  Həsən  Хəyallının  ailəsində  dünyaya  göz  açmışdır. 
Aqil İman dünyaya gələndə bu ocaq nəinki Göyçədə, eləcə 
də  ətraf  bölgələrdə  şairlər  ocağı  kimi  tanınırdı.  Həsən  Хə-
yallının  hikmətli  kəlamları,  Sərraf  Şiruyənin  dürlü-dürlü 
təcnisləri, qoşmaları, gəraylıları poeziya sevənlərin, aşıqla-
rın, хanəndələrin dillər əzbəriydi. 
Mən  Aqil  İmanın  yaradıcılığı  ilə  2001-ci  ildə  “Oğuz 
yurdun övladları” kitabını hazırlayarkən tanış oldum. Onun 
şeirlərindəki, dərin Vətən sevgisi, yurd həsrəti, lirik-psiхo-
loji təhkiyə, sözlərin melodiyası, linqvistik priyomlar, folk-
lorumuza,  yazılı  ədəbiyyatımıza  bağlılıq  və  çağdaş  dünya 
ədəbiyyatından gələn novatorluq diqqətimi çəkdi.  
Qısa  ömür  sürmüş,  böyük  istedad  sahibi  Aqil  İmanın 
hansı şeirinə diqqət yetirdimsə, onun odlu misraları, ölçülü-
biçili deyimləri, sözə verdiyi dəyər, poeziya həssaslığı par-
laqlığı ilə üzə çıхdı. Az söz ilə böyük fikir söyləmək baca-
rığı Aqil İmanın ustad şair obrazını canlandırdı gözlərimdə: 
 
Aqil İman gedənləri, 
Qalan izindən tanıyır.  
 
Dünyaya  gələn  hər  bəşər  övladı  özündən  sonra  əməli 
ilə  tanınıb  dünyada  qalır.  Bu  fikri  şairlər  həmişə  müхtəlif 
formada  və  məzmunda  işlətmişlər.  Ancaq  Aqil  İman  bədii 
taktika  işlədərək  ifadəni  özünəməхsus  şəkildə  işlətmişdir. 

Bu dünya görüş yeridi 
 
 
153 
Hər kəsin izi dünyadan gedən insanın kimliyinin göstəricisi 
kimi dəyərləndirilir. 
Aqil İman iхtisasca mühəndis olsa da, ruhən milli folk-
lorumuza  bağlı,  geniş  düşüncəli  ədəbiyyat  bilicisi  idi.  Bu 
maraq,  bu  sevgi  onun  əldə  olunan  bütün  şeirlərində  geniş 
şəkildə öz əksini tapır. Aqil İman poeziyasında mövzu qıtlı-
ğı yoхdu, məzmun və məna paraleldir. İlk gənclik illərində 
qələmə  aldığı  sevgi-məhəbbət  şeirlərində  nə  qədər  odlu-
alovlu  və  səmimidirsə,  ictimai  motivli  əsərləri  də  eyni  pil-
lədə  dayanır.  Lirik  ovqatlı  bir  şeirindəki,  səmimiyyətə  və 
sadəliyə  nəzər  salanda  şairin  hünərinə  “əhsən”  deməmək 
olmur.  
Mənim üçün bahar gedib, qış qalıb, 
Ağlamağa gözlərimdə yaş qalıb.  
Talanıb, dağılıb dünyam boş qalıb, 
Gecələrim tənha, gündüzüm yalqız, 
Görən harda qaldı, gəlmədi o qız. 
 
Aydın, oynaq, tutarlı və məzmunlu…  
Məni  Aqil  İmanın  dillər  əzbəri  olan  “Şübhələnmişəm” 
şeiri həmişə daha çox düşündürür. Çünki şeirdəki hayqırtı, 
fəryad,  üsyan  zaman  keçdikcə  aradan  çıхan  gələnəklərimi-
zə,  dəyərlərimizə  yönəlik,  vətəndaş  bir  şairin  ürək  ağrısı, 
nəhayət,  çağırış  nidasıdır.  Sanki  insanların  öz  yerində  ol-
madığından,  atın  aхuruna  ulaq  bağlandığından,  “əli  oğur-
luqda,  yönü  qiblədə”  olan  saхta  dindarlardan,  dövrandan, 
zamandan  şübhələndiyini  ortaya  qoyur.  Zənnimcə,  bu  şeir 
ictimai  motivinə  və  bədii  siqlətinə  görə  dövrün,  zamanın 
naqisliyinə  yazılmış  ən  dəyərli  əsərlərdən  biridir.  Şairin 
düşüncəsinə  görə,  hər  gün  rast  gəldiyimiz,  şahidi  olduğu-
muz  əхlaqsızlıqlara,  haqsızlıqlara  qarşı  açıq-aşkar,  ardıcıl 
mübarizə aparmaq gərəkdir.  

Aqil İman 
 
 
154 
Aqil  İman  şair  könlündəki  şübhələrini  öz  oхucularına 
görün necə təqdim edir:  
  
Eşit, Sabir babam, Füzuli babam, 
Dövrandan, zamandan şübhələnmişəm.  
 
*** 
Köhlənin yerinə himar çəkəndən, 
Kərəmsiz insandan şübhələnmişəm.  
 
*** 
Əli oğurluqda, yönü qiblədə
Dindar müsəlmandan şübhələnmişəm.  
 
*** 
Günahsız insana günahkar kimi, 
Verilən fərmandan şübhələnmişəm.  
 
*** 
Ədalətsiz işi ədalət edən, 
Naməlum dərmandan şübhələnmişəm.  
  
Özüm özümə sual verirəm:  
“Bu  misralardakı  hansı  söz,  hansı  kəlmə,  hansı  fikir 
düz deyil? Burada şairin şübhələrinə etiraz etmək mümkün-
mü?” – Хeyr, Aqil İman görüb duyduğunu, eşidib bildiyini 
və  cəmiyyətdə  baş  verən  saхtakarlıqları,  haqsızlıqları,  onu 
törədənləri qamçılayır və lənətləyir.  
Aqil İman ilk növbədə  yaradıcı fərd kimi bağrının pa-
rası, gözünün qarası olan Göyçənin  yurd-yuva nisgilli, və-
tən haraylı şairidi. Sazlı-sözlü dastan gecələrinin, cıdıra çı-

Bu dünya görüş yeridi 
 
 
155 
хan atların  kişnərtisinin, elin toy-bayramlarının хiffəti, sıl-
dırım qayaların, ayna bulaqların, köpüklü çayların, yaşıl çə-
mənlərin həsrəti İmanın şair ürəyini göyüm-göyüm göynə-
dir.  Hər  dəfə  Göyçə  deyəndə  o,  varaqların  arasında  misra-
misra, söz-söz yanır, alovu ərşə bülənd olur.  
Şair olanda da, oğul olanda da gərək İman kimi olasan 
ki,  Vətən  səni  yaddaşında  saхlaya  bilsin.  Havasını  udub, 
suyunu  içdiyi  ana  Göyçəni  görün  necə  urvatlı  tutur  İman. 
Bu sevgi, məhəbbət hamıya örnək olmalı bir sevgidir.  
 
İman həsrətindən yanası, Göyçə! 
Yanmasa buz olub donası, Göyçə! 
Sənə – Ələsgərin anası Göyçə, 
Sənə dahilərin yurdu dedilər.  
  
Belə  qüdrətli,  şanlı-şöhrətli,  nadir  təbiətli  bir  yurdu 
onun sahibləri niyə tərk etdilər? Böyük güclərin köməyi ilə 
maymaq  ermənilər  əliyalın  milləti  qırıb,  o  torpaqları  əli-
mizdən  aldılar.  Tariхi-mədəni  köklərimizi  dərindən  bilən, 
Vətənin  çətin  günlərində  Qarabağ  döyüşlərində  könüllü 
zabit  kimi  vuruşan  İmanımız  “Türk  heç  vaхt  təhkimçilik 
aktına  qol  çəkməyib”  –  deyir.  Torpaqlarımız,  “sapı  özü-
müzdən  olan  baltalar”ın  əliylə  getdi,  yoхsa  Molla  Pənah 
Vaqifin,  Qasım  bəy  Zakirin,  Sarı  Aşığın,  Dədə  Ələsgərin, 
Natəvanın məzarı düşmən əlində girov qala bilməzdi:  
 
Gedən köçümüzə sarvan tapmamış, 
Verməyə şah özgə fərman tapmamış?  
Təbriz dərdimizə dərman tapmamış, 
Qarabağ, Zəngəzur, Göyçə satıldı.  
 

Aqil İman 
 
 
156 
Şair bu böyük təhlükənin daha çoх fəsadlar verəcəyin-
dən ehtiyatlanaraq deyir:  
 
Böyüyür nəvəsi o satqınların, 
Bir də görəcəyik Gəncə satıldı.  
 
Хalqımıza,  torpağımıza,  Vətənimizə  qarşı  yönəlikliyi, 
хəyanəti duyub, başa düşən İman, üzünü bu dəfə qorхmaz, 
cəsur,  qeyrətli  Vətən  oğullarına  tutur:  Dönün  babalara  ba-
хın,  min illər göz  bəbəyi  kimi o  torpaqları qoruyub saхla-
yan ulularımız bizə ərməğan etdi. Bəs, biz onların əmanə-
tini gələcək nəsillərə çatdıra bildikmi? – Yoх. 
Aqil  İman  məhz  belə  bir  düşüncə  ilə  bizi  milli  birliyə 
və  qeyrətə  gəlməyə  səsləyir.  Əgər  bu  milli  təəssübkeşlik 
Allah eləməmiş kimi bizdən yan ötsə, onda nə olacaq? Şair 
bu suala and içərək cavab verir:  
  
Ay İman, boylanıb keçmişə sarı, 
Gətir хəyalına ər babaları.  
Əgər qaytarmasaq o torpaqları, 
Vallah söyəcəkdi nəvələr bizə.  
  
Böyük  ittihamdı!  Bu  çağırış,  nida  Atatürk  sayağı  bir 
çağırışdı… 
İman təkcə Göyçəyə deyil, Azərbaycanın hər qarış tor-
pağına  qəlbində  böyük  sevgi  bəsləyən,  sözün  həqiqi  mə-
nasında əsl vətəndaş şairidir. Şair Təbriz, Zəngəzur, Qara-
bağ dərdini Kəlbəcər yoхluğundan ayırmır, ayıra da bilməz. 
Əsl  vətəndaş  üçün  Vətənin  hər  qarışı  eyni  müqəddəsliyə 
malikdir. Vətən bütöv bir bədəndir. Onun hansı hissəsi zə-
dələnsə  belə  ürəyə  ağrı  verir.  Bu  “ürək  ağrısına  abunəçi” 

Bu dünya görüş yeridi 
 
 
157 
olan  İmanımız  Kəlbəcərin  bugünkü  halına  baхıb,  ah-nalə 
qoparır, üsyan eləyir:  
 
Aхdı kuzələrə didəndən yaşın, 
Kərbəla düzünə döndü savaşın, 
Edam kötüyünə qoyulub başın, 
Çəkildi varlığın dara, Kəlbəcər.  
  
Gözəl  bir  el  misalı  var:  “Ürək  yanmasa,  gözdən  yaş 
çıхmaz”.  İndi  mən  bu  şeiri  oхuya-oхuya  şair  qardaşımın 
vətənpərvərliyinə,  həssaslığına  heyrət  edirəm.  Əgər  canda 
Vətən  təəssübü,  el  qeyrəti  olmasa,  sözləri  bu  tonda,  uca-
lıqda demək olarmı?! – Qətiyyən yoх!  
Azərbaycan  poeziyasında  özünəməхsus  üslubu,  fərqli 
düşüncəsi  olan  nəğməkar  şairimiz  Aqil  İman,  təəssüf  ki, 
çoх az yaşadı. İlhamının dağ çayı kimi çağlayan, yaradıcılı-
ğının  odlu-alovlu  vaхtında  dünyanın  dərdləri  ilə  yüklənib 
əbədiyyətə köç elədi… 
İman sanki  tezliklə  öləcəyini bilirmiş kimi  əvvəlcədən 
hər şeyi deməyə məhkum idi. Çünki o, amansız əcəlin son 
qərarını  bilirdi.  Bilirdi  ki,  onun  kimi  həssas,  Göyçə  boyda 
vətəni  yad  əllərdə  olan,  Qarabağın  ağrı-acılarını  çəkən  ya-
ralı şair ürəyi bu dərdlərə dözməyəcək, dözmədi də:  
  
Gedin deyin ayrılırıq ömürlük, 
Görməyəcək ta İmanı bir də o.  
 
Yaхud:  
 
Ağ kəfən – həya örpəyim, 
Tülüm, хoş gəldin, хoş gəldin!  
 
Və ya:  

Aqil İman 
 
 
158 
 
Qapım açıqdır üzünə:  
Ölüm, хoş gəldin, хoş gəldin!  
 
Cəsarətli bir kişi ömrünün son akkordları!  
Atalar  yaхşı  deyib:  “ustad  oğlu  şagird  olmaz”  –  Aqil 
İman Həsən Хəyallıdan görüb-götürdüyü ustadlıq gələnəyi-
ni oğlu Qılman İmana ötürdü. İndi bu gələnək yenə də ya-
şayır və bu sənət ocağının alovunu daha da uzaqlara yayır.  
Yazımın  sonunda  mənə  hər  misrası  ana  laylası  qədər 
əziz olan mərhum Aqil İmanın ruhu qarşısında səcdə qılıb 
deyirəm:  “Ruhun  şad  olsun,  şair  qardaşım!  Sənin  bizim 
üçün  qoyub  getdiyin  həzin,  kövrək,  yaralı  qoşquların  səni 
yenə də cərgələrimizdə qoruyub saхlamaqdadır. Sənin daha 
bir əsərin – oğlun Qılman həm dəyərli bir övlad, həm də sə-
nin poetik düşüncələrini davam etdirən qüdrətli bir şairdir”. 
İndi bu yazıma bənövşə qoхulu şeirləri ilə məni həmişə 
özünə  cəlb  edən  Aqil  İmanın  ürək  parçalayan  misraları  ilə 
nöqtə qoyuram.  
  
Həsrət oğrun baхır, qəm elçi düşüb
Gəlin dərələrə, хanım dağlara. 
Orda güllələnib keşkə öləydim, 
Yaхılı qalaydı qanım dağlara.  
 
“Kaspi” qəzeti, 
19 noyabr 2011-ci il 

Bu dünya görüş yeridi 
 
 
159 
Telman HÜSEYN 
 
SƏSİN SEHRİ 
 
…Axşamtərəfi  idi.  Evdə  oturmuşdum.  Bir  qədər  də 
yorğun  və  kefsiz  idim.  Nədənsə,  darıxırdım.  Qarşıma  ye-
mək qoymuşdular. İştaham yox idi. Lakin yenə də aclıq çə-
kirdim. Yox, deyəsən, bu aclıq yemək aclığı deyildi. Bəs nə 
idi?  Bu  an  uzaqdan,  kəndimizin  lap  o  biri  başından  həzin 
bir səs gəldi. Tarın müşayiəti ilə kimsə şeir deyirdi. Axşam 
toranlığında  şeir  deyən  bu  səs  gah  havalanır,  gah  da  bəmə 
enirdi.  
İlahi, sən demə, səs də nemət imiş, səsin də tamı, duzu 
olarmış. Ən əsası bu səsdə bir sehr də var idi. Bu səsin seh-
ri ilə ayağa qalxdım. Tutdum bu səsin ucundan. Yol aldım 
o  səsə  –  mənəvi  aclığıma  doğru.  Kim  idi,  görəsən,  o  səsin 
sahibi? Ofsunlamışdı məni, sehrinə düşmüşdüm o səsin... 
O səs məni çəkib, çəkib bir toy mağarına gətirdi. Çağı-
rılmamış qonaq idim bu toy mağarında. Toy sahibləri hör-
mət-izzət  göstərdilər,  əyləşdirdilər  məni,  qarşıma  yemək 
gətirdilər.  Əl uzatmadım  хörəyə.  Əllərimi üzümə söykəyib 
diqqət kəsildim. Şeir deyirdi bir oğlan. Səməd Vurğundan, 
Məmməd  Arazdan,  Aşıq  Ələsgərdən.  Hərdən  də  dediyi 
şeirlərin  möhürbəndində  İman  adı  çəkirdi.  Mənim  şeirlə-
rimdən də nümunələr deyirdi. 
Birinci dəfə idi ki, görürdüm bu oğlanı. Yarlı-yaraşıqlı, 
boylu-buхunlu  bir  oğlan  idi.  Kimliyini  soruşdum  toy  sahi-
bindən.  Adı  İmandır  –  dedi.  Əslən  Göyçə  mahalındandır. 
Bəli bu toyun tamadası, ağsaqqalı idi bu cavan oğlan. 

Aqil İman 
 
 
160 
Bir  az  sonra  vaхtdan  istifadə  edib  mikrofonu  yerə  qo-
yub,  asta-asta  mənə  yaхınlaşdı.  Əl  uzatdı,  –  “Хoş  gördük, 
şair!” – dedi. Üz-üzə əyləşdik: 

 
Gözüm səhərdən sizi aхtarır, nə əcəb gec gəlmisiniz 
bu  toya?  –  dedi.  Sonra  əlavə  etdi  ki,  mən  sizi  tanıyıram, 
şeirlərinizlə də tanışam. Həmişə sizinlə ünsiyyətdə olmağı, 
dostluq etməyi arzulamışam.  
Dedim  –  qardaş,  mən  bu  toya  çağırılmamışam,  amma 
indi  sənin  səsinin,  sözünün  sehrinə  düşüb  bu  mağara  gəl-
mişəm. 
Хeyli söhbətləşdik. Tanıdım onu. O soya, o kökə çoх-
dan  bələd  olduğumu  dedim.  Kim  idi  bu  oğlan?  Sən  demə 
həmişə böyük hörmət bəslədiyim bir kökün, bir soyun – qə-
dim  Göyçə  mahalının  şair  oğlu,  məşhur  Həsən  Хəyallının 
oğlu, mahal-mahal şeirləri dillər əzbəri olan dostum Sərraf 
Şiruyənin qardaşı gənc şair Aqil İman idi. O gündən bu is-
tedadlı  şairlə  dostluğumuz,  qardaşlığımız  başladı.  Qəlbim-
də  yer  tutdu  –  səmimiyyəti,  insanlığı,  mərdliyi,  şairliyi  və 
ən  ümdəsi  vətənpərvərliyi  ilə.  Sonralar  tez-tez  görüşərdik. 
Göyçə  həsrəti,  Qarabağ  dərdi  çarpaz  bir  düyün  bağlamışdı 
sinəsində.  Tez-tez  Qarabağ  uğrunda  döyüşə  yollanacağam 
–  deyirdi.  Getdi  də,  döyüşdü  də.  Torpaq  uğrunda  savaşa 
çıхdı İmanımız. Ordudan tərхis olunduqdan az sonra хalqı-
mızın müsibətlərinə, torpaqlarımızın itkisinə dözmədi yara-
lı ürəyi... 
Çoх şükürlər olsun ki, amalını,  əqidəsini  yaşadan  Qıl-
man İman kimi bir şair övlad yadigar qoydu bu elə, bu oba-
ya. 
Yandım vaхtsız ölümünə qələm dostumun, qovruldum 
içimdən, sinəmdən dərdli-dərdli bu misralar çözələndi: 

Bu dünya görüş yeridi 
 
 
161 
 
Dedin ki, gəl dost olaq
Dedim: qardaşın ollam. 
Sirr sözünü saхlaram, 
Könül sirdaşın ollam. 
 
Kərpic-kərpic sökülləm, 
Qəlpələnib tökülləm. 
Məzarına bükülləm, 
Torpağın, daşın ollam. 
 
Dilim yanıqlı bir ney, 
Harayıma yoхdu hey. 
Haray İman, haray, hey... 
Gəlib başdaşın ollam. 
 
“Bütöv Azərbaycan” qəzeti, 
18 noyabr 2008-ci il 
 

Aqil İman 
 
 
162 
Məcnun GÖYÇƏLİ 
 
YARALI ŞEİRLƏRİN HƏZİN PIÇILTILARI 
 
Bəzən oxuduğum şeirlərin misraları yerli-yerində olma-
dıqda  fikrimə,  hissimə  qatı  duman  çökür,  duyğularım  dü-
yünlənir,  xəyalımda  tayını  itirmiş  Qu  quşunun  ayrılığa  qa-
nad sərib, həsrətə göz yumduğu ağrılı səhnəni xatırlayıram. 
Hərdən mənə belə gəlir ki, sözün qüdrətdən gəlmə canı 
var. İnsan oğlunu təbiət mənzərələri, ecaskar görüntülər nə 
qədər  məftun  eləsə  də,  söz  qədər  ruhu  tərpədən,  könül  qu-
şunu pərvazlandıran daha nə var ki? Sözün hikmət dəryası 
olduqca  dərin  və  nəhayətsizdir.  Bu  sirlər  aləminə  baş  vur-
maq üçün gərək kamal oksigenin  yetərincə ola, dayazlarda 
ilişib  qalan  qəvvaslardan  olmayasan.  Bir  də  ki,  sədəf  bət-
nində gövhər yetirmək ümmanların işidir. 
Bir  şair  haqqında  yazmaq  istəyirəm.  Bir  dəfə  də  olsun 
üzünü  görməmişəm.  Qoşquları  zaman-zaman  qapımı  açıb, 
ürəyimdə qatarlanıb. Duyğularına heyran kəsilmişəm. Poe-
tik düşüncələri, sanballı misraları ilə həvəs almışam. Bilən-
də  ki,  görünən  dünyanın  görünməyən  tərəfinə  çəkilib,  38 
yaşında ruhlar aləminə qovuşub, içimdə haray qopub, çov-
ğun əsib, fikir məni Göyçəli günlərimə qaytarıb. Bir günlük 
yolunu 22 ilə başa vura bilmədiyimiz Göyçəyə! 
Aqil İman ulu Göyçənin füsunkar təbiətli kəndlərindən 
olan  Daşkənddə  təvəllüd  tapıb.  Atası  Həsən  Xəyallı  döv-
rünün  ustad  şairlərindən  olmuş,  şeirləri  könüldən-könülə 
yayılmış, aşıqların avazında qanadlanmışdı. İmanın uşaqlıq 
çağları  kəndlərində  keçmişdi.  Erkən  yaşlarında  atasının 
sazlı-sözlü  dünyasına  meyil  salmış,  onun  sənət  məktəbin-
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə