Bu fikirlər rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun



Yüklə 433.78 Kb.
PDF просмотр
səhifə3/4
tarix07.12.2016
ölçüsü433.78 Kb.
1   2   3   4

  Stefano  Benni  müasir  italyan  yazıçısıdır.  1947-ci  ildə 

İtaliyanın Boloniya şəhərində doğulub. “Yer Kürəsi” adlı ilk 

romanı  1994-cü  ildə  çapdan  çıxmışdır.  1994-cü  ildə 

"Feltrinelli"  nəşriyyatında  çap  olunmuş,  iyirmi  yeddi 

hekayənin  yer  aldığı  “Sonuncu  göz  yaşı”  kitabında  Stefano 

Benni  televiziyanın  insanlara  kütləşdirici  təsirini  qrotesk 

üslubda  lağa  qoymuşdur.  Müəllifi  olduğu  “Hürküdülmüş 

gülməli  pəhləvanlar”  kitabı  əsasında  1998-ci  ildə  “Qoca 

heyvanlar  üçün  musiqi”  filmi  çəkilmişdir.  “La  Repubblica”, 

“Il  manifesto”,  “Panorama”  və  digər  italyan  qəzetləri  ilə 

əməkdaşlıq  edir.  Yaradıcılığı  İtaliyanın  bir  neçə  ədəbi 

mükafatına layiq görülmüşdür 

Stefano Benni

BUMERANQ

(

)

Hekayə

53

324

Dekabr  2013

məhdudlaşdı.  İt  ulamırdı,  hansı  vəziyyətdə  olduğunu  sahibinə  heç  zaman  bildirmirdi.  Aradabir 

pəncərədən bağçaya baxır, köksünü ötürüb qüssəli-qüssəli ah çəkirdi.

Sahibi sağalıb ayağa durduğunda heç bir səbəb olmadan itini təpiklədi. Bum çarpayının altında 

gizləndikdə, cənab Remo tutduğu işdən xəcalət çəkdi. İti yanına çağırdı, it yaxınlaşdı. Sahibi saxta 

məsumluqla itini tumarlayıb dedi:

- Bum, səndən qurtulmalıyam. Təəssüf edirəm, amma daha qayğı göstərə bilmərəm sənə. Bu bir 

yana qalsın, nifrət edirəm sənə, bunu anlamağın müşküldür.

İt sonsuz sevgiylə və sədaqətlə baxırdı sahibinə.

Cənab Remo bu iti nəyə görə axı itlər sığınacağına və ya hansısa tanışlarından birinə vermədi? Yəqin 

həm tənbəlliyindən, həm də arvadının sözlərini xatırladığından. Arvadı Dora hələ sağlığında demişdi: 

“Remo, ölüb eləsəm, xahiş edirəm, itimizi tullama”. Remo arvadının bu sözlərinə acıqlanıb, ürəyində 

fikirləşmişdi: iti tullamaq kimi bir rəzilliyə əl atacağım hardan gəldi ağlına bu arvadın?! Amma kasıb 

Dora ərinin qəddarlığından xəbərdar idi.

Doranın  ölümünü  Remo  xəyanət  saydığından,  itdən  qurtulmaqla  taleyindən  intiqam  almağa 

çalışırdı. Maşınına oturub, Bumeranqı şəhər kənarında birgə oynadıqları çəmənliyə apardı. Əvvəllər 

də iti bu çəmənliyə gətirmişdi ki, iradəsinə güvənib çıxıb getsin. Sahibi arxada, it isə irəlidə gedirdi. 

Bumun ritmsiz yerişinə Remo çoxdan diqqət kəsilmişdi. Hər on addımdan bir Bum dal pəncəsini 

qaldırıb axsayır, sanki alışıb-yanan yerin üstüylə addımlayırdı.

Hələ arvadının sağlığında itin bu cürə yerişində baməzəlik, həlimlik duyardılar. İndiysə Sahibi itin 

şişman  arxasının  yırğalanmasına  nifrətlə  tamaşa  edirdi.  Bumun  maraq  dolu  baxışlarından 

uzaqlaşmaq üçün onu ağaca bağlayıb, arxaya çönmədən, çıxıb getdi.

Evə  qayıdıb,  cidd-cəhdlə  nahar  hazırlamağa  girişdi.  Çoxdan  yemək  bişirmirdi.  Bumun  kasasını 

təpiklə küncə itələdi, xaltasını götürüb zibil vedrəsinə atdı.

Gecə saat üçdə taqqıldayan qapı səsinə oyandı. Bumeranq idi. Kir-pasaqlı, bədəni islaq it sevincdən 

uçunmuş  gözləriylə  sahibinin  qarşısında  tullanıb-düşüb  evə  keçdi.  İt  heç  nədən  şübhələnmirdi. 

Sadəlövh canında xəyanətə yer yox idi.

Cənab Remo o gecəni hirsindən yarıyuxulu-yarıoyaq vəziyyətdə keçirdi. Suitilərin amansızcasına 

qətliamı, qıvrımtüklü it cinslərinin yunundan hazırlanmış papaqlar girirdi yuxusuna.

Ertəsi günün axşamı Remo iti maşına qoydu, yüz kilometr yol qət edib, maşını saxladı, yolüstü 

kafenin  avtodayanacağında  iti  tək-tənha  qoyub  getdi.  Şəhərə  qayıdıb,  bütün  Amerika  sakinlərini 

vahiməyə bürüyən dirilmiş bədheybətdən bəhs edən kinoya baxmağa getdi. Kinonun bir epizodunda 

bədheybətin quyruğuyla döyəcləməsi, Bumeranqı xatırlatdı Remoya. Bədheybəti reaktiv mərmilərlə 

və ölümcül zəhərlərlə məhv elədilər. O gecə mışıl-mışıl yatdı cənab Remo. Ertəsi gün supermarketdə 

Bumeranqın rəfiqəsi Tommazinanın sahibəsiylə qarşılaşdı.

- Bəs Bum hardadı?

-  Təəssüf,  bilmirəm  -  Cənab  Remo  əlini  yelləyib  dedi.  Xanım  canıyananlıqla  köksünü  ötürdü. 

Nəzakət nümayiş elətdirib, daha heç bir sual ünvanlamadı Remoya. Əlinə toxunub dedi:

- Nələr çəkdiyinizi təsəvvür edirəm!

- Elədir... - Cənab Remo cavab verdi.

Əlində bazarlıq zənbili evə qayıtdı. Pilləkənlə qalxarkən, eşitdiyi səsi dünyada heç bir səslə səhv 

salmaq mümkün deyildi.

Mərmər üzərində gəzişən caynaqların çıxardığı qıcırtı səsi.

Dəhlizdə sahibini gözləyirdi Bumeranq.

Cənab  Remo  ayaqyoluna  keçib,  bütün  günü  unitazın  qapağı  üstündə  əyləşdi.  Tutqun  qapı 


54

324 Dekabr  2013

şüşəsindən sahibini gözləyən Bumun qıcıqlandırıcı cizgiləri sezilirdi.

Səhər şəfəqləri çıxarkən, it nigaran qaldığından şüşəni cırmaqladı.

- Rədd ol burdan! - cənab Remo bağırdı.

İt sevincindən quyruğunu buladı. Axı sahibi ayaqyolunda ölməmişdi! Bundan böyük xoşbəxtlikmi 

olar?!


Üstündən iki gün keçdi. Cənab Remo iti maşına yerləşdirdi və gün uzunu yol gedib dənizə çatdılar. 

Cənab Remo gəmiyə oturdu. Gəminin uşaq sərnişinləri Bumeranqla oynayırdılar. Cənablardan biri 

Remoya dedi:

- Bu iti özünüzlə məzuniyyətə götürməyiniz çox yaxşıdır. Mənim itim çox böyükdür. Belə baxıram, 

siz bu itlə bir-birinizə çox bağlısınız.

- Hə, çox bağlıyıq, çox, - cənab Remo cavab verdi.

Axşam düşmüşdü. Cənab Remo Bumeranqı dənizə apardı və ağac parçasını əlinə alıb suya atdı. 

Bum ağac parçasının dalıyca üzüb, ağzıyla qapdı, sahilə qayıdanda sahibini tapmadı.

Cənab Remo yolun o biri tərəfində iki qədəh konyak içdiyindən ürəyi bulanırdı.

Bir həftə keçdi. Bumeranqın ötən dəfə qayıdışının şahidi olan xanım itin yenidən itməsi barədə 

soruşdu.

- Təəssüf edirəm, - Cənab Remo dedi, - əvvəlcə özünə gəldi, sonra halı yenə pisləşdi.

Xanımın  dodaqlarına  təəssüf  qondu,  Tommazina  göz  yaşını  saxlaya  bilmədi,  bəlkə  xəstə 

olduğundan, bəlkə də Buma yazığı gəldiyindən.

Həmən həftə cənab Remo üçün kədərli həftə oldu. Səbəbi heç də Bumeranqın yox olması deyildi. İt 

getsə də, izi qalmışdı.

Xalça və divan itin nəcisiylə iyləndiyindən, dezodorantla təmizlədi.

Cənab Remo darıxırdı, itə görə yox, televizorunun xarab olmasına görə.

Televizor ustası gəldi.

Ordan-burdan hap-gop etdilər, birdən Bumeranqın kasası ustanın gözünə sataşdı.

- Sizin itiniz var? - usta soruşdu.

- Daha yoxdur.

-  Amma  mənim  itim  var,  böyük  problemlər  yaşadır  mənə.  Təsəvvürünüzə  gətirin,  dənizdə 

məzuniyyətdə  idim.  Geriyə  qayıdarkən,  köntöy  bir  it  maşınıma  hoppandı.  Uşaqlarım  yalvardılar, 

dedilər bu it sahibi tərəfindən atılıbdır, götürək özümüzlə. Bu uşaqlar bilirsiniz də necə dilə tutmağı 

bacarırlar...

- Əlbəttə bilirəm, - Cənab Remo cavab verdi.

- İt indi yanımdakı maşındadır. Bilmirəm kimə verim. İt saxlayanlardan tanıdıqlarınız var?

- İt hansı rəngdədir? - daxilən səksənən cənab Remo soruşdu.

- Qara. Yarasayabənzər qulaqları var.

Usta getdi. Televizor işlədi. Cənab Remo televizor qarşısında otursa da, ekrana yox, qapıya baxırdı.

Biz az keçmişdi, cırmaqlaşma səsi eşidildi.

Cənab  Remonun  yadına  uşaqlıq  dövründə  baxdığı  film  düşdü,  həmən  filmdə  ölülər  qəbirdən 

xortlayırdılar. Ancaq cənab Remonun həmən dəqiqə hiss etdikləri, hansısa dəhşət filmiylə müqayisəyə 

gəlməzdi.

Zombi Bumeranq qayıtmışdı. Səhərdən-axşamacan uşaqlar tərəfindən yemləndiyindən, daha da 

kökəlmişdi. Dəyişməz sevgisiylə, sədaqətiylə, etibarıyla, mərhəmətli hissləriylə baxırdı sahibinə.

- Ay it, ay allahın heyvanı, səni tulladığımı anlamırsan? - cənab Remo qışqırdı.

-  Məni  tullamağa  səbəblərin  vardı.  Sən  müdriksən,  əvvəlkindən  də  çox  istəyirəm  səni,  -  it 


55

324

Dekabr  2013

quyruğuyla cavab verdi.

Bu zaman cənab Remo başqa ölkəyə, hətta başqa qitəyə getmək qərarına gəldi. Bütün pullarını 

hesabından çıxartdı, ağ pencək və saman şlyapa aldı. Səhər tezdən Bumeranqı eyvanda bağlayıb getdi.

Təyyarəyə oturdu, on dörd saat uçdu.

Təyyarənin pilləkənləriylə düşərkən, özünü tamamən başqa cür hiss etdi. Yükünü gözləyərkən, 

dərisi  gündən  qaralmış  qızın  yanında  durub,  üzünə  gülümsədi.  Bəli,  cənab  Remo  hər  şeydən 

uzaqlaşmışdı. Dəniz qoxusu gəlirdi. Günəş qoxusu gəlirdi. İt qoxusu gəlmirdi. Məhz bu anda qəribə 

səhnəyə  rastlaşdı.  İki  polisin  arasında  vurnuxan  bir  xanım  ağlayıb-sızlayıb,  malyükləyənlər 

tərəfindən indicə gətirilmiş it qəfəsinə işarə edərək, bərkdən qışqırırdı:

- Bu mümkün deyil! Mənim Rufusum hardadır?!

-  Sakitləşin,  xanım!  -  polis  başını  qaşıyıb  xanıma  deyirdi:  siz  dediyiniz  kimi  ola  bilməzdi....

Marağa gələn Remo daha da yaxınlaşdı.

Polisin yük axtarışı bürosunun əməkdaşıyla danışdıqlarını eşitdi.

- Çox qəribə hadisə baş verib. Xanım adi prosedur qaydalarla itini qəfəsdə göndərirmiş, indiysə 

deyir bu it onunku deyil.

- Ola bilməz...

-  Mənim  itim  irlandiya  setteri  cinsindəndir,  -  xanım  ağlaya-ağlaya  dedi,  -  bu  it  isə  piyli  və 

yöndəmsizdir. Öz itimi yaxşı xatırlayıram, uçmamışdan əvvəl aeroportda sərbəst gəzişirdi.

- Demək istəyirsiniz, kimsə itinizi dəyişibdir?

-  Hə,  -  büro  əməkdaşı  qəhqəhə  çəkdi,  -  yaxud  piyli  it  qəfəsi  açıb  və  itinizlə  qarşılıqlı  anlaşma 

şəraitində yerlərini dəyişiblər.

- Dişinizi ağartmayın! İtlərin ağıllı olmasından bixəbərsiniz!

Cənab  Remo  qəfəsin  açılmasını  gözləmədi.  Deyəsən,  ürəyinə  dammışdı.  Diyircəkli  çemodanını 

qaça-qaça sürüyərkən, dəhlizdə nəyəsə vurdu və onu təqib edən Bumeranqın şiddətli addımlarını 

eşitdi. Taksiyə oturub dedi:

- “Tropikana” mehmanxanasına, cəld!

- Sürə bilmərəm, cənab, - taksi sürücüsü dedi. – maşının qarşısında it uzanıb.

Cənab Remo yuxarı mərtəbədəki nömrəsinə qalxdı. Qapını açıb, eyvana çıxdı. Bumeranq razı halda 

xalçanı iyləyirdi.

Cənab Remo ağ pencəyini və şlyapasını çıxardı.

Dənizə baxdı, səmaya baxdı, baxışları uzaq üfüqlərə pərvazlandı.

Arxaya çəkilib, sürətlə irəliyə doğru qaçdı.

Eyvandan tullandı.

Pərəstişlə sahibinə baxan top mərmisi sayaq kök Bumeranqı sonuncu dəfə gördü.

Remo və Bum yan-yana aşağı şığıyırdılar.

Sahibim, bu, yeni oyundurmu?

Yerli qəzet manşet xəbərini bu kədərli hekayəyə həsr etdi.

Onları yan-yana dəfn etdilər.

Ruscadan tərcümə: 

Ramil Rahiboğlu 


rı aradan qaldırmaq üçün xərclənən məbləğ daha çox və 

daha az effektlidir. Bu mənada, riskli uşaqların erkən təh-

silinə xərclənən vəsait sonralar erkən dövrün çatışmaz-

lıqları səbəbindən yaranan uğursuzluqlara xərclənən və-

saitdən dəfələrlə azdır. 

Araşdırmalar göstərir ki, koqnitiv bacarıqlar gələcək 

uğur üçün lazım olan tələblərin yalnız bir hissəsidir. Yaxşı 

həyat üçün lazım olan maaş, təhsil, sağlamlıq və digər bir 

çox aspektlərin təminatında xarakter bacarıqları da vacib-

dir. Özünənəzarət, açıqfikirlilik, insanlarla yola getmək, 

planlaşdırma  və  qətilik  kimi  bacarıqlar  insanlara  uğur 

əldə etməkdə, iş tapmaqda və ümumilikdə rahat həyat ya-

şamaqda yardımçı olur. Koqnitiv və xarakter bacarıqları 

insanda bir tamlıq təşkil edir. Bacarıqdan yeni bacarıq ya-

ranır.  Daha  motivasiyalı  uşaqlar  daha  çox  öyrənməyə 

meylli olurlar. Daha məlumatlı insanlar adətən daha ağıllı 

qərarlar  verirlər.  Əlverişsiz  mühitdən  (disadvantaged 

background) olan uşaqlar bağçaya gedənə qədər artıq bu 

Məktəbəqədər  yaş  dövrü  uşaq  həyatında  çox 

sahələrdə geri qalır və sonralar da istənilən səviyyəyə çata 

həssas  mərhələdir.  Nevroloji  araşdırmalar  sübut 

bilmirlər. Bu baxımdan kasıb uşaqlar üçün erkən təhsilin 

etmişdir  ki,  uşaqlar  doğularkən  öyrənməyə  hazır 

təminatı iqtisadi qeyri-bərabərliyi aradan qaldırmaqda ən 

olurlar. Uşaq həyatının ilk illəri beynin sürətli inkişaf 

güclü vasitələrdən biridir. 

dövrüdür və insan beyninin inkişafı prosesinin 90%-i 

Bütün bu nəticələr, əlbəttə ki, erkən təhsilin keyfiyyə-

bu   yaş dövründə baş verir. Uşaqların əqli, fiziki və 

tindən çox asılıdır. Belə ki, çox zaman dövlət proqramları 

emosional  inkişafı  baxımından  ilk  beş  il  ən  vacib 

gözlənilən  nəticəni  verə  bilməmişdir.  Bunun  da  səbəbi 

dövrdür və bu dövrdə keyfiyyətli erkən təhsil gələcək 

proqramın düzgün keyfiyyətdə aparılmamasıdır. Beləlik-

uğurların əldə edilməsi üçün çox vacibdir. 

lə, uyğun dizayn, yüksək standartlar, yaxşı təlim keçmiş, 

Bir sıra sosial iqtisadi faktorlar uşaqların psixoloji 

uyğun maaş verilən heyət, güclü rəhbərlik və yoxlama, la-

inkişafı və məktəbdə əldə edəcəyi uğurlara mənfi təsir 

zımi maliyyələşmə və qiymətləndirmə uğurlu layihənin 

göstərə bilər. Bu faktorlara kasıblıq, aşağı sosial təbə-

və təhsilin keyfiyyətinin əsas amilləridir.

qəyə aid olma, valideynlərin təhsilsiz və ya aztəhsilli 

Uşaqların Erkən Təhsil və Qayğısı (UETQ) sahəsində 

olması və s. daxildir.

keyfiyyəti artırmaq beş əsas komponentin üzərində da-

Aşağı gəlirli, aşağıtəhsilli, etnik və sosiolinqvistik 

yanır: 1.Keyfiyyəti əks etdirən məqsəd və qanunvericili-

azlıqlara mənsub olan valideynlər uşaqların evdə ana-

yin hazırlanması; 2. Kurikulum və standartların hazırlan-

ları tərəfindən böyüdülüb öyrədilməsinin tərəfdarıdır. 

ması və həyata keçirilməsi; 3. İxtisaslaşma, təlim və iş şə-

Bu valideynlər uşaqlarının gələcəkdə yaxşı karyera sa-

raitinin yaxşılaşdırılması; 4.Ailələrin və icmaların bu işə 

hibi  olmalarını  arzulamalarına  baxmayaraq,  bu  arzu 

cəlb olunması; 5.Yeni məlumatların, tədqiqat işlərinin və 

ilə erkən təhsil arasındakı bağlılığı görə bilmirlər. Təd-

monitorinqin genişləndirilməsi.

qiqatlar  göstərir  ki,  ev  təhsili  bağça  təhsili  qədər 

Son  illər  UNİCEF  uşaqların  inkişafı  istiqamətində 

effektli ola bilməz. Evdə valideynlərin təhsilsiz və ya 

xeyli işlər görmüşdür və bu işdə müxtəlif yanaşmalar tət-

aztəhsilli  olması,  evdəki  danışıq  dilinin  tədris  dili 

biq edilmişdir: valideynlərin təhsili, uşaqların səhhəti  və 

olmaması,  evdəki  vəziyyətin  optimal  öyrənmə  üçün 

inkişafı, evə səfərlər, qadınların və kişilərin bu prosesə 

u y ğ u n   o l m a m a s ı   b u   e ff e k t i v l i y i   a z a l d a n  

cəlb edilməsi, məktəbəqədər təhsil, kommunikasiya yol-

səbəblərdəndir.

larının yaradılması və s. 

Uşaqların erkən təhsil və qayğısı: gələcəyin nə-

ABŞ-da Boston universitetində  Dr. Barry Zuckerman  

aliyyət amilləri” mövzusunda tədqiqatlar göstərmiş-

tərəfindən pediatr və digər səhiyyə işçiləri üçün yaradılan 

dir ki, uşaqların erkən təhsilinə xərclənən pul ağıllı in-

“Əlaqə yarat və oxu” adlı proqram çərçivəsində pediatrla-

vestisiyadır. XXI əsr üçün keyfiyyətli erkən təhsil yol-

ra uşaqları yoxlamaq üçün mütəmadi olaraq evlərə gedər-

ların çəkilməsi və ya internet qədər önəmlidir, bu sa-

kən   analara uşaqlarına oxumaq üçün sadə kitablar ver-

həyə investisiya qoymaq iqtisadiyyatı inkişaf etdirir. 

mək, oxuma qaydalarını öyrətmək, onları buna həvəslən-

Keyfiyyətli erkən təhsilin bütün sosial və iqtisadi qru-

dirmək  məqsədilə  təlim  keçdilər.  Burada  məqsəd 

pa aid uşaqlar üçün faydaları vardır.

uşaqlara  oxumağı  öyrətmək  deyil,  analarda  uşaqlarını 

 Məktəb və daha sonrakı dövrlərdəki uğursuzluqla-

pozitiv  və  tərbiyəvi  böyütmə  təcrübəsinin,  uşaqlarda 

56

324 Dekabr  2013

UŞAQLARIN  ERKƏN  İNKİŞAFI  VƏ  TƏHSİLİ 

ARAŞDIRMA

ARAŞDIRMA

Günay Ağayeva


57

324

Dekabr  2013

emosional  bağ lı lıq  və  öyrənmək  istəyinin 

ozünə hörmət hissini formalaşdırır. 

formalaşdırılması idi. Araşdırmalar göstərir ki, bir çox 

      ·Ailələr uşaqları ilə daha çox vaxt keçirməyə, onlara 

ölkələrdə tətbiq edilən bu proqram (eləcə də Türkiyədə) 

daha çox kitab oxumağa başladılar.

nəticəsində  pediatrlar  evlərə  səfərləri  zamanı  bu 

·Kişilər uşaqları ilə daha çox vaxt keçirməyə, uşaq-

məqsədlə  cüzi  vaxt  artımı  ilə  uşaqların  koqnitiv 

larını məktəbə aparmağa və müəllim-valideyn iclasla-

inkişafında böyük dəyişikliklərə səbəb olmuşlar. 

rında iştirak etməyə başladılar.

1999-cu  ildə  UNİCEFin  Maldiv  adaları  (90.000 

·Uşaqlarından uzaqda yaşayıb işləyən atalar övlad-

kvadrat kilometr ərazidə yerləşən 200 ada) üçün yeni 

ları ilə əlaqə yaratmağın yeni yollarından (evə oyuncaq 

Uşaq Erkən İnkişafı Layihəsi tətbiq olunmağa başlan-

alıb göndərmək, tez-tez zəng etmək, məktub yazmaq və 

mışdı.  Layihənin əsas strategiyaları bunlar idi:

s.) istifadə etməyə başladılar. 

  Birbaşa  ailələrlə  əlaqə  yaratmaq.  Validyenlərlə 

Erkən Təhsil (ET) sahəsinin maliyyələşdirilməsi öl-

dost  kimi  danışmaq,  uşaqların  qayğısı  ilə  düzgün 

kələr üzrə fərqlənir. Adətən 0-3 yaşlı uşaqlar üçün təhsil 

məşğul  olanların  digərlərinə  məsləhət  verməsi  üçün 

daha çox özəl sektor tərəfindən maliyyələşdirilir. Ümu-

şərait  yaratmaq.  Burada  əsas  yanaşma  növü  “reklam 

miyyətlə,  ET  sahəsinin  hər  hansı  mərkəzi  orqan  tə-

etmək  deyil,  cəlb  etmək”  idi,  “nümayiş  ən  yaxşı 

rəfindən idarə olunmadığı və bu sahəyə dövlət fondu ay-

məsləhət növüdür”. 

rılmayan ölkələrdə ET özəl sektor tərəfindən maliyyə-

Analarda  və  uşaqlarda  özünəinam  hissi  forma-

ləşdirilir. 



laşdırmaq.  Xüsusi  diqqət  insanlar  və  uşaqlarla  kom-

ET-nin maliyyələşdirmə modelləri ölkələr üzrə fərq-

munikasiyanın  yaradılması  və  təlimlərin  təşkil 

lidir. Grun (2008) ET-nin maliyyələşdirilməsinin beş nö-

edilməsinə yönəlmişdi. İnsanlarda, xüsusilə də kasıblar, 

vünü qruplaşdırmışdır: 1)Mərkəzi Dövlət Təminatı – hö-

müəyyən qüsurlu, dərisinin rənginə görə ayrı-seçkiliyə 

kumət ET üzrə xərcləri birbaşa özü ödəyir (Fransada); 

məruz qalan insanlarda özünə qarşı qürur hissinin for-

2) Deleqasiyalı Dövlət Təminatı – mərkəzi hökumət xid-

malaşdırılmasına xüsusi önəm verilirdi. 

mətlərin təminatı məqsədilə yerli səlahiyyətli orqanlara 



Gənclərdə uşağa qayğı bacarıqlarının formalaş-

pul ayırır (İsveç, Almaniya); 3) İnsentiv əsaslı Dövlət 



dırılması.  Təlimlərdə  iştirak  edən  gənclərə  müəyyən 

Təminatı  –  keyfiyyət  tələblərinə  cavab  verən 

qrup oğlan və ya qız verilirdi və onlarda gələcək vali-

provayderlər EUT xidmətlərini həyata keçirmək üçün 

deynlər kimi uşaqların qayğısına necə qalmaq lazım ol-

hökumət  tərəfindən  maliyyələşir.  Ödəniş  bağçaların 

duğu bacarıqları formalaşdırılırdı.

keyfiyyət nailiyyətlərinə əsasən ölçülür. (ABŞ-ın bəzi 



Yaradıcı  istedadları  olanları  birləşdirmək.  Bir 

ştatlarında);  4)  Qarışıq  Model  və  Market  meykinq  – 

qrup müxtəlif sektorda işləyən insanlar bir yerə yığışıb, 

EUT hökumət deyil, valideynlər və QHT-lər tərəfindən 

Uşaq  Erkən  İnkişafı  istiqamətində  bir-birlərindən 

maliyyələşdirilir  (İngiltərədə);  5)Tələb  əsaslı  Dövlət 

müəyyən şeylər öyrənirdilər. 

Subsidiyası,  Özəl  Təminat  –  hökumət  valideynlərə 

Bütün bu məqsədləri həyata keçirmək üçün 52 həftə-

vauçer və ya vəkalət şəklində subsidiyalar verir ki, onlar 

lik kampaniya başlandı və bu məsələdə KİV onlara dəs-

da bunların vasitəsilə özəl və dövlət bağçaları arasında 

tək oldu. Təhsil Nazirliyinin Təhsilin İnkişafı Mərkəzi 

azad seçim edərək, xidmət haqqı ödəyə bilərlər (Yeni 

bu proqramda əsas rol oynadı. Beş nəfərdən ibarət əsas 

Zelandiya).

Erkən Uşaq İnkişafı komandası layihə ərzində, demək 

İƏİT ölkələri arasında məktəbəqədər təhsil üzrə döv-

olar ki, hər gün görüşür, görülən işlərlə, təlim planları ilə 

lət  və  özəl  xərclər  orta  hesabla  ÜDM-nin  0.49%-ni 

tanış olurdular. UNİCEF layihə rəhbəri isə ümumi ida-

təşkil  edir  ki,  bunun  da  0.43%-i  dövlət  xərcidir.  Bu 

rəetməni həayat keçirirdi.  

məbləğ  ölkələr  üzrə  dəyişir.  Belə  ki,    Avstraliya  və 

Radio və televiziya işçilərinə uşaqların inkişafı üçün 

İrlandiyada  ET-ə  ÜDM-nin  0.1%  və  ya  daha  az 

proqramların hazırlanmasında müəyyən təlimlər keçi-

xərcləndiyi  halda,  Danimarka,  İslandiya,  İsrail, 

rildi.  Bu  işə  maraq  göstərən  informasiya  naziri 



İspaniya  kimi  ölkələrdə  bu  məbləğ  0.8%  və  ya  daha 

təlimlərin  bir  həftəsində  özü  şəxsən  iştirak  etmiş  və 

çoxdur. 

uşaqlar üçün bir neçə kitab yazmışdır. 

Dövlət  tərəfindən  maliyyələşən  bağçaların  sayı 

Turizm Nazirliyi ailələrindən uzaqdüşərək turist ada-

Avropa  ölkələrində  digər  qitələrin  ölkələrinə  nisbətən 

larında  işləyən  atalara  təlim  keçmək  üçün  təlimçilər 

daha çoxdur. Özəl sektor tərəfindən maliyyələşmə Bel-

üçün burada yerləşən otellərdən istifadə imkanı yaratdı. 



çika, Estoniya, Luksemburq, Niderland, İsveçdə 5% və 

Çox böyük müsbət dəyişikliklərə səbəb olan layihə 

ya daha az olduğu halda, Avstriya, Almaniyada 25% və 

ölkənin bir çox nazirliklərinin bu layihəyə qoşulmasına 

ya daha çox, Avstraliya, Yaponiya, Koreyada isə 48% və 

nail oldu. Ümumi qiymətləndirmələrə görə ailələr, eləcə 

ya daha çoxdur. 

də  müəllimlər  Uşaqların  Erkən  İnkişafı  istiqamətində 



İsveçdə 3-5 yaşlılar üçün bağça təhsili illik 525 saat 

yeni biliklər qazandılar və onların davranışlarında dəyi-

(gündə 3 saat) ödənişsiz təmin edilir. Bu saatdan artıq 

şikliklər yarandı:

olarsa, valideyn 140 avroya qədər (ailədə ən yüksək gə-

·Ailələr  öyrəndilər  ki,  uşaqlar  nə  vaxtdan 

liri olan üzvün maaşının iki faizi) pul ödəyir. İsveçdə 

başlayaraq  görə,  eşidə,  düşünə,  hiss  edə  bilir  (bunun 

ÜDM-nin 2%-i erkən təhsilə sərf edilir. Ümumilikdə er-

vasitəsilə onların davranışlarına təsir edə bilsinlər) və 

kən təhsil dövlət, yerli bələdiyyə yardımı və bir qədər də 

öyrəndilər  ki,  uşaqlara  qarşı  qayğı  və  sevgi  onlarda 

ailələrin ödənişi ilə maliyyələşdirilir. Bağçaların 20%-i 


58

324 Dekabr  2013

özəl olsa da, onlara da dövlət bağçaları kimi yardım edi-

nişdən məhrum edilir. Avstriyada 3 illik analıq məzu-

lir. 


niyyətinin 16 həftəsi 100% ödənişli, qalanı isə qismən 

Finlandiyada  erkən  təhsil  tam  pulsuz  olmasa  da, 

ödənişlidir. İsveçdə verilən 480 günlük məzuniyyət hər 

xərclərin çox hissəsi dövlət tərəfindən qarşılanır. Bu ödə-

iki valideyn arasında bölüşdürülür və bunun 390 günü 

niş ailə üzvlərinin sayından və ailənin gəlirindən asılı 

80% ödənişlidir. Koreyada analıq məzuniyyəti uşağın 

olaraq  aylıq  18-200  avro  təşkil  edir  və  əgər  artıq  bir 

doğuşdan beş yaşınadək olan dövrü əhatə edir və yalnız 

ailədən  bağçaya  ikinci  uşaq  gedirsə,  ödənilən  məbləğ 

üç  ay  təxminən  400  ABŞ  dolları  məbləğində  ödəniş 

azalır.

verilir.  Norveçdə  məzuniyyətin  43  həftəsi  100% 



ödənişli, 53 həftə isə 80% ödənişli olaraq verilir.

Ümumilikdə valideyn ümumi xərcin təxminən 15%-

ni ödəyir. Aşağı gəlirli ailələr üçün isə tam ödənişsizdir. 

Bu vəziyyət analıq məzuniyyəti müddətinin qanun-

vericilik tərəfindən azaldılması və uşaqları bağçalara ge-

Koreyada uşaqların 78%-i özəl bağçalara gedir və 

dən  analara  icazələrin  verilməsi  ilə  düzəldilə  bilər. 

burada valideynlər xərclərin 100%-ni ödəyirlər. Dövlət 

Çexiyada analar yalnız 4 yaşından aşağı uşağı ayda 5 

bağçalarında  isə  valideynlər  ümumi  xərcin  66%-ni 

gündən çox olmayaraq, 3 yaşdan aşağı uşağı   gündə 4 

ödəyirlər. 

saatdan  çox  olmayaraq  erkən  təhsil  xidmətlərindən 

UETQ mərkəzlərinə qəbul üçün uşaqların yaşı Avro-

yararlanarsa,  ödənişli  məzuniyyət  imkanlarından 

pa ölkələri üzrə müxtəlifdir. Bütün ölkələrin 3-6 yaşlı 

faydalana  bilər.  Bolqarıstanda  yarım  gün  bağçaya 

uşaqlar  üçün  proqramları  vardır.  Əksər  ölkələrdə  do-

gedən uşaqlara kitablar pulsuz verilir. 

ğuşdan başlayaraq (praktik olaraq 3 aydan), Danimar-

UETQ xidmətlərində müəllim-uşaq nisbəti keyfiy-



ka, Slovakiya və Lixtenşteyndə 6 aydan, Baltikyanı öl-

yətin təmin olunmasında çox önəmlidir. Adətən 3  yaş-



kələr, Bolqarıstan, İsveç, Avstriya və Sloveniyada isə 1 

dan aşağı olan   10 uşağa,   3-6 yaşlılar üçün isə   20-25 

yaşdan  etibarən  uşaqlar  bu  mərkəzlərə  gedə  bilər. 

uşağa  bir  müəllim  məsuliyyət  daşıyır.  Estoniya, 



Bolqarıstan, Malta, Rumıniya, İngiltərə, Lixtenşteyn ki-

İrlandiya,  Latviya,  Finlandiya  və  İslandiyada  bir 

mi ölkələrin kiçik yaşlılar üçün “İlk üç il önəmlidir” 

müəllim üçün  uşaqların sayı 12  və ya daha aşağıdır. 

(Birth to Three Matters) milli tədris proqramları vardır. 

Avropada  UETQ  xidmətinin  təminatında  əsas  üç 



Beş şimal ölkəsi və Sloveniya 0-6 yaşlı uşaqlar üçün 

məqsəd nəzərə alınır: 1.0-3 yaşlılar – uşaqların fiziki, 

kurikulum və metodologiyanın hazırlanması istiqamə-

psixoloji və sosial baxımdan inkişafına kömək, valide-

tində işlər aparır. Eləcə də Belçika, Estoniya, İrlandiya, 

ynlərin işləyə bilmələrinə dəstək, uşaqların erkən təhsil 



Litva 0-6 yaşlılar üçün tədris proqramının hazırlanması-

alması və sosiallaşması, sosial problemlərin qarşısının 

na başlamaq niyyətindədirlər. 

alınması; 2. 3-6 yaşlılar - əsasən təhsil alma baxımından 

Bir çox ölkələr 0-3 yaşlı uşaqlar üçün ET xidmətləri-

önəmlidir, koqnitiv və sosial inkişaf, erkən öyrənmə və 

nin  iqtisadi  məqsəd  güddüyünü  hər  iki  valideynin 

sosiallaşma;  3.  Məktəbə  başlamaq  üçün  ilkin  yazma, 

işləmə  imkanının  olması  ilə  əlaqələndirirlər.  Lakin 

oxuma, riyazi vərdişlərin öyrənilməsi, fiziki sağlamlıq.

bunun təhsil və sosiallaşma kimi amilləri daha vacibdir. 

Bağçalarda hər öyrənmə sahəsi uşaqlarda müəyyən 

Bəzi ölkələr erkən təhsilə qayğıdan kənar qalan uşaqları 

inkişafa səbəb olur. Belə ki: 

pis rəftardan qorumaq, onlara sağlam mühit yaratmaq, 

digərləri  isə  kasıblıq  səviyyəsinin  azalması  vasitəsi 

·

Ümumilikdə  savadlılıq  dərəcəsinin  inkişafı 



kimi  baxır.  Latviyada  UETQ  xidmətinin  0-3  yaşlılar 

digər bacarıqların əldə edilməsi istiqamətində bir vasi-

üçün təmin edilməsi doğumun sayını artırmaq məqsədi 

tədir və o, dil inkişafı, oxu bacarıqları, məktəbdəki gös-

güdür. 

təricilər və nailiyyətlərlə birbaşa əlaqəlidir. 



Araşdırmalar göstərir ki, bütün dünyada 0-3 yaşlılar 

·

Erkən  riyazi  bacarıqlar  uşaqlarda  məkan,  za-



arasında bağçaya gedən uşaqların sayı 3 yaşdan sonra ge-

man, kəmiyyət, ölçü, məntiqi düşüncə və problem həl-

dənlərin sayından xeyli azdır. 

letmə bacarıqlarının formalaşmasına töhfə verir. 

Qanunlarda edilən dəyişikliklər də bağçalara qoyu-

·

UETQ xidmətlərində İKT-nin tətbiqi uşaqlarda 



lan uşaqların sayının artmasına gətirib çıxara bilər. Mek-

yaradıcılq və marağın artmasına təsir edir, yazılı və şifa-

sikada 2002-ci ildə konstitusiyada bağça təhsilinin icba-

hi dil arasındakı sərhədi aradan qaldırır, eləcə də, onlara 

ri olması ilə bağlı edilən dəyişiklik 4 və 5 yaşlılar arasın-

mücərrəd anlayışları dərk etməkdə yardım edir. 

da bağçaya gedənlərin sayının artmasına səbəb olmuş-

·

Elmlə bağlı bilgilər uşaqlara məntiqin prinsip-



dur. 

lərini  öyrənməkdə,  problemi  yaxşı  həll  edə  bilməkdə 

Bəzi  ölkələrdə  sosial  təhlükəsizlik  sistemi  UETQ 

yardım  edir  və  onların  İQ  dərəcəsinin  yüksəlməsinə 

xidmətlərindən yararlananların sayını azaldır. Belə ki, 

səbəb olur. 

analıq  məzuniyyətinin  uzunmüddətli  olması,  eləcə  də 

·

İncəsənət və musiqi bilikləri uşaqlarda diqqəti 



onlar  üçün  verilən  genişmiqyaslı  təminatlar  anaların 

artırır,  təsəvvürlərinin  və  zövqlərinin  formalaşmasına 

evdə oturub öz uşaqlarına baxmasına səbəb olur. Buna 

gətirib çıxarır.

misal olaraq Rumıniya, Estoniya, Litva, Avstriya kimi 

·

Uşaqların fiziki inkişafı onların sosial bacarıq-



ölkələri göstərmək olar. Rumıniyada analıq məzuniyyə-

larını inkişaf elətdirir. Sağlamlıq və gigiyena üzrə bilgi-

ti iki il ərzində tam ödənişlidir və hətta bu ödənişin məb-

lər uşaqların gigiyena və qidalanma vərdişlərini inkişaf 

ləği bəzi maaşlardan daha çoxdur. Lakin uşaqlar hər ha-

etdirir.


nsı erkən təhsil imkanlarından yararlanarsa, ana bu ödə-

59

324

Dekabr  2013

xüsusilə  də,  kasıb  ailələrin  uşaqlarının  erkən  təhsillə 

·

Kurikulumla inteqrasiya edilmiş oyun uşaqla-



təmin edilməsi və valideynlər üçün işləmə imkanlarının 

rın əlaqə qurma (uşaqlar və böyüklərlə) bacarıqlarına tə-

yaradılması  bu  hədəfin  tərkib  hissəsi  idi.  UNİCEF-in 

sir edir, eləcə də, onlarda özünüidarə və insanlarla mü-

izləməsinə görə (2005) bu proqram kasıblığın azalması 

nasibət vərdişlərinin formalaşmasına kömək edir.  

istiqamətində öz təsirini göstərməkdədir. Proqrama tək-

Yaxşı  təhsil  almış  və  təlim  keçmiş  müəllim 

valideynli  ailələrin  uşaqlarının  erkən  təhsilə  cəlb 

uşaqlarda  müsbət  koqnitiv  və  sosial  nəticələr  əldə 

edilməsi  və  onların  işləyə  bilmələri  üçün  bu 

etmək məqsədilə yüksək keyfiyyətli UETQ xidmətinin 

valideynlərə  ET  üzrə  ümumi  xərcin  70%-i  daxil 

təmin edilməsində əsas faktor rolunu oynayır.

olmaqla uşaq vergi kreditlərinin verilməsi daxildir. 

  Müəllimlərin  işləmə  şəraiti  UETQ  xidmətləri  ilə 

Bir  çox  ölkələrdə  erkən  təhsilin  keyfiyyətinin  və 

yanaşı uşaqların inkişafında da vacib rol oynayır və bu 

təsirlərinin  öyrənilməsi  məqsədilə  monitorinqlər 

şəraiti  şərtləndirən  amillərə  müəllim-uşaq  nisbəti  və 

aparılır.Bu  məqsədlə  məlumatlar  əsasən  aşağıdakı 

kiçik ölçülü qruplar, yüksək maaş və digər mənfəətlər, 

sahələr üzrə toplanır:

düzgün cədvəl/iş yükü, stabil işçi heyəti, həvəsləndirici 

a)

Uşaqlar (yaşlar üzrə bağçaya cəlb edilən uşaq-



fiziki  mühit  və  lazım  olan  ləvazimatlarla  təminat, 

ların sayı, onların sosial-iqtisadi durumları, cinsi, miq-

anlayışlı və dəstək olan menecer daxildir. 

rant statusu);



Koreyada  dövlət  bağçalarında  müəllimlərin  66%-i 

b)

Proqramlar (xidmətlərin növləri və formaları);



4illik universitet dərəcəli, özəl bağçalarda isə müəllim-

C)

İşçi gücü (işçi heyətinin sayı və onların dərəcə-



lərin 88%-i 2illik kollec diplomlu müəllimlərdi. ABŞ-da 

ləri, yaşı, cinsi,miqrant statusu, maaşı və inkişaf imkan-

ET üzrə müəllimlərin ixtisası ilə bağlı heç bir milli sis-

ları);


tem yoxdur, hər bir ştat bununla bağlı standartlar qoy-

d)

Maliyyə mənbələri və xərclərlə bağlı malumat-



maqda azaddır. Norveçdə ET üzrə qanuna uyğun olaraq  

lar.


müəllimlərin  35%-i  ixtisaslı  pedaqoqlardı.  İsveçdə 

Avstraliyada ET ilə bağlı monitorinq və məlumat-

bağça işçi heyətinin təxminən 54%-i universitet təhsilli 

landır ma  Avstraliya  Məhsuldarlıq  Komissiyası 

bağça müəllimi, 41%-i dayəlik üzrə iki illik təhsil almış, 

tərəfindən  hər  bir  ştat  üzrə,  Avstriyada    bələdiyyə 

yalnız  5%-i  isə  uyğun  təhsili  olmayan  şəxlərdir. 

nəzarətçiləri  tərəfindən  aparılır.  Koreyada  erkən 

Hökumət işçi heyətinin kompetensiyalarının artırılması 

təhsilin monitorinqi əsasən iki mənbədə aparılır: Təhsil 

məqsədilə  tədqiqat  məktəblərinə  maliyyə  ayırıb.  Fin-

Üzrə İllik Statistika və Bağçalarda Cari Vəziyyət və bu 

landiyada  ET  üzrə  işləyən  insanların  hər  üç  nəfərdən 

məlumatlar  Təhsil  Nazirliyinin  saytında  dərc  edilir. 

birinin bağça müəllimliyi üzrə bakalavr dərəcəsi (əlavə 

Norveçdə  bu  məqsədlə  müşahidə  metodundan  geniş 

olaraq  hər  sinifdə  bir  baş  müəllim),  digər  ikisinin 

istifadə  edilir.  2006-cı  ildə  Təhsil  və  Tədqiqatlar 

“dayəlik  təcrübəsi  lisenziyası”  olmalı,  kiçikyaşlı 

Nazirliyi bu sahə üzrə qiymətləndirmənin səviyyəsini 

uşaqlarla  işləmək  üçün  xüsusi  təhsil  və  təlim 

yüksəltmək məqsədilə plan təqdim etmişdi.

keçməlidir.  Finlandiyada  müəllimlik  statusu  çox 

Belçikada Təhsil və Təlim nazirliyi ilə İqtisadiyyat, 

yüksəkdir  və  ölkənin  ən  çox  müraciət  edilən  iş 

Elm və İnnovasiya Nazirliyi erkən təhsilin uşaqlara təsi-

yerlərindən hesab edilir.

 

rini öyrənmək üçün proqram təşkil etmişdi. Bu proqram 



Avropada 6 yaşdan aşağı uşaqları olan  ailələrin təx-

uşaqların bağçadakı üçüncü ilini, məktəb təhsilini və iş 

minən altıda biri kasıblıq baxımından risk faktorlu he-

həyatını araşdıraraq erkən təhsilin gələcək inkişafdakı 

sab edilir. Bu, əsasən də Estoniya, İtaliya, Litva, Luk-

təsirini öyrənməyə hədəflənmişdi. 



semburq, Polşa, Portuqaliya,  Böyük Britaniya kimi öl-

İrlandiyanın Səhiyyə və Uşaq Departamenti tərəfin-

kələrdə özünü göstərir. Araşdırmalar göstərir ki, erkən 

dən 2006-2012-ci illər üzrə “İrlandiyada böyümək” adlı 

təhsildə  ən  az  iştirak  etnik  azlıq  və  təkvalideynli 

uzunmüddətli  araşdırma  mərkəzi  yaradılıb.  Uşaqların 

ailələrin uşaqlarının payına düşür. Sübuta yetirilmişdir 

doğuşdan başlayaraq inkişafını öyrənən layihənin nəti-

ki,  UETQ  xidmətlərinin  ən  yüksək  faydası  məhz  bu 

cələri daim cəmiyyətə çatdırılır. 

qruplardan  olan  uşaqlarda  özünü  göstərir,  çünki  bu 

yolla  təhsil  sistemində  uzunmüddətli  inteqrasiya  və 

Türkiyədə Ana-Uşaq Təlim Fondu 1982-2005 illər 

gələcək  uğurlar  üçün  böyük  şanslara  nail  olmaq 

üzrə  Erkən  İnkişaf  Layihəsinə  başladı.  Layihə  ET 

mümkündür. 

müəssisələrinin  və  evdə  öyrənmə  proqramlarının 

uşaqların  gələcək  həyatında  olan  təsirlərini 

İsveçdə İƏİT ölkələri arasında uşaqlar arasında ka-

öyrənmişdir. 



sıblıq səviyyəsi aşağıdır və bu baxımdan burada kasıb 

uşaqlar üçün ET-in təminatına diqqət yetirməyə ehtiyac 



Koreyada ET-nin uşaqların gələcək həyatına təsirini 

yoxdur. Lakin tez-tez nisbətən kasıb və miqrant ailələrin 

öyrənmək məqsədilə Koreya Uşaqlara Qayğı və Təhsil 

uşaqları üçün əlavə müəllimlər cəlb edilir. 

İnstitutu adlı milli araşdırma institutu yaradılmışdır. 

1998/99-cu illərdə Böyük Britaniya risk qrupuna aid 

Erkən  təhsil  üzrə  siyasət  və  idarəolunma  ölkələr 

uşaqlar üçün çoxsaylı xidmətlərin, eləcə də erkən təhsil 

üzrə dəyişir. Bəzi ölkələr təhsil, qayğı və inkişafın bir-

təminatının  genişləndirilməsi  istiqamətində  xeyli  in-

birilə  əlaqəli  formasını,  digərləri  isə  bunların  ayrı-

vestisiya  qoydu.  Həmçinin,  hökumət  2020-ci  ilədək 

ayrılıqda təşkilini əsas götürürlər.

uşaqlar  arasındakı  kasıblıq  səviyyəsini  minimuma 

endirməyi  qarşısına  hədəf  qoydu  və  bütün  uşaqların, 


60

324 Dekabr  2013

DÜNYA


DÜNYA

Noyabrın 6-da Tacikistanda keçirilən prezident seçkilərində indiki 

dövlət  başçısı  Emomali  Rahmon  dördüncü  dəfə    ölkənin  prezidenti 

seçilmişdir.

Tacikistan  Mərkəzi  Seçki  Komissiyasının  sədri  Şermuhammad 

Şoxieninin   verdiyi məlumata görə, səsvermədə seçicilərin 86,6%-nin 

iştirak  etmiş  və  E.  Rahmon  84,23%  səs  toplayaraq,  qalib  gəlmişdir. 

Digər 5 namizəd arasında 5%-dən çox səs alan olmayıb.    

Tacikistanın  Azərbaycandakı  səfirliyindən  verilmiş  məlumata 

görə,  Azərbaycanda  yaşayan  Tacikistan  vətəndaşlarının  96,5  faizi 

hazırkı  prezident  Emomali  Rahmona  səs  verib.  Səfirlikdə  yaradılan 

seçki  məntəqəsində  ümumilikdə  86  nəfər  -  məntəqə  üzrə  seçicilərin 

89,6 faizi səs verib. 

Emomali Rahmon birinci dəfə 1994-cü il noyabrın 6-da keçirilən 

prezident seçkilərində bu ölkənin dövlət başçısı olmuşdur. O, 1999-cu 

və 2006-cı illərdə keçirilən seçkilərdə də qələbə qazanmışdır.



Noyabrın 16-da Düşənbədəki “Koxi Somon” Dövlət İqamətgahında Emomali 

Rahmonun andiçmə mərasimi keçirilmişdir
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə