Bu fikirlər rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun



Yüklə 433.78 Kb.
PDF просмотр
səhifə4/4
tarix07.12.2016
ölçüsü433.78 Kb.
1   2   3   4

EMOMALİ  RAHMON  YENİDƏN 

 TACİKİSTAN  PREZİDENTİ  SEÇİLDİ

Dövlət  başçısı  Emomali  Rahmonun  23  noyabr  tarixli  sərəncamı  ilə 

Koxir Rasulzoda ölkənin yeni Baş naziri təyin olunmuşdur. Bundan əvvəl 

Koxir Rasulzoda Tacikistanın Soqd vilayətinin rəhbəri vəzifəsində çalış-

mışdır. 

Prezidentin  sərəncamları  ilə  Davlatali  Saidov  Baş  nazirin  birinci 

müavini, Marxabo Cabborova, Azim İbroxim və Murodali Alimardon Baş 

nazirin müavinləri təyin edilmişlər. 



Qulu Kəngərli,

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə

TACİKİSTANIN  YENİ  BAŞ  NAZİRİ – KOXİR  RASULZODA

Tacikistanın yeni hökuməti fəaliyyətə başlayıb

Noyabrın 9-da Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Ab-

bas Belçikanın xarici işlər naziri Didye Reynders görüşündə Avropa İt-

tifaqı (Aİ) yanında administrasiyanın nümayəndə heyətinin statusunun "Fə-

ləstin missiyası"na qədər artırılması barədə qərar qəbul edildiyini bildirib. 

Belçika XİN-in açıqlamasına görə, Fələstin nümayəndəliyinin rəhbəri 

bundan sonra səfir statusu daşıyacaq: "Statusun artırılması Avropanın iki 

dövlətin (Fələstin və İsrail) yaradılmasına dəstəyini ifadə edir".



Əmmanda M.Abbas və D.Reynders arasında ikitərəfli görüş keçirilib

FƏLƏSTİNİN  Aİ  YANINDA  NÜMAYƏNDƏLİYİNİN  

STATUSU  ARTIRILDI

Seçici səslərinin təqribən 51,5 faizini toplayan Milli Alyansın lideri 

və banisi Abdulla Yamin noyabrın 17-də and içmişdir. 

A.Yamin  30  il  ölkəyə  rəhbərlik  etmiş  Mömün  Abdul  Qayumun 

qohumudur. 

Qalibin əsas rəqibi, sabiq prezident və müxalifətin lideri Məhəmməd 

Naşid  seçkiqabağı  kampaniyanın  favoriti  olmasına  baxmayaraq,  48,5 

faiz  səs  toplamışdır.  M.Naşid  nəticələr  elan  olunduqdan  dərhal  sonra 

məğlubiyyətini  qəbul  etmişdir.  Maldivdə  prezident  birbaşa  ümumi 

səsvermə  yolu  ilə  5  il  müddətinə  seçilir.Maldiv  Respublikası  Hind 

okeanının  1190-dan  çox  adanı  əhatə  edən  şimal-qərb  hissəsində 

arxipelaqdır. Həmin adaların 280-i məskundur. 

61

324



Dekabr  2013

  “Böyük  iyirmilik”,  habelə  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf 

Təşkilatının (İƏİT) üzvü olan ölkələr iqlim dəyişmələrinə qarşı 

mübarizədə, o cümlədən bu məsələ ilə bağlı yeni qlobal sazişin 

hazırlanması sahəsində liderlik etməlidirlər. 

Bu barədə jurnalistlərə noyabrın 20-də   BMT-nin baş katibi 

Pan Gi Mun məlumat vermişdir. 

P.G.Mun  Varşavada  mətbuat  konfransında  demişdir:  “Biz 

istəyirik  ki,  inkişaf  etmiş  ölkələr  bu  kampaniyaya  (insan 

fəaliyyətinin  doğurduğu  iqlim  dəyişmələrinə  qarşı  mübarizə 

kampaniyası  nəzərdə  tutulur)  başçılıq  etsinlər.  Bunun  üçün 

onların həm potensialı, həm də vəsaiti vardır. “Böyük iyirmilik”, 

xüsusən İƏİT ölkələri belə liderlik üçün nümunə olmalıdırlar”. 

Bununla  belə,  baş  katib  2014-cü  ilin  sentyabrında  Nyu-

Yorkda təşkil edəcəyi zirvə görüşünə bütün ölkələrin iqlimlə bağlı öz hədəflərini təqdim etmələrinin vacib olub-

olmaması barədə məsələyə münasibətini dəqiqləşdirməmişdir. 

Ölkələrin parnik qazı tullantılarının 2020-ci ildən sonrakı dövr üçün azaldılmasına dair öhdəliklərinin hazır-

lanması məsələsi mübahisəli olaraq qalmaqdadır. 

Bəzi ölkələr, o cümlədən Aİ ölkələri hesab edir ki, belə hədəfləri məhz zirvə görüşündə səsləndirmək lazım-

dır, halbuki, məsələn, ABŞ son müddət kimi 2015-ci ili göstərir.



Pan Gi Mun İƏİT və “Böyük iyirmilik” ölkələrinə müraciət etmişdir

BMT  BAŞ  KATİBİNİN  MÜRACİƏTİ

“Foreign  Policy"  jurnalının  yazdığına  görə,  Kim  Çen  Un 

fəaliyyətdə  olan  ölkə  rəhbərləri  içərisində  hələ  heç  bir  dövlət 

başçısı  ilə  görüşməyən  tək  liderdir.  Məlumata  görə,  noyabr 

ayında  Şimali  Koreyada  səfərdə  olan  Monqolustan  Prezidenti 

Saxiaqiyn Elbeqdorj da Kim Çen Un ilə görüşə bilməyib.

Şimali Koreyanın hazırkı liderinin atası Kim Çen İr 17 illik 

hakimiyyəti  dövründə  Rusiya  prezidenti  Vladimir  Putin  və 

Cənubi  Koreyanın  iki  dövlət  başçısı  ilə  görüşüb.  Ölkənin 

qurucusu Kim İl Sunq isə 45 il boyunca 10-dan çox dövlət başçısı 

ilə rəsmi ünsiyyətdə olub.

Şimali Koreya lideri Kim Çen Unun hələ də heç bir dövlət başçısı ilə 

rəsmi ünsiyyətdə olmadığı bildirilir

HEÇ  BİR  DÖVLƏT  BAŞÇISI  İLƏ  GÖRÜŞMƏYƏN  LİDER

Maldiv Respublikasında keçirilən prezident seçkilərinin ikinci turunun qalibi sabitlik və 

demokratiya naminə işləyəcəyini vəd etmişdir

ABDULLA  YAMİN  MALDİV  RESPUBLIKASININ  YENİ  PREZİDENTİ  OLMUŞDUR 


62

TƏBABƏT

TƏBABƏT

324 Dekabr  2013

Məlum  olub  ki,  vaxtaşırı  qoz-fındıq  yeyənlərin 

arasında xərçəng və ya ürək xəstələrinin sayı daha azdır. 

Harvard Universitetinin 30 il sürən araşdırmalarından 

bu nəticə çıxıb. Sözügedən araşdırmaya 119 min adam 

cəlb olunub.

Araşdırmalar  nəticəsində  üzə  çıxıb  ki,  işləyənlər 

arasında  davamlı  qoz-fındıq  yeyənlər  yeməyənlərə 

nisbətdəı  20%  az  ölür.  Belələri  arasında  ürək 

xəstəliklərindən  ölənlərə  29%,  xərçəngdən  ölənlərə 

11%  az  rastlanır.  Tədqiqatçılar  pəhriz  zamanı  qoz-

fındıq yeməyin faydasını da ayrıca vurğulayırlar.

Araşdırma  sonucları  “New  England  Journal  of 

Medicine” jurnalında dərc edilib. 



İnsan qidalarını araşdıran ailmlər yeni nəticələr əldə ediblər

QOZ - FINDIQ  YEYƏN  DAHA  ÇOX  YAŞAYIR

Ürək çatışmazlığı və ağciyər xərçəngi son dövrün 

ən təhlükəli xəstəliklərindəndir. 

Əlbəttə, bu xəstəliklər həm genetik, həm də sonra-

dan qazanılmış da ola bilər. Yəni, insan bilərəkdən və 

ya bilməyərəkdən öz ömrünün qısalmasında bilavasitə 

iştirak edir, desək, yanılmarıq. Çünki siqaret çəkməklə 

bu xəstəliklər arasında güclü bir əlaqə vardır. Siqaret 

çəkənlərin bəziləri bunu dəb üçün, bəziləri arıqlamaq 

məqsədi ilə, bir qrup insan isə bunu məşğuliyyət üçün 

edir. Siqaret orqanizmi məhv etdikdə artıq ondan imti-

na  etməyin  də  bir  faydası  olmur.  Bu  səbəbdən  də 

həkimlər  siqareti  daha  tez  tərgidənlərdə  xəstələnmə 

nisbətinin az olduğunu bildirirlər. 

Siqaret çəkməklə insanın ağciyərinin normal quru-

luşu dəyişir və nəticədə bu proses xərçəngə çevrilir. 

Siqaret  çəkənlərdə  xroniki  öskürək,  bəlğəm  və 

nəfəs  darlığı  olur.  Tənəffüs  yolu  infeksiyaları  da 

siqaret çəkənlərdə daha çoxdur. 

Siqaret çəkməklə ağciyər xərçəngi arasında əlaqənin olduğu 1964-cü ildə təsdiqlənmişdir. Daha sonra isə bu, 

daha dəqiqləşdirilmişdir. Gündə 1 qutu siqaret çəkənlərdə ağciyər xərçənginə tutulma riski 10 qat çox olduğu 

halda, 2 qutu çəkənlərdə isə risk 25 qat artmaqdadır. Son illərdə isə qadınlar arasında da siqaret çəkənlərin sayının 

artması onlarda da ağciyər xərçəngi riskini artırmışdır.

Əgər  siz  siqaret  çəkmirsinizsə,  heç  də  sevinməyə  tələsməyin.  Çünki  çəkənlər  tərəfindən  siqaretin  mənfi 

təsirlərinə məruz qala bilərsiniz. Bu zaman siz passiv siqaret çəkən hesab olunursunuz. Passiv siqaret çəkmə 

yanan  bir  siqaretin  tüstüsü  və  siqaret  çəkən  adamın  nəfəsi  ilə  yaydığı  tüstünün  birləşməsidir.  Passiv  siqaret 

çəkmək bəzi hallarda hətta ağciyər xərçənginə gətirib çıxarır. 

Sonda isə onu demək istərdik ki, əgər siqaret çəkən hər kəs bəlkə həyatı boyu siqaretin dadını belə bilməyən 

ona ən yaxın və doğma olan insanların ağciyər xərçənginə yoluxmasına səbəb olursa, bizcə hamılıqla siqaretə yox 

deməliyik!



Siqaret çəkməklə insanın ağciyərinin normal

 quruluşu dəyişir və nəticədə bu proses xərçəngə çevrilir 

HAMILIQLA  SİQARETƏ  “YOX”  DEMƏLİYİK!

Məlum olub ki, hər gün qara gavalı yeyilərsə, o, sü-

mükləri möhkəmlədər. Osteoporozun yaranması üçün 

yüksək  risk  daşıyan  menopauza  vəziyyətinə  girən  90 

qadın təcrübəyə qatılıb. Onları iki yerə ayırıblar. Birinci 

qrupdakılar hər gün alma qurusu, ikinci qrupdakılar isə 

qara gavalı yeyirdilər. Təcrübə bitdikdə müqayisəli təh-

lil aparıldı. Məlum oldu ki, hər gün qara gavalı yeyən-

lərin sümükləri daha möhkəm olub.  

Bundan başqa, stomatoloqlar deyirlər ki, qara gavalı 

kariyes və damağın iltihabı, eləcə də ağız boşluğunun 

digər  xəstəlikləri  ilə  də  effektiv  mübarizə  aparmağa 

qadirdir.  İş  burasındadır  ki,  bu  meyvə  qurusu  zərərli 

mikroorqanizmlərin  çoxalmasını  əngəlləyir,  stomato-

loji pozuntular yaradan bakteriyaları bloka salır. 

Ancaq qara gavalını artıq hər gün rasionuna daxil et-

məyə  qərar  verənlərə  bir  xəbərdarlığımız  var:  qara 

gavalı qarın açır. Qədəri gözləyin.

63

324



Dekabr  2013

İmmunitetin  güclü  olması  insanları  bir  çox 

xəstəliklərdən qoruyur. Xüsusilə soyuq havalarda qrip, 

zökəm və digər bu kimi xəstəliklərə tutulmamaq üçün 

güclü immunitetə sahib olmaq çox vacibdir.

Əksər  hallarda  immun  sistemini  qaldırmaq  üçün 

dərman preparatlarından istifadə olunur. Preparatların 

qəbulu isə insan orqanizminə faydalı olduğu qədər də 

ziyanlıdır. 

İmmuniteti  möhkəmləndirməyin  ən  asan  yolu 

sağlam  həyat  tərzidir.  Mütəxəssislərin  fikrincə, 

stressdən  uzaq  olmaq,  düzgün  qidalanmaq,  zülal  və 

yağ istifadəsinə fikir vermək, təmiz hava gəzintisinə 

çıxmaq,  məşq  etmək,  zərərli  vərdişləri  tərgitmək 

insanı qış xəstəliklərindən mühafizə edir və orqanizmi 

möhkəmləndirir. 

Bunun  üçün  ilk  növbədə  qış  aylarında  pomidor, 

xiyar, bibər kimi qışda təbii yolla yetişməyən tərəvəzlərlə qidalanma məhdudlaşdırılmalıdır. Çay və qəhvə yerinə 

C vitamini tərkibli cökə, adaçayı (sürvə), itburnu kimi bitki çayları içilməlidir. 

Gündə 1,5-2 litr maye qəbul edilməsi, nizamlı şəkildə gimnastika ilə məşğul olmaq da immuniteti gücləndirir. 

Əsasən C vitamini ilə zəngin olan sitrus bitkiləri, kivi, portağal, gül kələm, ispanaq kimi meyvə və tərəvəzlərə, 

buxarda bişirilmiş və ya qaynadılmış qidalara üstünlük verilməlidir. Həftədə iki dəfə balıq yemək, həmçinin balıq 

yağı qəbul etmək də məsləhət görülür.

Soyuq aylarda sümük və diş sağlamlığı üçün lazımlı olan D vitamininə olan ehtiyacı ödəmək üçün günəşli 

günlərdə təmiz havada gəzmək məsləhətdir. Eyni zamanda, B qrupu vitaminləri ilə zəngin olan paxlalı bitkilərlə 

qidalanmaq zəruridir. 

2 alma, 2 kök və 1 çuğundurun şirəsini 1 yemək qaşığı limon suyu ilə qarışdırıb gündə 3-4 dəfə yeməkdən 20 

dəqiqə əvvəl qəbul etmək immuniteti möhkəmləndirmək üçün ən təsirli vasitələrdən biridir. 



Soyuq havalarda xəstəliklərə tutulmamaq üçün 

güclü immunitetə sahib olmaq çox vacibdir

GÜCLÜ  İMMUNİTET  XƏSTƏLİKDƏN  QORUYUR 

SÜMÜKLƏRİN  "XÖRƏYİ"

Florida  Universitetinin  (ABŞ)  alimləri  osteoporozun 

inkişafının qarşısını almaq üçün effektiv vasitə tapıblar 

64

324 Dekabr  2013

APA-nın  xəbərinə  görə,  Səhiyyə  Nazirliyinin 

saytında  “onlayn  konfrans”  vasitəsilə  jurnalistlərin 

suallarını  cavablandıran  Respublika  Endokrinoloji 

Mərkəzinin  direktoru  Rauf  Cabbarov  bildirib  ki, 

hazırda ölkədə ən çox yayılan endokrinoloji xəstəliklər 

şəkərli diabet və qalxanvari vəzin xəstəlikləridir. Onun 

sözlərinə  görə,  bütün  dünyada  olduğu  kimi, 

Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam 

həyat tərzi artıq çəkinin artmasına gətirib çıxarır: “Bu 

da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir. 

Buna görə də, ölkədə şəkərli diabet xəstəliyində artım 

müşahidə  olunur.  Bundan  əlavə,  illərlə  qeydiyyata 

düşməyən diabet xəstəsi də maariflənərək, qeydiyyata düşür”.

Bu  xəstəliyin  daha  çox  hansı  bölgədə  yayılmasına  gəlincə,  R.Cabbarov  qeyd  edib  ki,  əhalisi  çox  olan 

bölgələrdə daha çox, az olan ərazilərdə isə daha az şəkərli diabet xəstəsi qeydiyyatdadır. Həkim vurğulayıb ki, bu 

xəstəlik bütün bölgələrdə yayılıb.

DİABET  XƏSTƏLİYİ  BÜTÜN  BÖLGƏLƏRDƏ  YAYILIB 

Azərbaycanda ən çox yayılan endokrinoloji xəstəliklər açıqlandı

 Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsa-

zından, qidadan, dərmandan) bağlı olur".

lınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Ope-

Z.Vahidova  qeyd  edib  ki,  xəstəliklərin  sayının 

rativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahido-

dinamikası ilin fəsillərinə görə dəyişir: "Yay ayların-

va bildirib. Baş həkimin sözlərinə görə, “stabil olaraq 

da, əsasən, isti ilə əlaqədar günvurmalar, suda batan-

9-10 faiz hallarda xəstələr, yəni təxminən 150 nəfər 

lar, ilansancmalar, əqrəbsancmalar, ümumiyyətlə, hə-

xəstəxanaya yerləşdirilir. Çağırışlar, əsasən, yol qəza-

şərat sancmaları çox olur. Payız aylarında xroniki xəs-

ları,  cərrahiyyə,  zədələr  (gün  ərzində  30-35  zədə 

tələrdə təzyiq, uşaqlarda epidemiyalarla bağlı kəskin 

olur), ürək xəstəlikləri (infaktlar, ən azından 4-5 in-

respirator xəstəliklər, yazda xroniki xəstələrdə animi-

sult), doğuşlar (ən azı günə 12-15 uşaq dünyaya gəlir), 

yalar,  qanazlığı,  hemofiliyalı  uşaqlarda  vəziyyətin 

cürbəcür qanaxmalar (qadınlarda qanaxmalar, burun 

ağırlaşması daha çox olur. Qarşıdan qış ayları gəlir. 

qanaxmaları, zədə alarkən qanaxmalar), bıçaqlanma-

Bu vaxtlar, ələlxüsus yanvar-mart aylarında çağırış-

lar, yoluxucu xəstəliklər və zəhərlənmələrlə (dəm qa-

larımızın sayı 1800-ə, hətta 2000-ə çatır".

«Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində orta hesabla 1500-1600 

çağırış daxil olur;  elə gün olur ki, bu rəqəm 1700-1800-ə çatır"

TƏCİLİ  TİBBİ  YARDIMA  ƏN  ÇOX

  HANSI  XƏSTƏLİKLƏRƏ  GÖRƏ  MÜRACİƏT  EDİLİR?

Bu  barədə  İSNA  agentliyi  xəbər  verir.  Məlumata  əsasən, 

istehsal olunan insulin iynəsinin qanda təsir müddəti artırılıb və 

bununla  da  insulinin  tez-tez  vurulmasından  yarana  biləcək 

problemlərin qarşısı alınır.

Yeni istehsal olunmuş insulin iynəsinin layihə rəhbəri Siyamək 

Biranvənd deyib ki, bir növ yağ turşusunu insulinə əlavə etməklə 

onun qanda təsir müddətini artırmaq olur: "Diabet xəstəliyinə görə 

gündə  3-8  saatdan  bir  insulin  iynəsinin  vurulması  zəruridir.  Bizim  hazırladığımız  insulini  diabetdən  əziyyət 

çəkənlər gündə bir dəfə, yatmaq istəyərkən istifadə edə bilər və 21-24 saat ərzində dərman öz təsirini qanda 

saxlaya bilir".

S.Biravənd bildirib ki, istehsal olunan yeni preparatın digər ölkələrdə oxşarı yoxdur: "Bu dərman heyvanlar 

üzərində test olunub və onun geniş miqyasda istehsalı və bazara çıxarılması üçün işlər görülür". Onun sözlərinə 

görə, yeni insulin dərmanı İranın Razi Kimya Gahar korporativ şirkəti tərəfindən hazırlanıb.



DİABET  XƏSTƏLƏRİ  ÜÇÜN  YENİ  İNSULİN  İYNƏSİ

İranda diabet xəstələri üçün uzunmüddətli təsir gücünə malik yeni insulin iynəsi istehsal olunub

Məsələn, uşaqlarınızın mobil vasitələrlə oynaması-

nın qarşısını ala bilməsəniz, heç gözləmədiyiniz halda 

ötən əsrin 60-cı illərindən qalma sınıq-salxaq maşının 

sahibi ola bilərsiniz. 

ABŞ-ın Portlend şəhərində yaşayan 14 aylıq Sorella 

Stautun valideynləri daha bir avtomobil almaq fikrində 

olmamışlar. Amma sən saydığını say, gör, Sorella nə 

sayır.  Atasının  smartfonunu  gizlicə  ələ  keçirən  bu 

fərasətli  qızcığaz  təsadüfən  “eBaty”  internet-

hərracının telefonda quraşdırılmış mobil əlavəsini açır. 

Təsadüflər  bununla  bitmir.  Dəcəl  körpə  düymələri 

nizamsız  şəkildə  basaraq  1962-ci  ilin  istehsalı  olan 

“Austin Healy Sprite” retromobilinin alınmasına dair 

saziş bağlayır. 

Sorellanın  “hədiyyəsi”  valideynlərin  büdcəsinə  elə  ciddi  maddi  ziyan  vurmur.  Pis  gündə  olan  bu  maşın 

Stautlar ailəsinə cəmi 225 dollara başa gəlir. Ancaq vəziyyət daha acınacaqlı ola bilərdi. Məsələ bundadır ki, ailə-

nin başçısı Pol Staut bir qədər əvvəl qiyməti 38 min dollar olan “Porshe” avtomobilinin satışı barədə elanı gözdən 

keçirirmiş, əgər qızı xırdaca barmaqları ilə bir neçə dəfə başqa düymələri də bassa idi, Almaniya istehsalı olan ba-

halı sportkar ala bilərdi. 

Pol Skaut “KOIN” telekanalına müsahibəsində demişdir ki, dəmir hissələrlə işləməyi bacarır və təsadüfən 

alınmış bu maşını saz vəziyyətə gətirməyə çalışacaqdır. Üstəlik, köhnə maşının taleyi də artıq müəyyənləşib. Va-

lideynləri Sorellanın 16 yaşı tamam olanda maşını ona hədiyyə etməyə hazırlaşırlar. Necə də olsa, maşını, axı, So-

rella alıb. 

65

324



Dekabr  2013

 

190  ölkənin  yayımladığı  bu  müsabiqənin  finalına  16  iştirakçı 



çıxmışdı.   Qalibə 120 min dollar mükafatla yanaşı, başqa hədiyyələr də 

verilir. Bu isə 4 milyon dolları keçir. Qabriel İsler gözəllik tacını ötən ilki 

qalib Oliviya Kalponun əlindən alıb. 

Yarışma  “Kainat  gözəli”-nin  60  illiyi  ilə  bağlı  ilk  dəfə  Rusiyada 

keçirilib.  Xatırladaq  ki,  ölkəmizi  bu  müsabiqədə Aysel  Manaflı  təmsil 

edib. 


“Kainat gözəli – 2013” müsabiqəsinin qalibi 

Venesueladan olan Qabriel İsler seçilib

“KAİNAT  GÖZƏLİ”  SEÇİLDİ 

İnternet-treydinqin və mobil texnologiyaların paralel inkişafı nəticəsində bəzən 

valideynlərin başına məzəli əhvalat gəlir 

BİR  YAŞLI  UŞAĞIN  İNTERNET - HƏRRAC  SƏRGÜZƏŞTLƏRİ

Bu  qeyri-adi  təşkilat  Mançesterdə  fəaliyyətə  başlayıb. 

Məlumata görə, aqnostiklər və həyatda ümidləri boşa çıxmış 

insanlar  "kilsə"yə  gələrək,  bir-birilə  görüşür  və  mühazirələr 

oxuyurlar. Bu zaman tanrı və din barədə heç nə danışılmır.

Adi kilsələrdə olduğu kimi, burada da xor fəaliyyət göstərir, 

həmçinin ianələr toplanır. Lakin dini nəğmələr və "Bibliya" 

oxumaq əvəzinə, toplaşanlar tanınmış müğənnilərin hitlərini 

ifa edir və "Alisa möcüzələr ölkəsində" əsərini oxuyurlar.

"Kilsə"nin  qurucularından  biri  qeyd  edib  ki,  Böyük 

Britaniya  əhalisinin  təqribən  35  faizi  ateistdir  və  həmin 

insanlara dəstək lazımdır.

66

324 Dekabr  2013

 

Bu haqda “USA Today” qəzeti yazıb. Bayden prezi-



dent  Barak  Obama  ilə  nahar  etdiyi  ənənəvi  “Cap-

riotti's” kafelər şəbəkəsinə gedib. Yeməyi götürüb, he-

sab 56 dollar 25 sent olub. Onu ödəməyə 10 dolları çat-

ma-yıb və köməkçisinə “Fren, 10 dollar borc verə bi-

lərsən?”-  deyə müraciət edib.

 Kafenin əməkdaşları onu qonaq etmək istəyiblər. 

Ancaq prezidentin müavini hamısını ödəyəcəyini söy-

ləyib:  “Lazım  deyil.  Ödəyəcəyəm.  Vilminqtonda 

“Capriotti's”-ə  40  ildir  gedirəm.  Həmişə  də  ödəmi-

şəm”.


Baydenin köməkçisinə borcunu qaytarması haqda 

məlumat yayılmayıb. 



Noyabrın 22-də ABŞ prezidentinin müavini 

Co Bayden kafedə yemək alarkən,  köməkçisindən 10 dollar borc alıb

ABŞ  PREZİDENTİ  MÜAVİNİNİN  YEMƏYƏ  PULU  ÇATMAYIB

Böyük Britaniyada ateistlər üçün özünəməxsus "kilsə" yaradılıb

ATEİSTLƏR  ÜÇÜN  “KİLSƏ”  YARADILDI

  Sinxua  agentliyinin  verdiyi  məlumata  görə,  şəhər 

hakimiyyəti yeni göydələnin tikintisinin Suçjouya aparıcı qlobal 

mərkəz  şöhrəti  gətirəcəyinə  ümid  edib.  Lakin  yerli  sakinlər 

hesab edirlər ki, göydələn bir qədər qəribə görünür və şalvarı 

xatırladır.  74  mərtəbəli  binanın  layihəsini  Böyük  Britaniyanın 

“RMJM”  arxitektura  şirkəti  hazırlayıb.  Layihə  müəlliflərinin 

fikrincə,  göydələn  Şərqə  açılan  qapını  təcəssüm  etdirməlidir. 

Dəyəri  700  milyon  dollar  qiymətləndirilən  bina  Çin 

sivilizasiyasının  qalibiyyətini,  müasir  dünyada  Çinin 

əhəmiyyətini  də  simvolizə  etməlidir.  Arxitektorların  böyük 

zəhmət  çəkməsinə,  inşaatçıların  onların  ideyasını  heyranedici 

dəqiqliklə həyata keçirməsinə baxmayaraq, göydələnin ümumi 

görünüşü  bir  qədər  qəribə  alınıb.  Əksər  çinlilər  göyə  ucalan  binanın  kişi  şalvarını  xatırlatdığını  düşünür, 

tənqidçilər isə göydələni xarici arxitektorların qarışıq ideyalar meydançası adlandırırlar.

 

Çinin Suçjou şəhərində hündürlüyü 300 metr olan 

“Şərq qapısı” adlı yeni göydələn inşa edilib

ŞALVAR  BİNA


67

324

Dekabr  2013

Türkiyə informasiya vasitələrinin məlumatına görə, ölkənin ən gözəl türk qadını 

seçilən universitet tələbəsi  Əlifi ilk təbrik edən 51 yaşlı atası Yunus Özkan olub.

Jurnalistin “Əlif bikini ilə səhnəyə çıxanda narahat olmadınız” sualına cavabında 

Yunus Özkan deyib: “Nədən bir problem olsun? Əlif özünə güvənən bir qızdır, o nə 

etdiyini bilir”.

Əlifin boyu 1 m 78 sm, çəkisi 59 kq-dır. 19 iştirakçı arasında o, birinciliyi ötən ilin 

qalibi Damla Bingöldən alıb



Almaniyanın Gelsenkirçen şəhərində bu il  düzənlənən “Miss Turkuaz 2013” 

gözəllik yarışmasının qalibi 22 yaşlı Əlif Özkan olub 

ALMANİYANIN  ƏN  GÖZƏL  TÜRKÜ 

Daşdan,  uzun  müddət  ərzində,  millimetrlərlə  yonularaq 

hazırlanan bu nərdtaxta Şəmkirin Posanlı kəndində yaşayan 10-cu 

sinif şagirdi Xəyal   Allahverdiyevin əl işidir. Olduqca zəhmət və 

vaxt tələb edən əl işlərinin hər biri 3-4 aya, bəzən 2 ilə başa gəlir. 

Bunlar arasında onun 1 ildən artıq üzərində işlədiyi nərddaş diqqət 

çəkəndir. Xəyal nərd üzərində son oyma işlərini həyata keçirir. O, 

bu cür işlərə uşaqlıq illərindən böyük həvəsinin olduğunu deyir. 

Gənc usta işlətdiyi iri ağ sal daşları kəndin ətrafındakı dağlardan 

gətirir.  Nərd  hələ  tam  hazır  deyil,  onun  daha  mənalı  görkəm 

alacağı uzun müddətli zəhmətdən sonra mümkün olacaq. Xəyal 

deyir  ki,  nərdin  zər  və  daşlarını  da  yonacaq,  eləcə  də  lövhənin 

hündürdə durması üçün ona altlıq da hazırlayacaq.

Bütün  işlərində  daşdan  qoparılan  kiçik  parçalardan  istifadə 

edən usta Xəyal həmin daş parçalarından uşaqlar üçün müxtəlif 

fiqurlar hazırlayır, rəngləyir və onları kiçik yaşlı məktəblilərə hədiyyə edir.

O deyir ki, daşdan olan nərdtaxtanı xüsusi sevgi və maraqla hazırlayıb. Bir sıra məktəbli müsabiqələrində də 

fərqlənmiş gənc ustanın ən böyük arzusu Şuşanın dağlarını gəzməkdir.



Bunu əslində nərdtaxta yox, nərddaş adlandırmaq daha düzgün olardı 

DAŞDAN  YONULAN  NƏRD  LÖVHƏSİ 

Hündürlüyü  2,4  metr  olan  ağacın  hazırlanmasına  təxminən  43  kq-a  yaxın 

qiymətli metal sərf olunub. Trend-in məlumatına görə, bu barədə "Forbes" Yaponiya 

mətbuatına istinadən xəbər verir.

Ağac Mikki Mausun, onun hava şarlarında uçan dostları Minni və Donald Dakın 

təsvirləri ilə bəzədilib. Qızıl yolka öz alıcısını dekabrın 25-də zərgərlik şirkətinin 

paytaxtın  Gindzao  məhəlləsindəki  mağazasında  gözləyəcək.  Orada,  həmçinin 

qiyməti 1,62 milyon iyen (16 min dollardan artıq) olan mini-yolkalar da satılır.

Qeyd  edək  ki,  bununla  şirkət  ötənilki  rekordunu  qırıb.  Belə  ki,  2012-ci  ilin 

noyabrında şirkət dəyəri 4,2 milyon dollar olan yolkanı satışa çıxarmışdı.

Tarixdə ən bahalı Milad ağacı isə 2010-cu ildə Əbu Dabidəki (BƏƏ) dəbdəbəli 

"Emirates  Palace"  hotelində  qurulmuşdu. Ağacın  öz  dəyəri  bir  neçə  min  dolları 

ötməsə  də,  onun  üzərindəki  oyuncaqların  hazırlanmasına  bir  neçə  milyon  dollar 

vəsait  sərf  edilmişdi:  oyuncaqların  hazırlanmasında  mirvaridən,  qızıldan, 

brilyantlardan, sapfir və zümrüdlərdən istifadə olunmuşdu. Ağacdan, eyni zamanda, 

zinət  əşyaları  -  saatlar,  bilərziklər,  boyunbağılar  da  asılmışdı.  Nəticədə  Yeni  il 

yolkasının qiyməti 11 milyon dollar təşkil etmişdi.

 Tokioda "Tanaka Kikinzoku" zərgərlik şirkəti dəyəri 500 milyon iyen (5 milyon 

ABŞ dolları) olan xalis qızıldan hazırlanmış Milad ağacını satışa çıxarıb 

 YAPONİYADA  5  MİLYON  DOLLARLIQ  YOLKA  SATIŞA  ÇIXARILIB


68

İDMAN


İDMAN

324 Dekabr  2013

Assambleyanın  son  günü  “Bakı–2015”  Avropa 

Oyunlarının təqdimatı çərçivəsində Azərbaycanın gənclər və 

idman  naziri  Azad  Rəhimov  birinci  Avropa  Oyunlarının 

rəsmi loqosunu təqdim etmişdir.

Azad Rəhimov çıxışında bildirmişdir ki, xalqımız ilk dəfə 

keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük 

fərəh  hissi  duyur.  O  demişdir:  “Bizim  loqomuz  xalqımızın 

idman  irsindən  qürur  duymasını,  qonaqpərvərliyə 

sədaqətimizi,  ölkəmizin  idman,  biznes  və  turizm  mərkəzi 

kimi mövqeyini əks etdirir”.

AOK-un  prezidenti  Patrik  Hikki  “Bakı–2015”  Avropa 

Oyunlarının  rəsmi  loqosunun  təqdim  edilməsinin  tədbirə 

hazırlıq  istiqamətində  vacib  bir  mərhələ  olduğunu  diqqətə 

çatdırmışdır. O demişdir: “Avropa tarixində ilk dəfə qitə üzrə 

multi idman tədbiri keçiriləcək. Əksər avropalı atletlər üçün 

bu tədbir böyük əhəmiyyət daşıyacaq”. Avropa Oyunlarında 

49 ölkədən 5400-dən çox atlet 18 idman növü üzrə yarışacaq. 

35 yaşlı azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən tərtib edilmiş bu yeni loqo alov, su, əfsanəvi simurq quşu, 

xalı və nar da daxil olmaqla, ölkəmizin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir araya 

gətirmişdir.  A.Yunisovun  açıq  ictimai  müsabiqə  nəticəsində  seçilmiş  loqo  tərtibatı  ölkənin  təbii  gözəlliklərini, 

mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən biri kimi Bakının assosiasiyasını 

təsvir edir. Bu loqo, həmçinin, İspaniyanın Atletiko Madrid futbol klubunun oyunçularının idman köynəklərini də 

bəzəyəcək. 

Tədbirdə,  həmçinin  “Bakı–2015”  Avropa  Oyunları  ilə  bağlı  stend  də  qurulmuşdur.  Milli  geyimli  gənclər 

assambleya iştirakçılarına paytaxtımızın görməli yerlərini əks etdirən şəkillərdən ibarət albom, üzərində “Bakı–2015” 

Avropa Oyunlarının loqosu həkk olunmuş döş nişanı və digər hədiyyələr paylamışlar

.

2015-ci ilin iyun ayında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək ilk Avropa 



Oyunlarının  rəsmi  loqosu  noyabrın  23-də  Avropa  Olimpiya  Komitəsinin 

(AOK) Romada keçirilən 42-ci Baş Assambleyasında  təqdim olunmuşdur

“BAKI-2015”  AVROPA  OYUNLARININ  LOQOSU 

 TƏQDİM  OLUNMUŞDUR 

Bu  barədə  memorandumu  noyabrın  26-da  Avropa 

imzalamışlar. Avropa Üzgüçülük Liqasının məlumatına 

Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, 

görə,  Avropa  Oyunlarında  yunior  qitənin  bütün  əsas 

Avropa  Üzgüçülük  Liqasının  başçısı  Paolo  Barelli, 

yığma komandaları çıxış edəcəklər. 

Azərbaycanın  gənclər  və  idman  naziri Azad  Rəhimov 



Üzgüçülük, suyatullanma, sinxron üzgüçülük və su polosu Avropa 

Oyunlarının proqramına rəsmən daxil edildi 

AVROPA  OYUNLARININ  PROQRAMINA

  DÖRD  İDMAN  NÖVÜ  DƏ  DAXİL  EDİLDİ 

Y.Blatter noyabrın 8-də Tehrana rəsmi səfəri zamanı bu məsələni İranın vitse-

prezidenti və parlament sədri ilə müzakirə edib.

Qeyd edək ki, İran qanunlarına görə, qadınlara kişi komandalarının oyunları 

zamanı stadiona getmək qadağan edilib. Hökumət və dini liderlər hesab edirlər 

ki, tribunalarda hər iki cinsin nümayəndələrinin olması onların mənəviyyatına 

ziyan vurar.

 Bu təkliflə FİFA prezidenti Yozef Blatter çıxış edib



İRANLI  QADINLARA  FUTBOL  OYUNLARINA  GETMƏYƏ 

 İCAZƏ  VERİLMƏLİDİR

69

324

Dekabr  2013

İlk dəfə olaraq Azərbaycan Milli Olimpiya Komi-

təsinin  vitse-prezidenti  Çingiz  Hüseynzadə  AOK 

İcraiyyə Komitəsinə üzv qəbul edilmişdir. 

Tədbir  çərçivəsində AOK-un  növbəti,  43-cü  Baş 

Assambleyasının Azərbaycanda  keçirilməsi  ilə  bağlı 

qərar qəbul olunmuşdur. Qərarla bağlı sənədi Çingiz 

Hüseynzadə,  Patrik  Hikki  və  Rafael  Paqnozzi 

imzalamışlar.

“AOK  İcraiyyə  Komitəsinə  azərbaycanlı  nüma-

yəndənin üzv seçilməsi ölkəmizin idman tarixində ilk 

dəfə baş verən önəmli bir hadisədir”. Bu sözləri Azər-

baycanın  gənclər  və  idman  naziri  Azad  Rəhimov 

AzərTAc-a  müsahibəsində  demişdir.  Nazir  qeyd  et-

mişdir ki, Azərbaycanda idman sahəsində əldə olunan 

nailiyyətlər,  ölkəmizin  bir  çox  mötəbər  yarışlara  ev 

sahibliyi etməsi və bu istiqamətdə qazandığı təcrübə 

göz  qabağındadır.  Məhz  bu  səbəbdən AOK    həyata 

keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. 

AOK-un 43-cü Baş Assambleyasının Bakıda keçi-

rilməsinə münasibət bildirən Azad Rəhimov vurğulamışdır ki, bu qərar ölkəmiz üçün mühüm əhəmiyyət kəsb 

edir. Azərbaycanda beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkili və bu tədbirlərdə qazandığımız uğur-

lar ölkə idmanının inkişafının göstəricisidir.

Qeyd olunmuşdur ki, AOK-un 43-cü Baş Assambleyasının iştirakçıları Bakıda aparılan islahatlarla yaxından 

tanış olmaq imkanı əldə edəcəklər.

AOK-un Romada keçirilən 42-ci Baş Assambleyasında  2013-2017-ci illər üzrə 

AOK İcraiyyə Komitəsinə prezident, vitse-prezident, baş katib, xəzinədar və üzvlər seçilmişdir 

AOK-UN  İCRAİYYƏ  KOMİTƏSİNƏ

  İLK  DƏFƏ  AZƏRBAYCANLI  SEÇİLMİŞDİR

İspaniyanın  “Barselona”  klubunun  hücumçusu  Lionel  Messi 

2012/2013-cü  il  mövsümünün  yekunlarına  əsasən,  “Qızıl  buts” 

mükafatına layiq görülmüşdür.

AzərTAc  xəbər  verir  ki,  argentinalı  futbolçu  üçüncü  dəfə  bu 

nailiyyəti təkrarlamaqla yeni rekord müəyyənləşdirmişdir.

Avropa İdman Nəşrləri Assosiasiyası “Barselona” və Argentina 

millisinin  hücumçusu  Lionel  Messini  “Qızıl  buts”la 

mükafatlandırmışdır. İyirmi beş yaşlı futbolçu UEFA-ya daxil olan 

ölkə çempionatlarında ən çox qol vurduğuna görə bu mükafata sahib 

çıxmışdır. Messi ötən mövsümdə İspaniya La Liqasının 32 oyununda 

meydana  çıxmış  və  46  dəfə  fərqlənmişdir.  Futbolçu  çempionatda 

iştirak edən bütün komandaların qapısına yol tapmışdır.

Daha əvvəl o, 2010 və 2012-ci illərdə buna nail olmuşdu. Mükafat 

uğrunda  mübarizədə  Messinin  əsas  rəqibi  “Real”ın  futbolçusu 

Kriştiano  Ronaldo  idi.  İki  dəfə  “Qızıl  buts”a  sahib  çıxan 

portuqaliyalı ötən mövsümdə Messidən 12 qol az vurmuşdu.

Qeyd  edək  ki,  cənubi  amerikalı  futbolçu  həmçinin  son  4  ildə 

qazandığı “Qızıl top”a namizədlər arasındadır. Bu mükafatın qalibi yanvarın 13-də məlum olacaq.

Avropa İdman Nəşrləri Assosiasiyası “Barselona” və Argentina 

millisinin hücumçusunu “Qızıl buts”la mükafatlandırmışdır 

“QIZIL  BUTS” MESSİYƏ  VERİLDİ


Norveç  şahmatçısı  Maqnus  Karlsen  Hindistanın  Çennay 

şəhərində  şahmat  üzrə  dünya  çempionu  adı  uğrunda  keçirilən 

matçda Hindistan şahmatçısı Vişvanatan Ananda noyabrın 23-də 

vaxtından əvvəl qalib gəlmişdir.

Karlsenin  ağ  fiqurlarla  oynadığı  onuncu  partiyada  65-ci 

gedişdə heç-heçə qeydə alınmışdır. 

Bu oyundan sonra V.Anand dünya çempionu adını saxlamaq 

imkanından məhrum olmuşdur, çünki 12 partiyadan ibarət matçda 

hesab namizədin xeyrinə 6,5-3,5 olmuşdur. 

Xatırladaq  ki,  V.Anand  2007-ci  ildə  dünyanın  ən  güclü 

şahmatçılarının  turnirində  qazandığı  çempion  adını  Vladimir 

Kramnik, Veselin Topalov və Boris Gelfandla matçlarda qoruyub 

saxlamışdı. 

FİDE-nin siyahısında ən yüksək reytinq əmsalına malik olan 

M.Karlsenin noyabrın 30-da 23 yaşı tamam olmuşdur. 

M.Kalsen Londonda namizədlərin turnirində əlavə göstəricilər üzrə yekun protokolunda rusiyalı Vladimir 

Kramniki geridə qoyaraq, V.Anandla qarşılaşmaq hüququ qazanmışdı. 

70

324 Dekabr  2013



Maqnus Karlsen dünya şahmat tacı uğrunda mübarizədə Vişvanatan Ananda qalib gəldi 

YENİ  DÜNYA  ÇEMPİONU  MAQNUS  KARLSEN

Siyahıda ilk pillədə “Atletiko Madrid” klubudur. Onun ardınca “Bavariya”, üçüncü 

“Real Madrid”, dördüncü “Barselona”, beşinci isə PSJ komandalarıdır. 

Azərbaycan klublarında reytinq sıralamasında geriləmə müşahidə olunur. Belə ki, 

ötən mövsüm son açıqlanan reytinqlə müqayisədə “Qarabağ” 7 pillə geriləyərək 99-cu 

olmuşdur. “Neftçi” əvvəlki yerini qoruyub saxlamışdır - 129. “Xəzər-Lənkəran” 4 xal 

itirərək 173-cü, “İnter” isə 174-cü yerdə qərarlaşmışlar. 

Maraqlıdır  ki,  “Xəzər-Lənkəran”  və  “İnter”  kollektivləri  “Fənərbaxça”  kimi 

komandalardan ön sırada dayanmışdır.

UEFA 2013-2014-cü il mövsümü üçün futbol klublarının reytinq cədvəlini açıqlamışdır 

UEFA-NIN   REYTİNQ  CƏDVƏLİ

“Kruzeyro” klubunun yarımmüdafiəçisi Everton Ribeyro Braziliya çempionatının ən yaxşı futbolçusu adına 

layiq  görülmüşdür.Ribeyro  ötən  mövsümdə  komandasının  heyətində  34  oyun  keçirmiş,  7  qol  vurmuş  və  11 

məhsuldar ötürmə vermişdir.“Kruzeyro”nun çalışdırıcısı Marselo Oliveyra isə çempionatın ən yaxşı məşqçisi 

seçilmişdir. O, komanda ilə birlikdə çempionluq tituluna yiyələnmişdir.

BRAZİLİYA  ÇEMPİONATININ  ƏN  YAXŞI  FUTBOLÇUSU 

ALLAH RƏHMƏT ELƏSİN!

Xəzər Universitetinin kollektivi 

İttifaqı Nizami Rayon Komitəsinin sədri Hacımurad Hənifəyevə  əzizi 

       


NİGAR MUSA QIZI HƏNİFƏYEVANIN 

vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar 



Document Outline

  • Page 1
  • Page 2
  • Page 3
  • Page 4
  • Page 5
  • Page 6
  • Page 7
  • Page 8
  • Page 9
  • Page 10
  • Page 11
  • Page 12
  • Page 13
  • Page 14
  • Page 15
  • Page 16
  • Page 17
  • Page 18
  • Page 19
  • Page 20
  • Page 21
  • Page 22
  • Page 23
  • Page 24
  • Page 25
  • Page 26
  • Page 27
  • Page 28
  • Page 29
  • Page 30
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə