Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır


Z-əmsalının PAS-əmsalına (Perfomans Analysys Score)



Yüklə 399,8 Kb.
səhifə23/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   19   20   21   22   23   24   25   26   ...   37
referat 3331

Z-əmsalının PAS-əmsalına (Perfomans Analysys Score) tranformasiyası hesabına onun proqnozlaşdırma rolunu yüksəltmək nəzərdə tutulur. Onun köməyilə şirkətlərin fəaliyyətini vaxta görə (dinamikada) izləmək mümkündür. Bu yolla PAS-əmsalının kritik həddindən aşağı və yuxarı qiymətlərini müəy-yən etməklə müəssisənin tənəzzülü və inkişafı məqamlarını asan müəyyən etmək mümkün olur.
PAS əmsalı – konkret il üzrə şirkətin fəaliyyətinin nisbi səviyyəsini müəyyən etməyə və 1dən 100 arasında faizlə əks etdirməyə şərait yaradır. PAS-əmsalın 50-yə bərabər olması çirkətin fəaliyyətinin kafi olmasını göstərir, 10-a bərabər olası isə şirkətin ancaq 10% nin pis vəziyyətdə (qeyri-məqbul situasiyada) olmasını əks etdirir. Beləliklə, Z əmsalı ilə müəyyən olunmuş mütləq ölçülü maliyyə vəziyyətini müəssisənin maliyyə fəaliyyətinin nisbi öl-çüdə ifadə edilməsinə tranformasiya olunur. Bu yanaşmanın əsasını tamın onun tərkib hissələrindən daha qiymətli olması prinsipi təşikl edir. Onun köməyilə maliyyə riskini tez qiymətləndirmək mümkündür.
Sprinqeyt modeli. Bu model belədir:
Z= 1,3×A+3,07×B+0,66×C+0,4×D
Burada A- işçi kapitalı ∕ aktivlərin ümumi dəyəri;
B – vergiyə qədər mənfəət məbləği ∕ aktivlərin ümumi dəyəri;
C – vergiyə qədər mənfəət məbləği ∕ qısamüddətli öhdəçiliklər;
D – satış həcmi ∕ aktivlərin ümumi dəyəri.
Əgər Z-in qiyməti 0,862-dən aşağı olarsa müəssisə potensial bankrot və onun bankrot olması ehtimalı 92%-dir.
Dördfaktorlu R modeli. Bu modelin köməyilə bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən müəssisələrin müflisləşmə riskini proqnozlaşdırmaq mümkün- dür.
R=8,38×K1+K2+ 0,054×K3+0,63×K4
Burada: K1 – dövriyyə kapitalı ∕ aktivlər;
K2 – xalis mənfəət ∕ özünəməxsus kapital;
K3 – satışdan gəlirlər ∕ aktivlər;
K4 – xalis mənfəət ∕ inteqral xərclər.
R-modeli ilə müflisləşmə ehtimalını müəyyən etmək üçün aşağıdakı cədvəl-dən istifadə olunur:



R-modelinin qiyməti

Müflisləşmə ehtimalı (% ilə)

1.

R<0

Maksimum (90-100)

2.

0-0,18

Yüksəkdir (60-90)

3.

0,18-0,32

Orta (35-50)

4.

0,32-0,42

Aşağı (15-20)

5.

0,42-dən çox olduqda

Minimal ( 10-a qədər)

Bu zaman müəssisələrin sahə xüsusiyyətləridə nəzərə alınmalıdır.


Müəssisənin müflisləşmə ehtimalını müəyyən etdikdə müəssisənin dəyəri mexanizmindən də istifadə edilir. Müəssisənin dəyəri mənfəətin kapitallaşma-sına əsasən müəyyən olunur:
Cm = ;
Burada : m – vergiyə qədər mənfəət məbləği;
- passivləri orta çəki dəyəridir.
Müəssisənin dəyərinin aşağı düşməsi onun mənfəətlilik səviyyəsinin aşağı düşməsini və ya orta öhdəçiliklərinin dəyərinin artmasını əks etdirir. Müəssi-sənin cari və gələcək prespektiv dəyərinin müəyyən edilməsi məqsədəuyğun hesab olunur.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin