§1.Müəssisənin maliyyə vəziyyətinin təhlili. Müəssisənin maliyyə vəziyyəti təhlil edildikdə onun maliyyə dayanıqlığı ehtiyatının müəyyən olunması və qiymətləndirilməsi lazım gəlir. Bu zaman marjinal təhlil üsulundan istifadə olunur. Marjinal təhlil 3 qrup iqtisadi göstə-ricilər əsasında aparılır: “xərclər – istehsal həcmi( realizasiya) – mənfəət”.
Marjinal təhlil üsulunda xərclərin şərti-dəyişən və şərti-daimi xərclərə ayrıl-ması əsas götürülür. Müəssisənin maliyyə vəziyyəti təhlil edilərkən onun məhsul istehsalı və satışı həcmindən müəssisənin maliyyə dayanıqlığının nə dərəcədə asılı olması müəyyən olunur.
Müəssisənin maliyyə dayanıqlığı ehtiyatı (təhlükəsizlik zonası) dedikdə müəssisənin maliyyə vəziyyətinin müəyyən dayanıqlığını təmin edən məhsul istehsalı və satışı həcmi başa düşülür. Bundan ötrü aşağıdakı göstəricilərdən istifadə olunur:
- realizasiyadan daxil olan gəlirlər( ƏDV-siz, aksiz vergisiz);
- məhsulun tam maya dəyəri;
- mənfəət;
- daimi və dəyişən xərclər;
- marjinal gəlir.
Bu göstəricilərin köməyilə rentabellik həddi və maliyyə dayanıqlığı ehtiyatı göstəriciləri hesablanır. Rentabellik həddi (paroqu) məhsulun maya dəyərindəki daimi xərclərin məbləğinin gəlirlərin tərkibindən marjinal gəlirin xüsusi çəkisinə bölünməsi nəticəsində tapılır:
Mrent =
Bu göstəricinin hesablanmasının məqsədini gəlirlərin hansı hissəsinin bütün daimi xərclərin ödənməsinə sərf edilməsini müəyyən etməkdən ibarətdir. Çünki rentabellik 0-a bərabər olacaqdır. Rentabellik həddi( paroqu) göstəricisi-nin əsasında maliyyə təhlükəsizliyi (maliyyə dayanıqlığı ehtiyatı) göstəricisi hesablanır. Onun faktiki satış həcmi ilə satışın kritik həcmi arasındakı fərqə əsasən müəyyən edirlər. Bu göstərici həm mütləq, həm də faizin hissələri yəni satışın ümumi həcmindəki payına görə müəyyən olunur:
3ФП% = .
Mövzu 8: Maliyyə dayanıqlığının mahiyyəti və ona təsir edən amillər. §1. Maliyyə dayanıqlığının mahiyyəti. Metodoloji baxımdan dayanıqlıq iqtisadi sistemi olan müəssisənin tarazlaş-dırılmış vəziyyətdə fəaliyyət göstərməsini və yaxud müəyyən müddət ərzində əsas fəaliyyət xarakteristikalarının (əlamətlərinin) dəyişilmədən sabit saxlan-masını nəzərdə tutur. Müəssisələr fəaliyyət müddətində daxili imkanları ilə xarici təsir amilləri arasında müəyyən tarazlığın, balansın saxlanmasına çalışırlar. Lakin bazar iqtisadiyyatı şəraitində qeyri-müəyyənlik hallarının qarşıya çıxması səbəbindən müəssisələrin öz iqtisadi potensialının artırmasına, xarici və daxili mühit amillərinin təsirindən daha möhkəm və dayanıqlı mühafizə olunmasına, yəni nailiyyətlər əldə etməsinə tələbat artır. Ona görə müəssisələr daxili və xarici mühit amillərinin tez-tez dəyişdiyi şəraitə çevik adaptasiya olunmalı və gözlənilən hər hansı təsir güclərindən etibarlı və dayanıqlı olan vəziyyətdə fəaliyyət göstərməlidir.
Müəssisələrin dayanıqlı fəaliyyət göstərməsini təmin edən əsas komponent-lərdən birini maliyyə dayanıqlığı təşkil edir. “Maliyyə dayanıqlığı” anlayışı “ödənc qabiliyyəti” anlayışı ilə əlaqədar olsada ondan geniş anlayışdır. Maliyyə dayanıqlığımüəssisənin daxili tərəfini, onun pul və əmtəə axınının, gəlirlərinin və xərclərinin balanslaşdırılmasını əks etdirir. Ödənc qabiliyyəti müəssisənin maliyyə vəziyyətinin xarici tərəfini əks etdirir və öz öhdəçiliklərini vaxtında yerinə yetirmək üçün kifayət qədər maliyyə resursla-rına malik olmasını ifadə edir.
Müəssisənin maliyyə dayanıqlığına daxili və xarici amillər təsir göstərir. Müəssisə daxiliamillərə aşağıdakılar aid edilir:
- müəssisənin sahə mənsubiyyəti;
- məhsul buraxılışının quruluşu və onun ümumi ödənc qabiliyyətli tələbatında xüsusi çəkisi;
- ödənilmiş nizamnamə kapitalının həcmi;
- xərclərinin həcmi və pul gəlirləri ilə müqavilədə onların dinamikası;
- vəsaitləri və ehtiyatlarıda daxil olmaqla əmlakının və maliyyə resurslarının vəziyyəti.