Emin Kərimov, LLM
Aprel 2014
16
Fəsil I. Korporasiyanın (şirkətlərin) əsasları
Bir az tarix
"Korporativ hüquq" ifadəsi dünyaya ABŞ təcrübəsindən yayılıb. ABŞ hüquq
tədrisində "korporasiyalar" ( corporations) predmeti çərçivəsində MMC (LLC) və
SC (corporation) öyrənilir. Ortaqlıqlar korporasiya hesab edilmədiyindən
"korporativ hüquq" predmeti çərçivəsində dərindən əhatə edilmir. Bununla
yanaşı, "korporativ hüquq", "korporativ hüquqşünas", "korporativ idarəetmə" və
"korporasiya" kimi terminlər digər hüquq sistemlərində də istifadə olunur.
“Korporasiya” ifadəsi ilə yanaşı Azərbaycanda istifadə
3
olunan digər termin
“şirkət”dir. Şirkət ərəb mənşəli sözdür. Bu termin XX əsrin əvvəlində
Azərbaycanın kommersiya təcrübəsində istifadə olunub və XX əsrin 90-cı
illərində yenidən populyarlaşaraq istifadəyə -daxil oldu. “Şirkət” anlayışı türk
korporativ qanunvericiliyində də geniş istifadə olunur. Məsələn, Türkiyənin
hüquqi şəxslərin təşkilati-hüquqi formalarının adında “limited şirket”
4
və
“anonim şirket”
5
ifadələrinə rast gəlmək olar.
Ərəb mənşəli ifadə olan şirkət
“şirk” sözündən əmələ gəlib. Bu söz ərəb dilindən “ortaq", "şərik” kimi tərcümə
olunur.
6
Azərbaycan qanunvericiliyində, əsasən, “cəmiyyət” ifadəsi istifadə olunur.
Müstəqillikdən sonra ilk korporativ qanunvericiliyin formalaşan dövrdə
Azərbaycanın hüquq alimləri mənbə kimi daha çox Rusiya ədəbiyyatından
istifadə etdiklərindən əksər terminlər rus dilindən birbaşa tərcümə edilmişdir.
“Cəmiyyət” rus dilində “общество” kimi ifadə olunur.
Hesab edirik ki, “şirkət” termini iştirakçılar arasında formalaşan münasibətləri
daha düzgün ifadə edir.
7
Bu səbəbdən kitabda “korporasiya” ifadəsi ilə yanaşı,
3
Sahibkarlar tərəfindən şifahi istifadə olunan
4
MMC-nin analoqu
5
SC-nin analoqu
6
İ.Zeki Eyuboğlu, Türk Dilinin Etimoloji Sözlüğü, İstanbul, 2004.
7
Yəni ortaqlıq, şəriklik münasibətləri. “Cəmiyyət” sözü bu anlamı vermir.
17
“şirkət” sözündən istifadə edirik. Azərbaycanın hüquq tədrisində son
vaxtlaradək hüquqi şəxslərin fəaliyyətinə xüsusi diqqət yetirilməyib. SSRİ
dönəmində formalaşmış ənənəyə əsasən hüquqi şəxslər mülki hüquq dərsliyinin
daxilində bir neçə paraqrafda nəzərdən keçirilir. Buna rəğmən, hüquq
praktikasında korporativ hüquq, korporativ idarəetmə və qanunvericilik barədə
olan məsələlər xüsusi, ayrıca yanaşma tələb edir və müstəqil istiqamət kimi
qəbul edilir. O cümlədən bu sahədə ixtisaslaşan hüquqşünaslar qrupu –
korporativ hüquqşünaslar – formalaşmışdır. Əslində bu, normal haldır, əksər
ölkələrdə hüquqi şəxslərin fəaliyyətini araşdıran istiqamət ayrıca dərslik və elm
kimi tədris olunur
8
.
Korporasiyaların (və ya oxşar təbiətə malik təşkilat formalarının) Roma
hüququnda da olmasına baxmayaraq, bu kitabda əsas mənbə kimi ümumi
( common law) (ingilis-amerika) hüquq yurisdiksiyalarında formalaşan təcrübə
istifadə edilir. Hazırda bütün dünyada istifadə olunan, müasir korporativ
hüququn əsasını təşkil edən bir çox institutlar məhz İngiltərə və sonradan ABŞ
hüquq sistemləri tərəfindən qurulub. Bu gün hüquqi şəxslərə aid aksioma kimə
qəbul edilən prinsiplərin əksəriyyəti məhz həmin ölkələrin hüquq sistemlərində
XIX və XX əsrlərdə formalaşıb.
9
İngiltərədə şirkətlərin yaranması əvvəlcə yalnız
Krallığın icazəsi ilə mümkün idi.
10
Bu icazələr ilk növbədə ticarətlə məşğul olan
şirkətlərə (kompaniyalara) verilirdi. Beləliklə, ilk kompaniyalar, əsasən, "ktvazi-
dövlət" şirkətləri idi.
"Korporasiya" sözünün özü (latınca corporatio) peşəkar və ya sinfi maraqlara görə
birləşən şəxslərin birliyi, qrupu mənasını bildirir.
11
Uzun zaman ərzində
"korporasiya" termini mahiyyətinə görə hüquqi şəxsin sinonimi kimi işlənirdi ki,
onun da əsas əlamətlərinə ayrıca əmlaka malik olması, öz borclarına qarşı
8
ABŞ-da bu sahə "corporate law", "corporations", "business organization", İngiltərədə isə "company law" adlanır.
9
Şirkətin səhmdarlarından ayrı şəxs olması, səhmdarların məhdud məsuliyyəti, şirkətin öz üzərinə hüquq və öhdəlik
qəbul etmək qabiliyyəti və s.
10
English Corporate Law in the 16-17
th
Centuries, W. S. Holdsworth, 31 Yale L.J. 382, 1922
11
Суворов Н.С. О юридических лицах по римскому праву. М., 2000.
18
müstəqil cavabdehlik, korporasiyanın öz üzvləri ilə hüquqi münasibətlər
qurmasının mümkünlüyü, eləcə də məhkəmədə iddiaçı və cavabdeh qismində
çıxış etməsi daxildir.
12
Şirkətlərin (hüquqi şəxslərin) hüquqi təbiətini təşkil edən əsas nəzəriyyələrdən
biri fiksiya nəzəriyyəsidir. Bu nəzəriyyəyə əsasən korporasiya (hüquqi şəxs)
müvafiq hökumət tərəfindən yaradılmış fiktiv hüquqi şəxsiyyət ( persona ficta)
hesab olunur.
13
Fiksiya nəzəriyyəsi dünyada uzun müddət hakim mövqe tutaraq
Avropa və ABŞ alim və praktikləri tərəfindən də istifadə olunub. Belə ki, XIX
əsrin əvvəllərinə aid olan “ The Trustees of Dartmouth College v Woodward” işi
14
üzrə ABŞ-ın Ali Məhkəməsinin qərarında korporasiyaya aşağıdakı tərif
verilmişdir: “ Korporasiya – gözlə görülməsi, hiss olunması mümkün olmayan və yalnız
qanuni nöqteyi-nəzərdən mövcud olan süni təşkilatdır”. ABŞ qanunlarına görə,
korporasiyanın müasir tərifi onun “fiktiv” xüsusiyyətlərinə əsaslanır: ştat
qanunları və ya ABŞ-ın federal qanunları ilə ərsəyə gələn və şəxslərin adi
birləşməsindən ibarət olan süni təşkilata, hüquqi şəxsə korporasiya deyilir.
15
Fərdi birləşmələrdən (təşkilatlardan) fərqli olaraq, burada fərdi (şəxsi) iştirak
mütləq deyil. İştirak satıla və ya digər formada ötürülə bilər, üzvlər təşkilatın
borclarına görə məsuliyyət daşımırlar, qərarlar səs çoxluğu ilə qəbul edilir və
işlər təşkilatın adından həyata keçirilir.
16
Beləliklə, korporasiyanı ümumi məqsədlərə nail olmaq üçün yaradılan
kapitalların (maliyyə vəsaitləri) birləşməsi kimi qiymətləndirmək olar. Bu sahədə
çalışan bir sıra hüquqşünaslar korporasiyanı geniş mənada – hüquqi şəxs kimi
tanınan, birləşmiş kapitallarla yaranmış və hər hansı bir faydalı fəaliyyəti həyata
keçirən təşkilat kimi qəbul edirlər. Onlar korporasiya dedikdə hüquqi şəxs kimi
12
Суворов Н.С. О юридических лицах по римскому праву. М., 2000
13
John Dewey, The Historic Bachground of Corporate Legal Personality, 35 Yale L. J. 655
14
17 U.S. 518 (1819)
15
David Millon, Theories of Corporation, 1990 Duke Law Journal, 201-262
16
Fiziki şəxsin əlamətləri olan bu süni, lakin qanun tərəfindən qəbul olunmuş təşkilatların yaradılması imkanını iqtisadi
nöqteyi-nəzərdən hüquqşünasların ən önəmli "ixtira"larından biri hesab etmək olar.
19
tanınan, mülkiyyətin idarəetmədən ayrı (azad) olduğu, hər hansı fəaliyyətin
həyata keçirilməsi üçün birləşmiş kapitallarla (könüllü pay) təsis edilmiş təşkilatı
başa düşürlər.
17
Hesab edirik ki, bu məsələdə ABŞ-ın korporativ hüququnun yanaşması daha
uyğundur. Belə ki, ABŞ hüququnda korporasiya iştirak (üzvlük) prinsiplərinə
əsaslanan, iradə formalaşdıran və iradəsini ifadə edən xüsusi idarəetmə orqanı
quruluşuna malik təşkilat hesab edilir. Ortaqlıqlarda idarəetmə orqanları
təşkilatın üzvləri olduğundan onlar korporasiya hesab edilmir.
18
Azərbaycan hüququnda kontinental hüquq sisteminə malik əksər ölkələrdəki
kimi, belə bir bölünmə yoxdur. Lakin təcrübədə bu termindən məhz SC, MMC
və ƏMC formasında olan hüquqi şəxsləri ortaqlıq və kooperativ formasında olan
hüquqi şəxslərdən fərqləndirmək məqsədilə istifadə olunur.
Qeyd etdiyimiz kimi, Azərbaycan dilində korporasiya terminini əhatə edən
"şirkət" termini var. Korporasiya daha çox beynəlxalq və ümumi qəbul olunmuş
bir termindir, şirkət isə bizim istifadə etdiyimiz milli termindir. Kitabda hər iki
termin ("korporasiya" və "şirkət") eyni mənada istifadə edilir. Müəyyən
məsələlərdə SC və MMC arasında fərq olduqda, hər bir hüquqi forma mətndə
ayrıca qeyd ediləcək.
Dostları ilə paylaş: |