Karyera uğrunda əlaqələrdən effektiv istifadə edilməsi
Bəzi insanlar təbiətcə əlaqə qurmağa meyllidirlər. Onlar konfransda iştirak edənlərə təsir edə bilir, tanışlığı maraqlı və faydalı hesab etdikləri rəsmi və ya qeyri-rəsmi insanların adlarını heç vaxt unutmazlar. Bununla belə onlar bəzi keçmiş həmkarları və kollecdən olan dostları ilə əlaqələrini qoruyub saxlayırlar. Bu insanlar əvvəldən əlaqə qurmağa həvəsli olduqları üçün iş axtarışında hər zaman öndə olurlar. Çünki, onların əlaqəsi geniş olduğu üçün hər zaman yeni imkanlardan istifadə edə bilərlər.
Bir vaxt karyeranızı inkişaf etdirmək üçün əlaqələrinizdən istifadə etmək istəsəniz ilk olaraq tanıdıqlarınızın siyahısını tərtib etməli olacaqsınız. Bu siyahıya hər kəsin daxil edilməsi vacibdir.
İnsanların ən çox etdikləri səhvlər arasında onlardan tanışlarının siyahısını tərtib edilməsi istənildikdə çox az adamın əhatə olunduğunun şahidi oluruq. Çünki, onlar iş axtarışı haqqında düşündükləri zaman yalnız işgüzar əlaqədə olduqları insanları xatırlayırlar.
Bu isə doğru deyil. Sizin siyahıya aşağıdakı şəxslər daxil olmalıdır:
-
Ailə üzvləri, əmi və dayılar (uşaqları ilə birlikdə), xala və bibilər (uşaqları ilə birlikdə), ögey bacı və qardaşlar və s.
-
Dostlar: məktəb, universitet, müxtəlif dərnəklərdən;
-
Dostlarınızın dostları: məsələn, keçən il dostunuzun məclisində yanında oturduğunuz şəxs;
-
İş həmkarları; keçmiş və indikilər;
-
Mühasibiniz və ya şəxsi maliyyə məsləhətçiniz;
-
Qonşularınız;
-
Sizə xidmət edən bankda rəhbər vəzifəsində işləyən şəxs;
-
Sizin təsadüfi tanışlarınız.
Düşünə bilərsiniz ki, bu siyahıdakı bəzi insanlar boş vaxt sərfidi. Məsələn, bankınızda rəhbər vəzifədə işləyən bir şəxs sizə reklam sahəsində iş tapmağa necə kömək edə bilər? Ancaq sizə məlum olmayan bir fakt o ola bilər ki, bu şəxsin qardaşı artıq 15 ilə yaxındır ki, aparıcı işədüzəltmə şirkətində işləyir. Buna görə də təkrar edək ki, bu siyahıya həyatınıza daxil olan hər şəxsi qeyd etməyi unutmayın. İlkin siyahını hazırladıqdan sonra ağlınıza gələn yeni şəxsləri də buraya əlavə etməyi unutmayın.
Əlbəttə ki, adətən əlaqə yaradarkən sizə faydalı ola biləcəyi ehtimal edilən şəxslərdən başlayacağınız şübhəsizdir. Bununla belə nəzərdə tutmadığınız insanları da əhəmiyyətsiz hesab etməyin. Heç vaxt əmin ola bilməzsiniz ki, uğurlu iş axtarışında sizə ilk yol göstərən kim olacaqdır. Nəhayət dəqiq bilin ki, bu adlardan nə üçün istifadə etmək istəyirsiniz.
Dostları ilə paylaş: |