Köməkçilərlə dostluq edin
Nəzərə alın ki, köməkçilər təşəbbüs müraciətinizi qəbul edərkən sizə kömək edə bilər və ya əngəl törədə bilər. Onlar həm informasiya mənbəyi kimi çıxış edə bilər və ya müraciətinizi naməlum istiqamətlərə göndərə bilər.
Onların verdikləri informasiyaya aşağıdakılar daxil ola bilər:
-
sizə lazım olan şəxs haqqında ümumi məlumat: məsələn, onun adı və vəzifəsi.
-
seçilən insanın qısa karyera tarixçəsi: məsələn, o indiki vəzifəsində artıq neçə ildir ki, işləyir;
-
Hal-hazırda mövcud vakansiyalar haqqında məlumat;
-
Şöbədə işləyənlərin sayı.
Sizin dəqiqləşdirmək istədiyiniz informasiya həmin şəxsin nə dərəcədə məşğul olmağından, danışmağa meylli olmağından, şirkətin korporativ mədəniyyətindən (qeyri-adi suallara ehtiyatla yanaşmalarından) və şirkətdə işlədiyi müddətdən asılıdır.
Köməkçilərə qarşı nəzakətli və anlayışlı olmaq lazımdır. Ola bilər ki, onlar bəzi detalları müzakirə etmək istəməsinlər. Onları özünüzə qarşı kökləməyin. Əks təqdirdə bir neçə gündən sonra daxil olacaq məktubunuzun istiqaməti naməlum qalacaqdır. Lakin onları öz “oyununuza” daxil edə bilsəniz onlar sizə kömək edə bilərlər. Çünki, köməkçilər öz rəhbərlərinə təsir edə bilirlər. Əgər onlar sizin məktubunuzu rəhbərin diqqətinə çatdıra bilsələr o zaman sizin şansınız yüksələcəkdir.
Dostları ilə paylaş: |