Fəsil 5. Effektiv hazırlıq Əgər siz fantasitk dərəcədə “bəxtli” və ya çox sayda əlaqələrə sahib şəxs deyilsinizsə, o zaman iş axtarışında çevik ola bilməyəcəksiniz. Karyerasına başlamış bir çox adi insanlar üçün əldə etdikləri təcrübə onların iş axtarışını istiqamətləndirməsinə təsir edir. Əvvəllər və indi etdikləriniz sizə gələcəkdə nə edəcəyinizi müəyyən etməyə kömək edir.
Lakin sizin iş istiqamətinizi dəyişməkdən və növbəti mərhələdə “ideal” iş əldə etmək istəyinizdən asılı olmayaraq əvvəlcədən hazırlıqlı olmaq müvəffəqiyyət üçün ən effektiv üsullardan sayılır.