Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət
Görəcəyin işin üzərində ürəklə işlə. Daxili qüvvəni göstər və hər şeydən əvvəl özünə inan
Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?
Özünüzə inanın. Daxili qüvvə çox əhəmiyyətlidir. Bu dünyada çox bacarıqlara sahib ola bilərsiniz. Lakin özünüzə inamınız olmasa sizin əhvalınız pozular və unudulub gedərsiniz.
Başqalarında hansı keyfiyyəti axtarırsınız?
Doğruluq, ədalətlilik və xarakter göstərmək. Həmçinin üzünüzdə gülüşün olması.
Fəsil 8. Elan edilmiş vakansiyalar
Vakansiya yeni iş axtarmanın məlum mənbələrindən biri kimi hesab olunur. İndi gəlin baxaq, bu şansı öz xeyrinizə necə artıra və səmərəli edə bilərsiniz?
Mətbuat
İş elanlarının qəzetdə yerləşdirilmə metodu dünyada işə qəbulun geniş yayılmış üsullarından biri kimi hesab olunur. Rəhbər vəzifə də daxil olmaqla bütün vəzifələr ABŞ-da qəzetlərin tematik elan bölməsində yerləşdirilir. Böyük Britaniyada tematik bölmələrdə adətən nisbətən aşağı səviyyəli vakansiyalar göstərilir, idarəetmə vəzifələri isə iri formatlı modul elan şəklində verilir.
İstənilən halda, belə elanları nəzərdən keçirən zaman siz, iş təklif edənlərin hal-hazırkı yenilikləri və əmək bazarının cari tələbatlarının vəziyyəti ilə tanış ola bilərsiniz. Bəxtiniz gətirsə, burada istədiyiniz uyğun vakansiyanı tapa bilərsiniz.
Əksər ölkələrin milli qəzetlərində iş elanlarına xüsusi səhifə ayrılır. Bəzən belə elanların mövzusu həmin gün çap edilmiş əlavənin mövzusu ilə bağlı olur. Bəzi qəzetlərdə hər hansı sahəyə və ya iş tipinə istiqamətlənərək hər gün mövzular dəyişilir. Məsələn, Guardian qəzeti bazar ertəsi günləri KİV və yaradıcılıq işləri haqqında yazarkən, ayrı bir bölmədə bu sahədə olan vakansiyaları da qeyd edir. Financial Times qəzeti ikinci günlər mühasibat işi ilə bağlı məlumatlarla bərabər maliyyə sahəsində iş elanları barədə də məlumatlar yerləşdirir.
Müəyyən sahə ilə məşğul olan və ya ixtisaslaşmış qəzetlər də iş elanlarının çox qiymətli mənbəyi kimi hesab olunur. Peşəkar şirkətlərin gündəlik qəzetləri və jurnallarında da iş elanları olur. Özünüzə bu buraxılışları gündəlik gözdən keçirmə vərdişini aşılayın.
Indi isə əsas əfsanəni dağıdaq. Bir çox insanlar belə hesab edirlər ki, milli qəzetlərdə, məsələn Financial Times qəzetində verilən iş elanlarına cavab vermək düzgün deyil, çünki burda axın çox olur.
Yalandır!
Əksər elanlar, məsələn Financial Times-a orta hesabla 100 müraciət gəlir ki, bu da hər zaman eyni olmur. Ixtisaslaşmış mətbuatda və ya maliyyə qəzetlərində adətən vakansiyaya müraciət edənlərin sayı nisbətən az olur. Ümumilikdə təcrübə göstərir ki, əmək haqqı yüksək göstərilən iş elanlarına cavab verənlərin sayı digərlərinə nisbətən daha çox olur.
İş haqqında istənilən elanın mahiyyətindən asılı olmayaraq bir çox insanlar elə hesab edirlər ki, bu elana o qədər cavab gələcək ki, onların heç şansları yoxdur və onlar vakansiyaya reaksiya vermək cəhdi belə göstərmirlər. Beləliklə də, onlar işə götürülmə imkanından özlərini məhrum edirlər.
Dostları ilə paylaş: |