Əlaqələrdən effektiv istifadə edilməsi
Əlaqələrinizdən istifadə etmək üsulu sizə vacib olan məlumatın əldə edilməsində uğurunuzu ifadə edir. Əgər mümkündürsə “tədqiqat” işinizin böyük hissəsini telefonla aparmayın. Əgər sizin kollecdən olan köhnə dostunuz hal-hazırda Aberdin şəhərində (Şotlandiya), siz isə Kornuolle (İngiltərə) şəhərində yaşayırsınızsa o zaman sizin başqa seçiminiz qalmır. Lakin problem ondadır ki, telefon danışığı zamanı insan öz xahişini qısa olaraq ifadə etməli olur: “Mən sizə ona görə zəng edirəm ki, ......”. Siz deyə bilərsiniz ki, iş axtarmağa çalışırsınız. O isə öz növbəsində sizə heç cür kömək edə biməyəcəyini söyləyəcək. Bu isə itirilmiş əlaqə olacaqdır.
Şəxsi əlaqə
Sizin ən vacib edəcəyiniz şey şəxsən görüşə nail olmaqdır. Tutaq ki, görüşmək istədiyiniz şəxs sizin keçmiş iş yoldaşınızdır. Sizin münasibətləriniz bir o qədər yaxın olmaya bilər və istənilən telefon danışığı 10 dəqiqədən artıq çəkməyə bilər. Bununla belə ən qısa şəxsi görüşlər adətən yarım saata qədər uzana bilər. Belə bir görüş isə sizə əlavə olaraq 20 dəqiqə imkan təmin edəcəkdir. Həmçinin şəxsi görüşlər zamanı telefon danışığı ilə müqayisədə söhbətin istiqamətini rahat şəkildə dəyişərək istifadə edə biləcəyiniz potensial ideyalarınıza doğru yönəldə bilərsiniz. Beləliklə siz əlaqə quracağınız insanın qiymətli vaxtını nəzərə alaraq görüş təyin etməlisiniz. Siz ona birlikdə nahar etməyi və ya kofe içməyi təklif edə bilərsiniz.
Görüş zamanı əlbəttə ki, söhbətə sizin ümumi köhnə tanışlarınızı xatırlamaqdan başlaya bilərsiniz. Bu ilkin siyahıya əlavə etməyi unutduğunuz insanlar ola bilər. Onları o dəqiqə siyahıya əlavə etməyi unutmayın. Siz görüş zamanı xidmətlərinizi təklif edə biləcəyiniz müxtəlif sektorlar haqqında məlumat və hansı sahibkarlardan uzaq durmağınız haqqında məsləhətlər əldə edə bilərsiniz. Bu məlumatlar sizin tədqiqatınızı daha da dolğun edəcəkdir.
Əsas məqsədiniz hər görüşdən əhəmiyyətli dərəcədə yeni informasiya və ya heç olmazsa əlaqə qurula biləcək iki yeni insanın adını öyrənmək olmalıdır.
İdeal vəziyyət isə sizin tanışınızın sizə kömək edə biləcək bir neçə tanışının olduğunu söyləməsi olardı. Daha da yaxşısı tanışınız o şəxslərə zəng edərək sizinlə görüşə etiraz edib-etmədiklərini soruşmaq və qısa bir görüşü təşkil etmək olardı. Sizin kiməsə təqdim olunmağınız şansınızı yüksəldə bilər və ya heç olmazsa bu şəxsdən “yapışa” bilərsiniz.
Əgər kimdənsə sizin adınızdan zəng etməyinizi xahiş edən zaman bu xahişinizin həyata keçməsi üçün inadla çalışmalısınız. Daim məşğul olan şəxs bunu etmək niyyətində olsa belə qarışıqlıqda bunu unuda bilər. Ona 10 gün ərzində təkrarən zəng edəcəyinizi və lazım olan şəxsə zəng edə bilib-bilməyəcəyi haqqında xahiş edin. Əgər zəng edilməsə nəzakətlə bir həftə sonra sonra edəcəyinizi söyləyin.
Bu əlaqələrin qurulmasının əsas məqsədi mümkün işəgötürənə təşəbbüs məktubunun yazılması üçün yeni fikirlərin əldə edilməsidir.
Dostları ilə paylaş: |