IV mərhələ: İş təklifinin alınması Siz sonuncu mərhələdə uğur əldə etdikdən sonra və siz yekun müsahibəyə dəvət edildikdən sonra bunun da uğurla keçilməsi üçün əvvəl nümayiş etdirdiyiniz bacarıqları tətbiq edirsiniz. Bu mərhələdə işədüzəltmə mütəxəssisini bu vakansiyaya uyğun olduğunuzu əmin etməli, həmçinin bu işlə əlaqədar ruh yüksəkliyinizin olmasını qeyd etməlisiniz. Əgər nəticədə bu işi sizə təklif etsələr bu vəzifəni tutmaq üçün heç bir şübhələrə yer verməməlisiniz.
Bu o demək deyil ki, siz həqiqətən də bu təklifi alacağınız təqdirdə qəbul etməlisiniz. Daha sonra siz sakit şəkildə bu işin sizin üçün olduğunu təhlil edə bilərsiniz. Lakin müsahibə zamanı heç bir şübhəyə yer verməmək lazımdır!