Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət
Çətin sınaqlardan keçməyə hazır ol. səhv etməyə hazır ol. Lakin bunu bir dəfə et.
Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?
Bu məsləhətin sizin xoşunuza gələcəyindən əminsinizmi?
Başqalarında hansı keyfiyyəti axtarırsınız?
Sədaqətlilik, doğruluq, səmimilik, ürəkli işləmə bacarığı və səhv etməyə hazır olmağı.
Pru Leyt
Pru Leyt Parisdə təhsil almış əslən cənubi afrikalı qadındır. O karyerasına kulinar kimi başlamış və “Cordon Bleu” adlı yüksək ada sahib olmuşdur. O öz biznesinə Londondakı Earl Court məhəlləsindəki kiçik bir otaqlı mənzilində, ictimai iaşə sahəsində başlamışdır. Bu təvazökar başlanğıcın nəticəsi olaraq müvəffəqiyyətli restoran biznesi ortaya çıxmışdır. Onun hazırladıqları yeməklər şəxsən Kraliça Yelizavetanın süfrəsinə verilirdi. Pru Leyt eyni zamanda tanınmış yazıçı və jurnalistdir.
Dostları ilə paylaş: |