Bu töVSİYƏLƏr haqqinda



Yüklə 268.3 Kb.

səhifə1/4
tarix29.05.2017
ölçüsü268.3 Kb.
  1   2   3   4

 

BU TÖVSİYƏLƏR HAQQINDA 

Naşir: ÜTMF Azərbaycan Ofisi (WWF-Azərbaycan)  

Dərc olunma tarixi və yeri: 2015, Bakı 

Bütün mümkün səhvlər və çatışmazlıqlara görə naşir tam 

məsuliyyət daşıyır. 

Müəllif: Mayk Qarfors, Beynəlxalq Meşəçilik eksperti  

Redaktor: Mathias Lixtenberger (WWF-Almaniya), Malxaz 

Dzneladze (WWF-Qafqaz) 

Töhfə verənlər:  Siranuş Qalstyan, Artur Alaverdyan, Cabbar 

Qəribov, Giorgi Beruçashvili, Merab Maçavariani 

Bu sənədin məzmununa görə    Cənubi Qafqazda meşələrin 

transformasiyası vasitəsilə iqlim dəyişikliyinə qarşı meşə 

ekosistemlərin bərpa olunma qabiliyyətinin artırılması layihəsi 

təkbaşına məsuliyyət daşıyır və heç bir yolla Avropa İttifaqının 

baxış və görüşlərini əks etdirməsi şəklində təfsir oluna bilməz 

(DCI-ENV/2010/221391). 


 

İXTİSARLARIN SİYAHISI 

BMU Təbiətin və  Ətraf Mühitin Mühafizəsi, Nüvə

Reaktorlarının Təhlükəsizliyi üzrə Federal

Nazirlik 

CO

2



 karbon 

dioksid 


ENP Avropa 

Qonşuluq Siyasəti 

ENPI Avropa 

Qonşuluq və Tərəfdaşlıq Aləti  

ENRTP 

Enerji Tematik Proqramı daxil olmaqla Ətraf 



mühit və  Təbii Ehtiyatların Davamlı  İdarə 

edilməsi (Avropa İttifaqının) 

Aİ Avropa 

İttifaqı 

BMQKTT Birləşmiş Millətlərin Qida və  Kənd Təsər-

rüfatı Təşkilatı 

FTSC 

layihəsi 



“Cənubi Qafqazda  meşələrin iqlim dəyişik-

liyinin təsirlərinə dayanıqlığını artırmaq məq-

sədilə meşə plantasiyalarının transformasi-

yası” layihəsi 

GHG Istixana 

qazları 


Ha Hektar 

Km Kilometr 

WWF Ümumdünya 

Təbiəti Mühafizə Fondu 

BMU Təbiətin və  Ətraf Mühitin Mühafizəsi, Nüvə 

Reaktorlarının Təhlükəsizliyi üzrə Federal

Nazirlik 

 


 

MÜNDƏRİCAT 

Bu tövsiyələr haqqında..............................................................1 

İxtisarların siyahısı........................................................... .........2 

Mündəricat ................................................................................3 

Ön söz....................................................................................... 6 

1 Giriş ................................................................................... 8 

2 Cənubi Qafqazın meşələri ..................................................9  

2.1 Meşə növləri ...............................................................9 

2.2 Meşələrin əhəmiyyəti ...............................................10 

Karbon saxlancı ................................................................11 

Torpaq və su hövzələrinin mühafizəsi .............................11 

Meşə məhsulları ...............................................................11 

Mədəniyyət və sağlamlıq .................................................11 

3  İqlim dəyişikliyi və onun regionun meşələrinə təsiri .......12 

3.1 Bügünkü 

günə  qədər regionun iqlimində baş verən 

dəyişikliklər .........................................................................12 

3.2 

İqlimdə proqnoz olunan gələcək dəyişikliklər .........13  



3.3 

İqlim dəyişikliyi meşələrə necə təsir edir .................14 

3.3.1  Temperaturda, yağıntılarda, külək və rütubətdə 

dəyişikliklər ......................................................................14 

3.3.2 Ekstremal hava şəraitlərinin daha sıx baş verməsi...15 

3.3.3 Daha tez-tez baş verən və dağıdıcı yanğınlar ..........15 

3.3.4 Həşəratların və  xəstəliklərin daha müntəzəm və 

kütləvi çoxalması ..............................................................15 



 

3.3.5 Geniş yayılmış  ağac cinsləri  üçün daha əlverişli 



şərait 

.................................................................................166 

3.4  İqlim dəyişikliyinin Cənubi Qafqazda meşələrə 

təsiri...166 

4  İqlim dəyişikliyinin meşələrə  təsirinin azaldılması üçün 

strategiyalar .............................................................................18 

4.1 

Reaktiv adaptasiya planlaşdırılan adaptasiya ...........18 



4.2 Planlaşdırılan adaptasiya tədbirləri ..........................19 

4.2.1 Meşələrin təbii adaptasiya potensialının artırılması.20 

4.2.2 Yanğından mühafizə və nəzarət təcrübələrinin qəbul 

edilməsi............................................................................ 

200 

4.2.3 Ziyanvericilərin və  xəstəliklərin qarşısının alınması 



və nəzarət olunması təcrübələrinin qəbul olunması .........21 

4.2.4 Seyrələn və kəsilmiş meşə massivlərinin idarə olun-

ması üçün aqrotexniki tədbirlərin qəbul olunması ...........22 

4.2.5 Adaptiv idarəetmənin tətbiqi ...................................22 

4.3 Avropa 

ittifaqı ölkələrində meşə transformasiyası ...25 

5  Regionun süni salınmış meşələrini iqlim dəyişikliklərinə 

daha dayanıqlı edəcək transformasiya tədbirləri üzrə  təcrübi 

tövsiyələr .................................................................................27 

5.1 Transformasiya 

tədbirlərinin planlaşdırılması .........31 

Addım 1 – Perimetrin hüdudlarının cızılması.................. 33 

Addım 2a – Meşələrin tədqiq edilməsi, eləcə də kateqori-


 

yaların müəyyənləşdirilməsi və ayrılması ......................33 



Addım 2b –  Sahə  dəyərləndirilməsinin həyata keçirilməsi 

..........................................................................................35 

 

Addım 3 – Potensial meşə tərkibinin müəyyən edilməsi..35 



Addım 4 – Transformasiya strategiyası haqqında qərar 

verlməsi ............................................................................36 

Addım 5 – Mühafizə metodu, sahənin hazırlanması  və 

səpin/əkin metodları üzrə qərar veriməsi .........................37 

Addım 6 – Gözlənilən aqrotexniki və qulluq tələblərinin 

göstərilməsi ......................................................................38 

5.2 Meşə transformasiya planı .......................................40 

5.3 Yerli 

insanların cəlb olunması ..................................44 

6 Xülasə və gələcəyə baxış ..................................................45 

İstinadlar .................................................................................47 

 

 



 

ÖN SÖZ 

İqlim modelləşdirilməsinin nəticələri göstərir ki, region 

Cənubi Qafqaz regionu orta illik temperaturlarda  davamlı 

artım və daha aşağı orta illik yağıntılarla üzləşə bilər. Regionda 

həmçinin ekstremal hava hadisələrinin daha sıx baş verməsi 

gözləniləndir. Bölgənin ağac cinslərinin böyüyüb inkişaf edə 

biləcəyi coğrafi zonalar yerdəyişməyə  məruz qalacaq, digər 

tərəfdən, regionun ağac cinslərinin meşələri bəsləməkdən 

məhrum olduğu həmin hissələri öz həyat qabiliyyətini 

itirəcəkdir. Nəticə etibarilə, bu meşələr bölgə insanlarının asılı 

olduğu ekosistem xidmətlərini təmin etməyə artıq qadir 

olmayacaq, yaxud da bu xidmətləri daha az miqdarda təmin 

edəcəkdir. 

Bu tövsiyələrin məqsədi Cənubi Qafqaz ölkələrində, yəni 

Azərbaycan, Ermənistan və Gürcüstanda meşələrin iqlim 

dəyişikliklərinə planlaşdırılan adaptasiyasını  dəstəkləməkdir. 

Bu tövsiyələr proqnoz olunan iqlim dəyişikliklərinin regionun 

meşələrinə  təsirlərini və meşə idarəçilərinin bu təsirləri 

azaltmaq üçün həyata keçirə biləcəyi strategiyaları təsvir edir, 

bununla meşələrin eko-sistem funksiyalarının dayanıqlılığına 

yardım etməyə çalışır. Tövsiyələrdə  təsvir olunan təcrübi 

tədbirlər xüsusilə  də süni salınmış meşə massivlərinin iqlim 

dəyişmələrinin təsirlərinə daha dayanıqlı olmasına 

hədəflənmişdir. 

Tövsiyələr  əsasən meşə mütəxəssislərinə yardımçı olmaq 

məqsədilə hazırlanmış, lakin eyni zamanda elm adamları  və 

səlahiyyətli şəxslər üçün maraqlı ola bilər. Bu tövsiyələr WWF 

tərəfindən 2011-ci ildə  dərc olunmuş Meşələrin Bərpası üzrə 

Tövsiyələr (Meşələrin Bərpası üzrə Tövsiyələr, 2011) əsasında 

tərtib olunmuşdur. 

Bu tövsiyələr sənədli materiallar əsasında hazırlanmış 

tədqiqata və  2012-2014-cü illərdə  həyata keçirilmiş “Cənubi 


 

Qafqazda meşələrin transformasiyası vasitəsilə iqlim 



dəyişikliyinə qarşı meşə ekosistemlərin bərpa olunma 

qabiliyyətinin artırılması” layihəsindən  əldə olunmuş  əyani 

təcrübəyə  əsaslanmışdır. Layihə Avropa İttifaqı  tərəfindən 

dəstəklənmiş və WWF -Almaniya və onun tərəfdaş təşkilatları 

–  WWF-Qafqaz, WWF -Ermənistan və WWF - Azərbaycan 

tərəfindən həyata keçirilmişdir. Biz bu dəstək və  tərəfdaşlığa 

görə səmimi təşəkkürlərimizi bildiririk. 

WWF - Almaniya, WWF - Qafqaz, WWF - Ermənistan və 

WWF Azərbaycan hazırkı tövsiyələrlə bağlı istənilən  əlavə 

təkmilləşmə  təkliflərinə açıqdır və bu tövsiyələrin geniş 

miqyasda mümkün icrasından məmnun olacaqdır. 

Matias Liştenberger Qafqaz Program əməkdaşı, WWF - 

Almaniya   

 

 



 

1



 

GİRİŞ 

WWF 2011-2014-cü illər ərzində Enerji Tematik Proqramı 

daxil olmaqla ətraf mühit və  təbii sərvətlərin dayanıqlı idarə 

olunması  təşəbbüsü çərçivəsində  Aİ-nın maliyyə  dəstəyi ilə 



“Cənubi Qafqazda meşələrin transformasiyası vasitəsilə iqlim 

dəyişikliyinə qarşı meşə ekosistemlərinin bərpa olunma 

qabiliyyətinin artırılması” layihəsini həyata keçirmişdir. 

Layihə meşələrin transformasiya metodlarını Cənubi Qaf-

qazın Ermənistanda iki, Azərbaycanda iki və Gürcüstanda iki 

məntəqə olmaqla toplam 6 məntəqədə pilot layihə olaraq 

sınaqdan keçirmişdir. Transformasiya tədbirləri ümumilikdə 

448 hektar sahədə  həyata keçirilmişdir. Bu tövsiyələr həmin 

sahələrdə əldə olunan təcrübələr əsasında hazırlanmışdır. 

İlk olaraq, regiondakı meşə landşaftları haqqında qısa 

icmal verilmişdir.  İcmalın ardınca regionun iqliminin necə 

dəyişdiyinə dair hesablamalar və iqlim modellərindən alınan 

proqnozlar  əsasında gələcəkdə iqlimin necə olacağı barədə 

şərhlər verilir. Daha sonra təlimatlar iqlim dəyişmələrinin 

meşələrə təsirini və Cənubi Qafqazın iqlimində proqnoz olunan 

dəyişikliklərin regionun meşələrinə təsirini təsvir edir. Ardınca 

təlimatlar iqlimdə proqnoz olunan dəyişiklikləri və müxtəlif 

ağac cinslərinin gələcək iqlim şəraitlərinə münasibliyini nəzərə 

almaqla meşə transformasiya tədbirlərini təsvir və izah edir. 

Biz ümid edirik ki, müşayiətedici sənəd olan  “Meşələrin 

Bərpasi üzrə Tövsiyələr”lə birlikdə bu tövsiyələr də faydalı 

olacaq və Qafqaz regionda və ya digər bölgələrdə  həyata 

keçiriləcək oxşar səylər üçün ilhamverici  amil olacaqdır. 


 

2



 

CƏNUBİ QAFQAZIN MEŞƏLƏRİ 

2.1

 

Meşə növləri 

Meşələr Cənubi Qafqaz ölkələrinin 4 milyon hektar 

ərazisini tutmaqla hər üç ölkənin ümumi torpaq və daxili su 

hövzələrinin 22% təşkil edir: Ermənistan 332 min hektar 

(11.17%), Azərbaycan 990 min hektar (11.4%), Gürcüstan 

2,793 min  hektar (40.7%) (QKTT, 2010a) meşə sahəsinə 

malikdir. Regionun iqlim zonalarının geniş müxtəlifliyi torpaq 

süxurlarının və relyefin rəngarəngliyi ilə birlikdə  fərqli meşə 

formasiyalarının inkişafı üçün əlverişli şərait təmin etmişdir.  

Hektar sahəsinə görə  fıstıq (Fagus orientalis) ağacları 

meşələrdə üstünlük təşkil etməklə meşə sahəsinin demək olar 

ki, yarısını tutur. Palıd (Quercus) meşələri  əvvəllər geniş 

yayılmış olsa da, kənd təsərrüfatı, üzümçülük və meyvəçilik, 

eləcə  də mal-qaranın otlaq məqsədləri üçün təmizlənməsi 

nəticəsində  əhəmiyyətli dərəcədə azalmışdır.  Şabalıd ağacları 

(Castanea) tez-tez vələs (Carpinus) və  fıstıq ağacları ilə 

birlikdə Gürcüstanın Kolxic rayonunun dağlıq və dağətəyi 

rayonlarda və  Şərqi Böyük Qafqazın bəzi yerlərində mövcud 

olan meşələri təşkil edir. Şabalıd tarixən intensiv kəsilmələrə 

məruz qalmış  və bunun nəticəsində öz ərazisini  əhəmiyyətli 

dərəcədə azaltmaqla bərabər qalan ağacların da sağlamlığına 

zərər vurmuşdur. Tünd iynəyarpaqlı meşələr  şam (Abies 



nordmanniana), küknar (Picea orientalis) və  fıstıqla qarışıq 

küknar ağaclarından ibarət olmaqla Şərqi Gürcüstanın qərb 

rayonlarında yayılmış və onlara meşə zonasının orta və yuxarı 

hissələrində rast gəlinir.  Şam ağaclarından ibarət açıq 

iynəyarpaqlı meşələr  əsasən Kür çayı hövzəsinin yuxarı 

axınında yayılmışdır. 

Regionda bir sıra digər müxtəlif meşə növləri yayılsa da 

onlar meşənin ümumi sahəsinin yalnız kiçik bir hissəsini təşkil 

edir. Bu meşələr ağcaqayın (Acer spp.), ağcaqayın və qarağac 


10 

 

(Ulmus spp.), cökə  (Tilia cordata) və  qızılağac (Alnus spp.) 



ağac cinslərindən təşkil olunmuşdur. Meşə zonasının yüksək 

dağlıq hissələrində  "əyri meşələr" adlanan meşələr qayın 

(Betula spp.), dağ göyrüşü (Sorbus caucasigena), dağ 

ağcaqayını (Acer trautvetteri) ağaclarından ibarətdir. Bölgənin 

quru  şərq və  cənub-şərq hissələrində yayılan seyrək meşələr 

ardıc (Juniperus spp.), püstə  (Pistacia mutica), söyüdyarpaqlı 

armud (Pyrus salicifolia) və Gürcüstan ağcaqayını  (Acer 

ibericum) ağac cinslərindən ibarətdir. Aşağı çay vadilərində 

çaybasar meşələrə rast gəlinir və bu meşələr ümumən  gətirmə, 

bataqlıq və ya nəm torpaqlarda böyüyən  qara qovaq (Populus 

zənci) və  ağyarpaq qovaq (və ya gümüşü) (Populus alba), 

qızılağac (Alnus barbata), göyrüş (Fraxinus excelsior), saplaqlı 

palıd (

Quercus robur)

  və çöl qarağacı  (



Ulmus foliacea

cinslərindən təşkil olunub. 



Regionun təbii meşə formasiyalarına əlavə olaraq, 1990-cı 

illərdə müxtəlif məqsədlər, o cümlədən torpaq eroziyası 

riskinin azaldılması, qonşu icmalar üçün odun yanacağının 

təchizatı üçün yaradılmış 198 min hektar süni salınmış meşə 

sahələri mövcuddur. Ermənistanda təqribən 55,000 hektar, 

Azərbaycanda təqribən 59,000 hektar, Gürcüstanda isə 84,000 

hektar meşə sahələri salınmışdır. 

2.2

 

Meşələrin əhəmiyyəti 

Regionun meşələri bir sıra səbəblərə görə vacibdir: 



Biomüxtəliflik. Cənubi Qafqaz müvafiq olaraq Qafqaz 

ekoregionunun tərkib hissəsi olmaqla ÜTF-in 35 “prioritet 

əraziləri”ndən biridir və Konservasiya üçün Beynəlxalq 

Komitə tərəfindən 34 “biomüxtəliflik yeri”ndən biri olaraq Yer 

Kürəsində  ən zəngin, eyni zamanda ən çox təhlükəyə  məruz 

qalan flora və fauna aləmi kimi tanınmışdır. Meşələr bio-

müxtəliflik üçün regionun ən vacib biomu olmaqla bitki 

aləminin çoxlu nadir endemik və relik cinslərinə qucaq açır, 



11 

 

eləcə  də dünya üzrə nadir və  nəsli kəsilmək təhlükəsi ilə 



üzləşmiş heyvanlar üçün yaşayış arealı təmin edir. 

Karbon saxlancı. 2010-cu ildə cənubi Qafqazın meşələri 

yer səthində biokütlədə 225 milyon ton karbon tutmuşdur 

(FAO 2010b), bu isə 2013-cü ildə dünya üzrə karbon-dioksid 

emissiyalarının təqribən 2.5%-nə  bərabərdir (Oliver və d. 

2013). Regionun meşə ehtiyatlarının qorunması bu səbəbdən 

iqlim dəyişikliyinin yumşaldılmasına mühüm töhfə verir.  



Torpaq və su hövzələrinin mühafizəsi. Meşələr tor-

paqların və su ehtiyatlarının mühafizəsində  əvəzedilməz rol 

oynayır. Meşələrin məhvi tez-tez eroziyaya, daşqın risklərinin 

artmasına və su qıtlığına gətirib çıxarır. Nizamsız yağıntı  

normaları  və daha uzun quraqlıq dövrləri ilə müşayiət olunan 

iqlim dəyişikliyi ilə meşələrin təmin etdiyi xidmətlər daha 

vacib əhəmiyyət kəsb etməyə başlayır. 

Meşə  məhsulları. Regionun meşələri yanacağın vacib 

mənbələrindən biridir. Bir tədqiqata  əsasən 2010-cu ildə 

Ermənistanda ev təsərrüfatlarının 61%-i hələ  də odundan 

yanacaq kimi istifadə etmişdir (Yunger və Fripp 2011). Kənd 

ərazilərində yerləşən ev təsərrüfatları  şəxsi istifadə  və satış 

məqsədi üçün meşələrdən qoz, giləmeyvə  və göbələk yığır. 

Gürcüstanın meşələri nisbətən kiçik, lakin yerli səviyyədə 

vacib emal sənayesinə dəstək verir.   



Mədəniyyət və sağlamlıq. Regionun meşələri istirahət, 

təhsil və digər sosial fəaliyyətlər üçün imkanlar təmin edir. 

Meşələr vacib tarixi bağlara və ya xüsusi mədəni (o cümlədən 

müqəddəs) dəyərlərə malik ola bilər. 



12 

 

3



 

İQLİM DƏYİŞİKLİYİ  VƏ ONUN REGİONUN 

MEŞƏLƏRİNƏ TƏSİRİ 

3.1

 

Bügünkü günə qədər regionun iqlimində baş 

verən dəyişikliklər 

Cənubi Qafqaz ölkələrinin hamısı, yəni Ermənistan, 

Azərbaycan və Gürcüstan  statistik cəhətdən son keçən 

yüzillikdə orta illik temperaturun, orta günlük minimal 

temperaturun və orta günlük maksimal temperaturun artması 

meyllərini göstərir. Ermənistanda və Azərbaycanda yerləşən 

meteoroloji stansiyaların təqribən yarısı  və Gürcüstandakı 

stansiyaların dörddə biri isə illik temperaturda statistik olaraq 

əhəmiyyətli tendensiyalar göstərir. Demək olar bütün 

meteoroloji stansiyalar isti havaların müddətində artımlar 

qeydə almışdır, belə ki, həm 25 ºC  yuxarı olan ardıcıl günlərin 

sayında, həm də 20 ºC  yuxarı olan ardıcıl gecələrin sayında 

artım müşahidə edilmişdir (BMİP 2011). 

Ermənistanın BMT-nin İqlim Dəyişikliyi üzrə  Çərçivə 

Konvensiyasına göndərdiyi  2-ci milli hesabatında əvvəlki 80 il 

ərzində illik yağıntı miqdarının 6% azaldığı bildirilir (MNP-

AM 2010). Azərbaycanın təqdim etdiyi hesabatda demək olar 

ki, bütün bölgələrdə orta illik yağıntı miqdarının uzunmüddətli 

normadan aşağı olması  və orta hesabla 9.9% aşağı düşməsi 

göstərilir; fərqlər xüsusilə  də Kür-Azar ovalığında (14.3% 

enmə), Gəncə-Qazax (17.7% enmə) zonasında və Naxçıvan 

bölgəsində (17.1% enmə) özünü daha qabarıq göstərir (ETSN-

AZ 2010). 

Ermənistan təhlükəli hidro-metereoloji hadisələrin inten-

sivliyində və tezliyində artım olduğunu xəbər verir. 1975-2005-

ci illəri  əhatə edən dövrdə  təhlükəli hidro-metereoloji 

hadisələrin ümumi sayı ildə 1.2 hal olaraq artmışdır və eyni 

dövrün son 20 ilində (1985-2005) bu artım özünü ildə 1.8 hal 

şəklində göstərmişdir (MNP-AM 2010). 


13 

 

Bu dəyişikliklərin karbon qazı (CO2) və istixana qazları 



(İQ) kimi tanınan digər  antropogen emissiyalar səbəbindən 

törəməsi barədə geniş elmi konsensus mövcuddur. İqlim 

modelləri artıq atmosferə buraxılmış  əlavə istixana qazları, 

həm də  gələcək emissiyalar nəticəsində yaranan iqlim 

dəyişikliklərini müxtəlif labüdlük dərəcələri ilə proqnoz 

etməyə imkan verir. 



3.2

 

İqlimdə proqnoz olunan gələcək dəyişikliklər 

Cənubi Qafqaz ölkələrinin hər biri modelləşdirmə əsasında 

yağıntı  və temperaturda gözlənilən dəyişikliklər üzrə 

proqnozlarını UNFCC-yə göndərdikləri 2-ci milli hesabatlarda 

təqdim etmişlər. Verilən bütün proqnozlar hazırki əsrin sonuna 

qədər orta illik temperaturların əhəmiyyətli dərəcədə artacağını 

göstərir. A2 emissiya ssenarisi üzrə proqnozlar belə olmuşdur

1



Qərbi və  Şərqi Gürcüstanda müvafiq olaraq 1.8 ºC-5.2 ºC və 

3.5 ºC-4.9 ºC; Ermənistanda 4 ºC - 5.1 ºC; və Azərbaycanda 3 

ºC-6 ºC.  

Temperatur üçün verilən proqnozlar aydın ifadə olunsa da, 

yağıntılar üçün verilən proqnozlarda ziddiyyətlər olmuşdur. Bir 

model Gürcüstanın qərbində  və Azərbaycanda illik yağıntı 

miqdarında artım proqnozu vermiş, eyni zamanda  Gürcüstan 

üçün digər bir model yağıntı miqdarında azalma proqnoz edir.   

Əvvəlki dövrlərin iqlim göstəricilərini məntiqi tərzdə 

simulyasiya edən dörd Ümumi Sirkulyasiya Modelindən 

(ÜSM) götürülmüş proqnozlardan istifadə etməklə sonradan 

aparılmış  tədqiqat (UNDP 2011) hər üç ölkə üçün yağın-

tılardakı azalmanı gözəl əks etdirmişdir: A2 emissiya ssenarisi 

                                                 

1

 GHG emissiyaları ssenarisi gələcəkdəki vəziyyəti izah edən və aparıcı qüvvələrin gələcək emissiya 



nəticələrinin təhlil olunması və əlaqəli qeyri-müəyyənliklərin dəyərləndirilməsi baxımından alternativ 

şəkil və ya  süjet xətti rolunu oynayır.  A2 süjet xətti və ssenari ailəsi son dərəcə  heterogen dünyanı 

təsvir edir.  Əsas mövzu özünə inam və yerli cinslərin qorunmasıdır. Region boyunca münbitlik 

modelləri çox yavaş uzlaşır və bu da qlobal populyasiyanı davamlı olaraq artırır.  İqtisadi inkişaf 

əsasən regiona istiqamətlənmişdir və adambaşı iqtisadi artım və texnoloji dəyişiklik digər ssenarilərlə 

müqayisədə daha dağınıq və yavaş  baş verir. (IPCC 2000) 



14 

 

fonunda əsrin sonuna Ermənistanda 20-31%, Azərbaycanda 5-



23% və Gürcüstanda 0-24%. Seçilmiş dörd ÜSM-lərə  əsasən 

və A2 emissiya ssenarisindən istifadə etməklə 2050-i ildə orta 

illik temperaturda proqnoz olunan dəyişikliklər belədir: 

Ermənistan 1.1 ºC – 1.9 ºC, Azərbaycan 1.0 ºC – 1.6 ºC, 

Gürcüstan 0.9 ºC – 1.9 ºC. Eynilə  2100-cü ilə proqnoz olunan 

artım daha dramatikdir: Ermənistan 4.4 ºC - 5.5 ºC, 

Azərbaycan 3.6 ºC - 4.1 ºC və Gürcüstan 4.1 ºC - 5.5 ºC. 




  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə