BüDCƏNİn mahiYYƏTİ, funksiyalari, BÜDCƏ quruluşu və Sİstemi, AZ B quruluşU, priNSİPLƏRİ


Unitar dövlətlərdə büdcə sistemi iki həlqədən ibarət olur-dövlət büdcəsi və yerli büdcələr



Yüklə 17,97 Kb.
səhifə3/4
tarix03.04.2023
ölçüsü17,97 Kb.
#92820
1   2   3   4
Sənəd (2) (31) (2)

Unitar dövlətlərdə büdcə sistemi iki həlqədən ibarət olur-dövlət büdcəsi və yerli büdcələr. Unitar dövlətin büdcə sistemi bir və ya bir neçə həlqədən ibarət olsa da, əsas ağırlıq məhz mərkəzi hökumətin üzərinə düşür. Bir qayda olaraq əsas nəzarət funksiyasını mərkəzi hökumət həyata keçirir.

  • Federativ ölkələrdə büdcə sistemi üç həlqədən: mərkəzi federal büdcədən, federasiyaya daxil olan subyektlərin büdcələrindən və yerli (bələdiyyə) büdcələrdən ibarətdir.

  • Konfederativ dövlətlərin büdcələri konfederasiyaya daxil olan dövlətlərin üzvlük haqları hesabına formalaşır. Bu dövlətlərin konfederasiya üzvlərinin öz büdcələri və vergi sistemi fəaliyyət göstərir.

    AR büdcə quruluşu onun dövlət quruluşu ilə müəyyən edilir və AR Konstitusiyası ilə təsbit edilir. AR Konstitusiyasının 7-ci maddəsinə uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. AR-nın ərazisində fəaliyyət göstərən büdcələrin məcmusu büdcə sistemini təşkil edir. AR-nın büdcə sistemi unitar dövlətin büdcə quruluşunun prinsiplərinə əsaslanır. AR-nın büdcə sistemi AR-nın maliyyə sisteminin tərkib hissəsidir.
    Büdcə sistemi haqqında ARnın qanunvericiliyi AR-nın Konstitusiyasından, "Büdcə sistemi haqqında" Qanundan, hər bir büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanundan, digər qanunlardan və normativ-hüquqi aktlardan, habelə ARnın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. AR büdcə sistemi AR Dövlət büdcəsindən, Naxçıvan MR-in büdcəsindən və yerli hakimiyyət orqanlarının, o cümlədən bələdiyyələrin büdcələrindən ibarətdir. Yerli hakimiyyət orqanlarının büdcələri respublika tabeliyində olan rayonların, şəhərlərin büdcələri və onların müvafiq bələdiyyələrinin büdcələrindən ibarətdir.
    AR-nın büdcə sisteminin fəaliyyəti bir sıra prinsiplərə əsaslanır. Büdcə quruculuğu zamanı bu prinsiplərə əməl edilməsi mütləqdir. "Büdcə sistemi haqqında" AR Qanununda büdcə sisteminin iki prinsipi- vahidlilik və müstəqililik prinsipləri müəyyən edilmişdir. Deməli, AR büdcə sistemi bu sistemə daxil olan büdcələrin vahid prinsiplər əsasında fəaliyyətinə və onların müstəqilliyinə əsaslanır. Bu prinsiplər bir qayda olaraq unitar dövlətlər üçün xarakterikdir.
    Yüklə 17,97 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin