İlk bügel protezi 1916-cı ildə həkim Hummor tərəfindən istifadə olunub
Bügel protezinin tarixi 1930-cu ildə vitalium, niranium kimi ərintilərin ilk dəfə olaraq karkasda işlənməsidir.
1940-cı ildə kauçuk bazis plastmas ilə əvəz olundu
1980-ci ildə implantasiya metodu bügel protezinin quruluşunu daha da estetik cəhətdən yaxşılaşdırır.
Bügel protezi bütün digər konstruksiyalar kimi həm kliniki, həm də laboratoriyada müəyyən şəraitdə hazırlanır.
Bügel protezləri hissəvi çıxan protez olub – metal qövsdən, bazisdən, süni dişlərdən, qarmaqlardan və ya başqa tutucu elementlərdən ibarətdir.
Hazırlanan bügel protezi müəyyən tələblərə cavab verməlidir : Çeynəmə funksiyasını bərpa etməli Estetik olmalı və tələffüzü bərpa etməli Möhkəm və etibarlı olmalı Güclü fiksasiya olmalıdır
Protezin hazırlanma texnikası bir neçə aparat, avadanlıq, alət və materialların köməyi ilə həyata keçirilir.
Qövs birləşdirici, dayaq və stabilləşdirici funksiyanı yerinə yetirir. Bügel protezinin ölçüsü çənənin quruluşundan aslıdır
Bügel protezin əsas xüsusiyyəti selikli qişaya toxunmamasıdır.
Bügel protezinin metal elementi karkasdır
Bu da qişanın zədələnməsinə imkan vermir. Qövsü simmetrik formada düzəldirlər.
Qövs ilə selikli qişa arasında 0.7-1 mm məsafə olur.
Üst çənədə qövsün eni 5-10 mm, qalınlığı 1.5-2 mm-dir.
Bügel protezinin əsas xüsusiyyəti çeynəmə yükünü həm dayaq dişlərdə, həm də selikli qişa arasında paylaşmalıdır.