Sual 30:Bulud texnologiyalarından elektron təhsildə istifadə perispektivləri haqqında umumi məlumat verin.- Bu gün bulud texnologiyaları bütün inkiiaf etmiş ölkələrdə fəal tətbiq edilir. O, biznes, idarəetmə, tədris və elmi tədqiqatlar üçün prinsipial yeni, iqtisadi səmərəli imkanları təmin edir.Bulud xidmətləri təhsil məqsədləri ilə effektiv istifadə edilə bilərlər. Bunlar həm tələbələrin, həm də müəsissələrdə işləyən əməkdaşların tədris prosesində səmərəli təşkilinə imkan verir. Bulud texnologiyalarının təhsildəistifadəsi nümunəsi kimi elektron gündəlikləri, elektron jurnalları, tələbələr və müəllimlər üçün şəxsi kabinetləri və s. göstərmək olar.Bulud texnologiyaları tədris prosesində informasiya texnologiyalarının bu növünün bütün nailiyyətlərindən istifadə etməklə, müxtəlif növ sosial proqram təminatına əlyetərliyini təşkil etməyə imkan verir, mobil tədrisin təşkili üçün platforma rolunu oynayır . Bu halda, bulud texnologiyalarının istifadəsi tədris prosesində xərcləri azaltmağa, tədris planlarının operativ dəyişməyə, tədris materiallarına birgə əlyetərliyinin təmin edilməsinə imkan yaradır. Tədqiqatçılar təhsildə bulud hesablamalarının aşağıdakı üstünlüklərini fərqləndirirlər:Ehtiyat surətçıxarma (hətta kompüter sıradan çıxsa da buludda verilənlər saxlanılır);• Saxlama. Bulud texnologiyaları istifadəçilərə bütün tip verilənlərin hamısını saxlamağa imkan yaradır;• Əlyetərlik. Bütün verilənlər mobil qurğular vasitəsi ilə əlyetərdir; Əməkdaşlıq. Bulud bir neçə istifadəçiyə eyni zamanda işləməyə imkan verir, bu funksiyanın köməyi ilə qrup layihələri yaradıla bilər.Tapşırıqların təşkili. Tələbələr öz tapşırıqlarını buludda saxlaya bilərlər,.
31) Elektron kitabxana mühitində bulud texnologiyalarının tətbiqi prosesi haqqında məlumat verin E-kitabxanalar istifadəçilərə kitabxana xidmətlərindən yararlanmaq üçün ev və ofislərindən birbaşa həmin kitabxanalara daha rahat və təkmilləşdirilmiş giriş imkanı verir. Yəni, istifadəçilər kitabxananın təklif etdiyi kitabları oxuya, araşdırma apara bilər və bu səbəbdən də e-kitabxana inkişaf yönümlü texniki avadanlıq və proqram təminatı ilə təchiz olunmuş platforma hesab olunur. Lakin zəif infrastruktur, yüksək xərclər və bahalı proqram təminatları bu kitabxanaların inkişafına və istifadəsinə mane olan səbəblərdəndir. Bulud texnologiyaları e-kitabxanaların fəaliyyətinin idarəedilməsi üçün səmərəli yolları təmin etməklə qeyd edilən problemləri həll edə bilər. Diqqət yetirsək, kitabxana-informasiya mühitində müxtəlif tip arxitekturalı inteqral kitabxana sistemlərində (turnkey, hosted, stand-alone,SaaS/Cloud, open source və s.) daha çox tətbiq edilən platformalardan biri də ”SaaS” xidmətləridir. Bu platforma üzərindən xidmətlərini təklif edən şirkət hər bir müştəri üçün ayrılmış “bulud” hissəsi təklif edir, burada təklif edilən “buludlar” kitabxanaların növündən, əlaqələrindən və s. asılı olaraq əlaqəli “korporativ” və ya “individual” da fəaliyyət göstərə bilərlər. Bu yolla digər bir məsələ kimi virtual informasiya mübadiləsinin, digər kitabxanalarla əməkdaşlığın qurulması mümkünlüyü reallaşır. Bir çox şirkətlər kitabxanaların veb saytlarını təklif edir, bəzən bu xidmət digər əlavə xidmətlərin təşkil edildiyi halda ödənişsiz həyata keçirilir. Burada toplanan, emal olunan və istifadəyə təqdim olunan məlumatların mütəmadi olaraq ehtiyat nüsxələri götürülür, proqram təminatı və s. texniki məsələlər həll edilir. İkinci halda e-kitabxana özü bulud xidmətlərini təşkil edir. . İaaS xidmətinə ümumi iqtisadi baxımdan nəzər salsaq, qeyd edilən xidmətin tətbiq istiqamətləri son dövrlərdə yüksələn tempdə inkişaf etməkdədir və bir çox elmi elektron bazalar (elmi e- kitabxanalar) qeyd edilən model formatında informasiya resurslarını istifadəyə təqdim edirlər.