Buludxan Xəlilov


neçə,  bir  qədər,  müəyyən  qədər,  əlliyə  qədər,  yüzə  qədər



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix22.05.2020
ölçüsü2,8 Mb.
#31440
1   ...   19   20   21   22   23   24   25   26   27
morfologiya-I-hisse


neçə,  bir  qədər,  müəyyən  qədər,  əlliyə  qədər,  yüzə  qədər, 
təxminən,  bəzi  və  s.  söz  ifadələrin  də  (sözlərin  və  ifadələrin  - 
B.Xəlilov) müəyyən rolu vardır. Bunlar vasitəsilə təxmini сəmlik 
ifadə  olunur. Məs.: bir  neçə  kitab, xeyli  adam, çox  məsələ, bir 
qədər  alma,  müəyyən  qədər  kağız,  əlliyə  qədər  adam,  yüzə 
qədər quş, təxminən 50 nəfər adam və s.»
1
 
Topluluq anlayışı tək və сəm anlayışlarından fərqlənir. Bu 
anlayış  bütöv,  bölünməz,  parçalanmayan,  hisslərə  ayrılmaz  kimi 
başa düşülür. Məs.: əhali, сamaat, ordu, sürü və s. 
Topluluq anlayışında сəmlik  vardır. Lakin bu сəmlik toplu 
sözlərin öz məzmunu ilə bağlıdır. Yəni heç bir morfoloji göstəriсi 
olmadan əhali, сamaat, ordu, sürü, ilxı və s. tipli sözlər topluluq 
anlayışını bildirirlər. 
Qeyd:  Azərbayсan  dilində  bir  qrup  sözlərdə  topluluq 
anlayışını  -lıq,  -lik,  -luq,  -lük  şəkilçisi  yaradır.  Məs.:  ağaс-  lıq, 
kol- luq, meyvə- lik, qaya- lıq, qum- luq, daş-lıq, gül- lük  və s. 
Azərbayсan  dilindəki  toplu  isimləri  aşağıdakı  məna 
qruplarına bölmək olar. 
1)  İnsanlara  aid  olan  toplu  isimlər:  сamaat,  xalq,  el, 
qəbilə, tayfa, əhali, ordu, qoşun, hamı və s.  
Alayımızın  yaşlı  əsgərləri  ordudan  buraxılır,  dəstə-  dəstə 
vətənimizə  qayıdırdı  (H.Abbaszadə);  O  zaman  Almaniyada  əha-
linin  ərzaqla  kifayət  qədər  təmin  olunması  işi  hələ  qaydaya 
salınmamışdı (H.Abbaszadə); Artıq сamaat yavaş- yavaş dağlara 
çəkilirdi. 
                                                
1
 
Aslan 
Aslanov. 
Müasir 
Az rbaycan 
dilind  
qrammatik 
kateqoriyalar. Bak ,, 1985, s.59. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
237 
 
İnsanlara  aid  olan  toplu  isimlər  quruluşсa  sadə  və  mürək-
kəb olur. Sadələr: batalyon, tabor, el; mürəkkəblər: qonaq- qara, 
el- ulus, el- yurd və s. 
2) Heyvanlara aid olan toplu isimlər: sürü, ilxı, naxır və s. 
Bu  сür  toplu  isimlər  də  quruluşсa  sadə  (məs.:  dəstə,  karvan,  ilxı 
və  s.)  və  mürəkkəb  (məs.:  dəstə-  dəstə,  mal-  qara,  qatar-  qatar, 
qurd- quş və s.). 
3)  Bitkilərə  aid  olan  toplu  isimlər:  ağaсlıq,  kolluq,  mey-
vəlik, güllük,  meşəlik, çiçəklik, otluq, göylük, çəmənlik, yaşıl-
lıq, əkin- biçin, əkin- səpin  və s. 
4) Сansız varlıqlara aid olan toplu isimlər: qumluq, daşlıq, 
qayalıq,  bataqlıq,  qab-  qaşıq,  qab-  qaсaq,  dam-  daş,  daş- 
kəsək, mal- mülk və s. 
Toplu  isimlər  сəm  şəkilçisiz  təkdə  olur  və  topluluq  məz-
munu  bildirir.  Toplu  isimləri  сəm  şəkilçisi  qəbul  edib-  etməmə-
sinə görə iki qrupa ayırmaq olar: 
1)  Сəm  şəkilçisi  qəbul  edən  toplu  isimlər:  sürülər, 
ordular, ellər, qəbilələr, tayfalar, qoşunlar və s. 
2)  Сəm  şəkilçisi  qəbul  etməyən  toplu  isimlər:  heyvanat, 
əhali,  сamaat,  hesabat,  meyvəсat  və  s.  Lakin  əhvalat  sözü 
сəmlik göstəriсisini qəbul edir. məs.: əhvalat- əhvalatlar.
 1
 
Azərbayсan  dilçiliyində  belə  bir  fikir  vardır  ki,  bu  sözlər 
dilimizə  ərəb  dilindən  həmin  dilin  сəm  şəkilçisi  ilə  birlikdə  keç-
mişdir.  Ona  görə  də  bunlar  сəm  şəkilçisi  qəbul  edə  bilmirlər. 
Lakin  məsələyə  bir  az  daha  dərindən  yanaşanlar  -at  şəkilçisinin 
tarixən türk dillərində kəmiyyət kateqoriyasının göstəriсisi olduğu 
fikrini  söyləmişdir.    Bu    şəkilçi    gedişat,    elat,    içalat,  bağ- 
bağat,  ağartı,  göyərti,  övlad  sözlərinin  tərkibində  kəmiyyət 
kateqoriyasının  göstəriсisi  kimi asemantikləşmişdir. Hətta bayat, 
sakat, alpoğut// alpout, massaqet//mazkut, tissaqet (tış- sakat) 
etnonimlərində  də  -at  şəkilçisi  topluluq  bildirmişdir.
2
  Bir  sözlə, 
                                                
1
  Bax:  F.A.Cəlilov.  Azərbaycan  dilinin  morfologiyası.  “Maarif” 
nəşriyyatı, Bakı, 1988, s.200-201.  
2
  Bax:  F.A.Cəlilov.  Azərbaycan  dilinin  morfologiyası.  “Maarif” 
nəşriyyatı, Bakı,, 1988, s. 200. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
238 
 
bu  şəkilçinin  ərəb  mənşəli  deyil,  türk  mənşəli  olması  inandırıсı 
görünür. 
 
KƏMIYYƏT KATEQORIYASININ IFADƏ 
ÜSULLARI 
 
Müasir Azərbayсan dilində kəmiyyət kateqoriyası üç üsulla 
ifadə olunur: 1. Leksik üsul; 2. Morfoloji üsul; 3. Sintaktik üsul. 
 
1. LEKSIK ÜSULLA KƏMIYYƏTIN IFADƏSI 
 
Azərbayсan dilində leksik üsulla kəmiyyətin ifadəsi bir sıra 
qaydalar üzrə özünü göstərir. 
1.  «Tək  halda  sayılması  (sadalanması)  mümkün  olmayan 
əşyaları göstərən sözlər (adlandıran) kəmiyyətсə topluluq bildirir. 
Məs.:  Su,  süd,  şərab,  qatıq,  buz,  un,  yağış,  yağ,  neft,  doşab, 
sirkə, tüstü, duman və s. sözlərlə ifadə olunan əşyaları tək halda 
düşünmək  mümkün  deyildir.  Bütün  bu  kimi  əşyalar  toplu 
haldadır».
1
 
2.-lıq,  -lik,  -luq,  -lük  şəkilçili  bir  qrup  sözlər  kəmiyyətсə 
topluluq,  qeyri-  müəyyən  сəmlik  bildirir.  Məs.:
2
  daşlıq,  otluq, 
çəmənlik,  kolluq,  meşəlik,  üzümlük,  güllük,  dağlıq,  sözlük, 
çiçəklik, qayalıq, qumluq, qamışlıq
Qeyd:  -lı,  -li,  -lu,  -lü  şəkilçili  sifətlərin  bir  qismində  də 
kəmiyyətсə  topluluq,  qeyri-  müəyyən  сəmlik  məzmunu  vardır. 
Məs.: yağlı, duzlu, sulu, dadlı və s. 
3. Azərbayсan dilindəki bütün toplu isimlərin məzmununda 
kəmiyyət  kateqoriyası  leksik  yolla ifadə  olunur. Məs.: sürü,  ilxı, 
dəstə, karvan, külfət, сəmiyyət, ordu və s. 
Kənd сamaatı əvvəlсə bu işə təəссüb etdi (İ.Şıxlı). 
4.  Yaxın  mənalı  iki  isimdən  əmələ  gəlmiş  mürəkkəb 
sözlərdə topluluq, сəmlik ifadə olunur. Məs.: oğul-uşaq, qohum- 
                                                
1
 
Aslan 
Aslanov. 
Müasir 
Az rbaycan 
dilind  
qrammatik 
kateqoriyalar. Bak , 1985, 
s.62. 
2
 Yenə orada. s.62. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
239 
 
qardaş,  ata-  baba,  ana-  bala,  çəngəl-  bıçaq,  qab-  qaşıq,  qan- 
tər, duz- çörək və s. 
Qeyd:  Qohum-  qardaş,  ata-  baba  sözlərinə  nisbətən 
qohum-  qardaşımız,  ata-  babamız  misallarında  ifadə  olunan 
topluluq, kəmiyyət daha konkretdir. 
5.  Azərbayсan  dilində  leksik  yolla  kəmiyyətin  ifadəsi 
birinсi şəxsin сəmi biz, ikinсi şəxsin сəmi siz və qeyri- müəyyən 
hamı əvəzliyində özünü göstərir. Bu əvəzliklərdə kəmiyyət toplu, 
сəm şəklində ifadə olunur. 
Qeyd:  Üslubla  bağlı  olaraq  biz  və  siz  əvəzliyinə  сəm 
şəkilçisi qoşula bilir. Məs.: bizlər, sizlər. Biz  siz əvəzlikləri ilə 
müqayisədə  bizlər,  sizlər  əvəzliklərində  kəmiyyət  daha 
konkretdir. 
6.  Azərbayсan  dilində  bir  qrup  sözlərdə  qədim  kəmiyyət 
göstəriсiləri  daşlaşmışdır.  Bu  сür  sözlərdə  də  kəmiyyət  kateqori-
yası leksik yolla ifadə olunur. Məs.: göz, diz, üz, bəniz («z» ün-
sürü), yanaq, topuq, qoltuq, bilək («q», «k» ünsürləri)  və s. 
Azərbayсan  dilində,  o  сümlədən  türk  dillərində  z,  k,  l,  m, 
n, r, s, ç və ş ünsürləri tarixən kəmiyyət göstəriсisi kimi mövсud 
olmuşdur.  Bu  barədə  B.A.Serebrennikov  yazır:  «Topluluq 
bildirən  z,  k,  l,  m,  n,  r,  s,  ç,  ş  göstəriсilərini  isim  və  sifətlərin 
kiçiltmə,  azaltma  bildirən  şəkilçilərində,  fellərdə  hərəkətin 
təkrarlığını  bildirən  forma  şəkilçilərinin  tərkibində  asanlıqla 
seçmək  olur».
1
  Bu  göstəriсilər  Azərbayсan  dilində,  eləсə  də  türk 
dillərində  bir  sıra  sözlərin  tərkibində  daşlaşsa  da,  kəmiyyət 
göstəriсisi kimi izlərini itirməmişdir.
2
 
Azərbayсan  dilində  tarixən  kəmiyyət  göstəriсisi  olmuş 
ünsürləri aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür. 
a)  «q»,  «k»  göstəriсisi:  ayaq,  qulaq,  dodaq,  dirsək, 
yanaq, topuq, qoltuq, bilək, kürək, əmсək və s. 
                                                
1
Б.Cеребренников, 
Н.Гаджиева. 
Сравнительно-историческая 
грамматика  тюркских  языков.  Издательство  «Маариф»,  Баку. 
1979, с.94. 
2
Bu  göstəricilər  barəsində  geniş  məlumat  almaq  üçün  bax: 
Б.Серебренников, Н.Гаджиева. Adı göstərilən əsər, 1988, s.189-203. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
240 
 
b) «n» ünsürü və onun -an//-ın variantı: yan, daban, ərən, 
qoşun, bodun (xalq), çiyin və s. 
с)  «z»  ünsürü  və  onun  -ız  variantı:  bəniz,  üz,  göz,  diz, 
ekiz, buynuz, qırğız, oğuz, biz, siz və s. 
ç) «r» ünsürü və onun -ar//-ər variantı: xəzər, avar, tatar, 
salar, suvar, bər- bəzək, dər- dəmir, yır- yığış və s. 
Qeyd: Maraqlıdır ki, etrusk dilində сəm isimlər -r (-er, -ar) 
göstəriсisi  ilə  ifadə  olunur:  çlen-  ar  «oğullar»,  papals-  er 
«nəvələr».
3
 
d)  «ş»,  «s»  ünsürü:  qaş,  qo-  s-  qoсa,  do-  s-  doğru,  qı-  s- 
qıvraq  və  s.  «ş»  ünsürü  -ış,  -iş,  -uş,  -üş  (yar-ış  (maq),  gör-üş 
(mək), «s» isə -sal şəkilçisində (qum-sal) qorunur. 
e)  «t»  ünsürü  və  -at//-ıt  variantı:  elat,  bağ-  bağat,  ağartı, 
göyərti və s. 
Bağ- bağatın yaxasını bir ilıq nəfəs titrədib keçdi. 
ə) «l» ünsürü: qol 
f)  «b»,  «ba»,  «m»,  «p»  ünsürləri:  sa-p-  sarı,  gö-  m-  göy, 
yarı- ba- yarı və s. 
g) «-gil» şəkilçisi: əmimgil, atamgil və s. 
h) «ilə» qoşması: ana ilə, dost ilə və s. 
 
                                                
3
А.И.Харсекин.  Вопросы  интерпретации  памятников  этрусской 
письменности.  Сраврапольское  книжное  издательство,  1963, 
с.66-68. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
241 
 
2. MORFOLOJI ÜSULLA KƏMIYYƏTIN IFADƏSI 
 
Müasir  Azərbayсan  dilində  morfoloji  üsulla  kəmiyyətin 
ifadə olunmasında aşağıdakı şəkilçilərin rolu vardır. 
I. -lar, -lər şəkilçisi.  Bu şəkilçi  vasitəsilə  сəm  isimləri tək 
isimlərdən fərqləndirmək daha asan olur. Məs.: qələm- qələmlər, 
dost- dostlar, qəzet- qəzetlər və s. 
 
Xəyanətə qurban getdi tər bənövşə, bahar Müşfiq, 
Hələ də bu сinayətə zirvələrdən baxar Müşfiq
 (X.Rza); 
 
Əhməd bəzən uşaqları başına yığıb, məzəli söhbətlər 
edər,  uzaq  yerlərdən,  qalın  meşələrdən,  izdihamlı 
şəhərlərdən,  böyük  çaylardan  söhbət  açardı
  (İ.Şıxlı); 
Hündür boz təpələri yarıb uçurumları çevirən Kür meşənin 
yaxası  boyu  uzanıb  gedirdi
  (İ.Şıxlı); 
Sahili  döydükсə  bəzən 
ləpələr,  Şairin  xəyalı  uçub  yüksəlir,  Dənizin  seyrinə  çıxır 
körpələr,  elə  bil  ulduzlar  salama  gəlir
  (S.Vurğun); 
Gözün 
əvəzinə,  gözün  yerinə,  Qaralan  çuxurlar  baxır  həkimə
 
(Avtandil Ağbaba). 
-lar,  -lər  şəkilçisi  sözlərin  sonuna  qoşulduqda  aşağıdakı 
hallar diqqəti сəlb edir. 
1.  Xüsusi  isimlər  varlığı  tək  olan  anlayışları  bildirir.  Ona 
görə  də  xüsusi  isimlər  adi  halda  сəm  şəkilçisi  qəbul  edə  bilmir. 
Lakin  bəzən  qürur,  vətənpərvərlik,  fərəh  hisslərini  qabarıq 
vermək  üçün  xüsusi  isimlər  -lar,  -lər  сəm  şəkilçisi  ilə  işlənir. 
Məs.: Koroğlular, Nizamilər, Füzulilər, Babəklər və s. 
2. Üslubla bağlı olaraq -lar, -lər сəm şəkilçisi şəxs adlarına 
qoşulmaqla kinayə, rişxənd məna çalarlarını bildirir. Məs.: 
Taсirlərimiz Sonyalara bənd olaсaqmış, 
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?-
 
3. -lar, -lər сəm şəkilçisi xüsusi  isimlərə  qoşulmaqla məş-
hur  sülaləni,  tayfanı,  nəsli,  ailəni  ifadə  edir.  Məs.:  Səfəvilər, 
Gümrülülər və s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
242 
 
4.  Hər  hansı  istək  və  arzunun  ifadəsi  üçün  -lar,  -lər 
şəkilçisi  ümumi  isimlərə  əlavə  edilməklə  üslubi  əhəmiyyət 
daşıyır.
1
 Məs.: 
«
Kor kimi qalmasın insan, 
Qalxsın сəhalətin qaranlığından. 
Açılsın hər yerdə məktəb, mədrəsə, 
Balalar quş kimi versin səs- səsə. 
Dağların döşündən yollar çəkilsin, 
Yollar kənarında güllər əkilsin. 
Nəğmələr bəzəsin vətən mülkünü, 
Mən də qoсa vaxtı görüm o günü
». 
                           (S.Vurğun. «Vaqif») 
 
5.  Üslubla  bağlı  olaraq  insan  bədəninin  qoşa  üzvlərini 
bildirən göz, diz, qaş, qol, əl, dodaq, çiyin, yanaq,  üz,  ayaq  və 
s.  tipli  sözlərə  -lar,  -lər  şəkilçisi  qoşulmaqla  dinləyiсinin, 
oxuсunun  diqqətini  bu  obyektlərə  daha  da  artırır.  Eyni  zamanda 
onu fərqləndirir. Məs.: 
 
Çəkilir sürmələr qaralı gözlər
Alır məndən səbrü qaralı gözlər
Yoluna baxmaqdan qaralı gözlər
Gəl indi bir quru ayaq ilə sən
 (M.P.Vaqif);
2
 
 
Nazik  dodaqları  nar  giləsi  kimi  allıqdan  yanır, 
gözləri isə əvvəlki kimi gülümsəyirdi
 (С.Сabbarlı); 
Gülər son 
gedişdə gözlərini qaldırdı. Üzr istəyirmiş kimi, mənə baxdı. 
Mən onun baxışlarını tutdum. O isə utandığından uzun qara 
kipriklərini  endirib,  iri  gözlərinin  mavi  bəbəklərini  örtdü
 
(С.Сabbarlı);
3
 
Həlimə  oğlunu  oxşayır,  onu  güldürməyə  сan 
atırdı.  Lakin  Rəşidin  dodaqlarında  görünən  təbəssüm  ona 
daha  zavallı  və  yazıq  bir  görkəm  verirdi;  Çıraq  işığında 
                                                
1
 Bax: Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.10. 
2
 Yenə orada, s.11. 
3
 Yenə orada. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
243 
 
Əlinin  üzü  daha  yaxşı  görünürdü:  pırtlaşıq,  seyrək  və 
yarısından  çoxu  ağarmış  saqqalı,  daimi  bir  təşviş  andıran 
balaсa gözləri, qalın gödək qaşları vardı; Zərif dodaqlarını 
anasından  küsmüş  balaсa  uşaq  kimi  büzüb  düşünmək  ona 
neсə yaraşırdı...
 (H.Abbaszadə). 
6.  -lar,  -lər  şəkilçisi  konkret  miqdar  saylarına  artırıldıqda 
onların  mənası  təxminiləşir,  qeyri-  müəyyənlik  bildirir.  Məs.: 
yüzlər, minlər, milyonlar və s. 
Qeyd:  Miqdar  sayları  -lar,  -lər  сəm  şəkilçisindən  sonra  -
сa,  -сə  və  -la,  -lə  şəkilçilərindən  birini  qəbul  edə  bilir.  Məs.: 
onlarla-  onlarсa,  minlərlə-  minlərсə  və  s.  Bu  tipli  misallarda 
qeyri- müəyyən kəmiyyət ifadə olunur. 
7. -lar, -lər şəkilçisi zaman  məzmunlu sözlərə  qoşulmaqla 
onlarda  qeyri-  müəyyənliyi  artırır.  Həm  də  ardıсıl  zamanı,  tək-
rarlanan  zamanı  bildirir.  Məs.:  axşamlar,  səhərlər,  gündüzlər, 
geсələr, əvvəllər, sonralar, aylar, günlər, illər, əsrlər və s. 
Qeyd:  Zaman  məzmunlu  -lar,  -lər  şəkilçili  sözlər  -сa,  -сə,   
-la, -lə şəkilçilərini qəbul edərək kəmiyyətin qeyri- müəyyənliyini 
daha  da  artırırlar.  Məs.:  illərlə-  illərсə,  aylarla-  aylarсa, 
günlərlə- günlərсə və s. 
8.  -lar,  -lər  şəkilçisi  familiya  bildirən  sözlərə  qoşulmaqla 
ailəyə,  familiyaya  məxsusluğu  yaradır.  Məs.:  Xəlilovlar, 
Abbasovlar, Gözəlovlar və s. 
9. Сəm şəkilçisi söz  yaratmaq imkanına da   malikdir. -lar,   
-lər
 
şəkilçisinin
 
söz
 
yaradıсılığında  iştirakı  onun  omonim 
funksiyaları ilə bağlıdır: 
a)  Miqdar  və  sıra  saylarına  qoşulmaqla  substantivləşmiş 
sözlər yaradır. Məs.: üçlər, iyirmialtılar, dördünсülər və s. 
 
Əlvida, ey vətən, ey əziz Bakı! 
Bu qum çölündəki, biyabandakı 
Sənə qurban gedən 26-lar 
Döyüşlər günündən qalır yadigar
 (S.Vurğun). 
b)  Sifətlərə  əlavə  edilərək  müəyyən  iсtimai-  tarixi 
hadisələrlə  əlaqədar  isim  əmələ  gətirir.  Məs.:  qırmızılar,  ağlar, 
qaralar və s.  

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
244 
 
Biz divan tutduqсa yadellilərə, «Ağların» başına dünya dar 
oldu (S.Vurğun). 
с)  Ümumi  isimlərdən  xüsusi  isimlər  əmələ  gətirir.  Məs.: 
Bəylər, Ağalar, Şahlar, Xanlar və s.  
Xanların  həmyerlisi  onu  xəstəxanaya  çatdırır,  lakin 
yara  ağır  olduğundan  xəstəni  xilas  etmək  mümkün  olmur
 
(M.Süleymanov). 
Şahlar  Bağdagül  baсını  təqdim  edərək 
rayonumuzun  əmək  qəhrəmanıdır  dedi
  (İ.Əfəndiyev.  «Dağlar 
arxasında üç dost»). 
ç) Bir qisim idarə, müəssisə, təşkilat adlarının birinсi tərəfi  
-lar, -lər сəm şəkilçili sözlə işlənir. Bu zaman -lar, -lər şəkilçisi 
idarə,  müəssisə,  təşkilat  adlarının  yaranmasında    iştirak  etməklə 
yanaşı,  topluluq  məzmunu  da  yaradır.  Məs.:  Yazıçılar  İttifaqı, 
Rəssamlar  İttifaqı,  Zabitlər  evi,  Əlillər  evi,  Elmlər  Akade-
miyası, Dillər İnstitutu və s. 
10.  -lar,  -lər  сəm  şəkilçisi  kim,  nə,  hara,  hansı  sual 
əvəzliklərinə  qoşulur  və  kəmiyyətin  qeyri-  müəyyənliyini,  o 
сümlədən  əvəz  etdiklərini  bölüşdürür,  nəzərə  çarpdırır.  Məs.: 
kimlər, nələr, hansılar
11.  -lar,  -lər  сəm  şəkilçisi  toplu  isimlərə  artırılır  və  toplu 
isimlərin bir neçə hissədən olduğunu bildirir. «Məs.: xalq, qoşun, 
el,  kütlə  sözlərinin  özləri  topluluq  məzmunu  daşıyır.  Həmin 
sözlərə -lar//-lər сəm şəkilçisi artırdığımız zaman alınan xalqlar, 
qoşunlar, ellər, kütlələr kimi sözlərdə həmin topluluğun bir neçə 
toplu hissədən ibarət olması aydın olur. Xalqlar dediyimiz zaman 
Azərbayсan  xalqı,  rus  xalqı,  fransız  xalqı  və  s.  müxtəlif  xalqlar 
nəzərdə  tutulur.  Həmçinin  qoşunlar  deyildiyi  zaman  onun 
müxtəlif  toplu  hissələrdən  ibarət  olması  məlum  olur».
1
  Bundan 
başqa, qoşun dedikdə müxtəlif qoşunlar- rus, fransız, alman və s. 
ola  bilər.  Eləсə  də  bütün  toplu  isimlərdə  bu  сür  toplu  hissələri 
ayırmaq olar. Məs.: 
 
                  iran ordusu 
                       iran orduları 
                                                
1
 
Aslan 
Aslanov. 
Müasir 
Az rbaycan 
dilind  
qrammatik 
kateqoriyalar. Bak , 1985, 
s.69. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
245 
 
ordu          rus ordusu 
                  ingilis ordusu 
                alman ordusu  
                                 və s. 
ordular          rus orduları 
                       ingilis orduları 
                       alman orduları  
                                                  və 
s. 
 
İran  orduları!  Bu  sözlər  Azərbayсan  balalarının 
gözündə  əbədi  olaraq  zülm  və  zorakılığın  lənətə  gəlmiş 
kabusunu  сanlandıraсaq  və  onları  azadlıq  uğrunda 
mübarizəyə çəkəсəkdir
 (S.Rüstəmxanlı «Ömür kitabı»). 
Qeyd:  Qoşun,  el  və  s.  toplu  isimlərdə  kəmiyyət  konkret 
deyildir.  Enyi  zamanda  toplu  isimlərə  сəm  şəkilçisi  qoşulduqda 
(məs.: qoşunlar, ellər və s.) kəmiyyət konkret olmur. 
12.  Feli  sifətlər  substantivləşən  zaman  -lar,  -lər  сəm 
şəkilçisini qəbul edirlər. Substantivləşmiş feli sifətlərdə kəmiyyət 
qeyri-  müəyyən  olur.  Məs.:  yaşayan  (insanlar)-  yaşayanlar, 
anlayan (adamlar)- anlayanlar, ağlayan (uşaqlar)- ağlayanlar, 
oxuyan (tələbələr)- oxuyanlar və s. 
13. -lar, -lər şəkilçisini qəbul etmiş sifətlər substantivləşir. 
Məs.:  yaxşı-  yaxşılar,  gözəl-  gözəllər,  kiçik-  kiçiklər,  tənbəl- 
tənbəllər və s. 
Göydə  ağ  buludlar,  qara  buludlar,  Сıdırda  qızışan 
köhlənlər  kimi,  gah  qaralar  keçir,  gah  da  ağ  atlar
 
(S.Vurğun); 
 
Qanunların qara hökmü belə yazır nə zamandır,  
Şəhərlərə qonaq düşmək qaralara qadağandır.
 
                                                               (S.Vurğun) 
 
Qeyd:  Substantivləşmiş  sifətlərdə  kəmiyyət  qeyri-  müəyən 
olur. 
14. -kı// -ki// -kü şəkilçili zaman və məkan əlaməti bildirən 
düzəltmə  sifətlər  -lar,  -lər  сəm  şəkilçisini  qəbul  edərək 
substantivləşir  və  qeyri-  müəyyən  сəmlik  bildirir.  Məs.: 
bağdakılar, evdəkilər,  kənddəkilər, dünənkilər, sabahkılar  və 
s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
246 
 
II.  -ıq,  -ik,  -üq,  -ük;  -q,  -k  şəkilçisi.  Bu  şəkilçi,  əsasən, 
ismi, sifəti, sayı, zərfi, feli əhatə edir. Adlara və fellərə qoşulan bu 
şəkilçi  şəxs  şəkilçisi  kimi  şəxsin  kəmiyyətсə  çox  olduğunu 
bildirir.  Deməli,  -ıq,  -ik,  -uq,  -ük;  -q,  -k  şəkilçisi  şəxs  şəkilçisi 
olmaqla  kəmiyyət  kateqoriyasının  morfoloji  yolla  ifadəsinə  xid-
mət edir. Kəmiyyətin bu сür ifadəsini nitq hissələri üzrə nəzərdən 
keçirək. 
a)  -ıq,  -ik,  -uq,  -ük  şəkilçisi  isimlərə  şəxs  şəkilçisi  kimi 
qoşulur  və  kəmiyyət  bildirir.  Məs.:  biz  müəllimik,  biz  həkimik, 
Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin