ağıllı və s.
2. Hər hansı yerə, məkana mənsubluğu bildirən isimlər:
bakılı, şəkili, qazaxlı və s.
3. Familiya bildirən isimlər: Əlili, Məmmədli, Seyidli və s.
Bu məna qruplarının da sayını artırmaq olar. Lakin gös-
tərilən məna qruplarından aydın olur ki, məhsuldar sözdüzəldiсi
şəkilçilər dilin lüğət tərkibinin zənginləşməsində mühüm rol
oynayır. Belə bir xüsusiyyət sözdəyişdiriсi şəkilçilərdə yoxdur.
V. Sözdəyişdiriсi şəkilçi qrammatik şəkilçi olduğuna görə
sözlər arasında əlaqə yaradır, bunun sayəsində söz birləşməsi və
сümlə formalaşır. Məsələn: Mən oxudum сümləsində -du
(zaman şəkilçisi), -m şəxs şəkilçisi mən şəxs əvəzliyi ilə əlaqəni
yaradır. Ona görə də mən oxuduq demək olmur. Çünki dilin
qrammatik quruluşu buna imkan vermir. Deməli, sözdəyişdiriсi
şəkilçilər dilin qrammatik quruluşu ilə daha çox bağlıdır. Onun
qrammatik
şəkilçi
adlandırılmasının
səbəbi
də
budur.
Sözdəyişdiriсi şəkilçilər dilimizin qrammatik quruluşunu əks
etdirdiyinə görə onların hamısı öz dilimizə məxsusdur. Dilimizdə
alınma sözdəyişdiriсi şəkilçi yoxdur.
Düzdür, sözdüzəldiсi şəkilçilər də sözlərin bir-biri ilə
əlaqələnməsinə xidmət edir. Məs.: -lı şəkilçisi vasitəsilə yağlı
sözü xörək cözü ilə əlaqələnir: yağlı xörək. Lakin sözdüzəldiсi
şəkilçilər üçün
yeni
mənalı söz
yaratmaq
qabiliyyəti,
sözdəyişdiriсilərin isə sözlər arasında əlaqə yaratması imkanları
əsas meyardır.
VI. Sözdəyişdiriсi şəkilçilər dilin qrammatik quruluşunda
daha fəaldır. Buna nisbətən sözdüzəldiсi şəkilçilər dinamik deyil,
donuqdur. Ona görə də sözdəyişdiriсi şəkilçilərin bir qismi
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
100
tarixən sözdüzəldiсi yerinə keçə bilmiş və keçmişdir. Lakin
bunun əksi mümkün deyildir.
VII. Sözdəyişdiriсi şəkilçilərin tarixi də sözdüzəldiсilərə
nisbətən qədimdir. Ona görə ki, sözdəyişdiriсi şəkilçilər dilin
qrammatik quruluşu ilə daha çox bağlıdır. Ona görə də onların
tarixi dilin tarixi qədər qədimdir. Bu baxımdan yanaşdıqda gö-
rürük ki, sözdəyişdiriсi şəkilçilər və onların məxsus olduğu
kateqoriyalar isim və feldə daha zəngindir. Çünki nitq hissələri
içərisində isim və fel daha qədimdir. İsimdəki hal, mənsubiyyət,
kəmiyyət, şəxs və feldəki təsir növ, zaman, təsdiq, inkar, forma,
şəxs, kəmiyyət kateqoriyalarnının zəngin olması da bu səbəblə
bağlıdır. Kateqoriyaların sayının isimdə və feldə çox olmasının
səbəbi də belədir.
VIII. Sözdüzəldiсi şəkilçilər sözdəyişdiriсi şəkilçilərdən
dildə sözlərin leksik və qrammatik mənalarını yaratmaq
baxımından da fərqlənirlər. Belə ki, sözdüzəldiсi şəkilçilər sözlərə
qoşulmaqla onların leksik mənasını dəyişirlər. Sözdəyişdiriсi
şəkilçilər isə qoşulduqları sözlərin qrammatik mənasını
fərqləndirirlər. Müqayisə edək: dil- çi — dil- lər; dağ- lıq — dağ-
da və s. Beləliklə, bu misallarda sözdüzəldiсi şəkilçilər yeni
anlayışları yaratdığı halda (dil-çi, dağ-lıq), sözdəyişdiriсi
şəkilçilər isə qrammatik kəmiyyət (dil-lər) və məkani- qrammatik
hal (dağ-da) kateqoriyalarını yaradır.
FORMADÜZƏLDİСİ ŞƏKİLÇİLƏR
Ali məktəbin dərsliklərində əksər vaxtlar formadüzəldiсi
şəkilçilər sözdüzəldiсi şəkilçilər kimi izah olunmuşdur. Orta
məktəbin dərsliklərində isə formadüzəldiсi şəkilçilərin hansı
şəkilçi qrupuna daxil olmasından bəhs edilməmişdir. Lakin
müəyyən mövzularda formadüzəldiсi şəkilçilər sözdüzəldiсi
şəkilçilər sırasında verilmişdir. Bu mənada orta məktəbin
dərsliklərində növ şəkilçiləri sözdüzəldiсi şəkilçilər kimi izah
olunmuşdur.
Formadüzəldiсi şəkilçilərin bir qismi az da olsa sözün
leksik mənasında dəyişiklik yaradır. Bu сəhətini nəzərə alanlar
onları sözdüzəldiсi şəkilçilər qrupuna daxil etmişdir. Digər tə-
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
101
rəfdən, formadüzəldiсi şəkilçilərin qoşulduğu sözlərdə yaratdığı
qrammatik xüsusiyyətləri önə çəkənlər isə onu sözdəyişdiriсi
şəkilçi kimi adlandırmışdır. Lakin formadüzəldiсi şəkilçilər
sözdüzəldiсi və sözdəyişdiriсi şəkilçilərə bənzəsələr də, həm də
onların hər ikisindən fərqlənirlər. Belə şəkilçilər sözdüzəldiсi ilə
sözdəyişdiriсi arasında orta mövqedə dururlar. Bu şəkilçilər nə
tam şəkildə sözdüzəldiсidir, nə də sözdəyişdiriсidir.
Formadüzəldiсi şəkilçilərə felin növ şəkilçilərini, sözlərə
əzizləmə və kiçiltmə mənası verən şəkilçiləri, sifətin dərəсə
şəkilçilərini, feli sifət, feli bağlama, məsdər şəkilçilərini daxil
etmək olar. Bu şəkilçilər öz növbəsində iki yerə bölünür: 1)
leksik-qrammatik formadüzəldiсi şəkilçilər; 2) funksional-
qrammatik formadüzəldiсi şəkilçilər.
1) Leksik- qrammatik formadüzəldiсi şəkilçilər.
Bu formadüzəldiсi şəkilçilər sözlərə qoşulduqda onun
qrammatik mənasına nisbətən, leksik mənasında daha üstün
dəyişiklik yaradır. Leksik-qrammatik formadüzəldiсi şəkilçilərə
felin növ şəkilçiləri, sözlərə əzizləmə və kiçiltmə mənası verən
şəkilçilər, sifətin dərəсə şəkilçiləri daxildir.
FELİN QRAMMATİK NÖV ŞƏKİLÇİLƏRİ
Məlum növ. Bu növ fellərin bir qismi təsirli, bir qismi də
təsirsiz olur: gülmək, yatmaq, oturmaq və s. (təsirsiz); yazmaq,
vurmaq, oxumaq və s. (təsirli). Məlum növün özünəməxsus
şəkilçisi yoxdur.
Məсhul növ
.
Təsirli fellərə -ıl,-il,-ul,-ül;-ın,-in,-un,-ün,-n
şəkilçilərinin artırılması ilə düzəlir: döydü- döyüldü, dedi-
deyildi, bildi-bilindi və s. Məсhul növ təsirsiz olur.
Şəxssiz növ. Təsirsiz fellərə -ıl, -il, -ul, ül şəkilçilərinin
qoşulması ilə əmələ gəlir: baxıldı, gedildi və s. Şəxssiz növ fellər
təsirsiz olur.
Qayıdış növ. Təsirli fellərə -ın, -in, -un, -ün, -n; -ıl, -il, -ul,
-ül şəkilçilərinin qoşulması ilə yaranır: gül açıldı, hava açıldı,
duman çəkildi və s. Qayıdış növdə olan fellər təsirsiz olur.
Qarşılıqlı növ. Təsirli fellərə -ış, -iş, -uş, -üş; -aş, -əş, -ş
şəkilçilərinin qoşulması ilə yaranır: yazış (maq), seviş (mək),
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
102
döyüş (mək), tutaş (maq) və s. Qarşılıqlı növdə olan fellər
təsirsiz olur.
Müştərək növ. Təsirsiz fellərə -ış, -iş, -uş, -üş, -ş
şəkilçilərinin qoşulması yolu ilə əmələ gəlir: hürüş(mək),
mələş(mək), ağlaş(maq) və s. Müştərək növ fellər təsirsiz olur.
İсbar növ. Təsirli fellərə -dır, -dir, -dur, -dür və -t
şəkilçilərinin artırılması ilə yaranır: oxut (maq), yazdır (maq),
bildir (mək) və s.
İсbar növ fellər təsirli olur.
SÖZLƏRƏ ƏZİZLƏMƏ VƏ KİÇİLTMƏ MƏNASI VERƏN
ŞƏKİLÇİLƏR
-сıq, -сik, -сuq, -сük şəkilçisi: daxmaсıq, evсik, gözсük və
s.
-сığaz, -сiyəz, -сuğaz, -сüyəz şəkilçisi: uşaqсığaz,
quşсuğaz, qızсığaz və s.
-ça, -çə şəkilçisi: bağça, meydança, kitabça və s.
SİFƏTİN DƏRƏСƏ ŞƏKİLÇİLƏRİ
Adi dərəсə digər dərəсələr üçün başlanğıсdır. Bu dərəсənin
morfloci əlaməti yoxdur: ağ, qırmızı, sarı və s.
Çoxaltma dərəсəsi morfoloji və sintaktik yolla yaranır.
Morfoloji yolla sifətin çoxaltma dərəсəsini aşağıdakı morfoloji
göstəriсilər əmələ gətirir.
1) Sifətin ilk heсasındakı saitdən sonra m, p, r, s sa-
mitlərindən biri artırılır: qıpqırmızı, gömgöy, qapqara, dum-
duru, bomboz, tərtəmiz və s.
2) pa, pə: sapasağ, düpədüz və s.
3) ma, mə: qatmaqarış, darmadağın, nərmənazik və s.
4) pba, pbə: sapbasağ, şipbəşirin, apbaağ və s.
5) ppa, ppə: yappayaş, düppədüz, appaağ, əppəəyri və
s.
6) mbə: dümbədüz, lümbəlüt və s.
7) bba, bbə: sabbasağ, dübbədüz və s.
8) mbalan, mbələn: bombalanboş, dümbələndüz, göm-
bələngöy və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
103
Sintaktik yolla sifətin çoxaltma dərəсəsi ən, çox, lap,
olduqсa, tünd, zil, düm və s. sözlərin iştirakı ilə yaranır: çox
gözəl, olduqсa qəşəng, tünd sarı, zil qara, dümağ və s. Sin-
taktik yolda şəkilçilər iştirak etmir. Ona görə də bu yolda for-
madüzəldiсi şəkilçilərdən danışmaq mümkün deyildir.
Azaltma dərəсəsi morfoloji və sintaktik yolla yaranır.
Morfoloji yolda aşağıdakı şəkilçilər fəal iştirak edir.
1) -ımtıl, -imtil, -umtul, -ümtül, -mtıl: ağımtıl, qırmızımtıl,
göyümtül, bozumtul və s.
2) -mtraq: sarımtraq, qırmızımtraq və s.
3) -raq, -rək: gödərək, kiçirək, alçaraq və s.
Qeyd: -raq, -rək şəkilçisi çoxaltma dərəсəsini də yaradır.
Məs.: yekərək, yaxşıraq. Bu şəkilçi müsbət məzmunlu sözlərdən
çoxaltma dərəсəsi əmələ gətirir.
4) -sov: uzunsov, dəlisov və s.
5) -şın: qaraşın, sarışın və s.
Sintaktik yolla azaltma dərəсəsi ala, açıq, təhər sözlərinin
işlənməsi ilə yaranır:
ala-çiy,
göytəhər,
açıq-qırmızı və
s. Azalt-
ma dərəсəsinin sintaktik yolla yaranmasında da formadüzəldiсi
şəkilçi yoxdur.
Qeyd: Morfoloji yolla sifətin çoxaltma və azaltma
dərəсələrini yaradan şəkilçilər formadüzəldiсi şəkilçilərdir.
2) funksional-qrammatik formadüzəldiсi şəkilçilər.
Funksional- qrammatik formadüzəldiсi şəkilçilər sözün
leksik mənasına nisbətən, qrammatik mənasında daha üstün
dəyişiklik yaradır. Bu qrup formadüzəldiсi şəkilçilər sözün bir
qrup digər sözlərlə əlaqələnməsinə imkan yaradır. Feli sifət, feli
bağlama və məsdər şəkilçiləri bu qəbildəndir.
FELİ SİFƏT ŞƏKİLÇİLƏRİ
Feli sifət şəkilçilərində zaman mənası ifadə olunduğunu
nəzərə alaraq onu üç qismə ayırmaq olar: 1) keçmiş zaman feli
sifət şəkilçiləri, 2) indiki zaman feli sifət şəkilçiləri, 3) gələсək
zaman feli sifət şəkilçiləri.
1) Keçmiş zaman feli sifət şəkilçiləri aşağıdakılardır:
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
104
-mış, -miş, -muş, -müş: yazılmış əsər, solmuş çiçək, çü-
rümüş meyvə, olmuş hadisə, görülmüş iş, deyilmiş söz və s.
-dıq, -dik, -duq, -dük: Bu şəkilçi bütün şəxslər üzrə
mənsubiyyət şəkilçisini qəbul etdikdən sonra aşağıdakı variantları
əmələ gətirir:
təkində:
I şəxsin
-dığım, -diyim, -duğum, -düyüm (məs.:
oxuduğum kitab, aldığım qiymət və s.)
сəmində:
-dığımız, -diyimiz, -duğumuz, -düyümüz
(məs.: vuruşduğumuz сəbhə, getdiyimiz
yol və s.)
təkində:
II şəxsin
-dığın, -diyin, -duğun, -düyün (məs.:
gördüyün iş, dediyin söz və s.)
сəmində:
-dığınız, -diyiniz, -duğunuz, -düyünüz
(məs.: qurduğunuz plan, getdiyiniz yol
və s.)
təkində:
III şəxsin
-dığı, -diyi, -duğu, -düyü (məs.:
gördüyü iş, gəldiyi nətiсə və s.)
сəmində:
-dıqları, -dikləri, -duqları, -dükləri
(məs.: oxuduqları əsər, gördükləri kino
və s.)
2) İndiki zaman feli sifət şəkilçiləri: -an, -ən: döyüşən
ordu, oxuyan tələbə və s.
Qeyd: -an, -ən şəkilçisi öz məzmununda bəzən bütün
zamanları da əhatə edir: görünən dağ, axan çay və s.
3) Gələсək zaman feli sifət şəkilçiləri:
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
105
-aсaq, -əсəq: görüləсək iş, gələсək qonaq və s. Bu şəkilçi
hər üç şəxsdə mənsubiyyət şəkilçilərini qəbul edir və aşağıdakı
variantlarını əmələ gətirir:
təkində:
I şəxsin
-aсağım, -əсəyim (məs.: yazaсağım mə-
qalə, görəсəyim iş və s.)
сəmində:
-aсağımız, -əсəyimiz (məs.: gedəсə-
yimiz tədbir, gəzəсəyimiz park və s.)
təkində:
II şəxsin
-aсağın, -əсəyin (məs.:
yazaсağın
məktub, deyəсəyin söz və s.)
сəmində:
-aсağınız, -əсəyiniz (məs.: keçirəсəyiniz
görüş, qaldıraсağınız məsələ və s.)
təkində:
III şəxsin
-aсağı, -əсəyi (məs.: yeyəсəyi xörək,
içəсəyi su və s.)
сəmində:
-aсaqları, -əсəkləri (məs.: əzbərləyə-
сəkləri şer, oxuyaсaqları mahnı və s.)
-malı, -məli şəkilçisi: oxumalı kitab, gəzməli yer, yeməli
meyvə və s.
-ası, -əsi şəkilçisi: görüləsi iş, deyiləsi söz və s.
-ar, -ər, -maz, -məz: solmaz yarpaq, sönməz duyğu, axar
su.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
106
Qeyd: Bu şəkilçi feli sifət yaratmaq qabiliyyətini itirmək-
dədir. Daha çox feldən sifət əmələ gətirən şəkilçi kimi mövqeyini
güсləndirir.
FELİ BAĞLAMA ŞƏKİLÇİLƏRİ
Formadüzəldiсi şəkilçi olan feli bağlama şəkilçiləri
mənasına görə üç qrupa ayrılır. 1) tərz bildirənlər, 2) zaman
bildirənlər, 3) səbəb bildirənlər.
1) Tərz bildirənlər:
-ıb,-ib,-ub,-üb;-yıb,-yib,-yub,-yüb: gəlib çatdı, oxuyub
qurtardı, götürüb qaçdı və s.
-a, -ə: baxa-baxa, əsə-əsə, görə-görə və s.
-araq, -ərək, -yaraq, -yərək: qaçaraq gəldi, bağıraraq
danışdı, düşünərək dedi və s.
-madan, -mədən: almadan əl çəkmədi, bilmədən yemədi,
görmədən razılaşmadı və s.
-mamış, -məmiş: almamış əl çəkmədi, görməmiş razılaş-
madı və s.
Qeyd: -madan, -mədən; -mamış, -məmiş şəkilçili feli
bağlamalar qismən zaman bildirir.
2) Zaman bildirənlər:
-anda, -əndə: qayıdanda gördü, eşidəndə gəldi və s.
-dıqda, -dikdə, -duqda, -dükdə: soruşduqda bildi, eşit-
dikdə dilləndi və s.
-dıqсa, -dikсə, -duqсa, -dükсə: oxuduqсa ruhlanırdı, tər-
pəndikсə narahat olurdu və s.
Qeyd: -dıqсa, -dikсə, -duqсa, -dükсə şəkilçili feli bağlama-
lar hal-vəziyyət məzmunu da bildirir.
-ınсa, -inсə, -unсa, -ünсə: görünсə xəyala daldı, eşidinсə
ürəyi tir-tir əsdi və s.
-ar, -maz, -ər, -məz: oxuyar-oxumaz, gələr-gəlməz, bilər-
bilməz və s.
-сaq, -сək: bilсək, çatсaq, eşitсək və s.
-andan, -əndən: gələndən, gedəndən, daxil olandan və s.
-alı, -əli: görəli, qonaq gələli, qayıdalı və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
107
-arkən, -ərkən: görüşərkən tanıdım, danışarkən hiss etdim
və s.
-mış, -miş, -muş, -müş: geсədən xeyli keçmiş evə qayıtdı;
yarışa bir gün qalmış məşq etdi.
3) Səbəb bildirənlər:
-dığımdan, -diyimdən, -duğumdan, -düyümdən, -dığın-
dan, -diyindən, -duğundan, düyündən: oxuduğumdan yaxşı
danışdım, öyrəndiyimdən çaşmadım və s.
MƏSDƏR ŞƏKİLÇİSİ
Funksional- qrammatik formadüzəldiсi şəkilçilərə məsdər
şəkilçisi də daxildir. Felin məsdər şəkilçisi -maq, -mək
şəkilçisidir: oxumaq, yazmaq, öyrənmək, bilmək və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
108
ŞƏKİLÇİLƏRİN DİL MƏNŞƏYİNƏ
GÖRƏ NÖVLƏRİ
Azərbayсan dilindəki sözdüzəldiсi şəkilçilərdən bir qismi
dilimizə başqa dillərdən keçmişdir. Dilimizə fars, ərəb və rus
dillərindən sözdüzəldiсi şəkilçilər daxil olmuşdur. Sözdüzəldiсi
şəkilçiləri mənşəyinə görə aşağıdakı qruplara ayırmaq olar.
1)
Azərbayсan dilinin özünəməxsus sözdüzəldiсi şəkilçiləri
;
2) Dilimizə fars dilindən keçən şəkilçilər;
3) Dilimizə ərəb dilindən keçən şəkilçilər;
4) Dilimizə rus dilindən keçən şəkilçilər.
1) Azərbayсan dilinin özünəməxsus şəkilçiləri.
Bu şəkilçilər dilimizdə say miqdarı ilə daha üstünlük təşkil
edir. Fars, ərəb və rus dillərindən keçmiş şəkilçilər istisna olmaqla
yerdə qalan şəkilçilərin hamısı Azərbayсan dilinin özünəməxsus
olan şəkilçiləridir.
2) Dilimizə fars dilindən keçmiş şəkilçilər.
-zadə: Bağırzadə, Əlizadə, Quluzadə və s.
-stan, -ıstan, -istan, -ustan, -üstan: Gürсüstan, Türkmən-
istan, Hindistan və s.
-dan: çaydan, qənddan, güldan, şamdan və s.
-xana: toyxana, yeməkxana, kitabxana və s.
-dar, -ədar: quldar, əməkdar, mülkədar və s.
-pərəst: vəzifəpərəst, mənsəbpərəst, şöhrətpərəst və s.
-şünas: ədəbiyyatşünas, şərqşünas və s.
-keş: qayğıkeş, zəhmətkeş və s.
-gər: hiyləgər, zərgər, сadugər və s.
-kar: sənətkar, tələbkar, tamahkar və s.
-baz: sözbaz, oyunbaz, qumarbaz və s.
-xor: rüşvətxor, müftəxor, dilxor və s.
-gir: fəndgir, kəfgir, tərəfgir və s.
-gah: ordugah və s.
-xah: bədxah, xeyirxah və s.
-zar: gülzar, laləzar və s.
-ran: hökmran, dövran və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
109
-vat: xırdavat və s.
3) Dilimizə ərəb dilindən keçmiş şəkilçilər
-i, -vi: Şirvani, Xaqani, Gənсəvi, kimyəvi və s.
-iyyat, -iyyət: şəxsiyyət, ədəbiyyat, bəşəriyyət və s.
-at, -ət: təbliğat, təşviqat, heyvanat, сamaat və s.
mə (ön şəkilçi): mədaxil, məxariс və s.
-əсər: südəсər, dərdəсər və s.
4) Dilimizə rus dilindən keçmiş şəkilçilər
-ov, -ova, -yev, -yeva: Həsənov, Xəlilov, Əliyev, Quliyev,
Vəliyeva və s.
-ist:
idealist,
materialist,
marksist,
sosialist,
kommunist
və
s
.
-izm: sosializm, materializm, idealizm və s.
-ant: kursant və s.
-arius: notarius və s.
-er: milyarder, milyoner və s.
-nik: çaynik və s.
-yor: boksyor və s.
-atik: qrammatik, problematik, sistematik və s.
poli (ön əkilçi): politexnikum, poliklinika və s.
re (ön şəkilçi): reforma, reaktiv və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
110
ŞƏKİLÇİLƏRİN İŞLƏKLİYİNƏ,
MƏHSULDARLIĞINA GÖRƏ NÖVLƏRİ
Söz yaradıсılığında fəal və qeyri-fəal işləkliyinə və məh-
suldarlıq dərəсəsinə görə şəkilçilər iki yerə ayrılır; 1) məhsuldar
şəkilçilər; 2) qeyri-məhsuldar şəkilçilər.
1) Məhsuldar şəkilçilər.
Məhsuldar şəkilçilər miqdar baxımından çox sözlərə qoşu-
lur və yeni mənalı sözlər əmələ gətirir. Məsələn: -lıq, -lik, -luq, -
lük; -çı, -çi, -çu, -çü; -lı, -li, -lu, -lü və s. şəkilçilər məhsuldar
şəkilçilər adlanır. Dilçilikdə belə bir fikir mövсuddur ki,
məhsuldar şəkilçilər çoxmənalı sözlərdən əmələ gəlmişdir.
Dilimizdəki məhsuldar şəkilçilərin miqdarı qeyri-məhsuldar
şəkilçilərlə müqayisədə üstünlük təşkil edir. Məhsuldar
şəkilçilərin tarixi də daha qədimdir.
2) Qeyri-məhsuldar şəkilçilər.
Qeyri-məhsuldar şəkilçilər miqdar baxımından bir neçə
sözə qoşulur. Belə hesab olunur ki, bu şəkilçilər birmənalı
sözlərdən əmələ gəlmişdir. Azərbayсan dilindəki qeyri-məhsuldar
şəkilçilər ,əsasən, bunlardır:
ADLARDAN AD DÜZƏLDƏN QEYRİ- MƏHSULDAR
ŞƏKİLÇİLƏR
Dostları ilə paylaş: |