Bu Qaydalarda nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər qanunvericiliyə zidd olmadığı hallarda tərəflərin razılığı ilə sığorta təminatına daxil edilə bilər.
Sığorta müqaviləsində qanunvericiliyə və bu Qaydalara zidd olmayan Mühüm şərtlər müəyyən edilə bilər.
Sığortalı(Sığorta olunan) tərəfindən bu şərtlərin yerinə yetirilməməyi Sığortaçının ödəniş verməkdən imtina etməsi və ya sığorta müqaviləsini vaxtından əvvəl ləğv etməsi üçün əsasdır.
Maddə 12. Sığorta təminatının müddətinin başlanması və sonu
Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.