Bundan sonra mətn üzrə “Qaydalar” adlanacaq “Xalq” Sığorta mmc-nin Könüllü Tibbi Sığorta Qaydaları Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” və “Tibbi Sığorta haqqında” Qanunlarına



Yüklə 247 Kb.
səhifə12/27
tarix02.01.2022
ölçüsü247 Kb.
#1488
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

Maddə 5. Standart istisnalar





  1. Sığorta müqaviləsində digər hallar nəzərdə tutulmayıbsa, aşağıda göstərilənlər və ya onların bilavasitə nəticəsi olaraq meydana gələn xəstəlik, fəsadlaşma, bədbəxt hadisə və digər hallarla əlaqədar Sığorta olunana göstərilən tibbi yardım və digər xidmətlərlə bağlı xərclər sığorta təminatına daxil edilmir:




  1. Aşağıdakı dərman preparatları sığorta təminatına daxil deyil:

  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılmamış dərman preparatları;

  • psixotrop preparatlar (antidepressant, trankvilizator), immunostimulyator, bioaktiv qida əlavələri, homeopatik və antihomotoksikoloji preparatlar;

  • bütün növ sabun və şampunlar, kosmetik vasitələr, losyonlar;

  • kontraseptiv (hamiləliyin qarşısını alan) preparatlar;

  • arıqlamaq məqsədi ilə istifadə olunan preparatlar;

  • potensiyanı (cinsi fəaliyyəti) stimulyasiya edən preparatlar;

  • müalicəvi mineral sular,uşaq cayları;

  • diş pastaları;

  • saç tökülməsinin və kəpəklənmənin qarşısını alan preparatlar;

  • tütün məhsullarından asılılığı aradan götürmək üçün istifadə olunan preparatlar;

  • allergik xəstəliklərin dəri testləri;

  • kontakt linza məhlulları;

  • gigiyenik vasitələr, uşaq yeməkləri, əmziklər, uşaq bezi ;

  • sığorta təminatına daxil olmayan xəstəliklərin müalicəsi üçün yazılan dərman preparatları.




  1. Sığorta müqaviləsinin hüquqi qüvvə qazandığı tarixdən əvvəl mövcud olan və Sığortaçıya bildirilməyən xəstəliklər ilə əlaqədar (diaqnozun qoyulması, müayinə və müalicə aparılmasından asılı olmayaraq) bütün tibbi xərclər;




  1. Sığorta təminatının başlanması tarixindən sonra müəyyən edilmiş olsa da anadangəlmə xəstəlik və şikəstliklər, genetik xəstəliklər, bədən quruluşu pozğunluqları(Hallux valgus, pectus excavatum, peyroni xəstəliyi, trigger finger və s.), onurğa əyrilikləri(lordoz, kifoz, skolioz);




  1. Bütün növ xroniki xəstəlik və vəziyyətlər, xroniki yorğunluq sindromu, maddələr mübadiləsinin pozulması,piylənmə, arıqlamaq məqsədilə qəbul edilən müalicələrə çəkilən xərclər, pəhriz mütəxəssisləri, şəkərli diabet




  1. Alkoqolizm, narkomaniya, toksikomaniya; Spirtli içkilərin, narkotik və toksik(zəhərləyici) maddələrin qəbulu nəticəsində ortaya çıxan xəstəliklər, həmçinin onların qəbulu nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi və ya onun belə vəziyyətdə olan bir şəxsin idarəsinə verilməsi;




  1. Epilepsiya, Parkinson xəstəliyi, psixiatrik və geriatrik xəstəliklər, demensiya sindromları (Alsqeymer, Pik xəstəliyi və s. qazanılmış ağıl zəifliyi), onların ağırlaşmaları, nevrasteniya, ipoxondriya, nevroz, dağınıq skleroz, sinir sisteminin demiyelinizasiyaedici xəstəliklərin və hazırkı bənddə göstərilən xəstəliklər nəticəsində əmələ gələn somatik xəstəliklər və xəsarətlərin müayinə və müalicəsi




  1. Çəpgözlük, gözdə refraksiya qüsurlarının (miopiya, hipermetropiya, astiqmatizm, presbiopsiya, ametropiya, astiqmatizm ambulator şəkildə müalicə) cərrahi və lazer üsulu ilə müalicəsi

  2. Səbəbsiz eyni sığorta hadisəsi ilə bağlı iki və ikidən artıq mütəxəssislərin müayinəsi yaxud eyni diaqnostik tədbirlər;




  1. Psixoloqun, psixiatrın və psixoterapevtin, loqopedin, androloqun, həkim-ekstrasensin, narkoloqun və seksopatoloqun xidmətləri;




  1. On prosedurdan artıq olan bərpaedici müalicə və fizioterapiya;




  1. Bir il ərzində davamlı olaraq 90 gündən artıq stasionar müalicə;




  1. Kəskin və xroniki şüa xəstəliyi, birləşdirici toxumanın sistem və diffuz xəstəlikləri (qırmızı qurdeşənəyi, dermatomiozit, sklerodermiya və s.) və diferensiasiya olunmamış kollagenozlar,

  2. Vərəm, sarkoidoz, mukovistsidoz, peşə xəstəlikləri,hemofiliya, enurez, Layell sindromu, atipik pnevmoniya




  1. Hər cür rekonstruktiv və köməkçi protezlər, cihazlar(ortopedik ayaqqabı, daban, tərlik, hər cür korsetlər, endoprotezləşdirmə), eynək, şüşə və çərçivə, kontakt linza, eşitmə cihazları, bondaj, meşlər (setkalar);




  1. Dişlərin protezləşdirilməsi və ona hazırlıq, dental implantasiya, tibbi göstəriş olmadıqda köhnə diş plomblarının dəyişdirilməsi, kosmetik stomatologiya, dişlərin ftorlakla örtülməsi, ortodontik və kosmetik qüsurlar, periodontit, parodontoz, qinqivit;




  1. Orqan və toxumaların transplantasiyası, burun çəpərinin əyriliyi, septoplastika, implantasiya;




  1. Ürək-damar cərrahiyyəsi, damar çatışmazlığı, aşağı ətraf damarlarının varikoz genişlənməsi, venaların skleroterapiyası, angioqrafiya, koronaroqrafiya, ürək və damarların kontrast metodu ilə müayinəsi




  1. Xroniki böyrək və qaraciyər çatışmazlığı, plazmaferez, hemodializ, hemosorbsiya, ozonoterapiya, qanın ultrabənövşəyi şüalanması, lazeroterapiya, oksigenoterapiya, hidrokolonoterapiya

  2. Ailə planması, sonsuzluq və impotensiyanın müalicəsi, spermoqramma, histerosalpinqoqrafiya, qeyri-tibbi məqsədlə aparılan abort xərcləri (hər hansı bir halda), kontrasepsiya, qısırlaşdırma, o cümlədən UDV-nin daxil edilməsi və çıxarılması, süni mayalanma və ondan sonra hamiləliyin aparılması, genetikin xidmətləri,mayalanma və sterilizasiya, sonar reproduktiv funksiyanın reabilitasiyası;



  1. Bədxassəli onkoloji xəstəliklər, prostat vəzinin adenoması, radioizotop müalicə və müayinə üsulları, kimyəvi və şüa terapiyası, baş beyinin bütün növ yenitörəmələrinin müalicəsi;



  1. Bütün növ plastik cərrahiyyə əməliyyatları,sünnət, ginekomastiya, cinsiyyəti dəyişdirmə əməliyyatları, eləcə də estetik məqsədli müayinə və müalicələr, lazer epilyasiyası, hər cür dəri xəstəlikləri ilə əlaqədar aparılan lazer və fototerapiya xərcləri;




  1. Dəridə olan papillomalar, teleangiektaziya və hemangiomalar, nevuslar, ocaqlı dazlıq(alopesiya), psoriaz, genital herpes, “cinsi yolla yoluxan xəstəliklər” qrupuna daxil olan xəstəliklərlə əlaqədar aparılan müayinə və müalicə xərcləri, seboreya, xloazma, vitiliqo, follikulit, eczema, ziyil, sızanaqlar (akne vulgaris),hepatit C, hepatit B, AİDS ,Sifilis




  1. Klimaks dövrü(pre və post klimaks dövrü də daxil olmaqla) və onunla əlaqədar ağırlaşmalar, eləcə də klimaks ilə əlaqədar osteoporoz xəstəliyinin müalicə xərcləri;




  1. Təcili və təxirəsalınmaz yardımın saxta və əsaslandırılmamış çağırışı, xəstənin göstərilən ünvanda olmaması;




  1. Arayış yaxud digər sənəd almaq məqsədi ilə aparılan müayinələr(DYP üçün, silah gəzdirmə, xaricə getmə, təhsil müəssisəsinə daxil olma, müəyyən edilmiş əlillik qrupu olan Sığorta olunanlar üçün əlilliyə səbəb olan xəstəliklə əlaqədar müayinələr);




  1. Sığorta müqaviləsində nəzərdə tutulmamış tibb müəssisələrində göstərilən tibbi xidmətlər və həmçinin müqavilədə nəzərdə tutulmamış tibb müəssisələrində aparılan müalicə müayinəsi və bunun nəticəsində əmələ gələn patologiyaların müalicəsi;




  1. Sığorta olunanın həkim göstərişinə riayət etməməsi nəticəsində əmələ gələn ağırlaşmalar;




  1. Sığorta olunanın sağlamlığını təhlükəyə atmamaq şərti ilə ambulator şəraitdə müalicə və müayinəsi mümkün olan xəstəliklərin stasionar şəraitdə müayinə və müalicə xərcləri;




  1. Planlı vaksinasiyalar (proqrama daxil olmadığı halda);




  1. Azərbaycan Respublikası ərazisində müəyyən reyslə uçan təyyarədə biletli sərnişin olma halları istisna edilməklə, istənilən növ hava nəqliyyatı vasitəsi ilə səyahətin səbəb olacağı zədələnmələr və bununla əlaqədar müayinə və müalicə xərcləri;

  2. Sığorta olunan hər hansı xəstəliyə tutulmadan həkim, laborator və diaqnostik müayinələrdən keçməsi, illik profilaktik tibbi müayinə xərcləri(əlavə təminat olaraq verilməmişsə);




  1. Hamiləlik paketi, doğum daxil olmaqla, sığorta təminatı xaricindədir(sığorta proqramına daxil olmadığı halda).




  1. Peşəkar və ya həvəskar olaraq idmanla məşğul olma zamanı(alpinizm, planerizm, speleologiya, paraşütlə tullanma, sualtı idman növləri, qış idman növləri, döyüş sənətləri, motosiklet və at yarışları), idman yarışlarında və ya belə yarışlara hazırlıq məşqlərində meydana gələn xəstəlik və ya yaralanmalarla əlaqədar tibbi xərclər;




  1. Müharibə(elan edilib edilməməyindən asılı olmayaraq), hərbi əməliyyatlar, vətəndaş müharibəsi, xalq hərəkatları, iğtişaşlar, terror aktları, üsyan və qiyamlar, tətillər və bunların qarşısının alınması məqsədi ilə keçirilən inzibati və hərbi tədbirlər;




  1. Sığorta olunanın cinayət törətməsi və ya cinayətə təşəbbüs etməsi, kriminal fəaliyyətdə iştirakı, özünə qəsdən bədən xəsarəti yetirməsi ( təhlükədə olan insan həyatını və əmlakı xilas etmək halları istisna olmaqla), intihara cəhd etməsi;




  1. Təbii fəlakətlər, o cümlədən zəlzələ, sel, vulkan püskürməsi, torpaq sürüşməsi, sunami, hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr;




  1. Əlavə rahatlıq, yəni: «lüks» tipli palatada yerləşdirmə; xəstəyə qulluq məqsədi ilə qohumların xəstəxanada yerləşdirilməsi; bərbər, kosmetoloq, tərcüməçi və sair bu kimi xidmətlər;




  1. Sığorta müddətinin son 14 günü ərzində planlı cərrahi əməliyyatların keçirilməsi;




  1. Sığortanın başlanmasından əvvəl Sığorta olunan tərəfindən alınan müalicə ilə bağlı Sığorta olunanın səhhətinin pisləşməsi və ya ölümü ilə bağlı yaranan xərclər;




  1. Sığorta müqaviləsindən əvvəl başlayan hamiləlik, doğuş zamanı həkimin gecə, bayram və tətil günləri çağırışı ilə əlagədar əlavə xərclər; rezus konflikt ilə əlaqədar müayinə və müalicə.; immunoqlobulin inyeksiyanın doğuşdan sonra təyinatı; disfunksiya ilə əlaqədər 3 aydan artıq müayinə və müalicə;




  1. Klinikaların qiymət cədvəlində mövcud olan həkim fərqi və ştata daxil olmayan həkimlərin müayinə xərcləri




  1. Eşitmənin və görmənin zəifləməsi nəticəsində yaranan xəstəlıklərin operativ və konservativ müalicəsi və xüsusi cihazlar vasitəsi ilə korreksiyası, bununla əlaqədar və peşə yararlığının müəyyən olunması üçün aparılan müayinələr, miopiya, presbiopiya, qipermetropiya, ametropiya və astiqmatizm kimi gözün refraksiya anomaliyalarının lazer metod ilə daxil olmaqla konservativ və cərrahi müalicəsi, sığorta dövrü daxilində baş vermiş bədbəxt hadisələr nəticəsində eşitmənin və görmənin pozulması istisna olmaqla;




  1. Qeyri-ənənəvi (alternativ) müalicə və müayinə üsulları (hipnoz, aromatoterapiya, fitoterapiya, akupunktura, termopunktura, müalicəvi idman, manual terapiya, iynəbatırma, elektropunktura və s.), reabilitasiya, sanatoriya-kurort müalicəsi, palçıq vannaları, gimnastika salonları, Sığortaçının Azərbaycanda mövcud olan təcrübəyə əsaslanaraq eksperimental və ya təsdiq edilməmiş hesab etdiyi müalicə;




  1. Bu Qaydaların 5-ci maddəsində nəzərdə tutulmuş istisna və məhdudiyyətlər qanunvericiliyə zidd olmadığı halda tərəflərin razılığı əsasında və əlavə sığorta haqqı ödənilməsi şərti ilə sığorta təminatına daxil edilə bilər.




Yüklə 247 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin