Бюллетень промышленная



Yüklə 3.03 Mb.
Pdf просмотр
səhifə3/21
tarix25.12.2016
ölçüsü3.03 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   21

 
(21) a 2010 0108 
(22) 04.05.2010 
(51) C10M 135/10 (2006.01) 
(71) AMEA  ak. ad. Ə.M. Quliyev    adına    Aşqarlar 
Kimyası İnstitutu (AZ) 
(72) Ağayev   Əmirçoban   Nəsir   oğlu (AZ), Vəliyeva 
Səadət Mövsüm qızı (AZ), Güləliyev  İkram 
Cənnətəli oğlu (AZ), Zeynaliva Nərgiz Nəsib qızı 
(AZ), Həsənova Sədaqət  Əyyub qızı (AZ), 
Feyzullayeva Nənəxanım Ənvər qızı (AZ) 
(54)  SÜRTKÜ              YAĞLARINA       SULFONAT 
AŞQARININ ALINMA ÜSULU 
 
(57) İxtira sürtkü yağlarının işlənib hazırlanması sahəsinə, 
xüsusilə, sürtkü yağlarına sulfonat aşqarının alınma 
üsuluna aiddir. 
İxtiranın məsələsi sürtkü yağının dispersiyaedici 
xassələrini və termooksidləşdirici stabilliyini 
yüksəltməkdən ibarətdir. Qoyulan məsələ alkil(С20-
С28)fenolun natrium hidroksimetansulfonatla 
sulfolaşdırılması, daha sonra alınmış  məhsulun kalsium 
hidroksidlə neytrallaşdırılması  və karbon (IV) oksidlə 
karbonatlaşdırılması yolu ilə sürtkü yağlarına sulfonat 
aşqarının alınma üsulu ilə  həll olunur, harada ki, 
alkil(С20-С28)fenolu öncədən 6-7 kütlə % elementar 
kükürdlə kükürdləşməyə uğradırlar. 
__________ 
 
BÖLMƏ E 
 
TİKİNTİ, MƏDƏN İŞLƏRİ 
 
E 02 
 
(21) a 2011 0099 
(22) 06.06.2011 
(51) E02D 3/10 (2006.01) 
(71) Həbibov Fəxrəddin Həsən oğlu (AZ) 
(72)
 
Həbibov  Fəxrəddin  Həsən oğlu  (AZ),  Ocaqov 
Həbib Osman oğlu (AZ), Əmrahov Azad Tahir 
oğlu (AZ), Xələfov Namik Mədət oğlu (AZ), 
Məmmədov Şakir Əhməd oğlu (AZ) 
(54) BATAN      LYOS      QRUNTLARININ 
SIXLAŞDIRILMASI ÜSULU 
 
(57)  İxtira tikintiyə, xüsusən batan lyos qruntlarının 
massivlərinin dərindən sıxlaşdırılması üsullarına aiddir. 
İxtiranın məsələsi - sıxlaşdırılan massivə dinamik təsir 
müddətinin və qruntların sıxlaşdırılma keyfiyyətinin 
yüksəldilməsidir . 
Batan lyos qruntlarının sıxlaşdırılması üsulu sıxlaşdırılan 
sahənin sərhədləri boyu konturlu xəndəklərin 
qazılmasından, drenaj quyuların qazılmasından,  
quyulara alt hissəsində partlayıcı maddələr (PM) 
doldurulması olan boruların salınmasından, quyuların 
divarları  və boruların xarici divarları arasında olan 
boşluqların drenaj materialı ilə doldurulmasından, qruntun 
quyular vasitəsilə axıcılıq konsistensiyasına qədər 
isladılmasından, PM doldurulmalarının partlayışının işə 
salınması və sıxlaşdırılan qrunt massivinin konsolidasiya  
periodunın gözlənməsindan ibarətdir.  İxtiraya  əsasən 
işlərin  əvvəlində  ərazinin seysmik aktivliyini təsbit 
edirlər, qruntun isladılmasını  və PM doldurulmalarının 
partlayışını zəlzələdən əvvəl, seysmik aktivliyin başlangıc 
periodunda həyata keçirirlər, partlayışdan sonrakı 
konsolidasiya periodunda isə batan massivin əlavə 
sıxlaşdırılmasını təbii zəlzələnin azad olunması enerjisinin 
hesabına yerinə yetirirlər. 
 
__________ 
 
E 04 
 
(21) a 2013 0133 
(22) 28.12.2013 
(51) E04B 1/32 (2006.01) 
(71) Bayraməliyev Eldar Əli oğlu (AZ) 
(72)
 
Bayraməliyev Eldar Əli oğlu (AZ), Bayraməliyev 
Eldar Alı oğlu (AZ)  
(54) BÜTÖV DİVARLI TAĞ 
 
C10M –E04B

  
  AZƏRBAYCAN RESPUBLİKASI 
                                                           İXTİRALARA DAİR İDDİA SƏNƏDLƏRİ                 Bülleten №1  31.03.2014 
 
12
(57)  İxtira inşaata aiddir, mobil tikili və qurğuların 
ucaldılmasında, eləcə  də  gəmi və uçan aparatların 
gövdəsinin sərt elementlərinin hazırlanmasında  istifadə 
oluna bilər. 
Bütöv divarlı tağ, divar və öz aralarında  boyuna əyrilik 
üzrə birləşdirilmiş iki rəf şəklində yerinə yetirilmiş metal 
fasonlu elementlərdən  ibarət olub hansında ki, hər bir  
fasonlu elementin rəfləri, onun divarına nəzərən 90°< 
α<180° bucaq altında, fasonlu elementlərin öz aralarında 
birləşməsi zamanı, günbəz formasının yaranması 
imkanının təmin edilməsi ilə yerləşmişdir,  əlavə olaraq 
fasonlu elementin rəfləri eyni istiqamətli  və ya əks 
istiqamətli yerinə yetirilib. 
 
__________ 
 
E 21 
 
(21) a 2012 0014 
(22) 31.01.2012 
(51) E21B 31/20 (2006.01) 
(71)(72)
 
İskəndərov   Daşqın    Ələm      oğlu    (AZ), 
İbrahimov Yusif Əbülfəz oğlu (AZ) 
(54) QUMLA TIXACLANMIŞ LİFT BORULARININ 
QUYUDAN  ÇIXARILMASI   ÜÇÜN QURĞU 
 
(57)  İxtira neft sənayesinə, xüsusən neft qaz quyularının 
əsaslı  təmirində  qəzalı lift borularının çıxarılması 
əməliyyatlarında istifadə olunan qurğulara aiddir. 
 İxtiranın mahiyyəti ondan ibarətdir ki, keçirici və 
mərkəzləşdirici tərtibatla təchiz olunmuş, dəliyi olan 
paftalı daxili borututandan ibarət olan qumla tıxaclanmış 
lift borularının quyudan çıxarılması üçün qurğuda, 
ixtiraya  əsasən, mərkəzləşdirici tərtibata yuma borusu 
birləşdirilib, belə ki, mərkəzləşdirici tərtibat vint üçün yivi  
olan üç yuma dəliyi ilə yerinə yetirilib. 
__________ 
 
(21) a 2010 0032 
(22) 01.02.2010 
(51) E21B 37/00 (2006.01) 
(71)(72)
 
Məmmədzadə     Arif   Mikayıl    oğlu    (AZ), 
Məmmədzadə Mikayıl Arif oğlu (AZ) 
(54) QUYUNUN         GÖVDƏSİNDƏ                QUM 
TIXACLARININ   ƏMƏLƏ      GƏLMƏSİNİN 
QARŞISINI ALMAQ ÜÇÜN ÜSUL VƏ QURĞU 
 
(57)  İxtira neftçıxarma sahəsinə aid olub, neftçıxarma 
prosesi zamanı quyunun gövdəsində yaranan qum 
tıxacının  əmələ  gəlməsinin qarşısını alan üsullara və 
qurğulara aiddir. 
Təklif olunan ixtiraya görə, quyunun gövdəsində qum 
tıxaclarının  əmələ  gəlməsinin qarşısını almaq üçün 
üsulda, qaldırıcı nasos-kompressor boruları zonasından 
keçən maye mühitinin göstərilən zonanın girişində 
quraşdırılmış maqnit qurğusu vasitəsilə maqnit sahəsinin 
təsirinə  məruz qoyulmasından ibarət olmaqla, maqnit 
qurğusunun qüvvə  xətləri maye mühitinin istiqaməti ilə 
üst-üstə düşdükdə 48000-72000 A/m-ə  bərabər olur, bu 
zaman maqnit qurğusunda  Şimal qütbü aşağıda, Cənub 
qütbü isə yuxarıda yerləşir. 
Üsulu yerinə yetirmək üçün quyunun gövdəsində qum 
tıxaclarının əmələ gəlməsinin qarşısını almaq üçün qurğu 
təklif olunur, hansı ki, qaldırıcı nasos-kompressor 
borularının giirişində quraşdırılaraq və öz aralarında 
birləşmiş  ən azı bir əks doldurulmuş maqnit cütü daxil 
edərək, ixtiraya görə o, öz aralarında aralıq borusu 
vasitəsilə  əlaqələndirilmiş  və iki maqnit cütü saxlayan 
seksiyalardan yerinə yetirilmişdir , bu zaman hər növbəti 
seksiyanın maqnit cütünün maqnit qütbü, əvvəlki 
seksiyanın maqnit cütünün maqnit qütbünə qarşı  
qoyulmuşdur. 
__________ 
 
(21) a 2009 0267 
(22) 16.12.2009 
(51) E21B 43/11 (2006.01) 
(71)
 
«Neftqazelmitədqiqatlayihə» institutu (AZ) 
(72)
 
İsmayılov Fəxrəddin Səttar oğlu  
(AZ), Süleymanov Bağır  Ələkbər oğlu (AZ), 
Babayev Rəvan Cəfər oğlu (AZ) 
(54) MƏHSULDAR LAYIN AÇILMASI ÜSULU 
 
(57)  İxtira neftçıxarma sahəsinə, qoruyucu kəmərin 
sementlənməsindən sonra məhsuldar layın açılması ilə 
kəmərarxası sahənin mexaniki qarışıqlardan 
təmizlənməsinə aiddir. 
İxtiranın məsələsi məhsuldar laydan gələn maye axınının 
sürətinin tənzimlənməsi yolu ilə mexaniki qarışıqların 
qoruyucu kəmərə daxil olmasının məhdudlaşdırılmasıdır. 
İxtiranın mahiyyəti ondan ibarətdir ki, quyuya 
buraxılmazdan  əvvəl qoruyucu kəmər üzərindəki 
süzgəcdə müxtəlif kütləli tıxacların bərkidilməsindən, 
tıxacla süzgəcin məhsuldar lay qarşısında 
yerləşdirilməsindən, kəmərarxası  fəzanın turşu təsiri ilə 
parçalanan materialla sementlənməsindən və turşu təsiri 
ilə  tıxacların eyni vaxtda dağılmasından ibarət olan 
məhsuldar layın açılması üsulunda, ixtiraya əsasən, 
sement materialının parçalanmasını süzgəc üzərində tor və 
məftil elementi yerləşdirməklə tənzimləyirlər. 
__________ 
 
(21) a 2013 0075 
(22) 21.05.2013 
(51) E21B 43/22 (2006.01) 
(71) Azərbaycan  Dövlət   Neft   Akademiyası "Neftin, 
qazın geotexnoloji problemləri və Kimya" Elmi-
Tədqiqat İnstitutu (AZ) 
(72) Ramazanova Elmira Məmməd Emin qızı (AZ),  
Salavatov Tulparxan Şarabudinoviç (AZ), Əliyev 
Yolçu  Misir oğlu (AZ), Hacıyev Hacan Qulu oğlu 
(AZ), Nəsibov Saday Mehdi oğlu (AZ), Qasımova 
Gülşad  Məmmədqasım qızı (AZ)  
(54) HƏMCİNS   OLMAYAN    KOLLEKTORLARA 
MALİK  LAYIN NEFTVERİMİNİN 
ARTIRILMASI ÜSULU 
 
(57)  İxtira neftçıxarma sənayesinə, xüsusilə  həmcins 
olmayan kollektorlara malik yataqların neftveriminin 
artırılması üsullarına aiddir.  
 Sellülozanın törəməsinin və gil suspenziyasının qələvi 
araqatlarının növbə ilə vurulması yolu ilə layda araqatın 
E04B – E21B 

  
   
AZƏRBAYCAN RESPUBLİKASI  
Bülleten №1  31.03.2014                  İXTİRALARA DAİR İDDİA SƏNƏDLƏRİ 
 
13
yaranmasından ibarət olan həmcins olmayan kollektorlara 
malik layın neftveriminin artırılması üsulunda, işçi 
agentin vurulmasından qabaq araqatı kimi, əvvəlcə 
karboksilmetilsellülozanın (KMS-350) dizel-qələvili 
tullantısında (DQT) 1,5-2,0 %-li dispersiyası  şəklində 
sellüloza törəməsini vururlar, sonra isə göstərilən 
karboksilmetilsellüloza dispersiyasına 1,5-2,0 kütlə % 10-
20 nm ölçülü hissəcikləri olan zənginləşdirilmiş bentonit 
gili əlavə edilməsi ilə alınan gil suspenziyasını vururlar. 
__________ 
 
(21) a 2011 0096 
(22) 27.05.2011 
(51) E21F 5/00 (2006.01) 
 
E21F 5/02 (2006.01) 
 B08B 
15/00 
(2006.01) 
(71)
 
AMEA    Kimya    Problemləri    İnstitutu     (AZ), 
Sakarya Universiteti (TR) 
(72)
 
Əliyev  Ağadadaş  Mahmud oğlu
 
(AZ), Müzəffer 
Elmas (TR), Asude Ateş (TR), Alosmanov Mirəli 
Seyfəddin oğlu (AZ), İbrahimova Sinduz 
Məmməd qızı (AZ), Bayramov Canpolad 
Məmməd oğlu (AZ), Atayev Mətləb Şıxbala oğlu 
(AZ), Salix Ozçecjk (TR) 
(54)  FAYDALI                                    QAZINTILARIN 
ÇIXARILMASINDA TOZUN YATIRILMASI 
ÜSULU 
 
(57) İxtira ətraf mühitin mühafizəsi sahəsinə aiddir. 
İxtiranın məsələsi faydalı qazıntıların çıxarılmasında 
tozun yatırılmasının səmərəliliyinin yüksəldilməsi, 
istifadə olunan avadanlıqların istismar müddətinin  
uzadılması  və  ətraf mühitin çirklənməsinin qarşısının 
alınmasıdır. 
Qoyulan məsələ parçalanma məhsullarının isladıcı - açıq 
rəngli neft məhsullarının təmizlənməsinin qələvili 
tullantılarının 0,1-0,5 %-li sulu məhlulu ilə isladılmasını 
daxil edən üsul ilə həll olunur. 
__________ 
 
BÖLMƏ F 
 
МЕХАNİKA,  İŞIQLAMA,  İSİTMƏ,  МÜHƏRRİK 
VƏ NASOSLAR, SİLAH VƏ SÜRSAT, PARTLAMA 
İŞLƏRİ 
 
F 22 
 
(21) a 2012 0095 
(22) 30.07.2012 
(51) F22B 1/28 (2006.01) 
(71)(72)
 
Cəfərov  Arif   Məmməd   oğlu
 
(AZ),
 
Cəfərov 
İbrahim Arif oğlu
 
(AZ) 
(54) ELEKTRİK BUXAR GENERATORU 
 
(57) Elektrik buxar generatoru istilik energetikasına 
aiddir, daha konkret olaraqisə, elektrik enerjisinin 
köməyilə bərk qızmış buxarın generasiyası üçün, məsələn, 
buxar maşınlarının, xüsusən buxar turbinlərinin intiqalı 
üçün qurğulara aiddir və ekoloji təmiz elektrik enerjisi 
istehsalı üçün elektrik stansiyalarında istifadə olunmaq 
üçün nəzərdə tutulub. 
 İxtiranın məsələsi konstruksiyanın elementlərinin optimal 
həndəsi quruluşu və onların quraşdırılması yolu ilə çox 
metal tələbinin, qabaritlərin, quraşdırma üçün xərclərin 
azaldılması  və xidmətin sadələşdirilməsidir ki, bu da 
qurğunun effektivliyini əhəmiyyətli dərəcədə yüksəltməyə 
imkan verir. 
 Qoyulmuş  məsələ onunla həll olunur ki, elektrik buxar 
generatoru gövdə, elektrik qızdırıcıları, suyun verilməsi 
sistemi, içərisində elektrik qızdırıcıları, məsələn, bazalt 
elektrik qızdırıcısı quraşdırılmış, buxarın yolunda üfüqi 
yerləşən boruları olan buxarqızdırıcı  və lyuk düyünləri 
saxlayır. Bu zaman buxar generatoru, buxar generatoru 
seksiyadan və birincinin üzərində quraşdırılmış 
buxarqızdırıcı seksiyasından ibarət olan, hər ikisinin xarici 
səthində yerləşdirilmiş lyuk düyünləri olan avtonom 
modul  şəklində yerinə yetirilib. Buxar generatoru 
seksiyasının gövdəsi, tərəfləri müvafiq olaraq yuxarı  və 
aşağı oturacaqların təsvir olunmuş çevrələrinin radiusuna 
bərabər olan, bu zaman yuxarı oturacağın radiusu aşağı 
oturacağın radiusunun yarısına bərabər olan, gövdənin 
hündürlüyü isə  aşağı oturacağın radiusundan böyük 
olmayan bərabər fərəfli üçbucaq şəklində oturacağı olan 
kəsik üçüzlü piramidadır. Buxarqızdırıcı seksiyanın 
gövdəsi, oturacağı buxar generatoru seksiyasının 
gövdəsinin yuxarı oturacağına müvafiq olan üçüzlü 
prizma şəklində yerinə yetirilib. Hər iki seksiya modulun 
iki müstəqil qida mənbəyinə qoşulmaq imkanı ilə yerinə 
yetirilmiş  mərkəzi proqram idarəetməsi bloku ilə  əlaqəli 
olan nəzarət və idarəetmə vasitələrinə malikdir. 
__________ 
 
F 24  
 
(21) a 2010 0238 
(22) 24.11.2010 
(51) F24J 2/05 (2006.01) 
 
F24J 2/16 (2006.01) 
(71) Azərbaycan  Milli  Elmlər Akademiyası Radiasiya 
Problemləri İnstitutu (AZ) 
(72)
 
Salamov Oktay Mustafa oğlu (AZ), Qəribov Adil 
Abdulxalıq oğlu (AZ), Salmanova Firuzə Əziz qızı 
(AZ) 
(54)  İSTİLİK          TƏLƏLİ            YASTI            GÜNƏŞ 
KOLLEKTORU 
 
(57)  İxtira günəş energetikasına və istilik texnikası 
sahəsinə, xüsusən də qaynar su təminatı və istilik təminatı 
üçün yastı günəş kollektorlarına aiddir.  
İxtiranın mahiyyəti ondan ibarətdir ki, şüşə örtüklü gövdə, 
onun daxilində yerləşmiş istilikdaşıyıcının dövranı üçün 
qanovlarla təchiz olunmuş istilikuducu lövhə, istilik tələsi 
və istilik izolyasiya təbəqəsi saxlayan istilik tələli yastı 
günəş kollektoru, ixtiraya görə, biri istilikuducu lövhədən 
yuxarıda, digəri isə ondan aşağıda yerləşən şüşə paketlərlə 
təchiz olunub, bu zaman yuxarı  şüşə paket örtükdür, 
istilikuducu lövhə  və  aşağı  şüşə paket arasında olan 
məsafə isə istilik tələli kamera yaradır, onun içindəki 
boşluq 10-8 mm civə sütunu səviyyəsinə  qədər 
vakuumlaşdırıldıqdan sonra hidrogen və ya helium tipli 
E21B – F24J

  
  AZƏRBAYCAN RESPUBLİKASI 
                                                           İXTİRALARA DAİR İDDİA SƏNƏDLƏRİ                 Bülleten №1  31.03.2014 
 
14
istilik keçirici qazlarla 0,8 atm. yekun təzyiqə  qədər 
doldurulmuşdur, bu zaman hər iki şüşə paket və 
istilikuducu lövhə hermetik olaraq gövdənin daxili 
divarına pərçimlənmişlər.  İstilikdaşıyıcının dövranı üçün 
qanovlar üçbucaq şəkilli en kəsiyinə malikdirlər, qonşu 
qanovların arasındakı  məsafə onların istilikuducu lövhə 
ilə  təmas oblastının enindən 2-3 dəfə, kənar qanovların 
arasındakı məsafədən isə 10-12 dəfə azdır. 
__________ 
 
(21) a 2010 0227 
(22) 02.11.2010 
(51) F24J 2/06 (2006.01) 
 
F24J 2/12 (2006.01) 
 F24J 
2/38 
(2006.01) 
 F24J 
2/54 
(2006.01) 
 G05D 
3/00 
(2006.01) 
(71) Azərbavcan Milli Elmlər Akademiyası Radiasiya 
Problemləri İnstitutu (AZ) 
(72)
 
Salamov Oktay Mustafa oğlu (AZ) 
(54) PARABOLİK  KONSENTRATORU  GÜNƏŞƏ 
DOĞRU AVTOMATİK YÖNƏLDƏN SİSTEM 
 
(57)  İxtira   alternativ   energetika    sahəsinə, xüsusilə, 
parabolik konsentratorları günəşə doğru avtomatik 
yönəltmək məqsədi daşıyan günəş istilik- energetik 
qurğularına aiddir.  
İxtiranın məsələsi günəşin izlənməsi prosesinin 
dəqiqliyinin artırılması, sistemin işinin yüksək 
etibarlılığının və  təhlükəsizliyinin təmin olunması, onun 
funksional sxeminin sadələşdirilməsi və zamanın hər bir 
anında günəş enerjisindən istifadənin səmərəliliyinin 
artırılmasıdır.  
Parabolik konsentratou günəşə doğru yönəldən sistem 
dəqiq və axtarış izləmə fotovericilərindən, 
fotogücləndiricilərdən, hədd qurğularından, məntiqi 
əməliyyat blokundan, müvafiq reduktorlara malik azimut 
və zenit istiqamətlərində 
fırladan elektrik 
mühərriklərindən, parabolik konsentratordan və  əsas 
cərəyan mənbəyindən ibarətdir. Sistem əlavə olaraq 
analoq-rəqəm çeviricisinə, proqramlaşdırılmış  əmr verici 
qurğuya, avtomatik idarəetmə blokuna, cərəyan 
mənbələrinin gərginliklərini müqayisə edən bloka, müsbət 
və  mənfi polyarlı dayaq gərginlikləri mənbəyinə, 
həmçinin, azimut və zenit istiqamətlərində  fırladan 
elektrik mühərriklərinin birinci və ikinci çoxmərhələli 
fırlanma sürəti dəyişdiricilərinə malikdir. Bu zaman 
proqramlaşdırılmış  əmr verici qurğu zaman verici 
qurğunun və əlavə işıq fotovericisinin siqnallarına əsasən 
fəaliyyət göstərir. Fotogücləndiricilərdən biri, həmçinin, 
hədd qurğularından biri və  məntiqi  əməliyyat bloku 
ikikonturlu, digər fotogücləndirici və digər hədd qurğusu 
isə birkonturlu icra olunmuşlar. Sistem iki əsas və bir 
əlavə («sıfır» orqan rolunu oynayan) izləmə kanallarına 
malikdir, həm də  əsas izləmə kanalları axtarış 
fotovericilərinin siqnallarına  əsasən,  əlavə izləmə kanalı 
isə  dəqiq izləmə fotovericisinin siqnallarına  əsasən idarə 
olunur. Azimut və zenit istiqamətlərində fırladan elektrik 
mühərriklərinin reduktorları iki mərhələlidirlər. Sistem 
şarnir və şar şəkilli qurğularla təchiz olunmuşdur, hansılar 
ki, parabolik konsentratorun əlverişsiz küləkli hava 
çəraitində, müvafiq olaraq üfüqi (zenit istiqamətdə) və 
şaquli ( azimut istiqamətdə) oxların  ətrafında təhlükəsiz 
şəkildə fırlanmasını təmin etmək məqsədi daşıyırlar.  
Təklif olunan sistemdən istifadə edərkən günəşin yüksək 
dəqiqliklə izlənməsi, həmçinin onun real bucaq 
sürətlərindən asılı olaraq parabolik konsentratorun 
fırlanma sürətlərinin dəyişdiyi hallarda sistemin işinin 
yüksək etibarlılığı təmin olunur. 
__________ 
 
F 42 
 
(21) a 2012 0132 
(22) 27.11.2012 
(51) F42B 12/10 (2006.01) 
 
F42B 12/36 (2006.01) 
 F42B 
8/26 
(2006.01) 
(71)(72)
 
Bayram Elnur Azər oğlu
 
(AZ) 
(74) Əfəndiyev Abbas Vaqif oğlu (AZ) 
(54) PİYADA ƏLEYHİNƏ ƏL QUMBARASI 
 
(57) İxtira döyüş sursatlarına, məhz, həm düşmənin canlı 
qüvvəsinin, həm də zirehsiz texnikanın darmadağın 
edilməsi, silahlanma və  təchiz olunma, yanacağın və 
döyüş sursatlarının alışdırılması üçün nəzərdə tutulmuş 
istiqamətlənmiş  zərbə  təsirli piyada əleyhinə  əl 
qumbaralarına aiddir.  
 İxtiranın mahiyyəti ondan ibarətdir ki, xarici səthi 
qabırğalı olan gövdə, onun daxilində yerləşən, özünə fitil
partlayıcı maddə atımı  və piston-partladıcı, yubadıcı  və 
elektrik alışdırıcısının birləşməsi olan elektrodetonator 
daxil edən partlayıcı hissə saxlayan piyada əleyhinə  əl 
qumbarasında, ixtiraya görə, gövdənin boşluğu elektrik 
məftilləri üçün olan dörd dəliklə yerinə yetirilmiş plastik 
kütlədən hazırlanmış bütöv plastina vasitəsilə yuxarı  və 
aşağı seksiyalara bölünüb, bu zaman partlayıcı hissə 
yuxarı seksiyada yerləşib, aşağı seksiyada isə proqram–
aparat hissəsi quraşdırılıb ki, bu da biri digərinin üstündə 
üfüqi yerləşmiş  və öz aralarında birləşdirilmiş iki 
mikrokontroller saxlayır, bunların altında öz gövdəsinin 
içərisinə bar-kod kodlaşdırma sistemi salınıb, bu zaman 
gövdənin yuxarı hissəsi əl ilə işəsalma düyməsi ilə təchiz 
olunub, qoruyucu rolunu yerinə yetirən yuxarı qapaqla 
örtülüb, gövdənin aşağı hissəsinə bərkidilmiş aşağı qapaq 
isə akkumulyator daşıyıcısıdır. 
__________ 
 
BÖLMƏ G 
 
FİZİKA 
 
G 01 
 
(21) a 2009 0185 
(22) 28.08.2009 
(51) GO1G 19/22 (2006.01) 
(71) Babavev Şahlar Mahmud oğlu (AZ) 
(72) Babavev  Şahlar   Mahmud   oğlu (AZ),  Əsgərova 
Afət Abbas qızı (AZ), Rəhimov Məmməd İbrahim 
oğlu (AZ) 
F24J – GO1G 

  
   
AZƏRBAYCAN RESPUBLİKASI  
Bülleten №1  31.03.2014                  İXTİRALARA DAİR İDDİA SƏNƏDLƏRİ 
 
15
(54) QİDA                                                    MƏHSULLARININ 
HAZIRLANMASINDA  İSTİFADƏ OLUNAN 
MƏHLULLARIN DUZLULUĞUNU 
TƏNZİMLƏMƏK ÜÇÜN QURĞU 
 
(57) İxtira qida məhsullarının hazırlanmasında istifadə 
olunan, tələb olunan qatılıqda duz məhlullarının 
hazırlanması 
və digər məhlulların qatılığının 
tənzimlənməsi üçün qurğulara aiddir.  
İxtiranın mahiyyəti ondan ibarətdir ki, duz çənindən, duz 
və suyun qarışdırılması üçün çəndən, suyun çənə 
verilməsi borusundan və  məhlulun texnoloji prosesə 
verilməsi üçün çıxış borusundan ibarət olan qida 
məhsullarının hazırlanmasında istifadə olunan məhlulların  
duzluluğunu tənzimləmək üçün qurğuda, ixtiraya əsasən, 
duz və suyun qarışdırılması üçün çəndə üzərində hərəkətli 
və sabit elektrodlar yerləşmiş dielektrik mildən ibarət 
siqnal vericisi və sabit bəndlə kontaktda olan səviyyə 
tənzimləyicisi yerləşdirilib, və əlavə olaraq, siqnal vericisi 
ilə əlaqələnmiş və ardıcıl olaraq ikilik say sistemi sayğacı, 
miqyas çeviricisi, deşifrator, indikasiya elementləri, 
müqayisə elementləri, gərginlik gücləndiriciləri ilə 
qoşulmuş inteqratorla təchiz olunub, belə ki, ikilik say 
sistemi sayğacı müqayisə elementləri və  gərginlik 
gücləndiriciləri vasitəsilə müvafiq olaraq, duz çəni altinda 
yerləşmiş makara tipli dozalaşdırıcı və qarışdırma çəninin 
altında bərkidilmiş hidravlik qarışdırıcının klapanı ilə 
əlaqələnib. Səviyyə  tənzimləyicisi üzgəcdən və elektrik 
mənbəyinə qoşulmuş kontaktı olan mildən ibarətdir, belə 
ki, milin kontaktı cıxış borusunun klapanı ilə əlaqələnmiş 
sabit bənd üzərində yerləşən kontaktlar arasında hərəkət 
etmə imkanı ilə yerləşdirilib. 
 
__________ 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə