C erom k. Q lenn və t eodor c. Q ordon



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix21.04.2017
ölçüsü5,06 Kb.
#15038
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

Fa
iz 
База
 
ВК 
MED 
НК
 
Baza 
 
YK 
 
MED
 
 
AK 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
74
Korrupsiya əleyhinə Konvensiyanın Tərəfləri müqaviləni həyata keçirməyə başlayıblar və 
Dünya Bankı milli anti-korrupsiya dəstələrini gücləndirməyə kömək edir. QHT-lərin, qlobal 
mətbuatın və özünütəşkil İnternet bloqlarının yayılması şəffaflıq üçün yeni qüvvələrdir. Bu 
qüvvələr hakimiyyətdən sui-istifadəyə dair nəzarəti həyata keçirir. 16 000-dən çox İSO 
standartları arasında müştərək fəaliyyət dünyada verilən qərarların  əxlaqiliyini/etikliyini 
artırır. 
  
Dünya Bankı qeyri-etki şirkətlərin və  fərdlərin siyahısını hazırlayır və yaxşə idarəçiliyin 
göstəricilərini işləyib hazırlayır. Ümumi əxlaq əmsalları, yeni jurnallar, vətəndaş cəmiyyəti 
forumları  və dinlərarası dialoqlar qərar qəbul etmə prosesində qlobal etikaya müraciət 
edirlər. Sorğu keçirilmiş 14 ölkədən 9-u silah ticarətinə vergi tətbiq olunmasını və ya neftin 
BMT-nin daha effektiv şəkildə  fəaliyyət göstərmə qabiliyyətinə yardım etməsini 
dəstəkləyiblər. BMT əxlaqi mülahizələri qlobal qərarlara qoşmaq üçün təsis olunmuş əsas 
qlobal orqandır. 2000-dən çox ticarət müəssisəsi qərar qəbul etmə prosesində qlobal 
əxlaqi prinsiplərdən istifadə etmək üçün BMT-nin Qlobal Müqaviləsinə qoşulublar. 
Beynəlxalq Cinayət Məhkəməsi siyasi liderləri məhkəmə məsuliyyətinə cəlb edib.   
  
Qərar qəbul etmə prsoesində qlobal əxlaqa dair kollektiv məsuliyyət təzə-təzə yaransa 
da, getdikcə artır. Təəssüflər olsun ki, mənəvi üstünlük tələb edən dinlər və ideologiyalar 
“biz-onlar” ayrı-seçkiliyinə səbəb olur. Qlobal Çağırışların təmin edilməsi üçün zəruri olan 
milli, institusional, dini və ideoloji çərçivələr boyu əməkdaşlıq  şəraitində  fəaliyyət 
göstərmək üçün mənəvi iradə qlobal etikanın qəbul edilməsini və reallaşdırılmasını tələb 
edir.  
  
Millətlərarası korporasiyalar, hökumətlər və bir sıra beynəlxalq təşkilatlar vasitəsilə digər 
14 Qlobal Çağırışa cavab verməklə biz qlobal qərar qəbul etmə prosesinə  əxlaqi 
mülahizələri də  əlavə etmiş oluruq. Bəzi fərdlər  İnternet vasitəsilə müxtəlif  əxlaqi 
məsələlər  ətrafında birləşirlər. Digərləri açıq-aydın  şəkildə universal İnsan Haqları 
Bəyannaməsi, YUNESKO-nun Universal Əxlaqi Prinsiplər Layihəsi, Qlobal İdarəetmə 
Komissiyası  və Qlobal Əxlaqi Prinsiplər  İnstitutu kimi qlobal əxlaqi prinsipləri inkişaf 
etdirməyə çalışırlar. Uğurlu  əxlaqi məcəllələr ataların verdiyi xeyir-duaların yox, sosial 
yekdilliyin məhsuludur. Uşaqları  məsuliyyətli vətəndaşlar olmaları üçün maarifləndirmək 
böyüklərə və bu yolla bütün əhaliyə təsir edəcək.  
  
Qlobal  əxlaqi prinsiplər təkcə  əsas dini adətlərə müvafiq olmaqla kifayətlənməməli və 
həmçinin həm möminlər, həm də mömin olmayanları bütün bəşəriyyətlə “birgə olmaq” 
hissi yaradan yeni bir ittifaqda birləşdirməlidir ki, biz gələcək nəsillərin maraqları üçün 
hərəkət edək. Stereotiplər bu şəkildə aparılmalıdır: Mənim üçün, sənin üçün və dünya 
üçün. Biz lobbiçiliyi nəzarətdə saxlamalı, tamahkarlığı  və eqositiyi azaltmalı, hörmət və 
vicdanı  təşviq etməli,  əxlaqi meyarların  əsasını qoymaq üçün valideynlərin rəhbərliyini 
artırmalı, sorğu azadlığı qarşısında duran sərhədləri azaltmalı, qanuni hakimiyyətə qarşı 
hörməti təşviq etməli, təqlid modellərinin təsirinin müəyyən olunmasını  və  uğurunu 
dəstəkləməli, daha ziyalı bir dünya üçün səmərəli qlobal maariflənmə strategiyaları 
həyata keçirməli, insanların davranışlarını inandıqları  dəyərlərlə uyğunlaşdırmalı  və 
Olimpiya oyunları  əhval-ruhiyyəsini yaymalıyıq. Beynəlxalq sazişlərin bütün millətlər 
arasında bərabər  şəkildə  tətbiq olunması da daxil olmaqla, BMT kimi çoxtərəfli orqana 
nəzarət üçün səlahiyyət verən beynəlxalq davranış  məcəlləsinin yaranması ilə 
nəticələnən qlobal prosesə balanılmalıdır. Vaxtın boş yerə  sərf olunması qeyri-əxlaqi 
yanaşmaların başlıca əlamətidir. 
  

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
75
15-ci Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, korrupsiya 50% azalacaq, əxlaqi biznes 
standartları beynəlxalq səviyyədə tanınacaq və müntəzəm olaraq yoxlanılacaq, bütün 
tələbələr məsuliyyətli vətənda. olmaq üçün maarifləndiriləcəklər və qlobal əxlaqi 
prinsiplərin dini və milliyyəti aşacağı haqqgnda ümumi bir fikir formalaşacaq.     
  
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR
 
  
A
FRIKA
: Mənəvi üsyanların vəziyyəti dəyişməsinə  qədər Zimbabve hələ  nə  qədər ziyan 
çəkəcək? Keniyanın xəzinəsindən ölkənin ÜDM-sinin 20%-nə bərabər məbləğdə pul qarət 
olunub. “Transparency İnternational” təşkilatının verdiyi məlumata  əsasən  ən aşağı 
səviyyəli hökumətlər Afrikadadır. 1999-cu ildə  əsası qoyulmuş Afrika Biznes Əxlaqi 
Prinsipləri Şəbəkəsi  2006-cı ildən Afrika Biznes Əxlaqi Prinsipləri Jurnalını nəşr etməyə 
başlayıb.  
  
A
SIYA VƏ 
O
KEANIYA
: İraqda təqribən 3500 korrupsiya halı qeydə alınıb. Bunlardan 780 hal 
məhkəməyə  təqdim olunub, lakin 50-dən də azı cinayət məsuliyyətinə  cəlb olunub. 
Asiyanın sürətli urbanizasiyası  qərarların o qədər sürətlə verilməsinə  səbəb olur ki, 
onların  əxlaqi nəticələrini nəzərə almağa çox az vaxt qalır. Bəziləri ümumi qlobal əxlaqi 
prinsiplərin mövcudluğuna inanmır və onları yaratmağın qərbsayağı anlayışlar olduğunu 
iddia edirlər.  
  
A
VROPA
: AB ksenofobiya və rasizmi qanuna zidd davranışlar elan edib. Vittenberq 
Mərkəzi qlobal əxlaqi prinsiplərin gələcəkdə təsir edəcəyi 5 sahəni müəyyən edib: sabitlik 
və qlobal idarəetmə, korporativ vətəndaşlıq və yeni ittifaqlar, qloballaşma və beynəlxalq 
təşkilatlar, anti-korrupsiya və bütövlüyün idarəedilməsi və  mədəniyyətlərarası 
mühakimələr.  
  
L
ATIN 
A
MERIKASI
:  Fərdiyyətçiliyin artan təsirlərini balanslaşdırmaq üçün təhsilin, KİV-in, 
ekoloji  əxlaqi prinsiplərin, insan haqlarınının, demokratiyanın, bərabər hüquqlu inkişafın, 
azlıqların müdafiəsinin, şüurlu dərrakənin, xoşbəxtliyin, sosial məsuliyyətin və həmrəyliyin 
gücləndirilməsinə ehtiyac var.  
  
Ş
IMALI 
A
MERIKA
:
 
2006-cı ildə ABŞ-da keçirilən seçkilərdə korrupsiya və  əxlaqi prinsiplər 
seçicilərin seçimlərini müəyyənləşdirən  ən mühüm məsələlər olub. Qlobal Əxlaqi 
Prinsiplər  İnstitutunun apardığı araşdırmaya  əsasən, qərar qəbul etmə prosesinin 
proqram təminatı, istifadəçiləri onların universal hörmət, vicdan, mərhəmət,  ədalət və 
məsuliyyət dəyərlərinə  əsaslanan qərarlarının  əxlaqi müzakirələri vasitəsilə  təhrik edə 
bilər. Sosial məsuliyyətli investisiya fondları günü-gündən artır.   Korrupsiyanın qarşısını 
almaq məqsədilə daha yaxşı real-vaxt əsaslışəffaflıqla yanaşı, siyasi qərar qəbul etmə 
prosesində  əxlaqi prinsipləri təkmilləşdirmək üçün yeni tipli maliyyə yanaşmalarına 
ehtiyac var. 
 
 
 
 
 
 
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
76
 
 
 
Qrafik 15.  
 
Qlobal Çağırışlar və GDİ Prosesi  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
- Ən yaxşı və pis dəyərlər 
- Tendensiyaların Təsirinin Təhlili 
- GDİ-yə təsir edən amillər  
- Tarixi Məlumat və Proqnozlara Baxış 
- Metodologiyaya yenidən Baxış 
- Real Time Delphi-dən istifadə edərək Dəyişənlərə yenidən baxış 
 
Qlobal Çağırışlar 
Gələcəyin Durumu İndeksi 
GDİ-nin Yenilənməsi
Milli GDİ
- Ümumi Təsvir 
- Regional Baxışlar 
- Fəaliyyət 
- İndekslər 
182 Dəyişiklik
180 Dəyişiklik
Distilə edilmiş 
Məlumat 
131 Fəaliyyət ilə  
15 Məsələ 
213 Fəaliyyət ilə 
15 İmkan
 
213 Fəaliyyət ilə 
15 Qlobal Çağırış 
 
Qlobal Çağırışlar 
- Davamlı Yenilənmə 
- Tərəqqinin Ölçülməsi 
- Ən yaxşı və pis dəyərlər 
- Tendensiyaların Təsirinin Təhlili 
- GDİ-yə təsir edən amillər  
- Tarixi Məlumat və Proqnozlara Baxış 
- Metodologiyaya yenidən Baxış 
- Real Time Delphi-dən istifadə edərək Dəyişənlərə yenidən baxış 
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
77
 
2. Gələcəyin Durumu İndeksi 
 
Gələcəyin Durumu İndeksi ümumilikdə  gələcəyə baxışın onillik ölçüsüdür. O əsas 
dəyişənlərdən və proqnozlardan istifadə edilərək hazırlanır və bütövlükdə gələcəyin daha 
yaxşı və ya pis olacağını təsvir edir. GDİ gələcəyə baxışın istiqamətlərini və intensivliyini  
göstərmək və  məsul amilləri müəyyən etmək niyyəti daşıyır. Minillik Layihəsinin bəzi 
indeksli eksperimentləri, irəli sürülmüş strategiyaların nominal Gələcəyin Durumu 
İndeksinə  təsirini nümayiş etdirməklə strateji məqsədlər üçün necə istifadə oluna 
biləcəyini aydınlaşdırıb. GDİ yanaşması sistem daxilindəki elementlər arasındakı əlaqələri 
– vahid dəyişikliyin necə bütün sistem boyu pulyasiya etdiyini - araşdırmaq üçün 
mexanizm təqdim edir. Başqa sözlə, bəzi müsbət, gözlənilən, həmçinin gözlənilməyən 
nəticələr və bu il aparılan işlər də daxil olmaqla, millət-millət müqayisələrini artıracaq milli 
GDİ-lərin qurulması üçün standartlar yaradır.  
 
Lakin çoxlu sayda dəyişənləri vahid indeksdə birləşdirmək detalların itkisinə gətirib çıxara 
bilər.  İndeksin yaradılması, təkcə daxil ediləcək dəyişənlərin seçilməsini deyil, həm də 
onların qiymətləndirilməsini tələb edir. Qlobal şərtlərin indeksi regionlar, millətlər və ya 
qruplar arasındakı  dəyişənlərin üstünü örtə bilər.  İndeksin aşkar qiymətləndirilməsi 
asanlıqla onun dəqiqliyi ilə  səhv salına bilər. Bu səbəblərdən, sosial və iqtisadi şərtlərin 
izlənilib tapılmasında maraqlı olan bir çox insanlar özlərinin vacib, xüsusi və fərqli hesab 
elədikləri dəyişənləri saxlamağa üstünlük verirlər. Nəticə etibarilə, indeksi formalaşdıran 
dəyişənlərə xüsusi diqqət yetirilir. Bu dəyişənlər dəqiq mənbələri axtarıb tapır və 
dəyişikliklər meydana gələrkən onarı izləyib tapır.  
 
Gələcəyin Durumu İndeksi ilk dəfə Minillik Layihəsinin 2001-ci il üçün Gələcəyin Durumu 
hesabatında şərh edilib. O vaxtdan bəri Gələcəyin Durumu hesabatlarının GDİ fəsli bütün 
səylərini məlumatlar mənbəyində  və metodun özündə  təkmilləşdirmə aparmağa 
cəmləşdirib. Bu fəsil 2006-07-ci illərdə  həyata keçirilmiş GDİ araşdırmasının xülasəsini 
təqdim edir.   GDİ-lərin altı-illik təffərüatları və təhlili və köməkçi məlumatlar kompakt disk 
versiyasının 2-ci Fəslinə daxil edilib. 
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
78
 
Cədvəl  2. GDİ Dəyişənləri 
 
2007-ci il üçün GDi-nə Daxil Edilmiş Dəyişənlər 
 
  Təmiz su mənbələrindən istifadə imkanı olmayan əhali (əhalinin faizi) 
  Savadlılıq səviyyəsi, yaşlı insanların ümumi sayı (yaşı 15 və daha çox olan insanların faiz 
göstəricisi) 
 
Korrupsiya səviyyəsi (15 ən böyük ölkə) 
 
Məktəblərə qəbul, orta məktəblər (ümumi faiz) 
 
Gündəlik 1 dollar səviyyəsində adambaşına düşən yoxsulluq nisbəti (əhalinin faizi) (Aşağı və 
Orta Gəlirli Ölkələr) 
 
Nüvə silahına malik və ya onunla bağlı planlarının olması zənn edilən ölkələr (sayı) 
 
CO2-nin (karbon qazının) emissiyası (qlobal, karat
 

 
 İşsizlik, ümumi (ümumi işçi qüvvəsinin faizi) 
 
Enerji istifadəsinin hər bir vahidi üzrə ÜDM ( hər neft kiloqramı ekvivalenti üzrə 2000$ 
konstanta) 
 
Geniş silahlı münaqişələrin sayı (ölüm hallarının sayı >1 000) 
 
Əhali artımı (illik faiz) 
 
Tədqiqat və Təkmilləşdirmə xərcləri (dövlət büdcəsinin faizi) 
 
Terror aktları nəticəsində öldürülmüş və ya yaralanmış insanlar (sayı) 
 
Bölünməyən və qeyri-mədən mənbələrdən hasil edilən enerji (əsas enerji  
   
təchizatının müəyyən faizi olaraq)  
 
Qida ehtiyatı (kalori/həcm) 
 
Müstəqil ölkələrdə yaşayan əhali (ümumi qlobal əhalinin faizi) 
 
Qlobal Səthi Temperatur Anomaliyaları 
 
Adambaşına düşən ÜDM (sabit 2000 ABŞ dolları) 
 
Seçkilərdə səs verən Əhali (səsvermə hüququna malik olan əhalinin yaş qrupunun faizi) 
 
Terapevtlər (hər 1000 adama) (Səhiyyə işiçilərini əvəz edə biləcək) 
 
İnternet istifadəçiləri (hər 1000 adama) 
 
Körpə ölümü (hər 1000 doğuma düşən ölüm sayı)  
 
Meşə torpaqları (bütün torpaq sahələrinin faizi)  
 
Doğum zamanı gözlənilən həyatın davamlılığı (illər) 
 
Parlamentlərdə qadınlar (bütün üzvlərin faizi) 
 
Qaçqınların sayı (ümumi əhalinin hər 100.000-nə düşən) 
 
Tam Borc Xidməti (Ümumdaxili Gəlirin faizi) (Aşağı və Orta Gəlirə malik Ölkələr) 
 
HİV virusunun yayılması (əhalinin faizi) 
 
Qətillər, düşünülmüş (qəsdlə) (hər 100 000 adama) 
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
79
2007-ci il üçün Qlobal GDİ 
 
GDİ-yə daxil edilən dəyişənlər 2006-07-ci illərdə yenidən qiymətləndirilib. (metodun 
təfərrüatları üçün kompakt disk versiyasının “L” Əlavəsinə baxın). Araşdırmada iştirak 
etmiş  iştirakçılar dəyişənləri qiymətləndirmək,  ən pis və  ən yaxşı ssenariləri 
qiymətləndirmək, GDİ-yə daxil edilmək üçün yeni dəyişənlər təklif etmək, ən azı 20 il tarixi 
məlumatlara malik mənbələri təklif etmələri üçün sorğu-sual ediliblər.  
 
Real Time Delphi metodunun verdiyi nəticələr üzərində işləyərək, 29 dəyişəndən istifadə 
olunaraq yeni qlobal GDİ qurulub. Bu dəyişənlər, məlumatın əldə olunması və əsas GDİ 
araşdırmalarında dəyişənlərin istifadəsi üzrə RT Delphi araşdırmasında aldıqları xallar 
əsasında seçiliblər. Daha sonra, mümkün olan yerlərdə, həm milli həm də qlobal GDİ 
tətbiqinə faydalı olan vahidlər seçilib. 2007-ci il GDİ-sində istifadə olunmuş  dəyişənlərin 
siyahısı Cədvəl 2-də yer alıb.    
 
Tez-tez manipulyasiya tələb olunsa da, demək olar ki bütün dəyişənlər üzrə onlayn tarixi 
məlumat mənbələri  əldə olunub. Və  həm çatmayan məlumatları daxil etmək və  həm də 
növbəti 10 ildə proqnoz əldə etmək üçün məlumatlar zaman seriyalarına uyğunlaşdırılır.   
2007-ci il GDİ-si daha əvvəlki təhlillərlə bilavasitə müqayisə edilmir, çünki dəyişənlərin 
çoxu onların milli GDİ hesablamalarında istifadəsini asanlaşdıracaq şəkildə ifadə olunur. 
Məsələn, köhnə dəyişən sayılan “Əhalinin illik əlavəsi (milyon)” indi “Əhali artımı (iilik faiz) 
kimi ifadə olunur. İkincisi, artıq “Tədqiqat və Təkmilləşdirmə xərcləri (milli büdcənin faizi)” 
kimi Real Time Delphi-yə daxil olunan məlumatların nəticələri kimi əlavə edilmiş yeni 
dəyişənlər mövcuddur. Əvvəlki araşdırmalarda istifadə olunan bəzi dəyişənlər yenilərilə 
əvəz olunub; məsələn, “Yerli tibbi xidmətlərə çıxışı olan insanların sayı (15 ən çox əhalisi 
olan ölkələrdə)”, “Terapevtlərlə (hər 1000 min adama)” əvəz olunub. Bu isə milli GDİ-lər 
üçün daha asan əldə oluna bilən və daha müvafiqdir. Ən son olaraq, məlumatları daha 
fərqli şəkildə təqdim edən yeni məlumat mənbələri tapıldığı üçün bəzi dəyişənlər dəyişilib. 
Məsələn,  əvvəlki araşdırmalarda “Zorakı  qətllər (17 ölkədə. hər 100, 000 adama)” 
dəyişəni istifadə olunurdu. Cari araşdırmalarda isə “Qəttlər, düşünülmüş (qəsdlə) (hər 
100, 000 adama)” dəyişəni istifadə olunur.    
 
The 2007 GDİ qrafik olaraq Qrafik 16-da şəkildə göstərilib. 
 
Qrafik 16. GDİ 2007 
 
 
 
 
RT Delphi araşdırmasında iştriak etmiş respondentlərin GDİ-nin nəticələri üçün vacib ola 
biləcəyini düşündükləri hadisələrin təsirlərini tədqiq etmək üçün tendensiyanın təsirin 
təhlili də həyata keçirilib. Bütövlükdə 90-dan çox hadisə nəzərə alınıb. Bu hadisələrdən, 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
80
və meydana gəlmə ehtimallarının qiymətləndirilməsindən və heyət tərəfindən edilən 
təsirlərdən istifadə etməklə, fərdi dəyişənlərin Tendensiyanın Təsirinin Təhlili proqnozları 
və GDİ özü hazırlanıb. Tendensiyanın Təsiri Təhlili proqnozlaşdırılmış GDİ-ni elə 
təkmilləşdirir ki, tarixi tendensiyalar növbəti onillik ərzində uzadılsın. Qrafik 17 Tendensiya 
Təsirinin Təhlilinin istifadə olunmuş GDİ-ni göstərir.       
 
Məlum olub ki, proqnozlar öldürülən insanların sayının gözləniləndən iki dəfə çox olduğu 
terror aktları və gözlənilməz, lakin baş verə biləcək fəlakətlər kimi bəzi gələcək hadisələrə 
qarşı çox həssas olub. Bu cür hadisələr GDİ-ni 15 il əvvəl mövcud olmuş dəyərlərdən də 
aşağı dəyərlərə sala bilər. Rəqəmlərin bir az fərqli olmasına baxmayaraq, 2007-ci il GDİ 
Qrafikı də eynən son bir neçə ilin GDİ qərarlarının ümumi şəklini göstərir: 1980-ci illərin 
ortasından nisbətən sürətli artım, sonra növbəti 10 ildə davamlı, lakin daha sonra artım 
yavaş olmuşdur. Daha əvvəl sadalanmış  səbəblərdən fərdi müqayisələrin aparılmasının 
mümkün olmasına baxmayaraq, 2005-ci və 2007-ci il üçün GDİ-lər Qrafik 18-də göstərilib.           
 
 
Qrafik 17. 2007-ci il üçün GDİ,  Tendensiya Təsirinin Təhlili ilə 
 
 
 
 
Qrafik 18. 2005 və 2007-ci il GDİ-lərinin müqayisəsi 
 
 
 
 
GDİ  dəyişənləri 6 sahədə qruplaşdırıla bilər: mənəvi gözləntilər, fiziki gözləntilər, 
təhlükəsizlik gözləntiləri, səhiyyə gözləntiləri, intellektual gözləntilər və sərvət gözləntiləri. 
Hər kateqoriya özü bir proqress ölçüsü ola bilər. Səhiyyə, intellektual və  sərvət sahələri 
üçün, tarixi və layihələşdirilmiş  dəyərlər “ən yaxşı” məqsədlərə doğru hərəkət edir; 
Baza 
YK 
Med
AK

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
81
mənəvi, fiziki və təhlükəsizlik sahələri üçün, tendensiyalar qismən qarmaqarışıqdır, lakin 
zaman keçdikcə  gələcəyə doğru “ən mənfi” çərçivələri istiqamətində spiralvari hərəkət 
edirlər. Qrafik 19 hər bir kateqoriya üzrə tendensiyanı göstərir. 
 
Qrafik 19. Əxlaqi, Fiziki, Təhlükəsizlik, Səhiyyə,  İntellektual və  Sərvət Gözləntiləri üzrə 
Tendensiyalar 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Milli GDİ-lər 
Varlılıq 
ntellekt  
ağlamlıq 
Təhlükəsizlik 
iziki 
Mənəvi 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
82
 
GDİ-lər qlobal, milli, regional və ya sektoral səviyyədə hesablana bilər. Milli GDİ-lər, 
bütövlükdə ölkəni inkişaf etdirmək məqsədi daşıyan strateji və  sərmayə  qərarları üçün 
prioritetlər qurmağa kömək edə bilər. Bu ölkələri, yaxın 10 ildə özlərindən xalqın daha 
yaxşı  və daha pis təmin olunmasının nə olduğunu soruşmağa – və bu suala daha 
obyektiv və kəmiyyətli şəkildə cavab verməyə təşviq edə bilər.    
 
2004-cü ildə Minillik Layihəsi Venesuela Bölməsi Deloitte & Touche C.A. şirkəti ilə birlikdə 
milli GİD-lərin hesablanması  təşəbbüsünü həyata keçiriblər. Onlar Amerikanın seçilmiş 
ölkələri – Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Ekvador, Meksika, Peru, ABŞ və 
Venesuela üçün GDİ-ləri hesablayıblar. Bu təşəbbüs məlumatların  əldə olunmasının və 
müqayisə oluna bilməsinin qiymətləndirilməsinə, həmçinin hər ölkədə  əlverişli və ya 
əlverişsiz dəyişiklikləri hansı amillərin müəyyən etməsinin təhlilinə imkan verib.   
 
Milli GDi-lərin hesablanması  həmçinin müxtəlif ölkələrin perfrormansları arasında 
müqayisə aparmağa imkan verir. Bundan əlavə, milli GDİ-lər problemə qlobal GDİ-ylə 
yanaşırlar: regionlar və xalqlar arasında dəyişilmələr. Qrafik 20, Amerikanın 10 ölkəsinin 
GDİ-lərinin müqayisəsini əks etdirir.  
 
Milli GDİ-lər yaratmaq marağı geniş  şəkildə yayılıb; Kanada, Çin, Misir, Macarıstan, 
Küveyt, Cənubi Koreya və Türkiyə milli məlumatlardan istifadə edərək öz şəxsi 
indekslərini işləyib-hazırlamaqda maraq göstəriblər.  
 
Qrafik 20. Ölkələrin Tənzimlənməyən GDİ Mütləq Dəyərləri 
 
 
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
83
Türkiyə üçün ilk GDİ 2006-cı ildə, Türkiyənin Bütün Futuristləri Assosiyasiyasında Minillik 
Layihəsinin Türkiyə Bölməsi tərəfindən hesablanıb. Növbəti il, onlar hesablamada nəzərə 
alınmış dəyişənləri yenidən qiymətləndiriblər və metodolgiyanı təkmilləşdiriblər.   
 
2007-ci il üçün GDİ-yə daxil edilən 11 dəyişən (2006-cı ildəkindən 3 dəyişən çox), 
məlumatların 20 il üçün əldə oluna bilinməsinə və Türkiyənin gələcəyinə aidiyyatı olan 15 
Qlobal Dəyişənə olan münasibətə əsasən seçilib.  
 
Türkiyənin Bütün Futursitləri Assosiasiyasının 28 üzvü Delfi araşdırmasından istifadə 
edərək, Türkiyə GDİ-nə daxil edilmiş  dəyişənlər üçün ən yaxşı  və  ən pis dəyərləri 
qiymətləndiriblər. Qrafik 21 onların hesablamalarının nəticələrini göstərir.  
 
 
Aşağıdakı dəyişənlər daxil edilib: 
• Qida 
ehtiyatları 
• Adambaşına düşən ÜDM  
Körpə ölümü 
• Su 
mənbələrinə çıxış 
• Hər ÜDM-yə düşən xarici borc 
• Meşə torpaqları 
• Savadsızlıq 
•  İşsizlik 
• Səhiyyə xidmətlərindən istifadə imkanı 
• Həyat davamlılığı 
• Orta 
məktəblərə qəbul 
 
Türkiyənin GDİ-si 2016-cı il üçün 1.62 indeks dəyərinə malik daha yaxşı  gələcəyi təsvir 
edir – müqayisə üçün, 2006-cı ildə bu göstərici 1 olub. 2001-2005-ci illər arasında GDİ 
qrafikləri arasındakı güclü dəyişiklik 90-cı illərdə olan koalisiya-əsaslı hökumətlərlə 
müqayisədə, o dövrün tək-partiyalı hakimiyyəti ilə  əlaqəli ola bilər. Türkiyə GDİ-si 
həmçinin 1999-2001-ci il maliyyə böhranlarının qarşısını almağa qadir idi.    
   
Ən həssas və  ən mühüm dəyişənlər hər ÜDM-yə düşən xarici borc, İşsizlik, və meşə 
torpaqları olub. Hər ÜDM-yə düşən xarici borcun azalması Türkiyənin Sabit İnkişafının 
2013-cü ilədək ÜDM-nin 7% artmasına nail olması üçün mühüm əhəmiyyət kəsb edir. 
Meşə torpaqları iqlim dəyişikliyi ucbatından günü-gündən daha da mühümləşən bir 
mülkiyyətdir. Dünyada işsizlik son 3 ildə  təqribən 10% sabit olub, lakin fəaliyyət planları 
bu göstəricini 6-7%-ə endirmək üçün layihələşdirilməlidir ki, Türkiyənin 2015-ci ildə 
Avropa Birliyinə üzv olma ehtimalından öncə o iqtisadi və sosial cəhətdən sağlam bir 
formaya düşsün.   
 
Türkiyə öz GDİ hesablamalarını  təkmilləşdirməyə davam edir. 2008-ci il üçün Türkiyə 
GDİ-sinə daha bir neçə dəyişənlərin daxil edilməsi gözlənilir: Parlamentdə qadınlar (2007-
ci il seçkilərindən sonra yniləndirilib), Tədqiqat və  Təkmilləşdirmə  xərcləri,  İnternet 
penetrasiyası, və CO
2
 emissiyaları. Türkiyənin Bütün Futursitləri Assosiasiyası da 
həmçinin, GDİ-yə daxil edilmiş  dəyişənlərin qiymətləndirilməsi prosesində  iştirakını 
genişləndirmək üçün müvafiq Türkiyə QHT-ləri ilə əməkdaşlıq aparacaq.  
 
 
 
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
84
Qrafik 21. Türkiyə üçün GDİ (2006=1 olaraq tənzimlənmiş) 
 
 
 
 
 
 
2006-cı ildə, Cənubi Koreya üçün GDİ hesablanıb. Daxil edilən dəyişənlər əvvəllər digər 
GDİ araşdırmalarında istifadə olunmuş  dəyişənləri  əks etdirir və 20 il üzrə  məlumatların 
olduğu çoxluq silsiləsi seçilmişdir. Bu hesablamada istifadə olunmuş  ən yaxşı  və  ən pis 
dəyərlər 30 Koreyalı mütəxəssis arasında aparılmış yeni Delfi araşdırması yolu ilə  əldə 
olunub. Cənubi Koreya üçün ikinci GDİ birincidə olan eyni dəyişənlərdən və o dövrdə əldə 
olan qlobal GDİ üçün əvvəllər müəyyən olumuş  ən yaxşı  və  ən pis dəyərlərdən istifadə 
etməklə hesablanıb. Bu hesablama digər ölkələrin də GDİ-ləri ilə bilavasitə müqayisə 
oluna biləcək bir GDİ əldə etmək üçün aparılıb.  
 
Qrafik 22 nisbi şərtlərdə qlobal və Cənubi Koreya normalizasiya dəyərlərini istifadə edən 
Cənubi Koreya GDİ-sinin müqayisəsini göstərir.    
 
Cənubi Koreya GDİ hesablamalarında nəzərə alınmış dəyişənlər aşağıdakılardır: 
 
• Körpə ölümü 
• adambaşına düşən ÜDM 
• təmiz su mənbələrindən istifadə imkanı olan əhali təsərrüfatların faizi 
• Atmosferik 
CO
2
 emissiyaları 
•  İllik əhali əlavələri 
•  İşsizlik  
• Həyat davamlılığı 
• Meşə torpaqları 
• Azadlıq İndeksi 
 
Cənubi Koreya GDİ-si Cənubi Koreyalıların gözləntilərini və ölkənin konkret situasiyasını 
özündə  əks etdirir. Məsələn, bütün dünyada əhalinin sayının azalması mübət bir 
tendensiya kimi qəbul olunur, Koreya isə bunun əksini düşünür (Bu Cənubi Koreya Delfi 
araşdırmasında aydın olub. Bu araşdırmada “illik əhali əlavəsi” üçün ən yaxşı dəyişən ən 
pis dəyərdən böyükdür).      
 
İki GDİ versiyası ayrı-ayrılıqda hesablanıb, çünki təhlilin məqsədi təkcə Cənubi Koreyanı 
digərləri ilə müqayisə etmək yox, həmçinin Cənubi Koreyalıların gözündə  gələcəyin nə 
qədər yaxşı  və  nə  qədər pis göründüyünü ölçməkdir. Xüsusi olaraq qurulmuş  Cənubi 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
85
Koreya GDİ-si milli mülahizələrə əsasən milli mənzərəni təsvir edir. Çünki normalizasiya 
üçün  ən yaxşı  və  ən pis dəyərlər, bütün dünya üçün ümumi gözləntilərə qarşı  Cənubi 
Koreyalıların növbəti 10 il üçün konkret gözləntilərinə əsaslanır.   
 
GDİ metodologiyası pis dəyərləri daha ciddi şəkildə “cəzalandırdığı” üçün, 80-cı illərdəki 
Koreya dəyərləri üçün aşağı GDİ Koreyalıların yüksək gözləntilərini özündə  əks etdirir. 
Böyük fərqlərin mövcud olduğu 1984-1991-ci illər arasındakı dövrdə, GDİ-nin  əsas 
dəyişənləri bugünün gözləntilərindən çox aşağı  şəkildə qurulmuşdu (Təhlilin təfsilatı  və 
nəticələrin şərhləri üçün kompakt disk versiyasının 2-ci Fəslinə baxın).  
 
Qrafik 22. Qlobal və  Cənubi Koreya Normallaşdırma Dəyərlərini istifadə edən Cənubi 
Koreya üçün Nisbi (müvafiq) GDİ-nin Müqayisəsi (2006 = 1 olaraq tənzimlənmiş) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin