L
ATIN
A
MERIKASI
: 2050-ci ilədək əhalinin cari 550 milyondan təqribən 800 milyona qədər
artması və 2030-cu ilədək əhalinin 85%-nin şəhərli olması gözlənilir. Bu da şəhərə və
kənd təsərrüfatına kütləvi infrastruktur sərmayələrinin qoyulmasını tələb edəcək. BMT-nin
azaldılmış dəyərləndirmələrinə görə region əhalisinin yaş medianı 2050-ci ilədək təqribən
20 il arta bilər. Miqrasiya siyasətləri əhalinin məkani bölüşdürülməsi üçün müvazinət amili
kimi qəbul oluna bilər. Böyük gəlir boşluqları siyasi iğtişaşlara səbəb ola bilər.
Ş
IMALI
A
MERIKA
:
ABŞ-da yeni immiqrasiya siyasətlərinə ehtiyac var. ABŞ-da hər il
təqribən 100 milyard dollarlıq qida istifadə edilir. Biotexnologiya və nanotexnologiya
təzəcə tibbə təsir etməyə başlayır; nəticə etibarilə yaxın 25-50 il ərzində insan ömrünün
uzadılmasında əsaslı irəliləyişlər labüddür. Biliyin (elmin) və təcrübənin xeyri üçün
“birdəfəlik” istifadənin azaldılması əhali-resurs balansını dəyişə bilər.
Qrafik 4. Qida ehtiyatı (kalori/həcm)
Mənbə: Ümumdünya Ehtiyatlar İnstitutu, Minilliyin Layihəsinin dəyərləndirmələri ilə
4.
Avtoritar rejimlərdən həqiqi demokratiyayа necə keçməli?
Demokratiyanın ölçülməsinə dair beynəlxalq konsensusun mövcud olmadığına
baxmayaraq, belə bir mürəkkəb anlayış mövcuddur ki, demokratiya məsul vətəndaşlar və
qayğıkeş hökumət arasında siyasi proseslərdə iştiraka təşviq edən və əsas haqlara
təminat verən qarşılıqlı bir əlaqədir. Bu cür əlaqə dünyada artmaqda və inkişaf
etməkdədir. “Freedom House”-un verdiyi məlumata əsasən, müstəqil dövlətlərin sayı son
30 il ərzində 46-dan 90-a qalxıb. Bu da dünya əhalisinin 46%-i deməkdir. Son bir neçə il
ərzində ölkələrin 64%-i seçki sisteminə malik demokratik ölkələrə çevriliblər. Demokratik
Baza
YK
AK
Ada
m
ba
şı
na
dü
şə
n kalor
i
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
42
ölkələrin bir-birilə vuruşmaq niyyətləri olmadığından və humanitar böhranlar demokratik
rejimlərdən çox avtoritar rejimlər üçün xarakterik olduğundan, demokratiyaya doğru
meyylər milli dövlətlər arasında daha dinc gələcəyə gətirib çıxarmalıdır.
Qismən müstəqil olan ölkələrin sayı 49-dan 59-a qalxdığı bir dövrdə, 2.4 milyard insan
avtoritar rejimə malik 45 ölkədə yaşayır. Təqribən 5.4 milyard insanın azad mətbuata
çıxışı yoxdur və 2006-cı ildə 80-dan çox jurnalist qətlə yetirilib. Bununla belə vətəndaş
cəmiyyətinin böyüməsi, demokratiya tərəfdarları olan şəxslərin mətbuata çıxışı,
uzunmüddətli iqtisadi sabitlik, diqqətin vətəndaş iştirakına yönəlməsi, şəffaf məhkəmə
sistemi, İnternetə çıxışı olan elektron hökumət, artan savadlılıq, idarəetməni
qiymətləndirmə sistemlərinin keyfiyyətinin artırılması, beynəlxalq müstəqillik, və qlobal
şüurun inkişafı avtoritar rejimdən daha demokratik rejimə keçidə kömək olur. Baxmayaraq
ki yaxşı hakimiyyətdən asılı olan inkişaf məqsədli yardımlar bir çox ölkələrə kömək olub,
xalis demokratiyaya o vaxt nail olunacaq ki, əhali – xarici iştirakçılar yox - hökumətdən
hesabat verməsini tələb edəcəklər. Müflis olmuş ölkələrə və ya ölkədaxil regionlara
yardım göstərmək üçün beynəlxalq protokollara və ölkə öz vətəndaşlarına və ya
digərlərinə qarşı böyük təhlükə yaratdığı zaman müdaxilə prosedurlarına ehtiyac var.
Dünya Bankının hakimiyyət göstəriciləri azad mətbuat, şəffaf və effektiv hökumət,
həmçinin demokratik məsuliyyət (hesabatlılıq) və rüşvətxorluq az yayılmış hökumət
arasındakı qarşılıqlı əlaqələri göstərir. Bankın dəyərləndirmələrinə görə hakimiyyətdə bir
standart siyasi təmayülün inkişafı adambaşına düşən gəlirin üçqat artması ilə nəticələnə
bilər. Bankın dəyərləndirmələrinə əsasən 2006-cı ildə ödənilmiş siyasi rüşvətlərin məbləği
1 trilyon dolları keçib. Bu da dünyadakı bütün hərbi büdcələrə bərabərdir. Anti-korruspiya
normalarının təsis olunmasında əldə olunan irəliləyişlərə baxmayaraq, sorğu keçirilmiş
163 ölkədən 71-ində korrupsiyanın sürətlə artdığı məlum olub. Dünya Bankının yeni
yardım proqramları və BMT-nin Korrupsiyaya qarşı Konvensiyası artan siyasi
rüşvətxorluğun qarşısının alınmasında atılmış ilk addımlardır. Həmçinin İnternet
vətəndaşların ictimai məsələlər üzrə elektron çıxış imkanlarının təmin olunması üçün
imkanları artırır.
Hakimiyyətlərin öz vətəndaşlarına qarşı daha təltəlhesab, şəffaf və qayğıkeş olmaları
gözlənilir. Bununla belə, demokratik elektron hökumətlərin internetə çıxışa tələbi var.
Dünya əhalisinin çoxunun internetə çıxışı olmasa da, 100 dollarlıq portativ kompüterlərin
uğuru kasıb ölkələrdə bu vəziyyəti dəyişə bilər.
İnternet milliyətindən və dilindən asılı olmayaraq insanlara ümumi ideallar, ənənəvi
institusional idarənin müstəqilliyi ideyası ətrafında birləşərək gələcəyi inkişaf etdirməyə
imkan verir. Dünyanın müxtəlif hissələrində baş qaldıran haqsızlıq həll yollarını tapmaq
üçün yerli, regional və ya beynəlxalq idarə sistemlərinə təzyiq göstərən milyonlarla insanı
əhatə edir. Bu misilsiz sosial qüvvə vətəndaşların siyasi proseslərdəki rolunu yeniləndirir
və institutları, siyasət quruculuğunu və hakimiyyəti dəyişir. Bununla belə informasiyanın
idarə olunmasının qarşısının alınması üsullarının inkişafı, həmçinin informasiya
ötürülməsi azadlığının artması, davamlı demokratik həmrəyliyin meydana gəlməsində
mühüm rol oynayacaq. Mütəşəkkil cinayətkarlıq, seçkilərin nəticələrinin gizli şəkildə
dəyişdirilməsi üsullarına, informasiya müharibəsinə, və fərdlərin kütləvi qırğın silahları
düzəltmək və onlardan istifadə etmək potensialına bu gün kifayət qədər diqqət ayrılmır.
Bu da demokratiyanın gələcəyinin təmin olunacağını şübhə altına salır. Demokratiyaya
qarşı yönələn bu təhlükələrin birləşəcəyini düşünmək belə qorxuncdur, lakin əks-tədbirlər
nə qədər tez işlənib hazırlansa və həyata keçirilsə, bir o qədər yaxşı olar.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
43
4-cü Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, bu təhlükələri aradan qaldırmaq üçün
strategiyalar mövcud olacaq, dünyanın 10%-dən azı qeyri-demokratik ölkələrdə
yaşayacaq, silahlı münaqişələrin sayı (ildə 1, 000 və daha çox ölümlə nəticələnən)
yarıbayarı azalacaq və çox demokratik ölkələrdə çox seçkilərdə seçicilərin iştirakı 60%-i
ötüb keçəcək.
R
EGIONAL
M
ÜLAHIZƏLƏR
A
FRIKA
: Bir neçə il demokratik irəliləyişlərdən sonra 2006-cı ildə sub-Sahara Afrikası əldə
etdiyi irəliləyişlərdən daha çox geriləmələrə məruz qaldı. Freedom House-un
dəyərləndirmələrinə əsasən regionda olan 48 ölkədən 11-i “müstəqil”, 22-si “qismən
müstəqil”, 15-i isə “müstəqil deyil”. 2007-ci ildə Afrika birliyi tərəfindən qəbul edilmiş
Demokratiya, Seçkilər və İdarəetməyə dair Xartiya Afrika hökumtələrinin cavab verməli
olduqları demokratik standartları müəyyən edir və onların uğurunu qiymtələndirmək üçün
struktur hazırlayır. 2007-ci ildə Afrikada 15-dən çox seçki həyata keçiriləcək. Afrika
ölkələri birliyi yaratmağa və Pan-Afrikan Parlamentinə qanunverici hakimiyyət verməyə
dair təkliflər irəli sürülüb.
A
SIYA VƏ
O
KEANIYA
: Hindistan dünyada ən böyük demokratik ölkədir, Çində isə
deomkratiyanın elementləri peyda olmağa başlayır. Freedom House-un
dəyərləndirmələrinə əsasən Asiyada olan 39 ölkənin 16-sı “müstəqil”, 12-si “qismən
müstəqil” və 11-i isə “müstəqil deyil”. 2006-cı ildə region əhalisinin yalnız 70%-inin azad
mətbuata çıxışı var. ASEAN (Cənubi-Şərqi Asiya ölkələri Assosiasiyası) inteqrasiyaya və
demokratiyaya təkan vermək üçün (AB-dəki kimi) yeni Xartiya hazırlayır. Baxmayaraq ki 6
“qismən müstəqil” və 11 “müstəqil olmayan” ölkəsi olan Yaxın Şərqdə İsrail “müstəqil”
dəyərləndirilən yeganə ölkədir, Yaxın Şərqdə bir çox ölkələrdə qadınların səs vermək və
vəzifə tutmaq haqları üzrə inkişafa nail olunub.
A
VROPA
: AB, siyasət quruculuğunda ictimai iştiraka görə birinci yerdə gedir. AB-yə daxil
olan 27 ölkənin hamısı “müstəqil” qiymətləndirilib. Lakin yeni üzvlər olan Rumıniya və
Bolqarıstanda hələ də mətbuat azadlığının inkişafına ehtiyac var. Hal-hazırda AB-də 7
milyon qeyri-qanuni mühacir mövcuddur. Hər il əlavə olaraq 500, 000 mühacir gəlir.
Beynəlxalq miqrasiya və mühacirlərin inteqrasiyası üzrə qanuni sistemi möhkəmləndirmək
üçün yeni normaların işlənib hazırlanması nəzərdə tutulub. Sovet İttifaqı və Mərkəzi və
Şərqi Avropa ölkələrindən (AB-yə daxil olmayan) 4-ü “müstəqil”, 8-i “qismən müstəqil” və
7-si “müstəqil” kimi qiymətləndirilib. Bu ölkələrdən bəzilərində mütləqiyyətə, korrupsiyaya
doğru tendensiyalar və mütərəqqi institutların çatışmamazlığı demokratizasiya prosesinə
mane olur.
L
ATIN
A
MERIKASI
:
Latın Amerikası dünyada qeyri-bərabərsizliyin ən yüksək dərəcəsinə
malikdir, və burada yerləşən bir çox ölkələr korrupsiya və vətəndaş azadlıqlarının azlığı ilə
üzləşirlər. Lakin 2006-cı ildə bir çox rəqabətli və ədalətli seçkilər həyata keçirilib. Azad
bazara malik demokratik ölkələr sosial ədalətlilik və bərabərlik istiqamətində kifayət qədər
inkişaf etmədikləri üçün, yeni və günü-gündən artan mütləq populist liderlər dəstək alıblar
və sənayenin milliləşdirilməsini genişləndirirlər. Region ölkələrinin daha güclü
inteqrasiyası demokratiyanın möhkəmləndirilməsinə (AB-də olduğu kimi), ticarətin inkişaf
etdirilməsinə, və korrupsiya və mütləqiyətlərə qarşı mübarizə aparmağa kömək edə
bilərdi.
Ş
IMALI
A
MERIKA
: Milli Təhlükəsizlik üzrə 51 saylı Prezident Direktivi və Vətənpərvərlik
haqqında Akt ABŞ-da demokratiyanın gələcək səhhəti barədə maraqların baş
qaldırmasına səbəb olub. Çünki burada güclü lobbilər, geniş şəkildə korrupsiya və
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
44
mətbuatın mərkəzləşdirilməsi hökm sürür. Regionun iqtisadi və siyasi azadlıqları bütün
dünyadan mühacirləri bura cəlb edir. Kanada hələ də demokratik islahatların
çatışmamazlığından əziyyət çəkir. Burada senat hələ də seçkilər yolu ilə seçilmir və
qadınlar və azlıqlar Parlamentdə az təmsil olunur. Nümayəndəli demokratyaya qarşı
İnternet yolu ilə birbaşa səsvermə barədə müzakirələr aparılır.
Qrafik 5. Azadlıq üzrə Qlobal Tendensiyalar
Mənbə: Dünyada Azadlıq, 2007, Freedom House
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
45
5.
Siyasi qərarların qəbul edilməsini qlobal uzunmüddətli perspektivlərə
(strategiyaya) qarşı həssaslığını nеcə аrtırmаlı?
İqlim dəyişikliyinin və qlobal qarşılıqlı asılılğın maliyyə və yoluxucu xəstəliklər kimi digər
formalarının geniş şəkildə tanınması möhkəm qlobal sistemlərə olan ehtiyacı nümayiş
etdirir. İqlim dəyişikliklərinin və maliyyə zəncirləri və yoluxucu xəstəliklər kimi qlobal
qarşılıqlı asılılığın digər formalarının geniş şəkildə qeydə alınması, qlobal sistemlərin
davamlılığa - sunami kimi təbii fəlakətləri, su çatışmamazlığı səbəbilə baş vermiş kütləvi
köçləri, uzunmüddətli elektrik və ya İnternet kəsilmələrini, maliyyə böhranlarını və
münaqişələri qabaqcadan görmə, onlara cavab vermə və onlardan sonra bərpa olunma
qabiliyyətinə - olan ehtiyacını nümayiş etdirir. Yeni texnoloji və sosial yeniliklər çox vaxt
siyasət qurucularının əldən buraxdıqları imkanları təqdim edir. Hər bir ölkənin gələcəyi
araşdırma statusu və müvafiq strateji qurumun potensialı müəyyən olunmalı, lazımi olan
yerlərdə yeniləndirilməli, BMT-nin Katibliyi və ÜST və Dünya Bankı kimi beynəlxalq
orqanlar da daxil olmaqla dünyadakı bənzər vahidlərlə əlaqələndirilməlidirlər. Ən
mükəmməl təcrübələr bölüşdürülməli, araşdırma müqayisə edilməli, fərziyyələr
təsdiqlənməli, və uzunmüddətli anlayışlar elan olunmalıdır. Bu istiqamətdə ilkin addımlar
YUNİDO, AB, və beynəlxalq futurist təşkilatları tərəfindən atılıb. Gələcəyin araşdırılmasını
qərar qəbul etmə prosesi ilə daha yaxşı əlaqələndirilməsi üsullarının siyahısını əlavə
edilmiş CD versiyasının 11-ci Fəslində tapmaq olar.
Daha gələcək-yönümlü qlobal-fikirli siyasətçiləri seçmək üçün bizə daha gələcək-yönümlü
təhsilli ictimaiyyət lazımdır. Ozon qatının deşilməsinin proqnozlaşdırılması Monreal
Protokolunda vaxtında verilmiş qərarların əks olunmasına gətirib çıxardı. KQB-nin insan
haqlarını proqnozlaşdırması yenidənqurmaya gətirib çıxardı. Əhalinin proqnozlaşdırılması
ailə planlaşdırılmasına gətirib çıxardı. “Səssiz bahar”, “Artımın hüdudları” kimi kitablarda
verilən proqnozlar bir çox ekoloji mühafizə proqramlarına təkan verdi. Cari problemlərin
gündəlik çətinliklərinə gəldikdə bunun miqyasını daha yaxşı anlamaq üçün vaxtı rəqabət
amilinə çevirmək gərəkdir. Korporativ iştirakçılar korporativ liderləri öz diqqətlərini növbəti
rübün nəticələrini təkmilləşdirəcək işlər üzərində cəmləşdirməyə məcbur edərək tez fayda
əldə etmək istəyirlər; hökumət başçıları hakimiyyəti əldə saxlamaq üçün təcili məsələlərə
üstünlük verirlər; daha uzun müddəti işdə rəhbər tutan QHT liderləri çox zaman bu kimi
yanaşmanı vahid məsələ baxımından tətbiq etməyə meyl edirlər; beynəlxalq təşkilatların
rəhbərləri də fikrin bir məsələ üzərində cəmləşməsinə meyl göstərirlər və qlobal miqyasda
bir-birindən asılı olan bir neçə məsələnin aradan qaldırılması müşküllüyü onların işini
ağırlaşdıra bilər; xəbərlər sahəsinin icraçı şəxslərinin fəaliyyəti isə gündəlik vaxt
çərçivəsinə və insanların diqqətinin hər bir anın neqativ hadisələrlə dolu hissələrinə
yönəltmək ehtiyacına əsaslanırlar. Nəticədə, qərar qəbul edicilər qlobal uzunmüddətli
perspektivləri müzakirə etmək üçün bir balaca təzyiq hiss edirlər.
Bununla belə, bir vaxtlar qeyri-mümkün görünən aya enmək və ya çiçək xəstəliyinin
qarşısını almaq kimi uzunmüddətli məqsədlərə nail olunması bir çox insanları eqoist,
qısa-müddətli maraqlardan yan keçərək böyük nailiyyətlər əldə etməyə ilhamlandırdı. Bu
cür gələcək nailiyyətlərin beynəlxalq səviyyədə qiymətləndirilmələrini kompakt disk
versiyasının 7-ci Fəslində tapmaq olar. 2015-ci il üçün BMT-nin Minilliyin İnkişafı
Məqsədləri beynəlxalq əməkdaşlığı və gücləndirilmiş həssaslığı qlobal uzunmüddətli
perpsektivlər üzərində cəmləşdirərək inkişaf meyarlarına çevriliblər. Beynəlxalq vasitəçilər
hər gün uzunmüddətli və qlobal təsəvvürləri əks etdirəcək razılaşmalar əldə etmək üçün
mübarizə aparırlar. Sürətli dəyişikliyin uzunmüddətli perspektivlər tələb etdiyi fikrini qəbul
edənlərin sayı günbəgün artır.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
46
Milli qanunvericilik orqanları Finlandiya kimi daimi “Gələcək Komitələri” təsis edə bilər;
Gələcək üzrə Beynəlxalq Komitə qlobal gələcəyin araşdırılmasını siyasət yazarların
üzərində cəmləşdirə bilər; hökumətlər, qlobal uzunmüddətli təsəvvürlərə təkan verəcək
icraedici məlumat idarəetmə sistemləri və alətlər panelinə malik proqram təminatından
istifadə etməklə strategiyanı koordinasiya etmək üçün yüksək dərəcədə rəhbərlik edilən
gələcəyə-yönəlmiş idarələrarası komandalar təsis edə bilər. Bir çox ölkələr tərəfindən
həyata keçirilən proqnozların araşdırılması davamlı olaraq yeniləndirilməli,
təkmilləşdirilməli və digər milli uzunmüddətli cəhdlərlə qarşılıqlı şəkildə həyata
keçirilməlidir.
Hökumət büdcələrindən edilən 5-10 illik ayırmalar elə düşünülməlidir ki, 5-10 illik
ssenarilər və strategiyaların icra olunması üçün yetərli olsun. Qərar qəbul edənlər və
strateji məşvərətçilər gələcəyin araşdırılmasının sistematik və müştərək şəkildə istifadə
edilməsinə dair təlim keçməlidirlər. Onların tədqiqatlarının uzunmüddətli nəticələrinə aid
elmi rəyləri bölüşmək və təsdiqləmək üçün sistem yaradılmalıdır. Bu Fəsildə göstərilən 15
Qlobal Çağırışdan hər biri və 8 Minilliyin İnkişafı Məqsədləri, xüsusi bir məqsədə nail
olmaq üçün resurslarını və bacarıqlarını ayırmaq istəyində olan hökumətlərdən, QHT-
lərdən, universitetlərdən və beynəlxalq təşkilatlardan ibarət transinstitusional koalisiyalar
üçün əsas rolu oynaya bilər. Dünya o qədər mürəkkəbləşib ki, milli dövlət ierarxiyalarının
onu təkbaşına idarə etməsi qeyri-mümkündür; qlobal uzunmüddətli qərar qəbul etmə
proseslərini daha yaxşı idarə etmək üçün yeni idarəetmə tendensiyaları meydana gəlir.
Qlobal Gələcəyin Durumu İndeksi (2-ci Fəslə baxın) qlobal çağırışların inkişafı ilə əlaqəli
olan göstəricilərə əsaslandığı üçün, 10 illik müsbət proqnozlara əsasən güman etmək olar
ki, qərar qəbul etmə prosesi qlobal uzunmüddətli perspektivləri günü-gündən daha çox
şəkildə nəzərə alır. Əgər milli GDİ-lər qərar qəbul edicilərin işini qiymətləndirmək üçün
tərtib və istifadə olunsaydı, qərar qəbul edicilər daha uzunmüddətli strategiyaları izləməyə
meylli olardılar. Dünya Bankı kredit qərarlarından bundan istifadə edə bilərdi.
Gələcək konsepsiyaları üzrə istiqamətlərin və üsulların sayını və keyfiyyətini artırmaq
cəhdləri, dəstəklənilməli, həmçinin gələcək metodologiyalarına malik standart təhsil
planlarının gələcəyə-yönəlmiş təlimatlara kömək edəcək öyrətmə texnikalarına
çevrilməlidir. Məlumat vasitələri və reklam şirkətləri ictimaiyyətə daha gələcək-yönümlü
olmağa kömək etmək üçün stereotiplər yarada bilərlər .Mükafatlar qlobal uzunmüddətli
qərar qəbul etmə prosesinin ən yaxşı nümunələrinin araşdırılması üçün təqdim
olunmalıdır.
Biz həmçinin gələcəyin araşdırılması vasitəsilə məlumatlandırılmış müştərək siyasət
quruculuğu prosesi təsis etməli, proqnozlaşdırma və strategiyaların təhlilində daha asan
istifadə üçün məlumatlar bazası təşkil etməli və strateji əməliyyat formatında qeydlərin
aparılması üçün proqram təminatı işləyib hazırlamalıyıq.
5-ci Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, proqnozlaşdırma funksiyaları bir çox
təşkilatların və hökumətlərin bir hissəsinə çevriləcək, ən az 50 ölkədə milli GDİ-lər
istifadə olunacaq, yüksək riskli layihələrin nəticələri onlar həyata keçirilməmişdən qabaq
nəzərə alınacaq, və Gələcək üçün nəzərdə tutulmuş daimi Komitə ən az 50 ölkənin milli
qanunvericiliyində mövcud olacaq.
R
EGIONAL
M
ÜLAHIZƏLƏR
:
A
FRIKA
:
Nigeriya 2008-cil ilədək bir çox dövlət xidmətlərinin onlayn şəkildə təmin olunması
planlarını elan edib. 10 il ərzində BMT-nin İnkişaf Proqramı/Afrikanın Gələcəyi
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
47
uzunmüddətli perspektivləri orta və qısamüddətli planlaşdırmaya birləşdirmək üçün
hökumətlərlə iş aparıb. 80-cı illərin əvvəllərində, bəzi Afrika ölkələri yenidənqurma
proqramları həyata keçirmək məcburiyyətində qalandan, siyasət quruculuğunun qlobal
uzunmüddətli perspektivlərə doğru istiqamətləndirilməsi davamlı şəkildə artıb.
A
SIYA VƏ
O
KEANIYA
:
Çin beynəlxalq arenada qlobal uzunmüddətli qərar qəbul edici kimi
üzə çıxır. Yaponiya korporasiyaları və Keydanren uzunmüddətli planlaşdırmaya görə
məşhurdurlar. Uzunmüddətli planlaşdırma və qərar qəbul etmə səbəbindən Cənubi
Koreya geniş diapazonlu rabitə yetişim dərəcəsi, onlayn bankçılıq, qlobal hesablamalar
və klonlaşdırmanın tədqiqi baxımından dünya lideridir.
A
VROPA
: AB-nin 7-ci Quruluş Proqramı proqnozlaşdırmaya dəstəyi artırır, Gələcək
Texnoloji Araşdırmalar İnstitutu AB qərar qəbul etmə proses üçün gələcək araşdırmasını
həyata keçirir, və Avropa Sağlamlıq üzrə Erkən Xəbərdarlıq Sistemi təsis edir.
Proqnozlaşdırma 2007-12-ci il üçün Rusiya Federal Proqramına daxil edilib və Elm və
Texnologiya prioritetlərini təsis etmək üçün Delphilər və senarilərdən istifadə edəcək.
Qlobal uzunmüddətli təsəvvürlərə, yaşlanan əhali üçün sosial və səhiyyə xidmətləri üçün,
enerji sistemlərinin strukturunu dəyişmək, etnik demoqrafik göstəriciləri dəyişmək və
Çinin meydana gəlməsi kimi geosiyasi dəyişikliklər üçün nəzərdə tutulan dövlət maliyyəsi
ilə təkan verilir.
L
ATIN
A
MERIKASI
:
Bu Fəsildə göstərilmiş 15 Qlobal Çağırışa cavab vermək üçün dünyada
ən yaxşı ideyalara malik orta məktəb şagirdləriniə Qlobal Minillik Mükafatı təsis olunub.
Siyasətin sol qanadına, daha sosialist siyasətə doğru dəyişmə regionda gələcək
haqqında təsəvvürlərə səbəb ola bilər.
Ş
IMALI
A
MERIKA
: Yeni interaktiv və analitik mexanizmlər proqnozlaşdırmanı inkişaf etdirə
bilər. Təbii ki əgər vətəndaşlar bunu gözləsə və tələb etsə. Yüksək təsirli halların toplu
şəklinə salınması lazımdır; bunun vasitəsilə tədbirlilik işinin fayda və ya (gələcəyin
araşdırılması üzrə mütəxəsislərin düşüncələri yetərli olmadıqdan) xərclərin artırılması ilə
nəticələnməsi bariz şəkildə özünü biruzə verir. (Nümunələr üçün CD versiyasının 11-ci
Fəslinə baxın).
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
48
Dostları ilə paylaş: |