:
Venesuela və Kubada solçu rejimlərin üsyana qalxması, narkotika
alveri ilə məşğuı olan birləşmələrlə davamlı mübarizə, hökumətlər və yerli əhali arasında
münaqişəyə səbəb olacaq potensial səbəblərin çoxalması ilə regionda gərginlik artıb.
ABŞ-ın İraqa soxulması və İsrailin işğal olunmuş ərazilərdə davamlı əməliyyatları kimi
beynəlxalq amillərin təsiri ilə Argentina, Braziliya və Paraqvayın sərhəd regionlarında
müsəlman ekstermistlərinin fəaliyyəti artıb. Bütün bunlar regionda yeni silahlı yarışmaya
səbəb ola bilər.
Ş
IMALI
A
MERIKA
: Həqiqi mədəniyyətlərarası anlayışlar və daha yaxşı çoxtərəfli əməkdaşlıq
olmadan, kəşfiyyat texnologiyası və hərbi güc heç vaxt assimetrik müharibədə
təhlükəsizliyi təmin etməyiblər. Genetik mühəndislik, nanotexnologiya və süni intellekt
kimi meydana gələn mexanizmlərin köməyilə kütləvi qırğınları necə həyata keçirmək
haqqında məlumatlara yiyələnmək, sivilizasiyanı məhv etmək üçün nüvə, bioloji və
kimyəvi silahlardan daha çox potensiala malik ola bilər. BMT-nin Minilliyin İnkişaf
Məqsədlərinə nail olunmasının 135 milyard dollara başa gələcəyi gözlənilir; müqayisə
üçün, İrqadakı müharibə üçün 600 milyard dollar xərclənib və ABŞ Konqresi tərəfindən
təsdiqlənib, və digər 140 milyard dollar isə 2008-ci il üçün tələb oluna bilər.
Qrafik 10. Silahlı Münaqişələrdə Qlobal Tendensiyalar, 1946-2006
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
62
Mənbə: Qlobal Münaqişə Tendensiyaları, Sistemli Sülh Mərkəzi, 2007
11.
Qadınların dəyişən statusunun insanların şəraitinin yaxşılaşdırılmasına
kömək еtməsinə necə nail olmalı?
BƏT-in verdiyi məlumatlara əsasən, qadınlar tərəfindən tutulan qanunverici, dövlət, və ya
rəhbər vəzifələr 1995-ci ildə 25.6%-dən çox az artaraq bugün 28.3%-ə çatıb. Baxmayaraq
ki, qadınlara qarşı ayrı-seçkiliyin hər hansı bir forması demək olar ki, bütün dünyada
bəyənilmir, amma yenə də irəliləyiş çox müxtəlifdir. Təqribən 56.6% qadın nəğd pul
iqtisadiyyatında çalışır. Hal-hazırda ibtidai məktəbdə oxuyan hər 100 oğlana 94 qız düşür.
1999-cu ildə isə bu göstərici 92 olub. 2004-cü ildə əldə olunan məlumata əsasən 181
ölkədən təqribən 2/3-sində ibtidai təhsildə cinsi bərabərliyə nail olunub. Lakin 177 ölkədən
cəmi 1/3-ində orta təhsildə cinsi bərabərliyə nail olunub.
ÜST-nin verdiyi məlumata əsasən xəstəliklər və aclıqdan sonra qadınların arasında
ölümün əsas səbəbi zorakılıqdır; 5 qadından 1-i həyatı boyu ya zorlanıb ya da zorlanma
cəhdinə məruz qalıb. İbtidai və orta məktəb sistemləri, qızlar üçün bədən tərbiyəsi
proqramlarında döyüş sənətinə və özünümüdafiənin digər formalarına xüsusi yer
verməlidirlər. “Plan International”-ın verdiyi məlumata əsasən, kiçik yaşlarında kifayət
qədər qidalanmama səbəbindən təqribən 450 milyon qadın inkişafdan geri qalıb; 62
milyon ibtidai məktəb yaşına çatmış qız məktəbə getmir; 15 yaşından 24 yaşına qədər 96
milyon qadın savadsızdır (savadsız kişilərin ikiqat sayı); təhlükəli abortlar və doğum
ağırlaşmaları 15-19 yaşlı qızlar arasında ölümün başlıca səbəbidir; və bəzilərinin yaşı 12-
dən də az olan 100 milyondan çox qızın növbəti onillik ərzində ərə getmələri gözlənilir.
Halbuki beynəlxalq sazişlər erkən evlilikləri qanunla qadağan edir. Hər il “tarixdə ən büyük
qul ticarəti” sayılan insan alverində alınıb-satılan 600 000-800 000 fərdin 80%-i qadındır.
Qızların təhsilə çıxışında, qadınlargn parlamentə üzv olmasında, və onların nəğd pul
iqtisadiyyatda iştirakında, prezervativlərin istifadəsində və qadınların tibbi xidmətlərə
çıxışında irəliləyiş nəzərə çarpır. 2007-ci ilin mayından parlamentə üzv olan qadınlar 17%
təşkil edib. 2006-cı ildə isə bu göstərici 16.6% faiz olub. Məktəbə yazılan oğlanların
sayının 90%-ində qızlar məktəbə yazılır. Qadınlar eyni iş üçün kişilərdən 2/3-3/4
nisbətində çox pul alırlar.
Qadınların siyasi, iqtisadi və təhsili statusunun artırılması bu Fəsildə göstərilmiş digər 14
Qlobal Çağırışa cavab verməyin ən səmərəli yollarından biridir. Bir çox ölkələrdə
universitetlərdə kişilərdən çox qadınlar oxuyur. Bu da qadınların peşəkar işini
məhdudlaşdırır və Səudiyyə Ərəbistanı və Yaponiya kimi fərqli ölkələrdə “qadın beyinləri
axını” məsələsini kəskinləşdirir. İnternet vasitəsilə elm və texnologiyaya çıxış və keçmişdə
əlyetərli olmayan maliyyə məlumatlarının əldə edilməsi ilə qadınlar mədəni iyerarxiyada
öz yerlərini tuta bilərlər. Araşdırmaların kifayət qədər olmamasına baxmayaraq,
diplomatiya və sülh-qurucuları qəbul edirlər ki, qadınların dinc həllər üçün qarşılıqlı
razılığa kişilərdən daha asan gəlirlər. Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının
Aradan Qaldırılmasına dair Konvensiya, həmçinin BMT Təhlükəsizlik Şurasının 1325 saylı
qətnaməsi həyata keçirilməli, milli fəaliyyət planları yaradılmalı, geniş miqyasda həyata
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
63
keçirilməlidir. Silahlı münaqişədə qadınlara qarşı zorakılıq əleyhinə etibar və razılaşma
komissiyaları təsis etmək cəzasızlığa son qoyulmasına kömək edə bilər. Dövlət iştirakı
olan şirkətlərin idarə heyətinin 30%-ində hər cinsdən ən az 30% olaraq təşkil olunması
tələb olunmalıdır.
Cinsi bərəbərliyə əsaslanan Cini əmsalı və digər cinsi bərabərlik indeksləri, həmçinin
qadınların siyasi səlahiyyətləri tutmaq üçün maarifləndirilməsi təşviq olunmalı, rəqabət
əvəzinə həmrəylik ideyası inkişaf etdirilməli, qadınların qanuni haqları (kreditə, torpağa,
texnologiyaya, təlimlərə, səhiyyə xidmətləriə və uşağa baxım xidmətlərinə çıxışı kimi)
təmin olunmalg,və qadgnlargn siyasi və iqtisadi öəbəkələömə təökilatlarg təsis
olunmalgdgr. Bu, kəndli, miqrant, qaçqın, məcburi köçkün və əlil qadınlar üçün xüsusi
əhəmiyyət kəsb edir. Bu cəhdlərə həmçinin, kişilərin qadınlara tamamilə hörmət etmələri
üçün maarifləndirilmələri və çox tez-tez zərərli gender stereotiplərini qabardan kütləvi
informasiya vasitələri ilə bilavasitə iş aparılması da daxildir.
11-ci çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, məktəblərə qəbulda, savadlılıqda və
kapitala çıxışda cinsi bərabərliyə nail olunacaq, ayrı-seçkiliyə səbəb olan qanunlar aradan
qaldırılacaq və parlamentlərdə və nazirlər kabinetində qadınların və kişilərin sayı
bərabərləşəcək.
R
EGIONAL
M
ÜLAHIZƏLƏR
A
FRIKA
: Sub-Sahara Afrikası parlamentlərindəki qadınların faizi 17.5%-dir. Bu da dünyada
orta hesabdan yuxarıdır. Dünyada parlamentdə olan qadınların ən çox sayına görə
Ruanda birincidir (49%). Sub-Sahara Afrikasında 6 qadından 1-i hamiləlik nəticəsində
ölür. Müqayisə üçün deyək ki, sənaye ölkələrində 2800 qadından 1-i hamiləlik nəticəsində
həyatını itirir. Afrikada yeniyetmə qızların təhsilini başa vurmaması çox yüksək səviyyəyə
çatıb. Uqanda təhsildə cinsi boşluğu aradan qaldırmaq üçün məktəb ödənişlərini
yığışdırıb.
A
SIYA VƏ
O
KEANIYA
: Asiyada qanunverici vəzifələrdə çalışan şəxslərin 16.4%-i qadındır.
Tailandda cinsi partnyorlara göstərilən zorakılıq 15-24 yaşlı qadınlar və qızların ölməsinin
başlıca səbəbidir. Asiyada qız uşaqlarının doğulmadan öncə və doğulduqdan sonra
valideynlər tərəfindən öldürülməsi, qız uşaqlarına qəsdən qayğı göstərilməməsi və ac
qoyulması nəticəsində ən az 60 milyon qız uşağı “itirilir”. Oğlan uşaqlarına üstünlük verən
ailələrlə mübarizə aparmaq üçün Çin qızları olan valideynlər üçün təqaüd planlarını
maliyyələşdirir. Çində İnternet istifadəçilərinin 40%-i qadınlardır. Yaxın Şərq
universitetlərində oxuyan tələbələrin çoxu ərəb qadınlarıdır, lakin ərəb ölkələrinin
parlamentlərinin cəmi 8.9%-i qadınlardan təşkil olunub.
A
VROPA
: AB-də qanunverici və rəhbər vəzifələrin 30.6%-i, ATƏT-ə daxil olan ölkələrdə isə
qanunvericilərin 19.2%-i qadınlardan təşkil olunub (AB-yə daxil olan ölkələrdə orta
hesabla 24%). Norveç tələb edir ki fond birjasında qeydiyyatdan keçmiş bütün şirkətlərin
idarə heyəti hər cinsdən ən azı 40% olaraq təşkil olunmalıdır. AB-də qadınların təqribən
57%-i işləyir, lakin orta hesabla 15%-i eyni işə görə kişilərdən daha az pul alırlar. Çox az
kişilər ailədə daha çox məsuliyyəti üzərlərinə götürdükləri üçün qadınlar analara üz
peşəkar karyeralarını davam etdirməyə imkan verən inkişaf etmiş ictimaiyyət və şəxsi
(özəl) infrastrukturların olmasını istəyirlər. Lakin onlar ailə həyatına həsr etmək üçün boş
vaxtın azalmasından da narahatlıq keçirirlər. Təqribən 700 000 Şərqi Avropalı qadın
Qərbi Avropada cinsi qullardır. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən yeni
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
64
Gender Bərabərliyi üzrə Avropa İnstitutu qadınların cəmiyyətin bütün sahələrinə yardım
etdikləri və bununla da daha yaxşə strategiyaların işlənib-hazırlanmasına səbəb olduqları
haqqgnda kişiləri maarifləndirməlidirlər. Bosniyada baş vermiş müharibə zamanı 50 000-
dən çox qadın zorlanmışdır.
L
ATIN
A
MERIKASI
:
Regionda qanunverici və rəhbər vəzifələrin 35%-i qadınlardan təşkil
olunub. Son bir neçə il ərzində Latın Amerika və Karib dənizi hövzəsi ölkələrində yaşayan
qadınlar öz insan haqlarının qorunmasında böyük irəliləyişlərin şahidi olsalar da, təhlükəli
abort mühüm ictimai səhiyyə problemidir və regionda ana ölümlərinin başlıca səbəbidir.
Meksikanın bəzi ştatlarında ilk 12 həftədə abort elətdirmək istəyən qadına himayədarlıq
edirlər. Hökumətlər zorlama, cinsi təzyiqlər və qadınlara və qadınlara zəhmət haqqının
ödənilməsinə dair qanunları dəyişməlidirlər. Regionda müşahidə olunan ən büyük
irəliləyişlərdən biri kişilərin öz “kişilik” mövqelərində dəyişiklik etmələridir.
Ş
IMALI
A
MERIKA
:
Şimali Amerikada qanunverici və rəhbər vəzifələrin 41.2%-i qadınlardan
təşkil olunub. ABŞ-da xüsusilə qadınların təhsildə nailiyyətləri ürəkaçandır və ancaq
iqtisadiyyatda və siyasi səlahiyyətlərin tutulmasında qadınların iştirakı nisbətən azdır.
Lakin hamiləliyə gürə məzuniyyət, analığa görə maddi yardım və uşaqların sosial
müdafiəsi məsələlərində ABŞ zəifdir. Kanada Beynəlxalq İqtisadi Forumun Qadınlara
Səlahiyyətlərin Verilməsi ölçülərinə əsasən dünyada yeddinci, ABŞ isə 17-cidir. ABŞ hələ
Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılmasına dair
Konvensiyanı ratifikasiya etməyib. Qvebekdə qəbul olunan qanuna əsasən 2012-ci ilədək
dövlət korporativ təşkilatlarının idarə heyətlərinin 50%-i qadınlardan ibarət olmalıdır.
Qrafik 11. Parlamentlərdə Qadınlar (faiz)
Mənbə: Parlamentlərarası Birlik
12.
Transmilli mütəşəkkil cinayətkarlıq şəbəkələrini daha güclü və mürəkkəb
qlobal təsisаtа çеvrilmədən necə dayandırmalı?
Transmilli mütəşəkkil cinayətkarlıq müfəssəl, müştərək qlobal mübarizə strategiyasının
yoxluğunda inkişaf etməyə davam edir. Havocscope.com-un dəyərləndirmələrinə əsasən
dünyada qeyri-qanuni ticarət 1 trilyon dollara, saxtalaşdırma və piratçılıq 521.6 milyard
dollara, qlobal narkotika alveri 321.6 milyard dollara, ekoloji məhsullar alveri 55.7 dollara,
Skandin. ölkələri
Amerika
Asiya
Avropa-ATƏT
Sub Saxara Regionu
Sakit Okean regionu
Ərəb ölkələri
Dünya
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
65
insan alveri 43.8 milyard dollara, istehlak malları 37.5 milyard dollara və silah alveri 10.1
milyard dollara gəlib çatır. Əsasən qeyri-qanuni narkotika və silah alveri yüksək dərəcəyə
çatıb. Dünya Bankının dəyərləndirmələrinə əsasən, keçən il ərzində verilən rüşvət 1
trilyon dollar, “yuyulmuş pullar” isə 1.5-6.5 trilyon dollar təşkil edib. Nəticə etibarilə, ümumi
məbləğ 2 trilyon dollarg ötüb keçir və bu da dünyadakı bütün hərbi büdcələrdən 2 dəfə
çoxdur. Transmilli mütəşəkkil cinayətkarlıq üçün də hesablamalar aparmaq çox çətindir,
çünki nəğd pul daşıyan qaçaqmalçı kuryerlərin, brilyantların geniş şəkildə istifadəsi və
anonim İnternet bankçılıq onun əsl qazancını gizlədir.
BMT-nin verdiyi məlumata əsasən, hal-hazırda dünyada 27 milyon insan qul kimi saxlanır.
Bu da o deməkdir ki, butün dünyada Afrika qul ticarətinin kulminasiya nöqtəsində olduğu
zaman mövcud olan saydan daha çox qul var. Bunların çoxu Asiyadadır. İnsan Alveri ilə
Mübarizə üzrə Qlobal Təşəbbüs bu il təsis olunub və BMT-nin İnsan Alveri ilə Mübarizə
Protokolu 110-dan çox ölkə tərəfindən ratifikasiya edilib, lakin arzuolunan nəticə hələ əldə
olunmayıb. Dünya Bankının dəyərləndirmələrinə əsasən verilən rüşvətlərin cəmi 20-40
milyard dolları inkişaf etməkdə olan və keçid iqtisadiyyatına malik ölkələrə gedibsə, onda
rüşvətlərin büyük əksəriyyəti daha varlı ölkələrdəki insanlara ödənilib. Bu, həmin ölkələrdə
qərar qəbul etmə prosesinin çox böyük məbləğdə pullara qarşı zəiflik göstərməsi ilə izah
olunur. Qərarlar da heroin kimi alınıb-satla bilir və bununla da demokratiyanı bir xəyala
çevirirlər.
Şimali Koreya hökumətinin verdiyi məlumata əsasən, ölkə il ərzində 500 milyon dollardan
1 milyard dollara qədər məbləğdə pulu cinayətkar qruplaşmalardan xilas edir. Bir çox
əfqan dövlət məmurları qeyri-qanuni narkotika alveri ilə məşğul olurlar. Gün ərzində 2
trilyon dollar məbləğində pulların kompüter komunikasiyaları vasitəsilə beynəlxalq
köçürmələri şirnikdirici bir hədəfdir. Şəxsiyyətin kütləvi şəkildə oğurlanması kimi İnternet
cinayətləri transmilli mütəşəkkil cinayətkarlığın əsas fəaliyyətinə çevrilib. QİÇS
nəticəsində yetim qalmış 13-15 milyon uşaq, bundan savayı, 2010-cu ilədək QİÇS
nəticəsində yetim qalmaları gözlənilən digər 10 milyon uşaq, transmilli mütəşəkkil
cinayətkarlıq üçün yeni istedadlar yetişdirən geniş bir bataqlıq əmələ gətirə bilər. Bir çox
ölkələrdə reseptlər vasitəsilə narkotiklərin istifadəsi, narkotiklərin ənənəvi qeyri-qanuni
istifadəsini ötüb keçib. Və dərmanların tərkibinin saxtalaşdırılması transmilli mütəşəkkil
cinayətkarlıq üçün yeni biznes sahəsidir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Əməliyyatları Operativ Qrupu pulların
yuyulması ilə mübarizə üçün 40 tövsiyyə işləyib-hazırlayıb, BMT-nin Narkotiklər və
Cinayətkarlıqla Mübarizə İdarəsi Çirkli Pulların Yuyulması əleyhinə Qlobal Proqram
yaradıb. Bundan əlavə, Narkotiklərə Nəzarət Beynəlxalq Heyəti, Ümumdünya Gömrük
Təşkilatı, Beynəlxalq Anti-Korrupsiya Koordinasiya Qrupu, İnterpol və Beynəlxalq Cinayət
Məhkəməsi də mövcuddur. Lakin bütün bunlara baxmayaraq Transmilli Mütəşəkkil
Cinayətkarlıq artmaqda davam edir və yoxulluğun, suyun və sabit inkişafın daxil edildiyi
kimi beynəlxalq gündəliyə daxil olunmayıb. Transmilli Mütəşəkkil Cinayətkarlıq əleyhinə
qlobal yekdilliklə əməliyyatlara başlanılması üçün cəmiyyətin bütün sahələrinin beynəlxalq
kampaniyaya başlaması vaxtıdır. Çünki, transmilli mütəşəkkil cinayətkarlıq elə bir nöqtəyə
gəlib çıxıb ki, dövlətlərin onunla mübarizə aparması günü-gündən çətinləşir. BMT-nin
Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi bütün ölkələri bu problemi dəf etmək üçün
müştərək strategiya işləyib hazırlamağa dəvət edib. Bir neçə Avropa və Latın Amerikası
ölkəsi qeyri-rəsmi şəkildə bir qlobal strategiya qəbul ediblər. Beynəlxalq orqan cinayətlərin
kateqoriyalarını müəyyənləşdirməkdənsə yuyulmuş çirkli pulların həcmi əsasında eyni
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
66
vaxtda 1 transmilli mütəşəkkil cinayətkarlıq liderinin həbs olunması və məhkəməyə cəlb
olunması məqsədilə əməkdaşlıq üçün prioritetlər sistemi istifadə edəcək.
BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlıq Əleyhinə Konvensiyası 2003-cü ilin
sentyabrında qüvvəyə minib. Bu konvensiya ölkələri mütəşəkkil cinayətkarlıqla mübarizə
üçün beynəlxalq əməkdaşlığa çağırır. Ola bilsin ki, bu konvensiyaya edilmiş əlavə
transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif sahələrinə qarşı yönəlmiş əlaqədar
təşkilatları tamamlamaq üçün yeni bir orqan kimi maliyyə təqibatı sistemi təsis edə bilər.
Bu təşkilatlarla əməkdaşlıq etməklə bu yeni sistem, yuyulmuş pulların məbləğinə əsasən
əsas cinayətkarları müəyyən edəcək, məhkəmə prosesinə başlayacaq, şübhəli şəxsin
dondurula biləcək aktivlərini müəyyən edəcək, şübhəli şəxsin cari yerini hazırlayacaq,
yerli hökumət orqanlarının həbs etmə bacarığını qiymətləndirəcək və dərhal tədbir
görülməsi üçün məsələni müvafiq məhkəməyə göndərəcək. Hər şey hazır olanda,
cinayətkarı həbs etmək, aktivləri və çıxışı dondurmaq, məhkəmə işi açmaq və prioritet
siyahısında olan digər cinayətkara keçmək üçün bütün əmrlər eyni vaxtda icra olunacaq.
Məhkəmələr BMT-nin sülh məramlı hərbi qüvvələri kimi, lottereya sistemi yolu ilə könüllü
ölkələr arasından təmsil oluna bilərlər. Ölkələr hakimiyyət hüquqlarından qismən imtina
etməlidirlər, çünki qlobal sistem əsasən cinayətdə günahlandırılan ölkədən kənarda təqib
üçün yer müəyyənləşdirəcək (cinayətkarın qaytarılması BMT-nin Mütəşəkkil Cinayətkarlıq
Əleyhinə Konvensiyası tərəfindən qəbul olunub). Hökumət tərəfindən ilkin
maliyyələşdirilmədən sonra, sistem, davamlı əməliyyatlar üçün maliyyə dəstəyini hökumət
yardımlarından yox, təqsirli bilinən cinayətkarların dondurulmuş aktivlərindən alacaq.
12-ci Çağırışa o vaxt uğurla cavab veriləcək ki, pulların yuyulması və cinayətlərin gəlir
mənbələri 75% azalacaq və hüquq-mühafizə orqanları bütün ölkələrdə effektiv şəkildə
təşkil olunacaq.
R
EGIONAL
M
ÜLAHIZƏLƏR
A
FRIKA
: Mərakeşdə həşiş ticarəti həm Avropada həm də Şimali Afrikada terrorizmi
dəstəkləmək üçün istifadə olunur. Afrikadakı üsyankar kütlələr, mütəşəkkil cinayətkarlıq
və terrorizm arasındakı bağlar genişlənə və yaşamaq üçün çox az qanuni vasitələri olan,
QİÇS nəticəsində yetim qalmış milyonlarla uşaq tərəfindən gücləndirilə bilər. Korrupsiya
Afrika cəmiyyətinin çox hissəsinə nüfuz edib və hal-hazırda bəlkə də bir çox ölkələrdə
inkişafı məhdudlaşdıran ən böyük amildir.
A
SIYA VƏ
O
KEANIYA
:
Heroin istehsalı və insan alveri region üçün əsas gəlir mənbələrindən
biridir. Məlumatlara əsasən Çində mütəşəkkil cinayətkar qruplaşmalar öz fəaliyyətlərini
Rusiyada da həyata keçirirlər. Çin yeni güclü pulların yuyulması əleyhinə qanun qəbul
edib.
A
VROPA
: Milli siyasətə əsaslanan Avropa koalisiyaları qlobal mütəşəkkil cinayətkarlığa
cavab verə bilmirlər. Hal-hazırda Rusiyanın məsaməli sərhəddi, AB-nin vahid iqtisadi
ərazisi səbəbindən törənmiş təhlükəsizlik problemlərinə bir əlavə olacaq və Şərqi Avropa
ölkələrində insan alveri problemi açıq sərhədlər sayəsində güclənəcək. Avropanın və
Mərkəzi Asiyanın keçid iqtisadiyyatına malik ölkələrində korrupsiyanın səviyyəsi azalıb.
L
ATIN
A
MERIKASI
:
BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin verdiyi
məlumata əsasən, cinayətkarlıq narkotiklərlə əlaqəli zorakılığın kəskin şəkildə artdığı
Mərkəzi Amerikanın sabitliyinə əngəl törədən yeganə böyük məsələdir. ABŞ-ın 6 il davam
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
67
edən və demək olar ki, 5 milyard dollara başa gələn Kolumbiya Planı kokainin əldə
olunmasında, qiymətində və keyfiyyətində heç bir dəyişikliyə nail olmayıb.
Dəyərləndirmələrə əsasən, Meksika ÜDM-sinin 5%-i “yuyulur” və onun narkotika birlikləri
Peruya köçür. Çünki, orada kokainin hasil olunması 40%-ə bərabərdir.
Ş
IMALI
A
MERIKA
:
ABŞ Milli Təhlükəsizlik Departamenti İnsan Qaçaqmalçılığı və Alveri
Mərkəzi açıb. Mütəşəkkil cinayətkarlıq və onun terrorizmlə əlaqəsi milli təhlükəsizliyə
təhlükə kimi qiymətləndirilməlidir. Ölkələr, öz ölkələrində və digər ölkələrdə baş verən
cinayətkar fəaliyyətlərə cəlb olunmuş birliklər üçün məsuliyyət daşımalıdırlar. Əqli
mülkiyyət itkisi təkcə ABŞ-da 200-250 milyard dollar dəyərindədir. Radio tezliklərinin və
digər müəyyən etmə üsulları qanuni materialların qeyri-qanuni sövdələşmələrə cəlb
olunmalarını izləməyə imkan verəcək. 2006-cı ildə ABŞ-a aparılan 17000 əcnəbi qurbanın
yarısı kommersiya məqsədi daşıyan cinsi biznes üçün buraya gətirilmiş və təqribən 200
000-i isə ABŞ-da köləlik etmək üçün nəzərdə tutulublar.
Qrafik 12. Beynəlxalq Qeyri-Qanuni Ticarət
Mənbə: Havocscope.com
13.
Enerjiyə artan tələbat necə təhlükəsiz və səmərəli şəkildə təmin
оlunmаlıdır?
Qlobal enerji strategiyalarını işləyib-hazırlamaq və yeniləşdirmək imkanları çox mürəkkəb
görünür və qərar qəbul edənlərin səlis siyasət qurmaları üçün sürətlə dəyişir. Bununla
belə qeyri-səlis siyasətin ekoloji və sosial nəticələri o qədər ciddidirlər ki, tanıma, təhlil,
mümkün nəticələrin qiymətləndirilməsi və enerji imkanlarının sintezi üçün yeni qlobal
sistemin qurulması bir daha təsdiqlənir. Elə bir sistem qurulmalıdır ki, o ictimaiyyət,
siyasətçilər və qeyri-elm adamları, həmçinin dünyanın qabaqcıl alimləri və mühəndisləri
tərəfindən başa düşülə və istifadə oluna bilinsin.
İki böyük enerji istehlakçısı və CO
2
istehsalçısı kimi ABŞ və Çin, həm yerdə, həm də
kosmosda təsis edilmiş günəş-elektrik enerjisi iqtisadiyyatından tutmuş, kütləvi bioloji
yanacaqlar və uzaqdan idarə olunan işlərə qədər çoxlu imkanlara malik “Apollo-like”
(“Apolloya bənzər”) qlobal enerji Tədqiqat və Təkmilləşdirmə proqramı həyata
keçirməlidirlər. İlkin ABŞ-Çin əməkdaşlığı daha təmiz kömür və bioyanacaqların istehsalı
ilə başlayıb. Enerjidən istifadənin effektivliyi daha zəngin ərazilərdə tələbatı artıracaq və
azaldacaq – bugün, 1973-cü ildə Beynəlxalq Enerji Agentliyinə daxil olan ölkələrdə ÜDM-
Dostları ilə paylaş: |