C o m İ Kİ s a h I l h t t p : / / w w w I k I s a h I l



Yüklə 30.95 Kb.
PDF просмотр
tarix19.07.2017
ölçüsü30.95 Kb.

c o m

İ Kİ   S A H İ L

h t t p :   /   /   w w w .   i k i s a h i l .

Ə Z İ Z   Ə L İ Y E V - ' 1 1 0



Əsl  insan,  görkəmli 

dövlət  və  elm  xadim i

Azərbaycan xalqının yetirdiyi  dahi  şəxsiyyətlərdən biri  olan Əziz Əliyev məhz belə xatırlanır



D

ahi  şəxsiyyətlər 

həmişə  sadəliyi, 

təvazökarlığı  ilə 

seçiliblər.  Əziz  Əliyev  barə­

də  oxuduqlarım  və  onunla 

ünsiyyətdə  olanlardan  eşit­

diklərim onun  məhz belə bir 

insan  olduğunu  təsdiq  edir. 

Deyirlər  Əziz  Əliyev  Azər­

baycan  KP  MK-nın  katibi, 

Dağıstan  Vilayət Partiya Ko­

mitəsinin  katibi  və  digər 

yüksək  vəzifələrdə  olarkən 

ona  o  dövrün  qaydalarına 

görə  “yoldaş  Əliyev"  deyə 

müraciət  edəndə  xoşlan­

maz,  ‘‘mənə,  sadəcə  olaraq, 

həkim,  ya  da  doktor  deyin’’ 

deyərmiş.  İnsanın  sadəliyi­

nə bundan gözəl nümunə tə­

səvvürə gəlmir.

Azərbaycan  Prezidenti  İlham 

Əliyevin  görkəmli  dövlət  və  elm  xa­

dimi  Əziz  Əliyev  anadan  olmasının 

110  illiyinin  keçirilm əsi  barədə 

2006-cı  il 5 dekabr tarixli  sərəncamı 

bu  dahi  şəxsiyyətin  xalq  qarşısında 

böyük  xidmətlərinin  yüksək  qiymət­

ləndirilməsinin  təsdiqidir.  Nəcib  xü­

susiyyətləri,  insanların  sağlamlığına 

göstərdiyi  qayğı,  ona tapşırılmış  sa­

hələrdə  göstərdiyi  yüksək təşkilatçı­

lıq  bacarığı  ilə seçilən  Əziz Əliyevin 

ömür  yolu  bütün  nəsillər  üçün  ibrə­

tamiz  bir nümunədir.

Əziz  Məmmədkərim  oğlu  Əliyev 

1897-ci  il  yanvar ayının  1-də  Naxçı­

van  Muxtar Respublikasının Şahtax­

tı  kəndində  zəhmətkeş  kəndli  ailə­

sində  anadan olub.  Burada bir haşi­

yə  çıxmağa  ehtiyac  duyuruq.  Məsə­

lə bundadır ki, çox adam Əziz Əliye­

vin  İrəvan  şəhərində  anadan  oldu­

ğunu  deyir.  Burada  müəyyən  həqi-

Л   qət də var.  Belə ki,  Əziz Əliyevin va­

lideynləri  əslən  İrəvan  əhli  olublar.

Hətta  onların  Əziz  Əliyevə  qədərki 



bütün  övladları  və  yaxın  qohumları 

bu  şəhərdə  doğulublar.  Atası  Məm­

mədkərim  kişi  Zəngi  çayı  ilə suvarı­

lan  Dəlmə  bağları  adlanan  yerdə

icarəyə  götürdüyü  torpağı  əkib-be­

cərməklə  böyük  ailəni  dolandırar­

mış.  Rusiyanın  hərbi  köməyi  ilə  er­

mənilərin  1890-cı  illərin ortalarından 

başlayaraq  azərbaycanlılara  qarşı 

apardığı  düşmənçilik siyasəti  qədim 

oğuz  diyarı  olan  İrəvan  şəhərində 

minlərlə  soydaşımızı  Naxçıvan  və 

Türkiyə  tərəfinə  köç  etməyə  vadar 

etdi.  Bu  səbəbdən  də  Məmmədkə­

rim  kişinin  ailəsi  Şərur  rayonunun 

Şaxtaxtı  kəndində  məskunlaşdı. 

Əziz  Əliyev  də  elə  həmin  kənddə

dünyaya  göz açmışdır.

-  İrəvanda  vəziyyət yoluna  düşən­

də  ailə  yenə  də  öz  doğma  ocağına 

qayıdır.  Əziz  Əliyev  gimnaziyada 

təhsil alır.  Mərhum akademik Musta­

fa  Bəy Topçubaşov  xatirələrində ya­

zırdı:  Mən  Əzizlə  eyni  gimnaziyada 

oxuyurdum.  Atam həmişə məni  dan­

layırdı  ki, Əziz səndən 2 yaş kiçik ol­

sa da səndən  2 dəfə  yaxşı  oxuyur.

Erkən  yaşlarından  ağır  çətinlik­

lər  görsə  də  oxumaq,  təhsilini  da­

vam  etdirmək  Əziz  Əliyevin  ən  bö­

yük  arzusu  olub.  Elə  bu  arzu  və 

məşhur  xeyriyyəçi  Hacı  Zeynalab­

din  Tağıyevin  maddi  köməyi  onu 

Peterburq  şəhərindəki  Hərbi  Tibb 

Akademiyasına  aparır.  Lakin  bu  ali 

məktəbi  bitirmək  ona  müəssər  ol­

mur.  Rusiyada  başlanan  sosialist 

inqilabı,  eyni  zamanda  Naxçıvanda 

və  İrəvanda  daşnakların  özbaşınalı­

ğı  onu  təhsilini  yarımçıq  qoyub vali­

deynlərinin  yanına  qayıtmaq  məc­

buriyyətində qoyur. Vətəndə də daş­

nakların özbaşınalığına tuş gələn ai­

lə  Cənubi  Azərbaycana  köçür.  So­

vet  hakim iyyətinin  qələbəsindən 

sonra  Bakıya  qayıdıb  Xalq  Komis- 

•sarlığı  Sovetində  kargüzarlıq  işləri 

ilə  məşğul  olur,  eyni  zamanda, 

Azərbaycan  Tibb  İnstitutunda  oxu­

yur.  Təhsilini  başa vurduqdan sonra 

vəzifə  karyerası  başlanır.  Xalq.Ko- 

misarlığında  müalicə şöbəsinin  rəh­

bəri,  Bakı  şəhər  səhiyyə  şöbəsinin

müdiri,  Azərbaycan  Tibb  İnstitutu­

nun  rektoru  vəzifələrində çalışarkən 

biliyi, 


təşkilatçılıq 

bacarığı 

ilə 

respublika və ölkə  rəhbərliyinin  diq­



qətini  cəlb edir.  Böyük Vətən  müha­

ribəsi  başlananda  sovet  ordusunun 

yüksək  rütbəli  komandirlərindən  biri 

və  səhiyyə  təşkilatçısı  kimi  İrana 

göndərilir.  Kadrların  nəbzini  ovcun­

da hiss edən,  kimin nəyə qadir oldu­

ğunu  yaxşı  bilən  Stalin  1942-ci  ilin 

sentyabr ayında Əziz Əliyevi  Dağıs­

tan  Vilayət  Partiya  Komitəsinin  bi­

rinci  katibi  vəzifəsinə  təyin  edir.  Bu 

o dövr idi ki,  Hitler neft Bakısına can 

atır,  Dağıstan  sərhədlərinə  yaxınla­

şırdı.  Bakının  işğalı  SSRİ-nin  məhvi 

demək  olacaqdı.  Bunu  yaxşı  başa 

düşən  Stalin  Dağıstanın  taleyini  ki­

mə  etibar  etdiyini  bilməmiş  deyildi. 

Əziz  Əliyev  ona  tapşırılan  bu  yük­

sək  missiyanın  öhdəsindən  şərəflə 

gələrək  nəinki  Dağıstanın,  Bakının 

və  SSRİ-nin,  bütünlükdə yer üzünün 

faşizmdən  xilas  olunmasında  misil­

siz xidmətlər göstərdi.

Müharibədən  sonra  Əziz  Əliyev 

Moskvada  İctimai  Elmlər  Akademi­

yasına  göndərilir.  Burada  kimlərin 

oxumasını  şəxsən  Stalinin  özü  mü­

əyyən  edirdi.  Təhsildən  sonra  onu 

Sov.İKP MK aparatında təlimatçı və­

zifəsində  saxlayırlar.  Mir  Cəfər  Ba­

ğırov  Əziz  Əliyevin  simasında  özü­

nün  gələcək  rəqibini  görürdü.  Rəqi­

bin  sıradan  çıxarılması  üçün  onun

Bakıya  gətirilib  yüksək  vəzifəyə  tə­

yin  edilməsi  lazım  idi.  Bu,  Mir Cəfər 

Bağırov üçün çətin deyildi.  Çox keç­

mir  ki,  Əziz  Əliyev  Respublika  Na­

zirlər  Sovetində  elm,  səhiyyə,  mə­

dəniyyət və  digər  sahələr  üzrə  sədr 

müavini  təyin  olunur.  Bağırov  təxri­

bat  maşınını  işə  salır.  Mərkəzi  Ko­

m itənin  büro  iclaslarının  birində 

Əziz  Əliyevin  tutduğu  vəzifəyə  zidd 

olan  əməlləri  barədə  MK-ya  ciddi 

məlumatlar  daxil  olduğu  barədə  da­

nışır.

Çox  keçmir ki,  onu  partiyadan və 



tutduğu  vəzifədən  çıxarırlar.  Haqsız­

lıqla qarşılaşsa da Əziz Əliyev sınmır, 

sıravi həkim kimi xalqa xidmət etmək 

yolunu  tutur.  1953-cü  ildə  Stalinin 

ölümündən  və  Bağırovun  ifşa  olun­

masından sonra repressiya “maşının­

dan” keçmiş minlərlə insan kimi, Əziz 

Əliyev də bəraət alır,  Respublika  Hə­

kimləri  Təkmilləşdirmə  İnstitutunun 

direktoru vəzifəsinə keçir, xalqın sağ­

lamlığı  keşiyində dayanır.

On  illər  ötsə  də,  Azərbaycan 

qarşısında  böyük  xidmətlər  göstər­

miş,  Zərifə  Əliyeva,  Tamerlan  Ə li­

yev,  Cəmil  Əliyev  kimi  dünya  şöh­

rətli  tibb  işçiləri,  unudulmaz  bəstə­

kar Gülarə Əliyeva  kimi  övladlar ye­

tirmiş  Əziz Əliyev  bu  gün  də ən  xoş 



xatirələrlə xalqın  qəlbində yaşayır.

ж*  Telman  Qafar,

“İki sahil"


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə