C++ proqramlaşdırma dili haqqında ümumi məlumatlar



Yüklə 1,2 Mb.
səhifə24/37
tarix02.01.2022
ölçüsü1,2 Mb.
#47131
1   ...   20   21   22   23   24   25   26   27   ...   37
C -dan praktikum (1)

Verilənlərin string tipi

C++ dilində simvollar massivi ilə işləmək üçün verilənlərin xüsusi string tipindən də istifadə olunur. Bu tipindən olan dəyişənlərin daxil edilməsi üçün cin1-dən və ya getline(cin,s) xüsusi funksiyasından istifadə olunur. Burada s-string tipli dəyişənin adıdır.

String tipli dəyişəni təsvir edərkən ona qiymət də mənimsətmək olar:

String dəyişənin adı(s).

Burada dəyişənin adı string tipli identifikatordur. S isə sətr sabitidir. Məsələn, string v("salam") əmri salam yazılmış v sətrini yaradır.

Sətrin i-ci elementinə müraciət aşağıdakı standart qayda həyata keçirilir:

Sətrin adı [elementin nömrəsi].

String tipli sətirlər üzərində aşağıdakı əməliyyatlar təyin olunmuşdur:

• mənimsətmə, məsələn, s1=s2;

• sətirlərin birləşdirilməsi, məsələn, s1+=s2 və ya s1=s1+s2 ifadəsi s1 sətrinə s2 sətrinin əlavə olunduğunu göstərir və nəticə s1-də saxlanır.

Məsələn,

#include

#include

using namespace std ;

int main ( )

{

string a , b ;



cout<<" a = " ; getline ( cin , a ) ;

cout<<" b = " ; getline ( cin , b) ;

a+=b ;

cout<<" a = "<

return 0 ;

}

Siyahılar

C++ dilində siyahılardan geniş istifadə olunur onlarsız proqramları təsəvvür etmək mümkün deyil.

Praktiki cəhətdən siyahılar cərgələrə oxşardır və onlar da cərgələr kimi özlərində verilmiş tipdən olan elementlər ardıcıllığını saxlayır.

Lakin siyahıların cərgələrdən fundamental üstün cəhətləri cərgə elan edilən zaman onun elementləri sayı əvvəlcədən elan edilməli və sonradan cərgəyə əlavə element yerləşdirə və ya onun elementlərinin sayını dəyişdirmək olmur. Siyahılarla isə bu əməliyyatları etmək mümkündür. Yəni proqramın icrası zamanı siyahıya istənilən sayda yeni element əlavə edə və ya mövcud elementləri siyahıdan silmək olar. Məsələn, kompüterdə hal-hazırda icra olunan proqramlara nəzarət etmək üçün nüvə task_struct adlı siyahıdan istifadə edilir. İstifadəçi yeni proqramlar yüklədikcə nüvə task -lar siyahısına yeni element əlavə edir və bu elementdə yeni proqram barədə müvafiq məlumatları (yükləndiyi yerin ünvanı, adı, təşkil olunduğu hissələr, açdığı fayllar, v.s.) yerləşdirir. Proqram sona çatdıqda isə nüvə müvafiq elementi task -lar siyahısından silir.

Qeyd edək ki, əgər bu zaman siyahı əvəzinə cərgədən istifadə olunsaydı onda kompterdə müəyyən saydan artıq proqram yükləmək olmur. Cərgənin elementlərinin sayı çox olduqda isə lazım olunmayan elementləryaddaşda əlavə yer tutur.




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin