C++ proqramlaşdırma dili haqqında ümumi məlumatlar



Yüklə 1,2 Mb.
səhifə37/37
tarix02.01.2022
ölçüsü1,2 Mb.
#47131
1   ...   29   30   31   32   33   34   35   36   37
C -dan praktikum (1)

menim_faylim.h faylındakı

#ifndef

#define

#endif

makrosları menim_faylim.h faylının proqrama sonsuz əlavə olunmasının qarşısını alır. menim_faylim.h başlıq faylında int tipli yeni_deyishen dəyişəni elan edirik. Daha sonra prog2.cpp faylında yeni_deyishen dəyişəninə müraciət edirik.

iostream faylını < > vasitəsilə, menim_faylim.h faylını isə " və " simvolları vasitəsilə proqrama əlavə etdik. Bu kompilyatora menim_faylim.h başlıq faylının standart deyil, proqramçı tərəfindən yaradıldığını bildirir və kompilyator bu faylı bizim proqram yerləşən qovluqda axtarır.

MAKROSLAR

C++ dilində istifadə olunan digər əhəmiyyətli vasitələrdən biri də makroslardır. Makroslar 2 tip olur:



  • təyin makrosları

  • şərt makrosları

Təyin makrosları

Təyin makrosları #define direktivindən istifadə olunaraq yaradılır. Təyin makrosları hər hansı bir ifadənin başqa ifadə ilə əvəz edilməsinə xidmət edir. Misal üçün, əgər proqramın hər hansı yerində #define MAX_QIYMET 1024 sətrini yerləşdiririksə, onda kompilyator proqramda MAX_QIYMET ifadəsinə rast gəldiyi bütün yerlərdə onu 1024 ilə əvəz edəcək.

Sadə proqrama baxaq:

#define MAX 8

int main()

{ int i,x[MAX];

for (i=0, i

x[i]=i;


return 0;

}

Bu proqram 8 elementli tam tipli x cərgəsi elan edir və onun elementlərinə 0-dan 7-yə kimi qiymətlər mənimsədir.



Şərt makrosları

Şərt makrosları #ifdef , #ifndef , #endif direktivlədən istifadə olunaraq yaradılır.Şərt makrosları imkan verir ki, müəyyən şərtdən asılı olaraq proqramın hər hansı hissəsinin kompilyator tərəfindən nəzərə alınmamasını təmin edək.



Sintaksisi belədir:

# if şərt

proqram kodu

#endif

Bu zaman əgər şərt 1 qiyməti alarsa, onda kompilyator proqram kodu hisəsini nəzərə alacaq, əks halda isə bu hissə kompilyator tərəfindən inkar ediləcək və başqa sözlə şərh kimi qəbul olunacaq.
Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin