MÜALİCƏNİN TƏHLÜKƏSİZLİYİ VƏ
EFFEKTİVLİYİNİN MONİTORİNQİ
HCV-nin virus əleyhinə terapiyası zamanı daha çox qeydə alınan
kənar effektlər bunlardır: qripəbənzər sindrom, zəiflik, ilikdə
qanyaranmanın zəifləməsi, psixo-emosional rahatsızlıq
(depressiyalar, psixomotor oyanmalar və s.), mədə-bağırsaq
sisteminin pozulması, saç tökülməsinin artması, qalxanabənzər vəzin
disfunksiyası, müxtəlif dərəcədə ifadə olunmuş allergik reaksiyalar,
autoimmun və sistem xəstəliklərinin kəskinləşməsi, interferon daxil
edilən sahələrdə lokal reaksiya və s.
Bununla əlaqədar, virus əleyhinə terapiya zamanı pasiyentlərin
əsaslı klinik və laborator monitorinqdən keçməsi çox vacibdir.
Müalicənin orqanizm tərəfindən pis qəbul edilməsi onun erkən
dayandırılmasına səbəb ola bilər. Yaranacaq kənar effektlərin üzə
çıxarılması və onların korreksiyası üsulları barədə pasiyentlərin
təlimatlandırılması yolu ilə terapiyanın şərtlərinə əməl edilməsinin
yaxşılaşdırılmasına nail olmaq mümkündür. Pasiyentləri inandırmaq
lazımdır ki, terapiya nəticəsində yaranmış kənar effektlərin çoxu
müalicə edilə və ya azaldıla bilər.
Dostları ilə paylaş: |