Dekompensasiyalı sirrozu olan pasiyentlərin müalicəsi
Həyat üçün təhlükəli bakterial-infeksion ağırlaşmalar və
qaraciyər funksiyasının dekompensasiyasının dərinləşməsi riskinin
artması ilə əlaqədar, dekompensasiya olunmuş sirroz zamanı XCH-
nin virus əleyhinə terapiyası əks-göstərişdir. Alfa-peqinterferon ilə
terapiya kiçik dozalarla başlamalı və müalicə nəticəsində yaranmış
sitopeniyanı korreksiya etmək üçün artım faktorlarının erkən təyini
ilə müşayiət edilməlidir.
Təyinat zamanı, xüsusilə böyrək çatışmazlığı olan xəstələrdə,
ribavirindən kiçik dozalarda istifadə olunmalıdır. Lakin kreatininin
50 ml/dəq-dən az klirensi zamanı ribavirin əks-göstərişdir.
►
Qaraciyərin transplantasiyası – dekompensasiya etmiş qaraciyər
sirrozu olan pasiyentlər üçün seçim terapiyasıdır (C).
►
Dekompensasiya etmiş qaraciyər sirrozu olan pasiyentlərin
əksəriyyəti üçün virus əleyhinə terapiya əks-göstərişdir (C).
►
Qara ciyər transplantasiyasını gözləyən pasiyentlər üçün balların
miqdarı Child-Pugh<7 və MELD<18 olduğu halda
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
24
kombinasiya olunmuş interferon və ribavirin terapiyası nəzərdən
keçirilə bilər.
►
İnterferonoterapiya kiçik dozalarla başlanmalı və müalicə
nəticəsində yaranmış sitopeniyanı korreksiya etmək üçün artım
faktorları təyin edilməlidir.
►
Kompensasiya olunmuş sirrozlu pasiyentlər virusoloji cavabın
əldə edilməsi baxımından mötədil şanslı dəyərləndirilirlər və
onlara VƏT, yanaşı təsirlərin daha ciddi monitorinqini aparmaqla
təklif olunmalıdır.
►
Qaraciyər sirrozu olan xəstələr üçün VƏT özünü doğruldub. Belə
ki, interferonoterapiya nəticəsində qaraciyərin histoloji
xarakteristikası (fibrozun səviyyəsinin azalması) hətta DVC əldə
olunmayan pasiyentlərdə belə yaxşılaşır.
18>7> Dostları ilə paylaş: |