“Çağdaş Azərbaycan bədii nəsri”: n 19 (43 2016)



Yüklə 2.21 Mb.
Pdf просмотр
səhifə1/26
tarix10.06.2017
ölçüsü2.21 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   26

www.kitabxana.net

 

Milli Virtual Elektron Kitabxana



 

“Çağdaş Azərbaycan bədii nəsri”:

 N 19 (43 - 2016)

 

 

Qəni Camalzadə



 

 

“Karxana” 



 

Roman və hekayələr 

 

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəĢri  



YYSQ – 2016 

 

18.02.2016 



Yeni Yazarlar və Sənətçilər Qurumu 

www.yysq.org

  

 

 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

www.kitabxana.net

 

Milli Virtual-Elektron Kitabxananın təqdimatında 

Bu  e-kitab  Yeni  Yazarlar  və  Sənətçilər  Qurumunun 



"Çağdaş 

Azərbaycan 

bədii 

nəsri"

 

ədəbi-kulturoloji 



layihəsi 

çərçivəsində təqdim edilir. Elektron kitab N 19  (43 - 2016) 



Kulturoloji layihəni maliyyələşdirən qurum:  

YYSQ - 

http://www.yysq.org

  

Qəni Camalzadə 

“Karxana” 

 

Roman və hekayələr 



 

Redaktə və bütün hüquqlar müəllifə məxsusdur. 

Kitab YYSQ tərəfindən e-nəĢrə hazırlanıb. 

Virtual redaktoru və e-nəĢrə hazırlayanı:  Aydın Xan (Əbilov), 

yazar-kulturoloq 

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəĢri 



Bаkı, YYSQ – 2016 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

 



DĠQQƏT 

Müəlliflik 

hüququ 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyinə  və  əlaqədar  beynəlxalq  sənədlərə  uyğun 

qorunur.  Müəllifin  razılığı  olmadan  kitabın  bütöv  halda, 

yaxud  hər  hansı  bir  hissəsinin  nəşri,  eləcə  də  elektron 

informasiya  daşıyıcılarında,  İnternetdə  yayımı  yasaqdır.  Bu 

qadağa  kitabın  elmi  mənbə  kimi  istifadəsinə,  araşdırma  və 

tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.

 

 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

Qəni Camalzadə



 

 

 



 

“Karxana” 

 

 

 



 

Roman və hekayələr 

 

 

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəĢri  



 

YYSQ – 2016 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

Qəni CAMALZADƏ 

 

KARXANA 

 

Roman 

 

Yadımdadır, qonum-qonşuda sözə baxmayan uşaqları 

onun adıyla qorxudurdular: Sözə baxmasan, Sanı  gəlib 

səni aparacaq. Bu xofla da böyüdük. Böyüyəndən sonra 

da  Sanı  Abşeronski  kimi  tanınan  qəhrəmanımı 

görmədim,  amma  günlərin  birində  hiss  elədim  ki,  həm 

onun haqqında eşitdiklərim, həm də onunla münaqişədə 

olan  insanların  barəsində  bildiklərim  mənə  rahatlıq 

vermir.  Və  bütün  bunları  ona  görə  yazıya  aldım  ki, 

Abşeron tarixinin çeşidli insan mənzərələri ilə zəngin bir 

zaman kəsiyi itməsin.  

Onu  da  deyim  ki,  əhvalat  çoxdan  baş  verib, 

yazdıqlarımın  səhihliyinə  zəmanət  vermirəm.  Bu 

hadisələrin  baş  verdiyi  məkanın  adını  da  rəsmilər  bir 

neçə dəfə dəyişiblər, yalnız yaddaşlarda KARXANA kimi 

qalıb.  

Müəllif 

 

 



 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

– I – 



 

Ravillərin  “aeroport  əməliyyatı”  uğurlu  alındı,  indi 

onlardan icazəsiz bircə qərənfil də təyyarəyə yüklənmirdi. 

Hava  limanındakı  yükçülərin  hamısı  öz  adamları  idi. 

Amma  baĢladığı  iĢləri  birdən  Sanı  yarımçıq  qoydu, 

Ravilləri  yanına  aldı,  özünü  Kürsümoğlunun  dənizkənarı 

bağ  evinə  verdi,  xanəniĢin  oldu.  Soyuqlar  düĢəndən  bu 

tərəflər  seyrəklik  olurdu,  ətrafda  ins-cins  gözə  dəymirdi. 

Evin geniĢ otaqları Sanının xoĢuna gəlmədi, gecələr qapı-

pəncərədən  içəri  sızan  nəmiĢlikdən  sümükləri  eymənirdi. 

YaĢamalı  yer  bağ  evinin  yarımzirzəmisi  idi.  Bura  həm 

quru,  həm  isti,  həm  də  kifayət  qədər  iĢıqlı  idi. 

Kürsümoğlunun  bağbanı  arvadı  ilə  onların  qulluğunda 

durur, biĢ-düĢə baxırdılar.  

Bir  neçə  gün  keçəndən  sonra  süfrə  arxasında  Asta 

ləqəbli Ravil soruĢdu: 

-QədeĢ, elə bilirsən burda bizi tapmazlar?  

O,  Bakı  tatarlarından  idi.  Mehribanlıq  yağan  girdə 

sifətinə,  tosqun  cəmdəyinə,  astagəlliyinə  baxan  deməzdi 

ki,  bu  adam  peĢəkar  qatildir.  O,  heç  vaxt  zarafatından 

qalmırdı, hətta qətlləri də deyə-gülə baĢa çatdırırdı.  

-Zona  düĢməzdən  əvvəl  bir  az  canımıza  qulluq  eləsək 

pis olmaz, - deyə Sanı da güldü. - Oğrunun evi türmə olsa 

da, azadlıq Ģirin Ģeydi...  



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

Taxta ləqəbli Ravil heyifisləndi: 



-Hayıf  zəhmətimizə,  batka!-dedi.  -  Hər  Ģeyi  düzüb-

qoĢmuĢuq.  

Bu  Ravil  Kazan  tatarlarından  idi.  Dəvə  kimi  kinli, 

həddən  ziyadə  əzazildi.  Can-cüssəsiz  bir  adamdı,  tənini 

ikilik  taxtadan  ayırmaq  olmurdu.  Sanıya  “batka”  deyə 

müraciət  eləyirdi.  Onlar  öz  aralarında  rus,  Azərbaycan, 

tatar sözlərini bir-birinə qarıĢdıraraq danıĢırdılar.  

-Hər  halda,  Məlikəjdərin  kürkünə  birə  saldıq,  -deyə 

Asta  dilini  nırçıldatdı.  -  Güldən  gələn  pullarına  Ģərik 

olduq.  


Taxta əlini oynatdı: 

-Görünür, güldən gələn pul bizə qismət deyilmiĢ.  

Sanı qətiyyətlə: 

-Elə  Ģey  yoxdu,  harda  olsaq  payımız  çatacaq!-dedi.  - 

Yükçülərin briqadiri etibarlı adamdı.  

Asta əllərini bir-birinə sürtdü: 

-Görərsiz, Məlikəjdər tezliklə dizini yerə qoyacaq.  

Sanı razılaĢmadı: 

-Məlikəjdərin gücü balıqdadı. Hər dəfə gör, neçə qayıq 

salır suya! Bunu onun əlindən ala bilsəydik, kürəyini yerə 

qoyardıq...  

Taxta laqeyd halda: 

-Sən onu bizə tapĢır, batka! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

Bu  deyimin  altında  nə  gizləndiyini  yaxĢı  bilən  Sanı 



baĢını buladı:  

-Olmaz!  Deyərlər  ki,  Sanı  övladi-peyğəmbəri  öldürdü. 

Bütün  Bakı  üstümüzə  qalxar.  Yoxsa  nə  vardı  ki!-dedi, 

yenə  nəsə  demək  istəyən  Taxtaya  məsləhət  gördü:  - 

YaxĢısı  budu,  yeməyinə  bax,  bir  dəri-bir  sümüksən, 

qabaqda bizi zon gözləyir.  

Elə də oldu. Bir gün baĢlarının üstünü aldılar. Sanının 

gözləri  dumanlandı,  əlini  yemək  masasının  altına  atdı, 

tapançanın dəstəyindən yapıĢdı, amma zirzəmiyə doluĢan 

milislərin  sayı  onu  açmadı,  tapançanı  boĢlayıb  süfrədən 

bir  duzlu  xiyar  götürüb  diĢinə  çəkdi.  Asta  milislərə 

etinasızlıqla  baxdı,  özünü  itirmədən  axırıncı  badəni 

qaldırdı, içməzdən qabaq: 

-AdaĢ, iç, belə nemət  yaxınlarda ələ düĢən deyil!-deyə 

zarafat elədi.  

Dəstəni  qandallayıb  istintaq  təcridxanasına  apardılar. 

Burda onları bir-birindən ayırdılar.  

Ġttihamnamə  Sanının  gülüĢünə  səbəb  olsa  da,  səsini 

çıxarmadı.  Talançılıqda,  qətl-qarətdə  ad  çıxarmıĢ  canini 

dələduzluqda  günahlandırırdılar.  Bu  onu  düĢündürdü. 

Ġstintaq  uzun  çəkmədi.  Müstəntiqin  hər  addımında  bir 

ölçü-biçi  gözə  çarpırdı,  dərinə  getmədən,  deyə-gülə 

sənədləri  hazırlayırdı.  Sanının  cəzası  yüngül  oldu,  cəmi 

iki  il  iĢ  kəsdilər,  amma,  təəccüblü  də  olsa,  hökm 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

oxunandan  sonra  onu  “zona”  göndərmədilər,  yenidən 



təcridxanaya qaytardılar.  

Sanınən salındığı kiçik kamerada ondan baĢqa daha üç 

nəfər  vardı.  Biri  köhnə  cibgir  idi,  qalan  ikisi  isə,  ilk 

baxıĢdan bilinirdi, cinayətdən uzaq adamlardı, həbsxanaya 

təsadüfən  düĢmüĢdülər.  Köhnə  cibgir,  az  qala,  Sanının 

baĢına dolanırdı. Həbsxana qaydalarını əzbər bildiyindən, 

kameradakı nizamı dəyiĢdi. Sanının taxtını ayaqyolundan 

aralı, qapının böyründə yerləĢdirdi, ətrafına mələfə çəkdi, 

ayağının altına, haradan gətirdiyi məlum olmayan, yüngül 

bir  xalça  döĢədi.  Kameranın  qalan  iki  sakini  də  qoyulan 

oğru  qanunlarına  dinməz  boyun  əydilər.  Adına  əfsanələr 

qoĢulmuĢ  qanuni  oğru  Sanı  AbĢeronskinın  zəhmi  hamını 

basmıĢdı.  

Köhnə cibgir canlı ensiklopediya idi. Cinayət aləmində 

baĢ  verənləri  əzbər  bilir,  burda  oturub  “zon”lardan  xəbər 

verirdi.  Nəzarətçilərlə  isə  çox  asanlıqla  dil  tapırdı. 

Sanıdan soruĢdu: 

-Bilmirsən, qədeĢ, səni hansı zona göndərəcəklər?  

Sanı könülsüz dedi: 

-Güman ki, TurĢuluya, - dedi. - Bu maddə ilə ancaq ora 

göndərirlər.  

Cibgir yara basmıĢ üzünü qaĢıdı: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

-TurĢulu  yaxĢı  yerdi,  -  dedi.  -  Mən  orda  iki  dəfə 



yatmıĢam. Nəzarətçiləri də insaflıdı, “obĢakı” da zəngindi, 

maĢallah, Lotu Faxı pul toplamağı bacarır.  

Sanı onun sözünü kəsdi, hədələdi: 

-Sən çərən-pərən danıĢma, bildiyini açıq de.  

Cibgir dərhal mətləbin üstünə gəldi: 

-Ġndi orada qarıĢıqlıqdı.  

Sanı maraqla soruĢdu: 

-Müdiriyyətlə...?  

-Yox, qardaĢlarımızın arasına ikitirəlik düĢüb.  

Sanı  cibgirdən  öyrəndi  ki,  TurĢulu  zonda  dustaqlar  üç 

dəstəyə  bölünüblər.  DüĢmənçilik  eləyən  iki  dəstədi, 

üçüncü  dəstə  isə  bitərəfdi.  Əndazədən  çıxmıĢ 

qarĢıdurmanın  qabağını  heç  kim  ala  bilmir.  Bu  məlumatı 

alandan  sonra  Sanı  həbsxanaya  salınmağının  səbəbini, 

təxmini də olsa, baĢa düĢdü.  

Səhərisi  Ravilləri  də  onların  kamerasına  qatdılar. 

Əlaltılarına  da  oxĢar  maddələrlə  hökm  oxunmuĢdu. 

Ravillərin  gəliĢi  Sanını  sevindirdi.  Onların  Ģərəfinə  çay 

dəsgahının ətrafına təzəcə cəm olmuĢdular ki, nəzarətçinin 

baĢı kameranın dəmir qapısındakı pəncərədə göründü.  

-Sanı qardaĢ, rəis səni görmək istəyir.  

Sanı  çarpayıdan  qalxmaq  istəyəndə  köhnə  cibgir 

astadan dedi: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

-Həbsxana  qanunlarına  görə  oğrular  rəislərlə  təkbətək 



söhbət eləyə bilməz.  

Sanının əvəzinə Asta Ravil dilləndi: 

-Biz hələ ki, təcridxanadayıq, “zon”da deyilik.  

Köhnə cibgir inadından dönmədi: 

-Sizə 

artıq 


hökm 

oxunub!-dedi. 

Harda 


saxlanmağınızdan asılı olmayaraq siz həbsxanadasınız.  

-Yum ağzını! Bu da mənimçün qanun bilən olub!-deyə 

Taxta Ravil köhnə cibgirə acıqlandı.  

Sanı mübahisəyə yekun vurdu: 

-QardaĢımız  haxlıdı,  -  dedi,  sonra  çarpayıda  yerini 

təzədən rahatladı.  

O,  heç  vaxt  cinayət  aləminin  yazılmamıĢ  qaydalarını 

pozmazdı.  Ġndi  də  həbsxana  rəisinin  çağırıĢına  tək 

getmədi. Nəzarətçidən soruĢdu: 

-Özümlə neçə nəfər götürə bilərəm?  

-Öz məsləhətinə bax, qardaĢ.  

Sanı zarafatla: 

-Kamerada  məndən  baĢqa  beĢ  nəfər  var,  -  dedi.  - 

Hamısını aparaqmı?  

Nəzarətçi: 

-Mənə elə gəlir ki, iki nəfər bəsdi, -dedi.  

Sanı qalxdı, Ravillərə dedi: 

-Mənimlə gedəcəksiz.  



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

Ravillər  dinməz  ona  qoĢuldular.  Üçü  də  kamera 



yoldaĢlarının  diqqətli  baxıĢları  altında  cingilti  ilə  açılan 

dəmir qapıdan çıxdılar.  

TanıĢ  təcridxana  rəisi  yerində  yox  idi.  Onun  böyük 

kabinetində  var-gəl  eləyən  mülki  geyimli  Ģəxsi  Sanı 

dərhal  tanıdı.  Bu,  təcridxana  ilə  yanaĢı  yerləĢən  TurĢulu 

əmək-islah  müəssisəsinin  məĢhur  rəisi  idi.  Rütbəcə 

polkovnik  olsa  da  özünü  general  kimi  aparırdı. 

Dustaqların qarĢısına mülki geyimdə çıxmağı xoĢlayırdı.  

O,  keçib  kürsüyə  yayxandı.  Ravillərə  saymazyana 

baxdı, onlara küncdə, Sanıya isə üzbəüz yer göstərdi. Üç 

nəzarətçi  qapıda  hazır  dayanmıĢdı.  Rəis  mehribanlıqla 

dedi: 


- Sanı AbĢeronski, uzatmayacağam, sənə iĢimiz düĢüb. 

Sabah nə olacaq, bilmirəm, bu gün bizim sənin köməyinə 

ehtiyacımız var.  

Sanı ehtiyatla: 

-EĢidirəm, - dedi.  

-TurĢulu  zonda  dustaqlar  arasına  ikitirəlik  düĢüb, 

qarĢıdurmada ölənlər var. Sən bizə kömək eləməlisən.! 

-Bəs, niyə mən?  

Polkovnik iĢgüzarlıqla: 

-Birincisi,  sənin  bütün  zonlarda  nüfuzun  var, 

avtoritetsən! 

Sanı iltifatla: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

-Məni  qiymətləndirdiyinizə  görə  sağ  olun.  Amma 



TurĢulu  zonun  Lotu  Faxısı  var.  O  məndən  də  nüfuzludu, 

məndən də...  

Polkovnik onun sözünü kəsdi: 

-Bizə sən lazımsan!-dedi. - Sən TurĢuluda bir neçə dəfə 

oturmusan.  Dəstə  baĢçılarını  yaxĢı  tanıyırsan,  bəziləri 

sənin  köhnə  əlaltıların  olub.  Həm  də  tərcümeyi-halından 

məlumdu  ki,  sənin  bir  tərəfin  azərbaycanlı,  bir  tərəfin 

ermənidir.  

-QarĢıdurma, bəyəm, milli zəmindədi?  

-Bəli,  çəkiĢmə  azərbaycanlılarla  ermənilər  arasında 

gedir. Səni hər iki tərəf özününkü sayır.  

-Davaya səbəb nədi, axı?  

Polkovnik çiyinlərini çəkdi: 

-Kim  bilir!-dedi.  -  Bitərəf  qalanlar  deyir  ki,  zona 

pərxaĢlığı  bir  əcnəbi  erməni  salıb.  O  gələndən  sonra 

dustaqlar arasına nifaq düĢüb.  

-Dediyin əcnəbi erməni hələ oradadı?  

-Yox, onu baĢqa zona etap elədilər.  

Polkovnik  Sanının  suallarını  daha  təhəmmül  eləmədi, 

dustaq  yenə  nəsə  demək  istəyəndə  səbirsizliklə  onun 

sözünü kəsib soruĢdu: 

-Bizə kömək eləmək fikrin var, ya yox?  

Sanı baĢını buladı: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

-Sən  bilirsən  ki,  oğru  həbsxana  rəisi  ilə  əlbir  ola 



bilməz. Mən qardaĢlarıma qarĢı gedə bilmərəm, -dedi.  

-Bu sənin axır sözündü?  

Sanı dərindən nəfəs aldı: 

-Bəli, axır sözümdü!-dedi və Ravillərə tərəf iĢarə elədi.  

Polkovnik  iĢarəni  alan  kimi  qalxdı,  qapıda  dayanmıĢ 

nəzarətçilərə dedi: 

-Hər  üçünü  təkadamlıq  kameraya  salın.  Görünür, 

bunları sözlə qandırmaq çətindi.  

Çox  keçmədi  ki,  Ravillər  yıxıla-dura  kameraya 

qayıtdılar. Onların halı cibgiri təĢviĢə saldı: 

-Vay-vay!-dedi. - Bəs, Sanı qədeĢ hanı?  

Taxta ağrıdan nıqqıldadı: 

-Yəqin hələ çırpırlar... -dedi.  

-Sizi nəyə görə döyürdülər ki?  

Taxta qısaca izahat verdi. Cibgir mızıldandı: 

-Sanı gərək razı olaydı.  

Özünə gəlmiĢ Asta fısıldadı: 

-BoĢ-boĢ danıĢma, Sanı nə elədiyini bilir.  

Cibgir yekə-yekə dedi: 

-Görünür, bilmir də! 

Taxta hədə ilə: 

-Sən bunu qanmazsan!-dedi. - Anladın?  

Asta da qaydaları yaxĢı bildiyindən: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

-Cibgir  ağa,  hər  iki  tərəfin  xahiĢi  olmasa  Sanı  bu 



qarĢıdurmaya giriĢə bilməz. Bilirsən ki, həbsxana rəisinin 

sözü ilə hərəkət eləsə, deyərlər, satqındı.  

Cibgir üzünü qaĢıdı. SoruĢdu: 

-Deməli, hər iki tərəfin xahiĢi lazımdı?  

Asta baĢını tərpətdi: 

-Hər iki tərəfin... -dedi.  

 

- II - 


 

87-ci ilin payızı idi. Günlər soyuq, solğun keçirdi. Axır 

vaxtlar  Məlikəjdərin  əndiĢəli  əhvalı  düzəlmirdi.  Təbib 

qismində yanında fırlanan Səkil Qoçunun dəmlədiyi otlar 

da  kömək  eləmirdi.  HəmiĢəki  kimi  Məlikəjdərin  sol 

tərəfində bardaĢ qurub oturmuĢ Seyfəl dedi: 

-Sonqulu da himayəmizə keçmək istəyir, ağa, -dedi.  

Məlikəjdər  məxmər  kisədən  çıxartdığı  təsbehi  əlinə 

alıb Seyfələ tərəf döndü: 

-  Deyirsən,  Sonqulunun  canına  qorxu  düĢüb?  -deyə 

soruĢdu.  

Söhbətin  iĢgüzar  istiqamətə  dönməyindən  Seyfəl  razı 

qaldı, dərhal: 

-Qorxu düĢüb də sözdü, lap əsirdi, -deyə təsdiqlədi.  

Məlikəjdər istehza ilə: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

-Deyəydin ki, Sanı AbĢeronski daha türmədədi, - dedi. 



- Əl-ayağa düĢməyə lüzum yoxdu.  

Seyfəl qımıĢdı: 

-Dedim. Dedi ki, bu yaĢımda ortada qalmaq istəmirəm.  

Sanının adı çəkilən kimi onlardan bir az aralı yastıqlara 

yaslanmıĢ  Səkil  Qoçu  dodaqlarını  marçıldatdı,  gözünü 

açdı, mürgülü səslə: 

-Siz  yenə  Sanını  əldən  buraxdız...  -dedi,  sonra  yenə 

gözünü yumdu.  

Məlikəjdər  qocaya  mehribanlıqla  baxdı,  amma 

qətiyyətlə dedi: 

-Mən  övladi-peyğəmbərəm,  ocaq  sahibiyəm,  dədəm, 

qətlə rəvac verə bilmərəm.  

Səkil Qoçu deyintili səslə: 

-Mən Nazıoğlu Qulunun kökünün kəsilən günü görmək 

istəyirəm, ağa!-dedi.  

Kifayət qədər ömür sürmüĢ Səkil Qoçu yalnız keçmiĢlə 

nəfəs  alırdı,  bu  günlə,  sabahla  maraqlanmırdı.  Dumanlı 

beynində  aləm  bir-birinə  qarıĢmıĢdı.  Bunu  bilən 

Məlikəjdər ağsaqqalın sözünün baĢına ip salmadı.  

Seyfəl təkrar soruĢdu: 

-Sonqulu kiĢiyə nə deyim, ağa?  

-Qoy  gözləsin,  -  deyə  Məlikəjdər  fikirli  dilləndi.  - 

Vaxtı çatanda özüm onu axtaracağam.  

Seyfəl razılaĢmadı: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

-Ağa,  lap  vaxtıdı,  -  dedi.  -  Sonqulu  danqa  adamdı,  nə 



qədər qorxu-ürkü içindədi, dizi üstə oturtmaq olar, elə ki 

qorxusu keçdi, quyruğunu belinə qaldırıb aradan çıxacaq.  

-Qorxu  altında  ləbbeyk  deyənləri  neynəyirəm  ki!-deyə 

Məlikəjdər  baĢını  buladı.  -  Hələ  çox  adam  qorxudan 

üstümə  qaçacaq,  deyirsən,  bu  qorxaqların  hamısını 

himayəmə almalıyam?  

Seyfəl fikrini aydınlaĢdırdı: 

- Qızıl yumurta qoyan toyuğa hin tikməyə nə var ki! 

Məlikəjdər qaĢqabağını tökdü: 

-YaxĢı  bilirsən  ki,  himayədarlıqdan  pay  ummuram. 

Mənim  adamlardan  istəyim  yalnız  sədaqətdi,  baĢqa  bir 

umacağım yoxdu. Belə olub, bundan sonra da belə olacaq, 

- dedi. Və soruĢdu:-Bayaq kim idi mənim yanıma gəlmək 

istəyən?  

Seyfəlin cavabı kəsə oldu: 

-Hambal oğlu Rahibdi. 

 

*** 


    Altı-yeddi  il  öncə  фящля  тяcщизатыnda  çalıĢan 

Məlikəjdərin  yanına  bir  nəfər  cavan  oğlan  gəldi. 

Саламлашандан  сонра dedi ki, мян Ряззагын оьлуйам! 

             Мяликяjдяр  баша дцшмяди: 

              - Ня Ряззагдыр  еля? 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Qəni Camalzadə



                      

“Karxana”

 

              -  Аьа,  мян  достунуз  щамбал  Ряззагын 



оьлуйам.-дейя  cаван  тякрар  dilləndi-  Адым    да  

Ращибдир. 

            Cavan  bir  az  ĢiĢirdirdi,  Allahın  ən  mağmın,  ən 

yazıq bəndələrindən olan Rəzzaq Məlikəjdərin dostu yox, 

əsgərlik yoldaĢı idi. Sanı ilə uĢaq evində böyümüĢdü. Bir 

neçə oğurluqda əli olsa da yazıqlığı-mağmınlığı sayəsində 

haqlı  cəzadan  canını  bir  təhər  qurtarmıĢdı.  Aldığı  dərslər 

karına  gəlmiĢdi,  əsgərlikdən  sonra  Sanının  dəstəsindən 

canını  qurtarmaq  üçün  özünü  axmaqlığa  vurub  oğruya 

yaraĢmayan  bir  iĢlə,  Sabunçu  vaqzalında    hamballıqla 

məĢğul olurdu.  Bundan sonra zəhmətlə dolanmağı özünə 

ar bilən əməl yoldaĢları ondan üz döndərmiĢdilər. 

             Əsgərlikdən  sonra  soraqlaĢıb  Məlikəjdəri  tapmıĢ, 

pıtraq kimi ona yapıĢmıĢ, daha qopmamıĢdı. Ġldə bir neçə 

dəfə  kəndə  gəlib  ağaya  baĢ  çəkir,  iĢindən-gücündən 

danıĢırdı.  ġəhərin  mərkəzində  yarımzirzəmi  mənzilində 

tək-tənha yaĢayırdı. Məlikəjdər ona yazığı gəlmiĢ,  canını 

hamballıqdan  qurtarmaq  istəmiĢdi.  Rəzzaqın  rəngi 

ağarmıĢdı:”-Ağa,  canım  hamballıda  çıxsa  yaxĢıdı!  Sanı, 

bilsəki  onu  aldadıram,  boğazımı  üzəcək!”  Hətta,  ağa  onu 

evləndirmək  fikrinə  düĢəndə  də  boyun  qaçırmıĢdı:”-

Sanıdan qorxuram!” Məlikəjdərin əlindən bir o gəlirdi ki, 

hər  dəfə  yanına  gələn  əsgərlik  yoldaĢının  cibinə  karlı 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə