Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə35/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   31   32   33   34   35   36   37   38   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İşarəyə hazır dayanmış adam əlində milli bayragımız, 



gözləyir... 

Aparıcı:  -“Atbeli”  oyununun    quruluşu  çox 

sadədi...lap  cadə;  yəni  işarə  verilən  kimi  atlılar  sürəyə-

cıdıra  başlayırlar...Hər  biri  çapa-çapa  atın  beilndən  əyilib 

əvvəl  papaqlarını,  sonra  yenə  çapa-çapa  qılınclarını, 

kəmərlərini açıb yerə qoyurlar... 

(Kamera  dönüb  yenə  qara  zurnanı  göstərir,  yavaş-

yavaş  köynəkdən-qabından  çıxır,  bayrağın  qalxıb 

enməyiylə  qarazurnanın  çalınmağı  bir  olur,  “Cəngi 

Koroğlu”  havası  üstündə  atlılar  ox  kimi  irəli  şığıyır... 

Kamera onları izləyir...) 

Aparıcı: Atlılar müəyyən olunmuş mənzilə çatıb dön-

məlidirlər.  Dönəndə  də  yenidən  çapa-çapa  əyilib  yerdən 

kəmərlərini  götürüb  qurşanır,  qılınclarını  alıb  taxır, 

papaqlarını  alıb  geyinirlər...  Beləliklə,  bunları  kim  tez 

eləsə  və  mənzilə  tez  gəlib  çatsa  mükafat-nəmər  onun 

olur... 

(Kamera çapa-çapa qayıtmaqda olan atlıları göstərir, 

hələ  heç  nə  alınmır,  biri  papağını  əlindən  salır,  təzədən 

qayıdır ki, götürsün...) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Aparıcı:  -Çox  lazım  olanları  beləcə,  unutmuşuq, 



yadırğamışıq,  yada  salmaqsa  özümüzə  qayıtmağımızdı. 

Yaddaşsız 

yaşamaq 

başqası 


olaraq 

yaşamaqdı... 

Atalarımızsa  deyib;  hər  şeyə  bənzəyən  heç  nəyə 

bənzəməz...Amma  örkən  nə  qədər  uzun  olsa  yenə 

doğanaqdan  keçər...  Ot  kökü  üstə  bitər,  ağaca  dedilər, 

maşallah  nə  ucasan,  əyilib  kökünə  baxdı...Öz-özünə 

yiyəlik eləməyənin yiyəsi olmaz... 

(Axıra  qalan  atlılar  görünür,  atlar  büdrəyir,  yiyələri 

çaşqınlıq  içindədi,  çalışırlar  ki,  yerə  qoyduqlarını  atın 

üstündən  əyilib  götürsünlər,  heç  nə  alınmır...Biri  çox 

əyildiyindən yıxılır, təzədən qalxıb atın ardınca qaçır...) 

Aparıcı:  -Eybi  yox,  qardaşım,  özü  yıxılan  ağlamaz, 

yıxıla-yıxıla  öyrənəcəyik...  İtik  itiyi  tapdırar,  öz  əlimizlə 

itirmişik,  öz  ayağımızla  da  axtarmalıyıq...  Beləcə, 

düzələcəyik,  dikələcəyik,  artıq  yad  bayraq altında  deyilik, 

şükürlər olsun, başımız üstündə öz bayrağımız dalğalanır, 

ayaqlar altında qalmasın deyə, beləcə, yerdən papağımızı 

götürəcəyik, qılıncımızı qurşanacağıq... 

( Kamera atlılara yaxınlaşıb onları danışdırır, hərə bir 

neçə kəlmə... deyir) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Aparıcı:  -“Atbeli”  oyununu  əməlli-başlı  hazırlayanda 



bir  də  görüşərik,  inşallah,  sabahlara  daha  hazırlıqlı,  daha 

çevik,  daha  özümüzə  bənzər...  Əsas  məsələ  vaxtı-zamanı 

anlamaqdı, anladınsa ayaqlar altında, tapdaqda yəni, heç 

nəyin qalmaz... 

 

*** 


 

“...hər şeyin başını qaytarmaq” fikrinə qayıdaq, ərəb-

fars  istilahıyla  desək,  bu  ifadə  hər  hansı  bir  hərəkətin  və 

yaxud  hərəkatın  istiqamətlənməsidir.  İnsan  yarandığı 

gündən  yuvasından  çıxarkən  addımını  bir  daha 

qayıtmamaq qorxusuyla atır. Sadəcə düşünməyi bacaran, 

yəni,  heç  olmasa  bir  addım  irəlini  görən  qorxulardan 

yayına  bilir.  Amma  təəssüflər  olsun  ki,  azacıq  da  olsa 

düşünmək bir çoxları üçün dünyanın ən böyük əziyyətidir. 

Bu da bir cür köləlikdir, yəni əgər özünçün də olsa düşün-

mək əziyətinə qatlaşmırsansa yadında olanları unudacaq-

san, yaddaşsız qalandasa hara dartırlarsa ora getməlisən. 

Özün  istəməyib  getdiyin  yeri  də anlamaq  mümkün deyil. 

Bu  həm  də  güclə  getmək  deməkdir.  Güclə  getmək  də 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yüyənin  kiminsə  əlində  olmağıdır.  Bu  neçə  yüz  illərdə 



bizim  yüyənimiz  sözün  əsil  mənasında  yad  əllərdə 

oldu...Əgər  biz  bu  tarixi  və  psixolji  anlayışı  obrazlı  olaraq 

yüyən  altda  yaşamaq  kimi  ifadə  elədiksə  o  cür  də  izah 

etməyə, çözməyə çalışaq. 

Atın 

əhilləşməsi, 



yəni 

öyrədilməsi 

onun 

tutulmasından  başlayır.  Tutdun  başına  noxta  saldın, 



qorxuda  bildinsə  sənindir.  Xalq  da  elədir,  köləliyin  əvvəli 

zəbt  olunmağıyla  başlayır.  Qorxur,  qorxaqlarıyla  içinə 

yığılır,  bu  da  onun  balaca  görünmək  istəyiylə  bağlıdır. 

Amma  Xalqın  balaca  görünmək  istəməyən  qorxmazları 

içinə dartınmır, seçilir, üzə çıxır, baş qaldırırlar ki, millətin 

boyunu  göstərsinlər.  Yüyən  tutana  da  bu  lazımdır... 

Görünənləri  qırırlar.  Amma  o  gözəldir  ki,  bu  qırılmaya, 

qırğına ölüb qurtarmaq deyilmir, yaşamaq deyilir. 

Biz  tarixlər  boyu  bu  cür  qırğınları  çox  görmüşük... 

ölməmişik, yaşamışıq. 

 

*** 



 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Xan bıçağım, Xaqan bıçağım... 

 

-Yox. Sən bilmirsən,bilmirsən əlində tutduğun nədi... 

Əlindəkini hiss eləmirsən. 

Qardaşımın  səsidi,  əlli,  altımış  il  öncə  yaşadığım 

yaylaq həyatının dərinliklərindən gəlir...  

...Çiyinlərimdən  yapışıb  silkələyir.  Mən  sümük  saplı 

bıçağın  tiyəsindən  tutub  qardaşımın  indicə  dərisini  soyub 

on-onbeş metr aralı qantarğadan asdığı qoyun cəmdəyinə 

baxıram. 



-At,  -  deyir  qardaşım,  -  ürəkli  ol.  Amma  daş  kimi 

atma, bu bıçaqdı, bıçaq, yalama döyül. Bıçaq kimi at! 

Sonra bıçağı əlimdən alıb özü atır. Sümük saplı bıçaq 

qoyun cəmdəyinin sinəsinə saplanır, tiyəsi görünməz olur. 

-Bıçaq  atmağı  öyrənsən,-deyir,-addımların  sərrast 

olacaq,  qayım,  bərk...  addımlarını  düz  atacaqsan, 

dərslərini  də  yaxşı  oxuyacaqsan,  atı  da  yaxşı  sürəcəksən. 

Böyüyəndə  maşın  alacaqsan  aa,  onda  maşını  da  yaxşı 

sürəcəksən...Çünki 

sən 

bıçağın 

sancılmağını 

hələ 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

əlindəykən,  yəni  atmamış  biləcəksən.  Bu  yaşamağa  hazır 

omaqdı..hazır ol... Bıçağa diri kimi bax... Görürsən?-Bıçağı 

alıb  gözümün  qabağına  tutur...  -Əlinə  alan  kimi  dirilir, 

tiyəsinə baax, ölür sancılmaqçün....    

-Mən  ətə  bıçaq  ata  bilmirəm  ,-  belə  deyib  başımı 

aşağı salıb susdum. 

-Onda  alaçığın  yanındakı  taxtaya  at,  -bıçağı  mənə 

uzadıb  yönünü  alaçığa  tərəf  döndərir.-Əlinlə  yox,  bütün 

canınla  at.  Bıçağın  necə  gedib  batdığını  gözünün 

qabağına gətir. Mahnısını bilirsənmi? 

Mən başımı tərpədib: 

-Hə, -dedim. 

-Mahnını  oxuya-oxuya,  at...!  Ürəkdən  oxu,  onda 

sanca biləcəksən. 

Sümük  saplı  bıçağı  çiynim  bərabərində  qaldırıb 

tiyəsinə baxa-baxa oxudum: 

   

On bıçağım yüz bıçağım 

     

Çox bıçağım, az bıçağım,   


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Oğlan bıçağım, qız bıçağım, 

   

Yağı gözünəəə! 

-Bir  də  oxu.  Çiyinlərini  tərpədə-tərpədə  oxu! 



Çiyinlərinə sal səsini! 

Mən həmin ahənglə ardını oxudum: 

   


Xan bıçağım, xaqan bıçağım, 

   

Qəbzəsi al-qan bıçağım 

   

Əyri yatağan bıçağım, 

   

Yağı gözünəəə...! 

Gözlərimi  yumdum  ,bıçağın  taxtaya  doğru  getdiyini 

görürəm... Atdım,bıçaq taxtaya sancılmışdı... 

Bu  mətn,  minilliklər  boyu  yaşayıb  yaşatdığımız 

uşaqlarımız  üçün  olan  “Bıçaq  atma”  oyunundandır.  Nə 

yazıqlar ki, indiki yüzilliklərdə demək olar ki, unuduldu. XX 

yüzilliyin  ortalarınacan  yaşadırdıq,  yaşayırdı...Oyunun 

böyüklərimizin öyrətdiyi “Əl üstü”, “Əl içi”, “Barmaqarası” 

“Dişdəmə”,  “Ayaqüstü”  yönləri  vardı.  Birinci  yön-əlin 

üstüylə  atıb  sancmalısan.  İkinci  yön,-  əlin  içiylə,  üçüncü 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yön, - dişlərinlə tutub atmalısan, dördüncü, ayağın üstünə 



qoyub  atmalısan...  Sonda  yuxarıda  dediyim  mahnını 

oxuyub, “Yağı gözünə” deyən kimi bıçağı manşır-bəlli yerə 

sancmalıydıq,  manşır  yer  də  daha  çox  torpaq,  üz-üzə 

durduğumuz dağ,-Böyük təpə olardı, - ora sancmalıydıq.  

Amma 

qardaşım 



yan-yörəmizin 

yağı-düşmən 

olduğunu  anlayıbmış,  bayram  günlərində  kəsdiyi 

qoyunların  dərisini  soyan  kimi  birinci  bıçağı  cəmdəyə 

sancardı...  Mən  bunu  indi  anlayıram...  onu  da  anlayıram 

ki, bıçaq atmağı yaxşı bacaranlar həmişə hər yerdə birinci 

olurdular;  at  sürməkdə  də,  maşın  sürməkdə  də,  dərs 

oxumaqda da. Minilliklər boyu yaşayıb minilliklər boyu da 

uşaqlarımızın  tərbiyəsində  var  olan  bu  oyunu  indi 

itirdiklərimizin içində arayıb axtarmaqdayam... 

“Yerişini,  duruşunu  bıçaq  kimi  kəsərli  elə”,  “Çox 

gülmə  kəsərini  itirərsən”,  “Bıçaq  kimi  kəs,  amma  bıçaq 

kimi də dinməz ol”, “Bıçaq qurd ağzı bağlayar...” bu kimi 

deyimlər niyə, nə üçün yaranmışdı? Bu sorunun da bircə 

cavabı var, düz, doğru, halal, qorxmaz, igid, ağıllı uşaqlar 

böyütmək üçün...İndi özümüzlə bağlı tarixləri xatırladıqca 

yaddaşımıza yayılan dad-tam da ona görədir... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İllər keçdi, mən “Bıçaq oyunu”nun yaddaşımda qalan 



qırıntılarını toplayıb, bərpa edib işlədim, həmişə də oyun 

bıçaqları  yanımda  oldu,  gizlin,  daldey  yerlərdə  tuşqula  ( 

nişangah- mişen-hədəf) atdım, indi də atıram, bu yaşımda 

da elə bilirəm bıçaq əlimdən yox, içimdən çıxır. İndi bərpa 

edib  işlədiyim  düzgünü,  -  oyunun  sözlərini  tam-bütöv 

şəkildə qulluğunuza təqdim edirəm. 

 

Ey bıçağım! E-hey bıçağım! 

Xan bıçağım, bəy bıçağım. 

El bıçağım, ev bıçağım, 

Əz bıçağım, əy bıçağım 

Öy bıçağım, söy bıçağım 

Döy bıçağım, dəy bıçağım, 

Yağı gözünə!... 

 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Çox bıçağım, az bıçağım, 

On bıçağım, yüz bıçağım 

Oğlan bıçağım, qız bıçağım, 

Əyri bıçağım, düz bıçağım 

Əz bıçağım, kəs bıçağım, 

Söz bıçağım, səs bıçağım 

Yağı gözünə!... 

 

Bıçağım mənnən qurulu, 

Binədən, binnən qurulu, 

Qəbzəsi qınnan qurulu. 

Önündə düşmən qırılı, 

Yağı qanıyla durulu. 

Tiyəsi haqqa burulu, 

Xan bıçağım, xaqan bıçağım, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Əyri, yatağan bıçağım, 

Yağı gözünə... 

 

*** 

 

 

Bəs  belədirsə  niyə  yer  üzü  bizi  olduğumuz  kimi 

tanımır  və  yaxud  tanımaq  istəmir?  Özümüzün  niyə 

özümüzə  inamımız  yoxdu?  Biz  bu  inamı  harda  itirmişik? 

Özümüzə 

bəslənən 

bu 

inam 


indimizə 

niyə 


qalmayıb...Minilliklər,  yüzilliklər  boyu    yaratdıqlarımızı 

niyə  görmürük?  Bizi  tanımaq  istəməyənlər  bir  yana,  bəs 

özümüz  özümüzü  niyə  tanımırıq?  Bəlkə  bütün  bunlar 

tərbiyəmizə, böyüməyimizə dəxli olan bu cür şeyləri itirdi-

yimizə görədir....  

Əlbətdə,  bu  suallar  insana  həmişə  verilir,  fərqinə 

varan  oldu-olmadı,  bütün  həyatı  boyu  bu  sorular  ondan 

bir  addım  öndədir,  ona  görə  də  tam  cavab  vermək 

çətindir. Yaşın da elə vaxtıdır ki, nəinki yazılanların, hətta 

deyilən  sözlərin  belə,  bircə-bircə  hesabını  aparmaq  qalır 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

adama...Yəni, bu dövrlərdə insanın özündən asılı olmayan 



yır-yığışı  başlayır.  İndi  mən  bu  yır-yığışda  onu  anlayıram 

ki, əslində mənsub olduğum və sevib qanım kimi dərindən 

tanıdığım bu xalqı yer üzünə dəyərincə, heç olmasa layiq 

olduğu 


qədərində 

tanıdıb 


anlatmadıq; 

Bilmədik, 

gəldiyimiz dünyanın ən dərin qatları haradır... Öz qapımı-

zın  səmtini  özümüz də  itirdik,  aça  bilmədik  ki,  içəri  girən 

qapımızdan  girsin,  bacamızdan  yox...  Çox  vaxt,  qapı 

açanda  da  yuxarıdan  açdıq,  başımızın  üstündən...  gələn 

yuxarıdan gəldi, çox vaxt ayaq altda yaşamağımız da ona 

görədir...Xalqın  öz  sözüdü,  “yedəyə  getdik”,  başımıza 

gələnləri  görsək  də,  görüb  anlasaq  da  özümüzü  o  yerə 

qoymadıq,  təhlil  aparmadıq,  araşdırmaları  yazmadıq, 

tapşırılanları  yazdıq,  ələ  baxdığımız  üçün  doğrunu 

gizlətdik.  Şəkildən  şəkilə  düşdük.  Yenə  XALQIN  öz 

dediyiylə deyək; “hər şeyə oxşayan heç nəyə bənzəməz” 

 

El arası deyimlər, adətlər... 



 

El  arasında  deyərlər,“Köhlən  at  başınnan,  insan 



dilinnən  bağlanar”,  “Çoban  gözüylə  at  al,  qoca  gözüylə 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qız...”, “Elini hürküt, ağsagına yapış”, “Qapıdan çıxmayan 

kosanın  yaşı  bilinməz”,  “İt  sözünü  quyruğuyla  deyər...”, 

“Xırman 

ətəyinnən, 

bostan 

tağınnan 

bilinər”, 

“Dəyirmanda doğulan siçan göy gurultusunnan qorxmaz.” 

“Dananı  dingildədən  xayasıdı”,  “Mən  getdim  gəlin 

görməyə, gəlin getmişdi təzək dərməyə...” 

 Deyərlər,  “yuxudan  gec  duran  gəlinin  buzovu 

arxacda  qalar”.  İş  bilməyən,tutamasız  adamlar  üçün 

deyərlər, “axşamnan yeriha yeri, saban namıdan geri”.... 

                     

 

*** 

 

Aranda xırman ayıdı, yaylaqda ağartı ayı... Təzə evə 

köçərkən, köhnə evin ocağından od götürərlər. 

Toy günü qız evi  oçağa gözətçi qoyardı ki, oğlan evi 

ocaqdan  köz  oğurlamasın...  El  arası  deyərlər:  evin 

bərəkəti ocağındadır.  

Deyərlər,  hansı  ocağın  közü  dik  durdusa  o  ocağa 

qonaq  gələcək.  Deyərlər,  gilas  ağacının  qabığı  çıraq  kimi 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yanar.  Ona  görə  də  xonça  gətirəndə  gilas  ağacının 

qabığıyla işıqlandırardılar. 

Odla  sarılıq  xəstəliyini  sağaldardılar.  Çaxmaq  daşını 

çalıb 

xəstənin 

gözü 

qarşısında 

tez-tez 

qığılcım 

oynadardılar... 

Durnalar  köç  edib  elin-obanın  üstündən  keçəndə 

aşağıdan  uçarlarsa,  deyərlər,  qış  soyuq,  sərt  keçəcək, 

hündürdən uçarlarsa qış yumşaq olacaq.  

Qışın  sərt  keçəcəyini  arılar  da  bildirir,  yuvalarının 

ağzını yüngülcə qapayarlarsa qış isti, yumşaq keçər, bərk 

qapayarlarsa  sərt, soyuq keçər,... 

Ağaclar,  xüsusən  çinar  ağacı  yarpaqlarını  başından 

tökərsə qış soyuq keçməlidir.  

Qış  sərt  gələçəksə  o  il  qoyunların  yunu  sıxlaşıb 

qatılaşır.  Belə  olarsa  ağıllı  çobanlar  qoç  vaxtı  olsa  da 

sürüyə qoç qatmazlar. Ona görə də belə deyim var, “dölü  

gecikdir”,yəni  elə  etmək  lazımdır  ki,  döl  ayı-doğum  ayı 

qışa  düşməsin,  yaz  aylarına  düşsün...  Qış  quzusunu 

böyütmək çəti olur.  


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qoyun tələsə-tələsə yeməyə başlayırsa bil ki,çovğun, 

boran yaxınlaşır.  

 

Ağ daş, qara daş... 

 

Qara,  ağır,  cingiltili  daşları  hörgüyə  hörməzdilər,  el 



arasında  deyərdilər,  qara  daş  yurd  daşı  deyil,  qoysan  da 

yurdda qalmaz...Yerini dəyişəndi. Uşaq vaxtı hərəmizin bir 

bəlli  qara  daşımız  vardı,  manşırlayıb-nişanlamışdıq  ki, 

görək yerini dəyişəcəkmi. Amma görə bilmədik,  qara daş 

yaddaşımıza  ilişib  eləcə  qaldı,  yerini  dəyişən  özümüz 

olduq.  Çox  yəqin  ki,  gözəl  şairimiz  Musa  Yaqub  da  

yaddaşında  qaldığına  görə  deyir:“Bu  dünyanın  qara  daşı 

göyərməz...” 

Əslinə  qalanda  yarandığımız  gündən  daş  ağlı-qaralı 

yoldaşımız  olub,  ona  sığınmışıq,  Yeri  gələndə  silah-yaraq 

kimi  işlətmişik.  Qobustan  qayalıqları,  qayaüstü  rəsmlər 

minilliklər  boyudur  bizim  itirib  unutduğumuz  sözləri 

söyləməkdədir...  Deyərlər,  qara  daş  o  qədər  sərtdi  ki, 

sərtliyindən  üstünə  bərk  qışqırsan  çatdayar.  Deyilənə 

görə,  qara  daşlar  gözə-nəzərə  də  dözmür...Uğursuz,  şərə 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

sevinən,qara  fikirli  adamlara  deyərlər:  “üzünə  daş 

yamansın”,  gözü  götürməz  adamlara  da:  “  gözünə  daş”, 

deyərlər... 

Çaxmaq  daşı  da  var,  o  da  hörgü  üçün  yararlı  deyil, 

bir-birinə  vuranda  od  saçar,  qığılcım  üçün  işlədilər. 

Böyüklərimiz  bizi  dağa-daşa  göndərərdilər  ki,  çul  daşı 

yığın,  çox  təəssüf  ki,çul  daşının  nəyə  lazım  olduğunu 

unutmuşam,  görünür,  o  vaxt  da  bilməmişəm,  yoxsa 

unutmazdım...Onu  bilirəm  ki,  çul  daşı  boyundan, 

çəkisindən qat-qat ağır olurdu. Bəzi bölgələrimizdə indi də 

işlədilən  belə  ifadələr  var:  “Çul  kimi  sərildi...”  “Çulunu 

sudan çıxartdı...”, “Dəvə böyüyər, çulu böyüməz.” “Ağzına 

çullu dovşan sığışmır...” “Qulun yeri çul altında olar...” 

El  arasında  deyərlər,  Babadağının  ağ  daşlarını  suya 

sal,  bu  daşların  suyu  qızdırmalı,  titrətməli  xəstələrə 

dərmandı...Bu  daşlardan  un  çuvalına  qoyardılar  ki, 

bərəkətli  olsun,  qıtlıq,  aclıq  olmasın.  Süd  sərnicinə  (süd 

qabı)  də  o  daşlardan  atardılar,  sonra  çıxardıb  qatıq 

çalardılar, qabı isti olsun deyə büküb üstündə oxuyardılar. 

Qum kimi quyruuul (qıvrıl) yat, 

Saman kimi soyruuul (sovrul)  yat... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Quraqlıq  düşəndə  bu  daşları  bir  qab  suda 

saxlayardılar,  sonra  ayaqyalın,  başı  açıq  oxuyub 

oynayardılar. 

Çax daşım, çaxmaq daşım, 

Yağış gətir, yağ daşım... 

Yağış  aramsız    olandasa,  ocaga  daş  qoyub  daş 

dağılana kimi yandırardılar... 

Körpüyə,  bulaga  hörülən  daşlar  el  arasında  sınaqlı 

sayılır, ona görə də toxunmazlar... 

Hörmətli  alimimiz  Zaur  Həsənov  stolüstü  kitabıma 

çevrilmiş,  “Çar skiflər”  əsərində  yazır:  Bizim  eradan  əvvəl 

111  əsrdə  Filarx  skiflərin  həyatından  maraqlı  bir  adəti 

təsvir  edir:  “Skiflər  yatmazdan  əvvəl  oxqabını  götürür  və 

əgər həmin günləri kədərsiz, uğurlu keçibsə  oxqabına ağ 

daş,  uğursuz  keçibsə  qara  daş  atırdılar.  Hər  bir  şəxsin 

ölümündən  sonra  onun  oxqabını  boşaldıb  daşları 

sayırdılar: əgər  ağ daşlar çoxluq təşkil edirdisə ölən adam 

xoşbəxt-yaxşı  yaşamış    sayılırdı.  Xoş  günümüz  ox 

qabından çıxır, məsəli də burdan yaranmışdır”. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin